1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti


Mühazirə-8 İnformatikanın fəlsəfi problemləri



Yüklə 7,9 Mb.
səhifə19/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   ...   16   17   18   19   20   21   22   23   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

Mühazirə-8
İnformatikanın fəlsəfi problemləri
Yeni idrak modelləri

Hər bir şey, əgər o tamamlanmış bir formaya və hansı isə funksiyaya malikdirsə, deməli, müəyyən bir ideyanın daşıyıcısıdır. Əslində şeylər bir yox, bir çox ideyanın daşıyıcısıdır. Lakin biz cisimləri onların mahiyyətini ifadə edən ideyaya müvafiq adlandırırıq. Təsadüfi deyil ki, eyni bir şey müxtəlif situasiyalarda, kontekstlərdə fərqli ideyanın önə çəkilməsi ilə – fərqli adla qeyd oluna bilər. Məsələn, formaca dairəvi olan qızıl üzük hən- dəsi kontekstdə «dairə», öz funksiyası baxımından «üzük», maddi dəyər baxımından müəyyən kütləyə malik «qızıl» kimi qeyd edilir. Başqa sözlə desək, cismin daşıdığı ideyalardan hər dəfə biri mahiyyət kimi önə çəkilir.


Burada söhbət ideyanın özündən, canlı ideyadan yox, onun müəy- yən növ cisimlərdə passiv halda təmsil olunmasından, onun kopiyalarından gedir. Kopiyalar isə çox olur və müxtəlif cisimlərdə daşınır. Hissi dünyada hər bir cismi fərqləndirən, onu özü edən isə onun hansı ideyaları və hansı nisbətdə daşıması (saxlaması) faktorudur. Cansız cismin, habelə insan dı- şında bütün canlıların daşıdığı bütün ideyalar passivdir. Hansı isə ideyanın önə çəkilməsi, aktivləşməsi, aydınlaşması ancaq idrak prosesində mümkün olur.
Subyekt cismi, hadisəni dərk edərkən onun daşıyıcısı olduğu ideya- ları məqsədyönlü surətdə axtarıb üzə çıxarır. Yəni cisimdə passiv halda da- şınan hər hansı ideya öz-özünə, öz sayəsində deyil, subyektin – insanın nə- zərlərinin yönəlməsi, fokuslanması sayəsində işıqlanır, aşkarlanır. İşraqilik təlimində buna işraq, fenomenologiyada isə intensiallıq deyilir.
Fenomenologiyada istifadə olunan fenomen termini də cismin özün- dən onunla fərqlənir ki, idrak prosesində cismin daşıdığı bütün passiv ide- yalar kompleksi deyil, ancaq bir və ya bir neçə ideya aydınlaşır, aktivləşir və baxılan kontekstdə cismi əvəz edir. Yerdə qalan isə Kantın «özlüyündə şey» adlandırdığı, aktivləşməmiş və konkret idrak aktında subyekt üçün

qaranlıq qalan passiv ideyalar toplusudur. Bu mənada qaranlıq heçlik kimi də başa düşülə bilər.


Beləliklə, «özlüyündə şey» əslində Kant fəlsəfəsində təqdim olun- duğu kimi, idrak üçün həmişə əlçatmaz, qaranlıq bir sahə kimi deyil, hər bir konkret dərk prosesində idrakdan kənarda qalan hissə kimi dəyərləndi- rilməlidir. Bu cür yanaşdıqda aqnostisizmlə fenomenologiyanın sanki sin- tezindən çıxış etməklə yeni bir idrak modeli yaranır.
Bu halda belə bir sual ortaya çiımxılrə: cis rdəki hansı isə ideyanın
aktivləşməsi (işıqlanması) daha çox kimdən (nədən) asılıdır? Cisimdənmi, yoxsa subyektdənmi?
Cismin özü özündə olan passiv ideyaları aktivləşdirmək, işıqlandır- maq qabiliyyətinə malik deyil. Bu qabiliyyət ancaq insanda var. Lakin in- san cisimdə olanı necə «görür», yaxud necə tanıyır? Özündə əvvəlcədən olmayan bir ideyanı insan necə «tanıya» bilər? Deməli, bu ideyalar (həm də bütün cisimlərə aid olan ideyalar) insanda öncədən vardır. Cisimlə kon- takt, subyekt-obyekt münasibəti əvvəlcə müvafiq ideyaların insan beynin- də canlanması üçün bir vəsilə olur. Və sonra bu canlanmış ideyanın guya cisimdə də üzə çıxarılması təəssüratı yaranır. Amma cismdəki passiv ide- ya, əslində yenə də passiv halda qalır.
Buradan belə bir qənaətə gəlmək olar ki, insan bütün digər ci- simlərdən, varlıqlardan fərqli olaraq təkcə öz bədvənainetidniyeih,tiy əni özünə aid olan ideyaların deyil, həm də bütün digər cisimlərdə olan ideya- ların daşıyıcısıdır və onları canlandırmaq imkanına malikdir. Həm də bu keyfiyyət insan bədəninə aid deyil. Bədən özü də bir cisim olaraq «özündə şey»dir, müəyyən passiv ideyaların daşıyıcısıdır. Və onun da dərk olun- ması üçün işraq, intensiya lazımdır.
Yeganə belə bir versiya qalır ki, bədəndə yerləşən hansı isə orqan nə isə əlahiddə bir keyfiyyətə malikdir, yəni başqa cür proqramlaşdırılmışdır. Bax, beyin belə bir əlahiddə xüsusiyyəti ilə bədənin bütün digər orqanla- rından fərqlənir. O, sanki bütün kosmosda təcəssüm olunmuş mümkün ide- yaların daşıyıcısı və onların canlandırıla bilməsi üçün bir vasitədir.)
Necə ki, radioqəbuledici özü bir cihaz kimi müəyyən passiv ideya- nın daşıyıcısıdır və eyni zamanda tamamilə başqa ideyaların ötürülməsinə, səslənməsinə xidmət edir. Yaxud kitab və ya kompüter özləri bir cisim ola- raq müəyyən mahiyyətə malikdirlər, «kitab» və ya «kompüter» ideyaları- nın daşıyıcılarıdır. Və bununla belə, həm də olduqca fərqli ideyaların mə-
lumatların daşıyıcısıdır. Bu məlumat-ideyalar kitab və kompüter üçün kə- nar, yad ideyalardır. Burada ideyaların simvolik saxlanmasından söhbət gedir.
Kompüterdə də müəyyən bir məlumatın passiv yaddaşdan çıxarıla- raq operativ yaddaşa keçirilməsi mümkündür. Burada hansı isə məlumat- ideya müəyyən bir proqram əsasında aktivləşir, işıqlandırılır. Amma insan üçün işıqlandırıcı amil kənar təsirdir.
Belə bir təsir ümumi halda situasiya, mühit və ya daha geniş miq- yasda götürsək, təbiət, hissi dünya, kosmos sayıla bilər. Əlbəttə, kosmik amil Allahın iradəsi kimi də şərh edilə bilər. Lakin indi bizi maraqlandıran bu deyil.

7
Hissi dünyada, cisimlərdə olan passiv ideyalarla insanın potensial hafizəsində olan ideyaların adekvatlığı, birqiymətli eyniyyət problemi fəlsəfədə ən mübahisəli məsələlərdən biridir. Bir çox təlimlər, filosoflar belə hesab edirlər ki, insanda ideya hissi təcrübənin nəticəsi olaraq, yəni cisimdəki xassələrin, passiv ideyaların üzə çıxarılması, inkası kimi yaranır. Platonun «Menon» əsərində yazdığına görə, insan nəfsi ölməz olduğundan və insanın əvvəlki həyatlarındakı təcrübələrin nəticələri universal hafizədə saxlandığından onun indiki həyatında cisimləri xatırlamasından, tanıma- sından və ya yenidən dərkindnənov(arnaisep)oszöhb ət gedə bilər 1. Lakin bu halda da tam adekvatlıqdan danışmaq çətindir. Yaxud Platonun başqa bir fikrinə uyğun olaraq cisimlər (əslində cisimlərdəki passiv ideyalar) ide- yaların (əslində mütləq ideyaların) surətləridir. Lakin bu zaman hissi dün- yada ideyalar təhrif olunduğundan, yenə də orijinala tam adekvat olmur.
Yeganə bir versiya qalır: həm cisimlərdəki, həm də insanın genetik hafızəsindəki ideyalar eyni bir yaradılış proseslərinin nəticələridir. Başqa sözlə, mikrokosmdakı passiv ideya ilə cisimdəki passiv ideya – hər ikisi eyni bir aktiv, orijinal ideyanın surətləri olduğuna görə, bir-birinə ekviva- lentdirlər.
İnsanın kosmik ruhla (dünya ilə) əlaqəsi onun daşıdığı daha yüksək səviyyəli ideyanın realizasiyası kimi həyata keçir. Əql kosmik ideyanın re- alizasiyasıdır. Bu ideyanın realizasiyası da xarici aləmlə, mühitlə qarşılıqlı əlaqə prosesində həyata keçir. Kosmik ruh (mikrokosm) bütün insanlar üçün eyni potensial baza olduğuna görə insanlar hamısı «bu dili» bilirlər.

1 Платон. Собрание сочинений в 4 т.: Т. I М., «Мысль», 1990. – с. 588-589.


Sadəcə olaraq, müxtəlif adamlar üçün bu potensialın müxtəlif hissələri aktivləşmiş olur. Yəni insan ona daxilən xas olan bu potensial bilik ba- zasından yararlana bilmək üçün intellektual iradə nümayiş etdirməlidir.


Canlanmış, işıqlanmış ideya kopiyalanmaq və çoxalmaq imkanına malikdir. Bu isə maddi realizasiya prosesində həyata keçir.
Eyni ideyanın müxtəlif daşıyıcılarının olması materialın bolluğun- dan asılıdır. Eyni qədər materialdan müxtəlif şeylərin yarana bilməsi isə
ideyalarıdnabnoallsuğun ılıdır.
İdeya yoxsulluğu şəraitində dünya yeknəsəq və bir-birini təkrarla- yan şeylərdən ibarət olardı. Burada «müxtəliflik» ancaq materialın müxtə- lifliyi və məkan-zaman fərqi sayəsində mümkün olur.
İdeya zənginliyi isə müxtəlif mahiyyətli şeylərin yaranmasına im- kan verir. Bu müxtəliflik çox vaxt potensial imkan şəklində də özünü gös- tərir. Başqa sözlə, bu zaman virtual müxtəliflikdən söhbət gedə bilər. Bir tərəfdəiqmdəahrdadmmaterial və olduqca müxtəlif ideyalar, formalar, layihələr… Digər tərəfdə isə məhdud sayda ideyalar və material bolluğu… Hər bir yaranış ideya və materialın konkret bir görüşü, başqa sözlə
desək, ideyanın maddi realizasiyasından ibarətdir. Digər tərəfdən, artıq re- allıq olan hər bir cisim özündə daşıdığı passiv ideyanı (ideyanın konkret bir surətini, kopiyasını) özü canlandıra bilməz. Bu ancaq insan idrakının
məqsədyönlü fokuslanmasyı sa əsində mümkün olur. Və canlanmış ideya
yenidən yüzlərlə kopiyalar vasitəsilə çoxala bilər.
Bizim real dünyamız virtual ideyalar dünyası ilə virtual materiallar dünyasının «təsadüfi görüşlərindən» hasil olur. İki əksqütblü virtuallığın toplanmasından bir reallıq yaranır. İnsana bəzən elə gəlir ki, o bu görüşləri idarə edə bilər. Lakin insan buna ancaq lokal bir miqyasda, ancaq konkret bir ideyanın realizasiyası miqyasında müyəssər olur. Geniş miqyasda gö- türdükdə isə bu, insan üçün idarəolunmaz bir prosesdir və ancaq daha bö- yük bir qüdrətin istəyi və iradəsi ilə həyata keçir. İnsanlar bu qüdrətə Allah deyirlər.
Maddi şeylərin cəmlənməsi yalnız hər hansı bir canlı ideyanın ca- zibəsi sayəsində yeni bir sistemin, yeni bir mahiyyətin yaranmasına gətirib çıxara bilər. Bu toplanma əslində sintezdir, yeni bir mahiyyətin əvvəlki materialları istifadə etməsidir. Bu zaman toplananların mahiyyəti arxa pla- na keçir və bütöv sistem bir mahiyyətin, bir yeni canlı ideyanın maddi rea- lizasiyası kimi görünür (üzə çıxır). Əgər belə bir səfərbəredici ideya ol-
masa, guya toplanan şeylər əslində özü olaraq qalacaq və onların məkanca bir yerə cəmlənməsi yeni bir mahiyyətin yaranmasına səbəb olmayacaqdır.
Maddi dünyanı ümumiləşdirən, hissi olaraq qavranılan bütün mövcud şeyləri və hadisələri bir tamın hissələri kimi qəbul etməyə imkan verən cəhət nədən ibarətdir? Burada da sual iki istiqamətdə qoyula bilər. Hər şeyi ehtiva edən, hər şeyin cəmi olan nə isə varmı? Yaxud hər şeyə da- xil olan nə isə varmı, başqa sözlə bütün hissi şeylərin əsasında nə dayanır? Təbii-elmi təlimlərdə bunlar kosmos və ya kainat, atom və ya element kimi qeyd edilir. Lakin həm ən böyük, ən əhatəli olanı, həm də ən kiçik, ən ele- mentar olanı, həm sonsuzluğu, həm də tükənməzliyi özündə birləşdirən bir anlayış da vardır ki, bu da Allah ideyasıdır. Yəni eyni vaxtda həm hər şeyi ehtiva edən, həm də hər şeydə təcəssüm olunan mütləq varlıq – Allahdır.
Bir çox Şərq fməlsləfi təli ərində həm ideya dünyasının, həm maddi
dünyanın – kainatın, həm də insanla dünyanın vəhdətinin təcəssümü Allah hesab edilir. Yəni biz bu daxili əlaqəni, ümumiliyi (ümumi ahəngi) dərk etməyə çalışarkən, əslində Allah ideyasına gəlib çıxırıq. Dünyanı kosmik ruh mövqeyindən izah edənlər Allahı «insan ilə kainatın xalis vəhdət simvolu, dünyanın sirri-sehri, əbədiyyət rəmzi» kimi dəyərləndirirlər.
Allah ideyasına müraciət ona görə zəruridir ki, zaman və məkanca sonsuz hissi dünya insanın idraki qabiliyyətindən kənara çıxır. İnsanın yaradıcılığı ideya ilə maddiyyatın yalnız lokal təmaslarını (görüşlərini) ehtiva edir. Yəni insan nəyi isə yaradarkən mütləq nələri isə pozur, dağıdır. Və pozduğunun nə olduğu haqqında bəzən heç dümşüünr. İnsan bir tərəf- dən ancaq öz yaratdıqlarını axıradək dərk edir, digər tərəfdən də ancaq dərk etdiklərini yarada bilir. Bunların hər ikisi sonsuz və əbədi dünyanın lokal bir sahəsi olaraq «insanlı dünya» və «insan üçün dünya» modelindən ibarətdir. Beləliklə, bizim yaşadığımız dünya, bizim üçün real olan dünya işıqlanmış insan əqlinin miqyasına uyğun olan bir dünyadır. Dünyanın yerdə qalan hissəsi bizim üçün qaranlıqdır və bizim üçün yoxdur, Kant termini ilə desək, böyük miqyasda «özlüyündə şey»dir.
Real dünya alatorandır; mütləq işıqla mütləq qaranlıq arasında, varlıq (being) və heçlik (non being) arasında yerləşir. Neoplatonizm fəlsə- fəsində ağıl dünyası işıqlı, maddi dünya isə qaranlıq hesab olunur. Zaman- məkan da ancaq maddi dünyaya, materiyaya xasdır. Əslində isə qaranlıq olan maddi dünya yox, mütləq materiyadır. İdeya – işıqlı dünya zaman-

məkan kontiniumu xaricində olduğu kimi, mütləq materiya da zaman-mə- kan xaricindədir. Yaradılma və məhvolma isə vaxtaşırı olaraq qaranlıqda müəyyən sahələrin işıqlanması, başqa sahələrin isə qaranlıqlaşması kimi başa düşülür.


Qaranlıqların işıqlanması, əvvəl bizə qaydasız görünən sahələrdə qaydaların tapılması və həmin sahənin bizim üçün anlaşılan olması kimi də qəbul oluna bilər. Amma biz bizim üçün işıqlanmadan, yaxud qaydanın bi- zim üçün aydınlaşmasından deyil, doğrudan da qaranlıq sahədə işıqlı zolaq- ların yaranmasından, nizamsız mühitdə nizamlı fraktalların ortaya çıxma- sından bəhs edirik.
Son vaxtlar özünüinkişaf və özünüidarə sistemlərindən çox yazılır. Necə olur ki, sistem ya mühitdəki dəyişikliklərə reaksiya olaraq, ya da bilinməyən səbəb üzündən öz daxili strukturunu və ya bu strukturun müəy- yən aspektlərini pozub yenidən düzür. Necə ki, buqələmun mühitin rənginə uyğun olaraq öz rəngini dəyişə bilir. Əlbəttə, biz güman edirik ki, o, bunu şüursuz (qeyri-şüuri) şəkildə edir. Yəni bu proses əslində “öz-özünə” gedir.
Sual olunur ki, belə yenidəndüzülüş hadisələrində subyekt kimdir və ya nədir?
Ən maraqlı (və indiyədək nəzərdən qaçmış) məsələlərdən biri insa- nın malik olduğusibsitleimkliədrir. Yeni biliyin əvvəlki sistemə əlavə olunması heç də həmişə rahat şəkildə həyata keçmir. Elmi düşüncədə önəmli məsələlərdən biri budur ki, hər hansı elmi bilik vahidi əvvəlki sistemlə uzlaşa da bilər, uzlaşmaya da bilər. Daha doğrusu, yeni bilik üçün əvvəlki strukturda boş hücrə (yuva) saxlanıbsa, o, sakitcə öz yerini tutur. Əgər onun üçün yer yoxdursa, ya bu yeni bilik ögey ünsür kimi kənarda saxlanılır, ya da onu yerləşdirmək üçün bütövlükdə sistem dağıdılıb yenidən qurulur.
Bir daha sual olunur ki, “fikirləşmə” dediyimiz proses subyektin şü- urlu surətdə müxtəlif strukturlaşmalar aparmasıdırsa, bəs insanın özündən asılı olmadan gedən dağıdılıb yenidən qurulma əhvalatları nədir? Bu, özünüyenidənqurma və ya özünü təşkilatlandırmadırsa, onda bu prosesin subyekti kimdir? İnsanın əvvəlcədən genetik proqramlarla təchiz olunması və bu gizli strukturların məqamında üzə çıxması və insanın özünün ancaq bu prosesin nəticəsindən xəbər tutması haqqında ehtimal özünü nə dərə- cədə doğruldur?
İnsanın bilik bazasına yeni heç nə əlavə olunmadıqda, sadəcə düşün- məklə nəyi isə kəşf etmək mümkündürmü? Təcrübə göstərir ki, katalizator rolunu ancaq yeni bilik oynamır. Bəzən hətta kənardakı hər hansı bir struk- turla assosiasiya yaranmasına da ehtiyac qalmır. İnsan bu yenilikləri “dü- şüncə” prosesində – öz bilik dünyasına, nə vaxtsa mənimsəmiş olduğu müxtəlif çeşidli struktur variantlarına məqsədyönlü nəzər salmaqla, bütöv konfiqurasiyaya daxil olmayan, kənarda qalan viər bnöv ehtiyat fondu ro- lunu oynayan struktur nümunələrini işə salmaqla, onları ümumi sistemə daxil etmək cəhdlərinin nəticəsi olaraq gözlənilmədən daha əhatəli və daha optimal konfiqurasiya ala bilər.
İnsanın bilikləri heç də həmişə sistemli şəkildə olmur. Və ya daha doğrusu, bütün biliklər vahid sistem təşkil etmir. Müəyyən bir ixtisas sahə- si, müəyyən bir problem üzrə olan biliklər hansı isə prinsiplər və nəzəriy- yələr əsasında qaydaya salınır. Onlar da öz növbəsində daha fundamental prinsip və ya nəzəriyyədə ehtiva olunur. Lakin çox vaxt bir ixtisas sahəsin- dəki ümumi mənzərə, yəni bir blokun strukturu başqa blokdan olan struk- tur nümunələri və biliklərlə toqquşaraq yeni, daha optimal və ya daha praqmatik konfiqurasiyanın yaranmasına səbəb ola bilər.
Yeni elmin, yeni nəzəriyyənin, yeni biliyin əvvəlki sistemdə yerləş- dirilməsi məsələsi əslində daha universal bir prosesin xüsusi hallarıdır. Söhbət mövcud mühitə daxil olan şeyin ideya və ya struktur baxımından doğma, yaxud yad olması məsələsindən gedir.
Əridilmiş, amorf hala salınmış mayeni yenidən kristal hala salmaq üçün onun içərisinə ilkin kristal dənəsi salınır və sonrakı kristallaşma pro- sesi bu nüvənin ətrafında gedir. Yəni amorf mühitdə maddə-material olsa da, onun hafizəsində kristalın strukturu olmadığına görə, öz-özünə kristal- laşa bilmir. Haradansa amorf mühitə kristalın ideyası verilməlidir. İdeya özünü təkrarlayaraq kiçik miqyasda və ya böyük miqyasda kristal əmələ gətirir. Daha doğrusu, sonrakı proses böyümə və ya kopiyalanaraq, təkrar- lanaraq çoxalma prosesidir. Mahiyyət fərqi ideyadadır; onun ən kiçik zər- rəsində, “atomunda”, rüşeymdə, nüvədə. Canlı aləmdə olduğu kimi.
Əvvəlki biliklər sisteminə yeni bilik, yeni ideya düşdükdə ilk öncə yoxlama, tanıma prosesi gedir. Əgər bu sistem üçün yeni bilik bir o qədər yeni deyilsə, yəni məlum strukturlardan quraşdırılıbsa və ancaq növ daxi- lində müxtəliflikdirsə, onun yerləşdirilməsi çətin olmayacaqdır; sistemin konfiqurasiyasında onun yeri zatən var imiş və o, yad ünsür kimi qar-

şılanmırdı. Buna başqa terminoloji rakursda uyuşma, uyğun gəlmə də deyi- lir. Yeni çox yenidirsə – mövcud konfiqurasiyada ona yer tapılmırsa, bu sistem üçün yaddır və ideyasının açarı özü ilə bərabər gəlməlidir, çünki sistem onu tanımır və aça bilmir. Əgər açarsız gəlibsə, o, sistem xaricində qalacaqdır və ya başqa bir sistemin təməli olacaqdır. Onu başqa biliklər sistemi tanıyıb qəbul edə bilər.


Biz biliklər vaəsfikir düny ında gedən bütün prosesləri modelləşdir-
mək niyyətindən uzağıq. Məqsədimiz burada da təbiətdə olduğu kimi, alt- yapı proqramlarının, özünüyenidənqurma proseslərinin mövcudluğunu və bu mənada sinergetik metodologiyanın buraya da tətbiq oluna biləcəyini vurğulamaqdır.
İnsanın mənəvi intellektual dünyası ancaq biliklər sistemindən ibarət deyil. Buraya arzu, xatirə, hiss, həyəcan da daxildir. Yəni hələ bilik kimi formalaşmamış, kristallaşmamış təəssüratlar və təsəvvürlər bilavasitə elmi biliklər sistemində yer almasalar da, özünüyenidənqurma prosesində “söz sahibi” ola bilərlər. Yeni biliklərin əldə edilməsi ancaq məntiqi təhlil yolu ilə deyil, fəhm, intuisiya, ilham sayəsində də stimullaşır ki, bunu tədqiqat- çılar ya irrasional adı altında ümumiləşdirir, ya qeyri- şüuri proseslər kimi təfsir edirlər.

7
Biliklərin saf-çürük edilməsi, qablaşdırılması, məntiqi bağlarla bir- ləşdirilməsi, sistemləşdirilməsi ancaq rasional müdaxilə məqamında, yəni yeni bilik, yeni ideya artıq doğulduqdan sonra başlanan bir prosesdir. Yəni doğuluşa qədərki proses öz stixiyası ilə, təbii yolla, dərk olunmadan və şüurlu müdaxilə xaricində baş verir. Və ancaq nəticə ortaya çıxdıqdan və konturları göründükdən sonra onun yerləşdirilməsi şüurlu surətdə həyata keçirilir. Deməli, rasional mərhələ çox vaxt elmi yaradıcılığın ancaq son məqamında işə düşür. Elmi biliklərin həqiqiliyi məsələsi, onların məntiqi yolla əsaslandırılması, məntiqi-qnoseoloji stereotiplər, idrakın ənənəvi me- tod və formalarının tətbiqi – bütün bunlar da əslində yaradıcılıq prosesinin sonrakı pilləsinə aiddir. Maraqlıdır ki, elmi yaradıcılıq, elmi idrak məsələ- lərinə, elm fəlsəfəsinə həsr olunmuş tədqiqatların çoxunda məhz bu sonra- kı pilləyə aid problemlər müzakirə olunur. 1

1 А.Ф.Зотов. Структура научного мышления. М., Политиздат, 1973; А.Н.Кочер- гин. Моделирование мышления М., Изд-во полит.литературы, 1969; Е.А.Мамчур. Проблема выбора теории. М., Наука, 1975; С.Ш.Авалиани. Структура (уровни) чело- веческого познания // Диалектика, логика, теория познания. Тбилиси, «Мецниереба»,



7
Yeni ideyanın elmdə artıq formalaşmış nəzəriyyə və biliklər sistemi kontekstinə salınması və yeni biliyin konseptuallaşdırılması, onun elmilik şərtlərinə cavab verib-vermədiyinin, normal elmin çərçivəsinə sığıb-sığma- dığının yoxlanması, yeni elmi konfiqurasiyaların yaradılması və bu zaman məlum riyazi aparatdan və modellərdən istifadə edilməsi, əlbəttə, elmi fəa- liyyətin hüdudları daxilindədir. Lakin yaradıcı proses elmin şablonlaşdırıl- ması, “normal”laşdırılması prosesi ilə qatışıq salınmamalıdır. Təəssüflər olsun ki, müasir elm fəlsəfəsində elmi yaradıcılığın özü, elmi kəşflərin me- xanizmi diqqətdən kənarda, arxa planda qaldığı halda, elmi rasionallaşdır- ma, strukturlaşdırma, kommunikasiya məsələləri önə çıxır. Təsadüfi deyil- dir ki, tədqiqatların böyük bir qismi elmilik meyarlarına və demarkasiya məsələlərinə həsr olunmuşdur. 1

7

7
Lakin elmi yaradıcılıq və yaradıcı təfəkkür məsələlərinə də az diqqət ayrılmır. Bircə fərqlə ki, bu cür tədqiqatların çoxunda “yaradıcılıq” özü də məntiqi idrak və ya təfəkkürün hüdudları daxilində axtarılıır. 2 Məsələn, C.V.Ostapenko yazır: “Yaradıcılıq subyektin öz fəaliyyət metodlarına mü- nasibətinin şüurlu və aşkar qaydada dəyişməsidir.” 3 Halbuki, böyük kəşflər adi empirik tədqiqatlar və ya rasional fikir sayəsində əldə edilmir. Ona görə də, yaradıcılığın məntiqə sığmayan, irrasional məqamlarını

1979, с. 156-173; Г.Ш.Хуцишвили. Генезис структуры теоретического мышления. Тби- лиси, «Мецниереба», 1989; А.В.Панин. Рациональность познавательной деятельности субъекта // П.В.Алексеев, А.В.Панин. Теория познания и диалектика. М., Высшая школа, 1991, с. 199-214; Приобретение знаний. Под ред. С.Осуги, Ю.Саэки. М., Мир, 1990.


1 З.А.Сокулер. Проблема обоснования знания. Гносеологические концепции
Л.Витгенштейна и К.Поппера. М., Наука, 1988; И.Т.Касавин. З.А.Сокулер. Рациональ- ность в познании и практике. М., Наука, 1989; Б.В.Марков. Проблема обоснования и проверяемости теоретического знания. Л., Изд-во Лен. Унив-та, 1984; А.Л.Никифо- ров. Демаркация и принцип фальсифицируемости. – Фальсификационизм и эписте- мологический анархизм // В поисках теории развития науки/ Очерки западноевро- пейских и американских концепций ХХ века. / М., 1982;
2 В.С.Библер. Мышление как творчество. М., Политиздат, 1975; П.В.Алексеев.
Творчество и познание // П.В.Алексеев, А.В.Панин. Теория познания и диалектика, с. 185-198. Ж.Адамар. Исследование психологии процесса изобретения в области математики. М., Изд-во «Советское радио»,1970; В.Ньютон-Смит. Рациональность науки // Современная философия науки: знание, рациональность, ценности в трудах мыслителей Запада. Хрестоматия. М., Логос, 1996, с. 246-294; Б.С.Грязнов. Логика. Рациональность. Творчество. М., Наука, 1982;
3 С.В.Остапенко. Проблема определения творчества и некоторые методо- логические аспекты его изучения // Структура науки и механизм возникновения
нового знания. Обнинск-Москва, 1977, с. 122.



7
nəzərə almaq istiqamətində də böyük axtarışlar gedir. 1 Sovet fəlsəfi ədəbiyyatındakı bu çatışmazlıq əslində elə o dövrdə də etiraf olunurdu: “Bizdə elmi idrakın forma və metodlarını gerçəkliyin insan tərəfindən dərkinin fəal yaradıcı xarakteri baxımından təhlili praktiki olaraq yox dərə-
2
cəsindədir”.7 Bunun səbəbi əslində materialist dünyagörüşü çərçivəsində

7

4
subyektiv amillərin nəzərə alınması ilə bağlı yaranan çətinliklərdir. Zatən hələ o vaxt K.Marks özünün məşhur Feyerbax haqqında birinci tezisində bu məsələni xüsusi vurğulamışdı. 3 Yaradıcılıq prosesinin mahiyyətini materialist inikas nəzəriyyəsi məcrasında anlamaq və izah etmək olduqca çətindir. Görkəmli sovet filosoflarından V.S.Tyuxtin, A.D.Ursul və b. belə bir təşəbbüs göstərsələr də, bu kontekstdə yaradıcılığın mahiyyətini ancaq qismən işıqlandıra biliblər.7

8
Yeni biliklərin əldə edilməsi mexanizminin, elmi yaradıcılıq prosesi- nin modelləşdirilməsi və bu zaman sistem nəzəriyyəsinə, kibernetikaya, in- formasiya təliminə müraciət edilməsi indi də aktual tədqiqat istiqamətlə- rindən biri kimi qalmaqdadır. 5 Əhəmiyyətli məqamlardan biri budur ki, in- san idrakının modelləşdirilməsindən çıxış edən tədqiqatçılar çox vaxt məhz elmi idrak üçün spesifik olan cəhətlərdən deyil, ümumiyyətlə idrak mexanizmlərindən bəhs edirlər. İdraki mexanizmləri öyrənən tədqiqat is- tiqamətləri “koqnitiv elmlər” adı altında birləşdirilir və onların məzmunu- na müxtəlif növlü informasiyaların əldə edilməsi, saxlanması, üzərində
aətmaəpliayry ılması, yenidən bərpa olunması və s. bu kimi prosedurlar

8
daxil edilir.6 Müəlliflər göstərir ki, reallığın dərki sadəcə inikas yolu ilə deyil, onun subyektiv faydalı modellərinin qurulması və hər bir qarşılıqlı
1 М.Полани. Неявное знание // М.Полани. Личностное знание. М., «Прогресс», 1985, с. 103-252; Н.С.Мудрагей. Рациональное и иррациональное. Историко-теорети- ческий очерк. М., Наука, 1985.
2 Творческая природа научного познания, М., Наука, 1984, с. 5.
3 К.Маркс и Ф.Энгельс. Сочинения. Изд. второе, т. 1.
4 В.C.Тюхтин. Диалектико-материалистический принцип отражения и творческий характер познания // Творческая природа научного познания, с. 6-32; Урсул А.Д.
Отражение и информация. М., «Мысль», 1973.
5 Bax, məs.: Дж.О‘Коннор и И.Макдермотт. Искусство системного мышления. Пер. с англ. М., Альпина Бизнес Букс, 2006; О.Е.Баксанский, Е.Н.Кучер. Нейролин-
гвистическое программирование как практическая область когнитивных наук //
Вопросы философии, 2005, № 1, с. 82-100.
6 О.Е.Баксанский, Е.Н.Кучер. Göst. əsər, s. 82.

8

8

8

8
münasibətdə ən optimal modelin seçilməsi yolu ilə baş verir. 1 Söhbət məhz elmi idrakdan getdikdə isə praktik ağıl, fayda, insanın subyektiv halı və s. arxa plana keçir və prosesə biliyin obyektivləşdirilməsi istiqamətində əlavə komponentlər daxil olur.2 Ona görə də, koqnitiv elmlərin, xüsusən koqnitiv psixologiyanın idrak modelləri elmşünaslıqda birmənalı şəkildə qəbul olunmur, burada elmiliyin meyarları ilə bağlı qoyulan əlavə tələblərdən başqa, bütövlükdə fərqli olan idrak modelləri təklif edilir. 3 Məsələn, E.Husserl elmi-fəlsəfi düşüncəni hər cür psixologizmdən və koq- nitiv psixoloji modellərdən təmizləməyə çağırır. 4 E.J.Lou da psixoloqizmə

münasibətdə E.Husserllə həmfikirdir.8
5 E.Husserlə görə, elmin və


6
fəlsəfənin əsas məqsədi hissi obrazlara istinad etmək yox, onlardan azad olmaq, experientia vaga – bulanıq, təxmini təcrübə əvəzinə və ya simvolik obrazlar – rasional elmlər dünyası əvəzinə mahiyyət-fenomenləri birbaşa, intensiyanın köməyi ilə mənimsəməkdir.8

8
Şərq fəlsəfi təlimlərində, xüsusilə işraqilikdə bu idrak forması hissi təcrübədən fərqli olaraq daxili işıqlanmanın köməyi ilə baş verən bir hadi- sə kimi izah edilir. Biz işraqilik və fenomenologiyanın müqayisəsini verər- kən bu məsələni geniş şərh etdiyimizdən burada üzərində dayanmayaca- ğıq.7 Lakin bircə bunu qeyd etmək istərdik ki, empirizm və rasionalizmin mübarizəsinə aludə olan, gah bu, gah da digər qütbdən çıxış edən Yeni

1 Yenə orada, s. 82-83.


2 К.Р.Поппер. Объективное знание. М., 2002.
3 Э.Штрёкер. Гуссерлевская идея феноменологии как обосновывающей теории науки
// Современная философия науки: знание, рациональность, ценности в трудах мыслителей Запада, c. 376-393; S.Xəlilov. İdeyanın canlanması” kontekstində yeni idrak modeli // Fəlsəfə və sosial-siyasi elmlər, 2008, № 5-6, s. 106-112.
4 Э.Гуссерль. Кризис европейских наук и трансцендентальная феноменология. СПб., 2004; Э.Гуссерль. Философия как строгая наука. Новочеркасск, Сагуна, 1994;

Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə