1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti


-Mühazirə Dünyanın müasir elmi mənzərəsi



Yüklə 7,9 Mb.
səhifə13/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

4-Mühazirə
Dünyanın müasir elmi mənzərəsi.

4. Elmdən kənar biliklər
Elm idrakı öyrənərkən ondan kənar bilik formalarına da diqqət yetirmək lazımdır. Bu həm də ona görə zəruridir ki, son illərdə bu formalara marağın artması müşahidə olunur. Söhbət müxtəlif para-elmlərdən (para - kənar deməkdir); astrologiyadan, ufologiya və parapsixologiyadan gedir. Bunlarla yanaşı din və müxtəlif ezoterik (sirli, yalnız müqəddəslərə məlum olan deməkdir) təlimlər də çox vaxt elmdən kənar biliklərə aid edilir. Qeyd edək ki, bu formalar əvvəllərdə də insanların həyat fəaliyyətində müəyyən yer tuturdu. Son dövrdə onların daha da canlanması hiss olunur. Bu, aşağıdakı səbəblərlə əlaqədardır. Hər şeydən əvvəl müasir dövrdə bəşəriyyətin qarşılaşdığı ekoloji və sosiomədəni böhran, ondan xilas olmaq üçün bütün yolların və vasitələrin əlaqələndirilməsini təkidlə tələb edir. Bu münasibətdə təkcə elmi biliklərə deyil, həm də qeyri-elmi məlumatlara, o cümlədən də dini təsəvvürlərə böyük ümüd bəslənilir. Nəticədə ictimai və fərdi şüurda sonunculara maraq və inam xeyli dərəcədə güclənir. Digər tərəfdən müasir dövrdə elmin inkişafına şübhə ilə yanaşan və onu cəmiyyətin qarşısında duran ən ağrılı vəzifələri həll edə bilməməkdə günahlandıran qüvvələr çoxalmaqdadır, Onlar atom fizikası, genetika, biomühəndislik, sintez kimyası səhəsində qazanılmış böyük nailiyyətlərin müsbət tərəfdən çox cəmiyyət üçün təhlükə törədə biləcək tərəflərini ön plana çəkirlər. İctimai elmlər isə çox vaxt XX əsrə sosializm ictimai quruluşunu gətirməkdə təqsirləndirilir. Nəticədə ictimai rəydə mistikaya, irrasionalizmə və dinə meyl özünü göstərir. Sonra həm təbiətşünaslıq, həm də ictimai elmlərin obyektiv çətinlikləri, onların hələ bir çox təbii elmi və sosial xarakterli problemləri həll edə bilməməsi də bu işdə az rol oynamır. Elmin inkişafında müşahidə olunan bu boşluqdan məharətlə istifadə edən elmdən kənar bilik formaları həmin problemləri özünəməxsus tərzdə izah edir və kütlələri buna inandırmağa çalışırlar. Elmdən kənar bilik formaları öz daxili tərkibinə görə müxtəlifdir. Onların içərisində müxtəlif para-elmlər (elmin izah edə bilmədiyi möcüzə xarakterli hadisələri şərh etməyə çalışan təlimlər) əsas yeri tutur. Bu qəbildən olan təlimlərin özü daxilən yekcins olmayıb aşağıdakı qruplara aynlır; 1) insanların əşyalara təsir etməsi ilə bağlı hadisələr (məsələn, telekinez, yəni şüurun təsirilə əşyaların yerini dəyişdirə bilmək "məharəti"); 2) cansız predmetlərin insanın həyat fəaliyyətinə təsiri (məsələn, səma cismlərinin, ulduzlann hərəkətinin yerdə törətdiyi dəyişiklər); 3) insanın başqa insana təsiri (hipnoz və müxtəlif ekstransensor təsir); 4) insanın iştirakı olmadan əşyalann bir-birinə təsiri; 5) insan ilə kosmosun qarşılıqlı təsiri.' Bundan əlavə müasir dövrdə müxtəlif ezoterik təlimlər də xeyli dərəcədə yayılmışdır. Bu təlimlər insanların həyatının sehrli tərəflərini aşkar etmək iddiası ilə çıxış edirlər. Onların fikrincə insanın mövcudluğu ikili xarakter (bu dünyadakı həqiqi mövcudluq və illüziyalı mövcudluq) daşıyır. Sonra bu təlimlərdə bəzi insanların qeyri-adi qabiliyyətlərə malik olduğu göstərilir. Həmin qabiliyyətlər sayəsində onların dünyanın əlçatmaz sirlərinə yiyələnə bildiyi iddia olunur. Ezoterik təlimlər din ilə sıx əlaqəlidir. Bu əlaqə müxtəlif dini təriqətlərin (məsələn, vəhabilik) fəaliyyətində daha aydın nəzərə çaıpır. Yuxarıda deyilənlər göstərir ki, qeyri-elmi bilik formalarının imkanları və hüdudlarını aydın təsəvvür etmək müasir insan üçün çox zəruridir. Bununla əlaqədar deyək ki, çox vaxt astrologiya, parapsixologiya və bu qəbildən olan digər təlimlərin rolunun müəyyənləşdinİməsində iki ifrat hədd özünü göstərir; i) onların rolu həddən artıq şişirdilir; 2) onlann gərəksizliyi və idraki imkanlardan məhnım olduğu qeyd olunur. Göstərilməlidir ki, hər iki baxış birtərəfli xarakter daşıyır. Doğmdur, qeyri-elmi formalar öz məlumatlarında rasional momentlərə əsaslanmır. Lakin bu fakt onların müəyyən idraki əhəmiyyətə malik olduğunu və idraki imkanlarını istisna etmir. Bunu astrologiyanin nümunəsində daha aydın görmək olar. Astrologiya bir tərəfdən səma cismləri haqqında asfronomiyanın verdiyi məlumatlardan istifadə edir. Digor tərəfdən isə onun özü də astronomiyanın inkişafına müəyyən müsbət tosir göstərir. Məsələn, bir çox səma planetlərinin günlər üzrə vəziyyəti müəyyən edilərkən və ulduzlar cədvəlinin tərtibində 0 fəal iştirak edir. Bundan əlavə astrologiya riyazi biliklərdən, xüsusən də həndəsədən istifadə etdiyi üçün onun köməyilə planetlərin bir-birilə nisbətdə yerləşmə vəziyyətini dəqiqləşdirmək mümkün olur. Bütün bunlar onu göstərir ki, 0, bəzi hallarda müsbət və arzuolunan proqnozlar verə bilir. Digər hallarda isə taleyin şər gərdişindən qorunmağı tövsiyə edir. Beləliklə, astrologiya mədəniyyətin həyata keçirdiyi uyğunlaşma funksiyasında müə>yən qədər iştirak edir. Bununla əlaqədar astrologiya öz funksiyasına görə elmə yaxın yer tutur. Hətta bəzi tədqiqatçılar astrologiyam tətbiqi elmi fənn hesab edirlər. Onlar astrologiyanın çıxardığı nəticələrin qeyri-müəyyənliyinə də haqq qazandırırlar. Qeyd edirlər ki, bu keyfiyyət insanı öyrənən bütün elmlər üçün səciyyəvidir. Son dövrlərdə ABŞ-da prezidentlərin tərcümeyihallarmm öyrənilməsi bu məsələdə də müəyyənliklə qeyri-müəyyənliyin nisbətdə olduğunu sübut edir. Məlum olmuşdur ki, onların əksəriyyəti Əqrəb bürcü altında doğulmuşlar. Qəribə burasındadır ki, onları qətlə yetirənlərin də hamısı bu bürcə mənsubdurlar. Astrologiya isə öyrədir ki, əqrəblər hakimiyyətə hərisliyi ilə səciyyələnirlər Hazırda astrologiyanm verdiyi bəzi məlumatlar yaranmaqda olan yeni elm sahəsində - kosmobiologiyada istifadə olunur.' Qeyri-elmi bilik ilə biliyin əlaqəsi parapsixologiya ilə psixologiya və fiziologiya arasındakı münasibətlərdə də özünü göstərir. Söhbət birinci növbədə tele- patiya (hərfi mənası uzaqdan hissetmə deməkdir) hadisələrindən gedir. Aparılmış çoxsaylı eksperimentlər telepatik əlaqənin dini-idealist izahını rədd edir. Onun təbiətinin elmi izahının doğruluğunu sübuta yetirir. Bu təcrübələr göstərir ki, müəyyən məsafədən hisslərin oxunması müəyyən enerji növü sayəsində baş verir. Hazırda bu enerjinin elektromaqnit, dalğa xarakteri haqqında, habelə insan biliyi tərəfindən buraxıldığı haqqında müxtəlif hipotezlər söylənilir. Yuxarıda deyilənlər sübut edir ki, elmdən kənar biliklərə gərəksiz bir şey kimi yanaşmaq doğru olmazdı. Bəzi hallarda onlar eimi axtarışlara müsbət təsir göstərir. Onlar həm də insanların yaradıcı fantaziyasının artmasına kömək edirlər. Əlbəttə, deyilənlərdən belə nəticə çixarılmamalıdır ki, qeyri-elmi biliklər elmə qarşı duran alternativdir, yaxud da idrakın nə isə üçüncü bir yoludur. Söhbət yalnız ondan gedir ki, müasir cəmiyyətdə bəşəriyyətin gələcək inkişafı naminə mövcud rəngarəng informasjya növlərindən bu və ya digər dərəcədə istifadə etmək məqsədəuyğundur.


Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə