0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə55/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

 
 

177 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

Nepal, Banqladeş, Efiopiya, Qvineya, Mozambik, Ruanda, Butan, Uqanda kimi 
inkişafdan  geri  qalmış  ölkələrdə  iqtisadi  cəhətdən  fəal  əhalinin  5–20%-i  üçüncü 
sektorda, mütləq əksəriyyəti isə birinci sektorda çalışır. 
 
 
 
Hazırda  dünyada,  xüsusilə  də  inkişaf  etmiş  ölkələrdə  iqtisadiyyatın  dördüncü 
sektoru formalaşır. O, informasiya sahəsini (məlumatların yığılması, təhlili, infor-
masiyalar əsasında idarəetmə), elmi-tədqiqat və onların tətbiq yollarını əhatə edir.  
 
 
 
 
 
  
1. Təsərrüfat sahələrinə uyğun olaraq cədvəldə verilənlər əsasında ölkələr üçün 
diaqramlar qurun və ölkələri gəlir mənbələrinə görə qruplaşdırın. 
Ölkələr 
İl ərzində müxtəlif sahələrdən əldə olunan gəlirlər, %-lə 
Kənd təsərrüfatı 
Sənaye 
Xidmət sahələri 
Küveyt 

53 
47 
ABŞ 

25 
73 
Fransa 

27 
71 
Polşa 

39 
55 
Rusiya 

39 
54 
Çin 
21 
48 
31 
Hindistan 
29 
30 
41 
Efiopiya 
57 
10 
33 
 
2. Avstraliyada boksit istehsalı Yamaykadan yeddi dəfə artıqdır. Lakin Avstraliyada bu 
sahədə əhalinin 1%-i, Yamaykada isə 25%-i çalışır. Bunu nə ilə izah etmək olar? 
 
 
 
Kənd təsərrüfatında işləyən əhalinin payı 
Müzakirə edin:  
– İnkişaf etməkdə olan ölkələrdə əhalinin 
əksəriyyətinin kənd təsərrüfatı sahələrində 
işləməsinə baxmayaraq, bu məhsulların əsas 
ixracatçısı inkişaf etmiş ölkələrdir. Səbəbini 
izah edin. 
 
  
Diaqram üzrə iş
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
  
Cədvəl üzrə iş
 
Ətrafınızdakı insanlar arasında iqtisadi cəhətdən fəal əhalinin ən azı 20 nəfəri ilə 
sorğu keçirin. Onların harada işlədiklərini müəyyənləşdirin və mətndəki sektorlara 
uyğun qruplaşdırın. Nəticəni cədvəl və ya diaqram şəklində təqdim edin. 
Soyadı və adı 
Kənd təsərrüfatı 
Sənaye 
Xidmət 
 
 
 
 
 
 
Dərsdən sonra
 


 
 
 
178 
 
 
M
ADDİ VƏ QEYRİ-MADDİ İSTEHSAL SAHƏLƏRİ 
 
İqtisadiyyatın  müxtəlif  sahələrinin  bir-biri  ilə  əlaqəsi  olmadan  onların  inkişafı 
qeyri-mümkündür. 
 
 
 
Hər  hansı  məhsulun  istehsal  edilməsi  prosesi  müxtəlif  sayda  təsərrüfat  müəs-
sisələrini  əhatə  edir.  Eyni  tələbatı  ödəyən  müəssisələr  təsərrüfat sahələri  yaradır. 
Məsələn,  insanların  qidaya  olan  tələbatını  ödəmək  üçün  fəaliyyət  göstərən  müəs-
sisələr yeyinti sənayesi  adlanır.  Kənd  təsərrüfatı  məhsulları  istehsalı  isə  kənd  tə-
sərrüfatı sahəsini əmələ gətirir.  
Maddi   qeyri-maddi istehsal sahələri  vardır.  Təsərrüfat  sahəsinin  tərkibi  və 
istehsal olunan məhsullar nə qədər mürəkkəbdirsə, istehsal sahələri də bir o qədər 
çoxsahəlidir; məsələn: bir təyyarə yüz iyirmi mindən çox hissə və detaldan ibarətdir. 
Onların hazırlanması yüzlərcə müəssisədə xeyli sayda ixtisaslı kadr, daim yenilənən 
texnoloji  avadanlıq  və  s.  tələb  edən  mürəkkəb  bir  istehsal  prosesidir.  Hər  hansı 
istehsal  prosesi  elektrik  enerjisi,  nəqliyyat  vasitələri  və  yolları  olmadan  fəaliyyət 
göstərə bilməz.   
50 
I.    İqtisadiyyatın müxtəlif sahələrinin inkişafında 
elektrik enerjisinin rolu nədən ibarətdir? 
II. Yeni elmi nailiyyətlərin əldə edilməsinin və 
ixtisaslı kadrların istehsal prosesinə nə kimi 
təsiri vardır? 
III. Xidmət sahələrinin inkişafının hər hansı 
məhsul istehsalı prosesinə nə kimi təsiri 
vardır? 
IV. İstehsal prosesində nəqliyyatın rolu nədən 
ibarətdir?  
  
Sxem üzrə iş
 
Suallara ətraflı cavab yazın və sxemi dəftərinizdə tamamlayın:  


 
 

179 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

 
 
Maddi istehsalın ən mürəkkəb sahəsi sənayedir. Sənaye iki qrupa bölünür:  
A qrupu. İstehsal vasitələri istehsal edən, yəni digər məhsulları istehsal etmək üçün 
istifadə olunan avadanlıqların istehsalını birləşdirir və ağır sənaye adlanır. Onun tər-
kibinə energetika, dağ-mədən, maşınqayırma, metallurgiya, kimya və meşə sənayesi 
daxildir. Hər hansı məhsulun istehsalı prosesində təbiətə xeyli miqdarda tullantı atılır. 
İstehsal tullantılarının qarşısının alınması müasir dövrün ən mühüm problemlərindən 
biridir.  Elmi-texniki  tərəqqinin  nailiyyətlərini  tətbiq  etməklə  istehsal  tullantılarını 
minimuma çatdırmaq mümkündür. Lakin tamamilə tullantısız istehsal prosesini yarat-
maq hələlik mümkün deyil.  
 
 
 
B qrupu. İstehlak malları, yəni bilavasitə əhalinin istifadə etdiyi məhsulları is-
tehsal edən sahədir. Bura yüngül və qida sənayesi sahələri daxildir.  
Maddi və qeyri-maddi istehsal sahələrinin əhalinin tələbatına xidmət edən sahəsi 
xidmət sahələrini əmələ gətirir. Bu sahədə hər hansı maddi məhsul istehsal edilmir. 
Xidmət sahəsini digərlərinə fayda verən, rahatlıq yaradan sahə adlandırırlar. Xid-
mət sahələri оlduqcа müxtəlifdir.  
1.  İnfrastruktur xidmətləri  –  istеhsаl  prosesini  tənzimləmək  üçün  göstərilən  xid-
mətlərdir: nəqliyyat, rabitə, elektrik, su, qaz təchizatı, təmir və s. Bu xidmət növləri tətbiq 
edilmədən A və ya B qrupuna daxil olan sahələri inkişaf etdirmək qeyri-mümkündür.   
Maddi istehsal. İstehsalatda maddi ne-
mətlər yaradan və onu istehlakçıya çatdı-
ran bütün sahələri əhatə edir. Bura səna-
ye, kənd təsərrüfatı, tikinti və tədarük 
sahələri daxildir.
Qeyri-maddi istehsal. İnsanların mənəvi tələbatını təmin 
edir. Səhiyyə, təhsil, elmi-tədqiqat, mədəni-maarif, idman, 
incəsənət, istirahət, turizm, mənzil-kommunal xidmətləri, 
məişət xidməti, dövlət idarələri, nəqliyyat, rabitə, ticarət və 
ictimai asayişin mühafizəsi daxildir.
TƏSƏRRÜFAT SAHƏLƏRİ 
1 ton polad istehsalı üçün 
tələb olunan  
RESURSLAR
Müzakirə edin:   
1. Ətraf mühitə zərər verməsinə baxmayaraq, qara metallurgiyanın  inkişafı vacibdir. Bu sahənin  
inkişafının hansı əhəmiyyəti var? 
2. Əvvəllər yalnız metaldan hazırlanan hansı məhsullar hazırda plastik kütlə ilə əvəz olunur? 
1 ton polad istehsalı zamanı 
yaranan   
TULLANTILAR 
  
Sxem üzrə iş
•  Hindistanın  poladəritmə  zavodunda  1000 nəfər  işçinin  istehsal  etdiyi 
məhsulu əldə etmək üçün Yaponiyada cəmi 17 nəfər çalışır.


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə