0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə57/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 

183 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

 
İstehsal müəssisələrinin yerləşdirilməsində ərazinin təbii şəraiti mühüm rol oy-
nayır. Faydalı qazıntıların çıxarıldığı mədənlərin iqlim şəraiti onların maya dəyərinə 
birbaşa  təsir  göstərir.  Onların  emal  prosesi  isə,  əsasən,  xüsusi    binalarda  yerləşir. 
Belə müəssisələrin yerləşdirilməsində ərazinin iqlim şəraiti deyil, relyef amili daha 
mühüm rola malikdir.  
 
İstehsal sexləri, anbar və əlavə yardımçı binaların  tikintisi üçün geniş və düzən  
ərazinin olması vacibdir. Tikinti üçün yollar, xammal, detallar, su, qaz kəmərləri, 
elektrik xətləri əsas şərtdir. İstehsal üçün vacib detalların müəssisəyə gətirilməsi və 
ya hazır məhsulların daşınması üçün nəqliyyat magistralları tələb olunur.  
Nəqliyyatın inkişafına təsir edən amillər çoxdur. Məsələn, dağlıq ərazilərdə ya-
macların  meyilliyi  18–20°-dən  çox  olduqda  dəmir  yollarının  çəkilməsi  mümkün 
deyildir. Avtomobil yollarının çəkilməsində relyefdən əlavə iqlim şəraiti də nəzərə 
alınmalıdır. Çünki dağlıq ərazilərdə iqlim sərtdir. Duman və şaxtalı günlərdə yollar 
daha təhlükəli olur.  
Bir ton əlvan metal əldə etmək üçün tələb olunan süxur və 
enerji 
Sxemdəki rəqəmlər əsasında ağır və 
yüngül əlvan metal istehsal edən 
müəssisələrin harada yerləş-
dirilməsinə aid nəticə çıxarın  və 
cədvəli dəftərinizdə tamamlayın. 
Əlvan 
metallar 
Xammal 
mənbə-
lərində 
Enerji 
mənbə-
lərində 
Qalay 
 
 
Mis 
 
 
Sink  
 
 
Qurğuşun  
 
 
Titan  
 
 
Maqnezium    
 
Alüminium 
 
 
 
Müzakirə edin:  
– Ağır əlvan metallar yüngül əlvan metallardan hansı xüsusiyyətlərinə görə fərqlənir? 
  
Sxem və cədvəl üzrə iş
 
Müzakirə edin: 
1. Təsvir edilmiş məntəqələrin hansında yaşayış 
məntəqəsini salmaq daha məqsədəuyğundur?  
2. Hansı nöqtələrdə yaşayış məntəqəsinin yerləşdiril-
məsinə relyef amili mane olur? 
3. Hansı məntəqədə daşqın təhlükəsi böyükdür? Fi-
kirlərinizi əsaslandırın.  
  
Şəkil üzrə iş
 


 
 
 
184 
 
Dəniz nəqliyyatı ilə gətirilən xammala əsaslanan sahələr, adətən, sahil boyunda 
yerləşdirilir. 
 
Təsərrüfat müəssisələrinin yerləşdirilməsinə təsir edən amillərdən biri işçi qüv-
vəsi  hesab  edilir.  Müəssisələr  işçilərin  ixtisas  təcrübəsinə,  cinsi  tərkibinə  görə  də 
müxtəlif tələblərə malik olur. Dəqiq maşınqayırma sahələri yüksəkixtisaslı kadrlar 
tələb edir.  
 
Yüngül və ərzaq sənayesi müəssisələrində, əsasən, qadın əməyi tələb olunur. Belə 
müəssisələr əksər hallarda şəhərlərdə yaşayış massivlərinə daha yaxın tikilir. Bu həm 
də yüngül və qida sənayesinin ekoloji cəhətdən daha təmiz olmaları ilə əlaqədardır.  
Ərzaq sənayesinin bəzi sahələri (meyvə-konserv, şəkər, şərab, balıq-konserv və s.) 
birbaşa  xammaldan  asılı  olduğuna  görə  onların  yerləşdirilməsində  xammal  amili 
əsasdır. Quşçuluq sənayesi də şəhər əhalisini təmin etdiyi üçün iri şəhərlərə yaxın 
yerləşdirilir.  Quşçuluq  fermalarının  taxıl  əkinlərinə  yaxın  yerləşdirilməsi  isə  yem 
bazasının yaxın olması deməkdir.  
• Yaponiyanın “Sahilboyu sənayesi”.  
Yaponiyanın sənaye sahələrinin çox hissəsi inkişaf etmiş 
digər dənizsahili region və ölkələrdə (Qərbi Avropa, ABŞ) 
olduğu kimi, sahil boyunca yerləşir. Bu, əsasən, xammalın 
xarici ölkələrdən dəniz yolu vasitəsilə gətirilməsi ilə 
əlaqədardır.  
Bu müəssisələrin sahil boyunda yerləşməsi istehsal olunan 
məhsulların maya dəyərinin aşağı düşməsinə imkan verir.  
 

Metallurgiya, kimya sənayesi və
elektroenergetika mərkəzləri 

Xammal axını 
 
 
• Texnoparklar yeni ideyaların yaranması, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli 
şəraitin olduğu məkandır. Texnoparklar insan kapitalı (yəni yüksək ixtisaslı kadr) üzərində qurulur.  
Orada universitetlər, elmi-tədqiqat 
mərkəzləri və istehsal müəssisələri 
birgə fəaliyyət göstərir. ABŞ-ın ən 
böyük texnoparklarından biri Silikon 
vadisidir.  
Silikon vadisində 386 mindən çox 
ixtisaslı kadr çalışır, mindən çox 
məşhur şirkətin nümayəndəliyi bura-
da yerləşir. Amerikanın nəhəng 
universitetləri də (Kaliforniya, 
Stenford və digərləri) buradadır.  
Müzakirə edin: 
1. Hansı məşhur şirkətlərin baş 
ofisləri Silikon vadisində yerləşir? 
2. Silikon vadisində yerləşməsi 
onların inkişafına necə təsir edir?
 
  
Mətn və xəritə-sxem üzrə iş
 


 
 

185 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

İstehsal  müəssisələrini  yerləşdirərkən  ekoloji amilin vacibliyi  mühüm  şərtdir. 
Hava,  torpaq  və  suyu  çirkləndirən  müəssisələrin  yerləşdirilməsi  zamanı  onların 
təbiətə və insanların sağlamlıqlarına vura biləcək zərər mütləq nəzərə alınmalıdır.  
Təsərrüfat sahələrinin yerləşdirilməsində iqtisadi-coğrafi mövqeyin də rolu bö-
yükdür. İqtisadi-coğrafi mövqe – müəssisənin nəqliyyat magistralına, enerji və su 
mənbələrinə yaxınlığıdır.  
Xidmət sahələrinin yerləşdirilməsi zamanı əhalinin məskunlaşması nəzərə alınır. 
Belə müəssisələr, əsasən, iri şəhərlərdə yaradılır.  
 
 
1.  Cədvəli dəftərinizdə çəkib tamamlayın. 
Təsərrüfat sahələri 
Yerləşməsinə təsir edən amillər   
Xammal  
Enerji 
İxtisaslı kadr 
Qadın əməyi 
 
 
 
 
 
 
 
2.  Xəritə-sxemdə təsərrüfat müəssisələ-
rinin yerləşmə prinsiplərinə uyğun 
gələn məntəqələri müəyyən edin və 
cədvəli tamamlayın. 
Mineral 
ehtiyat 
amili 
Işçi 
qüvvəsi 
amili 
Enerji 
amili 
Elmilik 
amili 
 
 
 
 
 
 
 
 
 
 
 
  
Xəritə üzrə iş
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Təsəvvür edin ki, siz hər hansı bir ərazidə dükan açmaq istəyirsiniz. Ərazini 
seçərkən hansı amilləri nəzərə almağı düşünürsünüz? Fikirlərinizi əsaslandırın 
və yazılı təqdim edin. 
1. Məktəbə yaxın;  
2. Hündürmərtəbəli binalara yaxın;  
3. Bağlara gedən magistral yolda;  
4. Universitetə yaxın;  
5. Parka yaxın;  
 
 
6. Metroya yaxın;    
7. Kəndin mərkəzi küçəsində
8. Avtobus dayanacağında; 
9. Supermarketə yaxın. 
 
 
 
Dərsdən sonra
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə