0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə59/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 

189 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

təbii və süni göllərdə inkişaf etdirilir. Heyvandarlığın donuzçuluq və quşçuluq sa-
hələri  isə  təbii  şəraitdən  az  asılıdır.  Bu  sahələrin  yerləşdirilməsində  iri  yaşayış 
məntəqələrinin mövcudluğu nəzərə alınır.  
Kənd təsərrüfatının insanların həyatını ərzaqla təmin etməsinə baxmayaraq, onlar 
həm də ətraf mühitə güclü təsir edir. Bu, özünü torpaqların eroziyasında, suvarmanın 
düzgün aparılmaması nəticəsində baş verən şoranlaşmada, yeraltı suların çirklənmə-
sində, mal-qaranın fasiləsiz otarılması nəticəsində yaranan səhralaşmada və s. aydın 
göstərir.  
 
 
 
 
1. Xəritə-sxemdəki rəqəmləri cədvələ uyğun qruplaşdırın. 
Dəmyə əkinçiliyi
 
Suvarma əkinçiliyi
İl boyu 
Yayda (iyun-avqust) 
Qışda (dekabr-fevral) 
 
 
 
 
 
 
 
 
 
B
AZAR İQTİSADİYYATI 
Xəritə üzrə iş
 
a
b
d
c
e
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
53 
2. Təsərrüfatın yerləşmə prinsiplərinə əsasən dağlıq ərazilərdə kənd təsərrüfatı 
sahələri necə paylana bilər?  
1. Arıçılıq; 2. Qoyunçuluq; 3. Maldarlıq; 4. Əkin yerləri; 5. Meşə təsərrüfatı. 
Nümunə:
 1 – a 


 
 
 
190 
 
 
 
 
Bazar – cəmiyyətin inkişafı prosesində sonradan yaranan iqtisadi əlaqə forma-
sıdır. Tarixən iqtisadiyyatın,  ya da təsərrüfatın  3 əsas forması mövcud olmuşdur:  
 
 
Bu formaların hər biri digərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Məsə-
lən, natural təsərrüfat formasında insanlar yalnız öz tələbatlarını ödəmək məqsədilə 
məhsul istehsal edirdilər. Əmtəə təsərrüfatı formasında isə istehsal olunan məhsul 
satış məqsədi daşıyır. Bunun üçün insanlar öz tələbatlarından artıq məhsul istehsal 
etməyə başladılar. Tələbatdan artıq olan məhsul isə tərəflər arasında mübadilə edilir. 
Bazar iqtisadiyyatı isə tələb və təkliflər əsasında yaranan iqtisadi münasibətlərdir. 
Tələb istehlakçının müəyyən bir qiymətə ala biləcəyitəklif isə istehsalçının təqdim 
etdiyi məhsul və ya xidmət növüdür. Tələb və təklif bazarın vəziyyətini əks etdirir. 
Çay üzərində bazar.  Tailand 
• ABŞ-dakı qiymətli kağız bazarlarında dün-
yanın ən iri şirkətlərinin sələmlərinin satışı 
həyata keçirilir. Amerikanın fond bazarı 
milli və xarici investorları cəlb edir. 
Müzakirə edin: 
1. Şəkildə təsvir edilmiş bazarlarda hansı məhsullar satılır? 
2. Bazarlarda ticarət etmək üçün hansı bilik və bacarıqlara malik olmaq lazımdır?  
  
Mətn və şəkil üzrə iş
• Tailandda suda bazarlar çox məşhurdur. 
Bazardakı bütün satıcılar və alıcılar 
üzən qayıqlarda alver edirlər. Buradakı 
məhsulların qiyməti xeyli ucuzdur. 
Qiymətli kağız bazarı. ABŞ 
1. Natural təsərrüfat 
1. Ətraf aləm 
2. Ev və digər tikililər
3. Torpaq 
2. Əmtəə təsərrüfatı 
3. Bazar iqtisadiyyatı 
1. Məhsul istehsalı 
2. Alıcı 
3. Mübadilə 
1. Tələb 
2. Təklif 
3. Azad və sağlam 
rəqabət 


 
 

191 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

Məhsulun qiymətinə təsir edən amillərdən biri bazardakı təklifin miqdarıdır. Təklifin 
miqdarı  artdıqca  məhsulun  qiyməti  aşağı  düşür.  Əksinə,  bazarda  məhsul  çatış-
madıqda,  lakin  ona  tələb  yüksək  olduqda  həmin  məhsulun  qiyməti  yuxarı  qalxır. 
Tələb  və  təklif  azad  və  sağlam  rəqabət yaratmaqla  iqtisadiyyatın inkişafına  təkan 
verir.  
 
 
 
Rəqabət – eyni növ məhsul istehsal edən və ya eyni xidmət sahələri ilə məşğul 
olan müxtəlif müəssisələr arasında gedən mübarizədir. Rəqabətin məqsədi mövcud 
bazarda üstünlüyə malik olmaqdır. Maddi istehsal sahələrində nə qədər keyfiyyətli 
və ucuz məhsul istehsal edilərsə, yaxud qeyri-istehsal sahələrində keyfiyyətli xidmət 
göstərilərsə, onlar bazarda rəqabətə davamlı olur. Məhsulun rəqabətədavamlılığını 
artırmaq üçün müxtəlif tədbirlər görülür: yeni dizayn, cəlbedici qablaşdırma, müştə-
riyə pulsuz çatdırılma, malın üzərində hədiyyə, lotereya oyunu və s.  
Bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri sahibkarlıq fəaliyyətidir. 
Sahibkar – gəlir əldə etmək üçün öz biznesini (istehsal, yaxud xidmət müəssisəsi) 
yaradan şəxsdir. Xidmət və ya məhsulun satışı  müəssisənin gəlirlərinin artmasına 
səbəb  olur.  Gəlirlər  artdıqca  müəssisənin  dövlətə  ödədiyi  verginin  –  yəni  dövlət 
büdcəsinə köçürülən icbari ödənişlərin miqdarı artır. Bu isə səhiyyə, təhsil, hərbi, 
iqtisadi  və digər dövlət proqramlarının həyata keçirilməsinə şərait yaradır.  
 
 
 
 
 
1. Rəqabətin istehlakçıya verdiyi faydalar haqqında qısa esse yazın. 
 
    
 
 
2. Tələb və təklifin 2 vəziyyətini təhlil edin: 
İsmayıllıdan  olan  sahibkar  Bakının  böyük  marketlərinin  birinə  50  kq  miqdarda  qızıləhmədi 
almasının  satışını  təklif  edir.  İki  sahibkar  arasındakı  razılaşmaya  əsasən,  almanı  marketin 
sahibi 2 manatdan  alır. Həmin almalar  marketdə 2 manat 50 qəpiyə satışa çıxarılır. Günor-
• Bazar 6-7 min il əvvəl meydana gəlmişdir. Məhsulun tələbatdan artıq is-
tehsal  edilməsi, çatışmayan  məhsullara  yaranan ehtiyac və nəqliyyatın 
inkişafı bazarların yaranmasına səbəb olmuşdur. Bazarların yaranması 
bir sıra tarixi şərtlərlə bağlı olmuşdur: əkinçiliyin heyvandarlıqdan ayrıl-
ması,  sənətkarlığın  müstəqil  sahə  kimi  yaranması,  ticarətin  meydana 
gəlməsi və s. 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə