0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə61/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 

195 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

Ölkədə olan əksər təsərrüfat müəssisələri, energetika, nəqliyyat və rabitə şəbəkə-
ləri, dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarixi abi-
dələr, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar dövlət mülkiy-
yətinə aiddir.  
Müasir dünyada mülkiyyətin ən mühüm qolu kimi intellektual (əqli) mülkiyyətə 
üstünlük verilir. İntellektual mülkiyyət ayrıca bir mülkiyyət forması olub şəxsi xü-
susi mülkiyyətin bir qolu hesab sayılır. Bədii və elmi əsərlər, musiqi və incəsənət 
nümunələri, müxtəlif kompüter proqramları intellektual mülkiyyətdir. 
 
 
 
 
1. Mülkiyyət formalarını müqayisə edin: 
Mülkiyyət formaları 
Aid olan əlamətlər 
Xüsusi  
 
Bələdiyyə  
 
Dövlət 
 
 
2. Mətndən istifadə edərək dövlətə məxsus olan mülkiyyəti aşağıdakı cədvəl üzrə qruplaşdırıb yazın:  
Fiziki-coğrafi obyektlər 
İqtisadi-sosial obyektlər 
 
 
 
 
 
 
• Bill Qeytsin zəkası ən böyük sərvətdir. Bill Qeyts fərdi 
kompüter  inqilabının  ən  məşhur  sahibkarlarından  biridir. 
O,  informasiya  texnologiyalarının  yaradıcısıdır.  B.Qeyts 
məktəb illərindən kompüterdə proqram təminatı məcəllə-
sini mükəmməl öyrənmişdir. Hazırda Bill Qeyts saniyədə 
250$, gündə isə 20 mln. $ qazanır. 
Maraqlıdır ki, "Maykrosoft"un banisi və adı kompüter erasının rəmzinə çevrilən Bill 
Qeyts öz uşaqlarına lazım olmadan kompüterdən istifadəni qadağan edib. 
1. Kompüter  texnologiya  mütəxəssisi  olmaq  üçün  hansı  biliklərə  malik  olmaq 
lazımdır? 
2. Sizcə, Bill Qeyts niyə öz övladlarına kompüterdə məqsədsiz məşğul olmağı qa-
dağan etmişdir? 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. Azərbaycan Respublikasında əqli mülkiyyəti patentləşdirmək üçün nə etmək lazım 
olduğunu araşdırın və təqdimat hazırlayın. 
https://az.wikipedia.org/.../Ümumdünya_Əqli_Mülkiyyət 
2. Yaşadığınız ərazinin bələdiyyə idarəsi ilə maraqlanın və onun fəaliyyəti  haqqında məlumat 
toplayın. Dərs prosesində hazırladığınız sorğulara cavab alın, onları təqdim edin. 
 
 
Dərsdən sonra
 


 
 
 
196 
 
 
 
A
ZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFI  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müzakirə edin:  
1.  2000–2010-cu illər ərzində istehsal olunan məhsul və göstərilən xidmətlərin dəyəri nə qədər 
artmışdır? 
2. İstehsal olunan məhsul, göstərilən xidmətlərin dəyəri və yoxsulluq səviyyəsini əks etdirən 
qrafiklər arasında hansı  əlaqə olduğuna aid fikirlərinizi yazın. 
 
İqtisadi, demoqrafik, sosial və ekoloji sahələrdə qazanılan nailiyyətlər Azərbay-
canın  dünyada  “yuxarı  orta  gəlirli”  və  “insan  inkişafı  indeksinin  yüksək  olduğu” 
ölkələr qrupuna aid olduğunu göstərir.  
 
 
Əhalinin hər nəfərinə düşən illik gəlirləri (manatla) – (www.az.stat.org. saytına əsasən) 
İllər 
2000 
2002 
2004 
2006 
2008 
2010 
2012 
2014 
Manat 
508,9 
618,8 
796,7 
1201,3 
2378,3 
2866,1 
3789,3 
4180,6 
1.  Cədvəldəki rəqəm göstəriciləri əsasında diaqram qurun. 
2.  Gəlirlərin daha sürətli artım dövrü hansı illəri əhatə edir? 
3.  Sizcə, gəlirlərin kəskin artımına hansı amillər təsir edə bilər? 
 
Azərbaycanın  hazırkı  iqtisadi  inkişafı  müəyyən  mərhələlərdən  keçmişdir.  Hər 
mərhələdə təsərrüfat sahələrinin quruluşu bir-birindən fərqli olmuşdur.  
 
Sxem üzrə iş
 
Cədvəl üzrə iş
 
55 
Azərbaycan Dövlət Statistika Komitəsinin mə-
lumatlarına görə, istehsal olunan məhsul,  gös-
tərilən xidmətlərin dəyəri və Azərbaycan Res-
publikasında  əhalinin  yoxsulluq  səviyyəsinin
dəyişməsi 
Azərbaycanda  istehsal olunan məhsul və 
göstərilən xidmətlərin dəyərinin 1990–
2010-cu illər üzrə dinamikası 


 
 

197 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

 
 
1900-cü ilə qədərki dövrü əhatə edən I mərhələdə Azərbaycan aqrar öl-
kəsi  idi.  Kənd  təsərrüfatı  şəxsi  təsərrüfatlarda  cəmləşmişdi.  Yüngül  və 
yeyinti sənayesi qismən inkişaf etmişdi. Həmin dövrdə Azərbaycandan 
xarici ölkələrə yun, ipək parça, xalça, kürü ixrac edilirdi. 
 
II mərhələ 1900–1940-cı illəri əhatə edir. Ölkə neft hasilatına görə dün-
yanın  ən  qabaqcıl  dövlətlərindən  birinə  çevrilmişdi.  Xüsusilə  1920-ci 
illərdə Azərbaycan nefti ölkəyə xeyli miqdarda gəlir gətirirdi. Neft hasi-
latının artması neft-mədən avadanlığı istehsalına tələbatın artmasına sə-
bəb oldu. Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi. Öl-
kədə istehsal edilən neft maşınqayırması məhsulları daxili bazarı təmin 
etməklə yanaşı, həm də xarici ölkələrə satılmağa başladı. 
 
1940–1990-cı  illəri  əhatə  edən  III  mərhələ  Azərbaycanda  sənayenin 
digər sahələrinin inkişafı ilə fərqlənir. Bu dövr ərzində ölkənin təsərrüfat 
strukturunda mühüm dəyişikliklər baş verdi. Bununla yanaşı, neft maşın-
qayırması ölkənin ixtisaslaşmış sahəsinə çevrildi. Bu mərhələdə  qeyri-
neft  sektorunun  inkişafına  da  diqqət  artırıldı.  Gəncə  alüminium,  Daş-
kəsən  filizsaflaşdırma,  Sumqayıt  boru-prokat  və  sintetik  kauçuk 
zavodları,  Mingəçevir  SES-i,  Bakı  məişət  kondisionerləri  və  digər  iri 
müəssisələr fəaliyyətə başladı. Bu müəssisələri ixtisaslı kadrlarla təmin 
etmək üçün mütəxəssis hazırlığına diqqət artırıldı.  
 
Hazırda  Azərbaycan iqtisadi  inkişafının IV  mərhələsindədir. Bu  mər-
hələ ölkə iqtisadiyyatının dünyaya inteqrasiyası kimi səciyyələnir. Azər-
baycanın zəngin təbii sərvətləri, aqroiqlimi, rekreasiya ehtiyatları və əl-
verişli iqtisadı mövqeyi xarici kapital axınını ölkəyə cəlb edir. 1994-cü 
ilin 20 sentyabrında Azərbaycan Respublikası ilə dünyanın 20-dək ölkə-
sinin neft şirkətləri arasında bağlanan “Əsrin müqaviləsi” iqtisadiyyatda 
dönüş yaratdı. Müqaviləyə əsasən, yeni neft yataqlarının (“Azəri”, “Gü-
nəşli”,  “Çıraq”) istismarı  üçün investisiyalar  qoyuldu.  Müstəqillik  illə-
rində ölkə iqtisadiyyatına 120 milyarda qədər ABŞ dolları həcmində sər-
mayə qoyulmuşdur. Müasir dövrdə ölkədə nəhəng beynəlxalq nəqliyyat 
layihələri həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Ərzu-
rum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP və s.  
 
 
Bu isə qeyri-neft sektorunu (nəqliyyat, aqrar, turizm, ticarət və s.) inkişaf etdir-
mək  üçün  iqtisadi  islahatlar  həyata  keçirməyə  imkan  yaratdı.  Sosial  problemlərin 
həllində böyük nailiyyətlər əldə edildi. Yeni mülkiyyət formalarının inkişafına diq-
qətin artırılması da əhalinin gəlirlərinin artmasına səbəb olmuşdur. 
Müzakirə edin:  
1. Diaqrama əsasən maddi və qeyri-maddı təsər-
rüfat sahələrindən alınan gəlirlərin cəmini he-
sablayın. 
2. Sənayenin payının yüksək olması hansı amil-
lərlə əlaqədardır? 
Azərbaycan Respublikasının istehsal 
olunan məhsul və  göstərilən xidmətlərin 
dəyərində  təsərrüfat sahələrinin payı 
 
Diaqram üzrə iş


 
 
 
198 
 
Çoxsahəli təsərrüfat ölkədə iqtisadiyyatın inkişafına, əməkhaqlarının artmasına, 
xidmət sahələrinin genişlənməsinə və s.-yə səbəb olur. Əhalinin mülkiyyət növləri 
üzrə iş yerlərində də mühüm dəyişikliklər baş vermişdir. İqtisadi islahatların həyata 
keçirilməsi üçün müxtəlif illəri əhatə edən dövlət proqramları qəbul olunur. Dövlət 
proqramları tərtib edilərkən müxtəlif regionların potensialı, problemləri nəzərə alı-
nır, görüləcək işlərin siyahısı tərtib edilərək vəsait ayrılır. Hazırda “Azərbaycan Res-
publikası  regionlarının  2014–2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proq-
ramı” tətbiq edilir ki, bu da regionlarda müxtəlif sahələrin inkişafına səbəb olur. 
 
 
1.  Mətndən  istifadə  edərək  Azərbaycanda  iqtisadi  inkişafın  mərhələlərinin  səciyyəsini  müəyyən 
edin və cədvəli dəftərinizdə tamamlayın: 
Mərhələlər 
İllər 
Səciyyəvi əlamətlər 

 
 
... 
 
 
 
2. Diaqrama əsasən Azərbaycanın müxtəlif rayonlarına qoyulan sərmayənin miqdarını müqayisə 
edin və səbəblərinə dair fərziyyələrinizi şərh edin.  
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
133,1 
204,9 
227,6
311,2
394,1
400,1
703 
 
706 
794,5
29339,7
 
100,4 
101,1 
102,5
133,5
147,3
145,5
223 
203,4
303 
2735,1
 
 
Dağlıq 
Şirvan 
Şəki-
Zaqatala 
Yuxarı 
Qarabağ
Lənkəran 
Quba-
Xaçmaz
Gəncə-
Qazax 
Naxçıvan 
Abşeron
Aran 
Bakı 
2007-ci ilin investisiya həcmi  
2002-2006-cı illərdə investisiyaların ümumi həcmi  
1. “Azərbaycanda əhalinin iş yerləri” mövzusunda sorğu aparın. Ətrafınızda olan insan-
ların təsərrüfatın hansı sahəsində  çalışdığına və onların yaşayış səviyyəsinə aid 
(əməkhaqqı, məzuniyyət vaxtını harada keçirməsi və s.) aid məlumat toplayın. Apar-
dığınız sorğunun nəticələrini təhlil edin və cədvəl formasında hesabat hazırlayın.  
2. İnternet axtarış sistemlərindən istifadə edərək, işçi axtaran saytlarda hansı ixtisas-
çıların  daha çox tələb olunduğunu  müəyyənləşdirib dəftərinizə yazın.    
 
 
Dərsdən sonra
 


 
 

199 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

 
 

T
ÜSTÜSÜZ  SƏNAYE

 – TURİZM  
 
 
 
Turizm üçün ərazilərin cəlbedicilik səviyyəsi dünya iqtisadi forumlarında qəbul 
edilmiş göstəricilər əsasında müəyyən olunmuşdur.  
Göstəricilərə görə:  
– siyasi cəhətdən sabitlik;  
– güclü  iqtisadiyyat;   
– yüksək  xidmət səviyyəsi;  
– əhalinin milli-mənəvi adət-ənənələri; 
– zəngin təbii şərait hər hansı ölkəni turizm və səyahətçilər üçün cəlbedici edə 
bilər.  
Turizm ən inkişafda olan təsərrüfat sahələrindən biridir. O, əhalinin həyat səviy-
yəsini əks etdirir. Turizm baxımından ölkələr iki qrupa ayrılır: ABŞ, Norveç, Böyük 
Britaniya, Almaniya və s. ölkələrdən digər ölkələrə turist axını yüksəkdir. Türkiyə, 
İspaniya, Yunanıstan, İtaliya və bu kimi ölkələr isə daha çox turist qəbul edir.   
İnkişaf sürətinə və qazanılan gəlirlərə görə turizm yalnız neft və neft məhsulları 
ticarəti və avtomobil satışından sonra üçüncü  yeri tutur.  
 
 
 
Turizmin  inkişafı  müxtəlif  amillərdən  asılı  olduğu  kimi,  özü  də  iqtisadiyyatın 
müxtəlif
 sahələrinə təsir edir. İlk növbədə turizm xeyli sayda iş yeri deməkdir.  
56 
Dünyanın siyası xəritəsindən istifadə 
edərək turizm və səyahət üçün   
cəlbediciliyə görə ölkələri qruplaş-
dırın  və cədvəli tamamlayın. 
  
Xəritə-sxem üzrə iş
 
Çox 
yüksək
 
Yüksək
 
Orta
 
Aşağı
 
Çox 
aşağı
 
 
 
 
 
 
Müzakirə edin:  
– Sizcə, ölkələrin cəlbedici olması 
hansı meyarlara əsaslanmışdır? 
Turizm və səyahət baxımından ölkələrin cəlbedicilik 
səviyyəsi
Dünyada turizmdən əldə olunan gəlirlərin  artım dinamikasının qrafikini 
qurun. 
İllər 
 
2000 
2004 
2009 
2013 
Gəlirlər (ABŞ dolları ilə) 
500 mlrd. 
600 mlrd. 
850 mlrd. 
1 trln. 
Gəlir 
($)
İllər 
  
Cədvəl üzrə iş
 


 
 
 
200 
 
Hazırda dünyada bu sahədə çalışanların sayı  300 milyon nəfərdən çoxdur. Bu isə 
dünyanın iqtisadi cəhətdən fəal əhalisinin hər 16 nəfərindən biri deməkdir. 
 
Xidmət sahələrinin bəzi sahələri turizmlə birbaşa əlaqədardır: istirahət edənlərin 
daşınması, yerləşdirilməsi, qidalanması, onlar üçün əyləncələrin təşkili, ekskursiya 
turları, mehmanxanalar (hotel, motel, kempinq, resort), hədiyyə istehsalı və s. sa-
hələr də bilavasitə turizmə xidmət edir. 
Turizm və səyahətlər, əsasən, turizm şirkətləri 
tərəfindən
 təşkil olunur. Müəssi-
sələr öz xidmətlərini turizm şirkətlərinə reklam etməklə yeni 
müştəri
 axını qazanırlar. 
Bu proses müxtəlif reklam və sərgilər vasitəsilə həyata keçirilir.  
Elektron vasitələr – televiziya kanalları və internet vasitəsilə turizmin təbliği ge-
nişlənmişdir. Xüsusilə inkişaf etmiş Avropa, Asiya və Amerika ölkələrində elektron 
marketinq üsullarından daha geniş istifadə olunur ki, bu da daha böyük potensiala 
malikdir.  
 
 
 
Turizmin növləri çoxdur: təbii ekoloji turizm, dini turizm, tarixi turizm, ticarət turizmi 
və s. Buna baxmayaraq turizm şirkətləri ildən-ilə bu sahələrə daha yenilərini əlavə 
edir. 
Turizm  sənayesindəki  yeni  istiqamət  yerli  ənənələrinə  sadiq  qalmış  regionlar 
üçün səciyyəvidir. Yüksək  göstəricilərə malik ölkələrlə yanaşı, nisbətən inkişafdan 
geri  qalmış,  xidmət  şəraiti  zəif  olan  regionlara  da  maraq  artmışdır.    Nepal, 
Qırğızıstan, Peru, Meksika və digər ölkələr buna misal ola bilər. Efiopiya, Somali, 
Nigeriya, Əfqanıstan, CAR, Misir və bu kimi ölkələrdə turizm imkanları böyük olsa 
da, siyasi sabitliyin olmaması bu sahənin inkişafına mane  olur.  
Turizm  Azərbaycan  iqtisadiyyatı  üçün  önəmlidir.  Azərbaycan  dövləti    turizm 
sahəsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə mühüm sahə elan etmişdir. Turizmin 
inkişafı üçün ölkə zəngin təbii sərvətlərə, cəlbedici turizm landşaftına, rəngarəng iq-
• Xidmət sahələrinin əksəriyyəti  kimi, turizm də Avropa ölkələrində təşək-
kül  tapmışdır.  1985-ci  ildə  Lüksemburqun  Şengen  şəhərində  Avropa 
ölkələri  arasında  gömrük-sərhəd  nəzarətinin  ləğv  olunmasna  dair  razı-
laşma  (hazırda  Şengen  vizasına  26  Avropa  ölkəsi  daxildir)  əldə  edil-
mişdir.  Şengen vizası almış turistlərin həmin zona daxilində sərbəst hə-
rəkəti bu regiona xeyli gəlir gətirir. 
EKSPO mərkəzi, turizm sərgisi. Bakı, 2015 
“Şahdağ”  Qış-Yay Turizm Kompleksi. Qusar rayonu 


 
 

201 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

limə, qədim tarixi-mədəni irsə, adət-ənənəyə, milli mətbəxə, milli musiqiyə malik-
dir. Hazırda Azərbaycanda 300-ə qədər turizm şirkəti vardır. Şirkətlərdən 35%-i gəl-
və daxili, 65%-i isə getmə turizmi ilə məşğul olur. 
 
 
 
 
1. Cədvəldə verilən məlumatları təhlil edin, ayrı-ayrı illər üçün ölkəyə gələn və ölkədən gedən 
turistlərin sayı arasında fərqi əks etdirən diaqram tərtib edin. 
 
2010 
2011 
2012 
2013 
2014 
Azərbaycana gələn xarici ölkə 
vətəndaşlarının sayı (min nəfər) 
1962,9 
2239,2 
2484,1 
2508,9 
2297,8 
Xarici ölkələrə gedən Azərbaycan 
vətəndaşlarının sayı (min nəfər) 
3175,6 
3550,2 
3874,4 
4284,7 
4244,3 
2.  Ölkəyə gələn turistlərin sayını artırmaq üçün təkliflər yazın. 
 
 
 
• Uzun illər  turizmin əsas etalonu – dəniz-
günəş–qumu əks etdirən “SSS” (“Sea-
Sun-Sand”)  olmuşdur.
• Hazırda  turizmin inkişaf istiqaməti  milli 
adətlər–peyzaj–asudə vaxtı əks etdirən  
LLL-dir (“Lore-Landscare-Leisure”).  
Müzakirə edin:  
1. Dünyanın hansı ölkələrində “SSS” istiqamətli turizm mərkəzləri mövcuddur? 
2. Azərbaycanın hansı rayonlarında “SSS”  və “LLL” istiqamətli turizmin inkişafına imkan vardır? 
3. Sizi turizmin hansı istiqaməti daha çox cəlb edir? Səbəbi izah edin. 
  
Mətn və şəkil üzrə iş
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. İnternet axtarış sistemindən hər 
hansı ölkənin və ya Azərbaycanın 
ən məşhur  turizm zonalarının si-
yahısını əldə edin. Turizm zonala-
rından biri haqqında plan üzrə  mə-
lumat toplayaraq onu təqdim edin. 
2. Gələcəkdə şəxsi turzim şirkəti yaratsanız və ya orada işləsəniz, şirkətin gəlirlərini 
artırmaq üçün hansı təklifləri verərdiniz? Fikirlərinizi layihə formasında yazın. 
 
 
Dərsdən sonra
 
 
Plan 
1.Ölkə 
2. Turizm zonasının adı 
3.İldə neçə nəfər turist qəbul etmək imkanı vardır  
4. Turizmin hansı növü inkişaf etmişdir 
5. İldə neçə nəfər turist qəbul edir 
6. Birgünlük istirahətin qiyməti nə qədərdir  
7. İstirahət üçün hansı xidmətlər göstərilir
 


 
 
 
202 
 
 
 
1. ABŞ-da alüminium sənayesi, əsasən, Kolumbiya və Kolorado çayları ətrafında cəmlənmişdir.  
 
Buna səbəb...   
a) ərazidə ağır maşınqayırmanın inkişafı 
b) burada ucuz elektrik enerjisinin istehsalıdır. 
c) İxtisaslı kadrların  mövcudluğu 
d) Sakit okeana çıxışın olmasıdır. 
 
2.  Diaqrama əsasən doğru ifadələri müəyyən edin. 
 
 
a) inkişaf etmiş ölkədir. 
b) əhalinin əksəriyyəti maddi istehsal sahələrində çalışır. 
c) aqrar ölkədir. 
d) iqtisadi cəhətdən geri qalmış ölkədir. 
 
3. Məntəqələrdə kənd təsərrüfatının hansı sahələrini inkişaf etdirmək mümkündür? 
a) suvarma əkinçiliyi   
b) heyvandarlıq   
c) dəmyə əkinçilik 
 
 
 
 
84
10
16
İŞ YERLƏRİ (%-lə)
Sənaye
Kənd təsərrüfatı
Xidmət sahələri
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 


 
 

203 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

4. Xəritə-sxemdə işarələnmiş məntəqələrdən biri metallurgiya zavodunu, digəri isə ticarət mər-
kəzini əks etdirir. Yerləşmə prinsipinə əsasən onları müəyyən edin. 
 
    
 
 
 
 
 
5. Cədvəli dəftərinizdə tamamlayın. 
№ 
Təsərrüfat  sahəsi 
Yerləşmə  amili 
1.  
Əlvan metallurgiya (yüngül  metalların  istehsalı) 
 
2. 
Yeyinti sənayesi (meyvə-tərəvəz  konservləri  istehsalı) 
 
3. 
Xidmət  sahələri 
 
4. 
Qara  metallurgiya  (ağır  metalların istehsalı) 
 
5. 
Maşınqayırma (kompüter  istehsalı) 
 
6. 
Yüngül  sənaye (pambıq  parça istehsalı)  
 
 
 
 
 
        
_______ 
_______ 


 
 
 
204 
 
 
COĞRAFİYA
 – 9 
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 

Coğrafiya
” fənni üzrə dərslik 
 
 
Tərtibçi heyət: 
 
Müəlliflər:  
Elbrus Kərim oğlu Əlizadə 
 
Nərminə Səftər qızı Seyfullayeva 
 
İrkən Fatixovna Aktoprak 
 Yelena 
Ələkbər qızı Şabanova 
 
Elmi redaktoru:  
E.Əlizadə
, АМЕА-nın müxbir üzvü, coğrafiya üzrə elmlər 
doktoru, professor 
Dil redaktoru:  
K.Cəfərli 
Nəşriyyat redaktoru   K.Abbasova 
Bədii redaktoru  
T.Məlikov 
Texniki redaktoru  
Z.İsayev 
Dizayneri  
T.Məlikov 
Rəssamları  
M.Hüseynov, E.Məmmədov 
Korrektoru  
A.Məsimov 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
03.06.2016-cı il tarixli 369 №-li  
əmri ilə təsdiq olunmuşdur. 
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016 
 
 
 
Kağız formatı 70
100
1
/
16
. Fiziki çap vərəqi 12,75. Səhifə sayı 204. 
Tiraj 112 500. Pulsuz. 
 
“Şərq-Qərb” ASC-nin mətbəəsində çap olunmuşdur. 

Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə