0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə56/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 
 
180 
 
2. Fərdi xidmətlər  – əhalinin fərdi olaraq məişət tələbatını ödəmək üçün göstə-
rilən xidmətlərdir: istirahət-əyləncə, bərbərxana, dərzi, kimyəvi təmizləmə, müha-
fizə xidməti və s.    
3. İşgüzar xidmətlər – istehsalçının təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırıl-
masına xidmət edir: bank marketinqi, reklam, hüquq məsləhətxanası və s. 
4. Sosial  xidmətlər – vətəndaşların təhsil, səhiyyə, idman, mədəniyyət və s. sa-
hələrə olan tələbatlarının ödənilməsinə xidmət edir.  
Xidmət sahələrinin inkişafı cəmiyyətin inkişafını əks etdirən ən mühüm sahələr-
dən biridir. Lakin bu sahələrin inkişafı  həm də məhsul istehsal edən sahələrdə tex-
nikanın tətbiqi və əhalinin həyat səviyyəsinin inkişafı ilə əlaqədardır.  
 
 
İnkişaf etmiş ölkələrdə xidmət sahələrindən istifadə edənlərin sayı çoxdur. Bu, 
əsasən, əhalinin gəlirlərinin yüksək olması ilə əlaqədardır.  
 
 
1. Müəssisələri maddi və qeyri-maddi istehsala aid olmasına görə qruplaşdırın və cədvəli 
dəftərinizdə tamamlayın. 
1. “Sumqayıt  boru-prokat”  
2. “Qəbələ konserv”  
3. “Asan xidmət”   
4. “Azərsığorta”   
5. Mərkəzi Klinik xəstəxana  
6. “Qaradağ Sement”   
7. “Hilton-hotel”   
8. “Azərdəmiryolservis” 
9. Qusarda “Şahdağ” qış kurort bazası  
10. Zaqatala Fındıqtəmizləmə  Kombinatı  
11. Şirvan Elektrik Stansiyası  
12. Lənkəran çay fabriki  
13. Xalça muzeyi  
14. Naxçıvan “Badamlı” Sudoldurma Müəssisəsi  
15. Mingəçevir su anbarı 
 
Maddi istehsal 
Qeyri-maddi istehsal 
 
 
 
 
 
ABŞ-da  I və IV sektorda 
çalışanların orta illik 
əməkhaqqının göstəricisi
Müzakirə edin:  
1. Qrafikə əsasən IV sektorda işləyənlərin əməkhaqları 
daha yüksəkdir. Bu nə ilə izah oluna bilər? 
2. Siz iqtisadiyyatın hansı bölməsində çalışmaq istərdiniz? 
Bunun üçün hansı bilik və bacarıqları əldə etmək 
lazımdır?  
Şəkil üzrə iş
 
(I sektor) 
Fermer 
(IV sektor) 
Proqramçı 
200 000
150 000
100 000
50 000
ABŞ, $
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
 
Yaşadığınız ərazidə (şəhər, rayon, kənd) hər hansı müəssisənin təsərrüfat 
fəaliyyətinə dair aşağıdakı plan üzrə təqdimat hazırlayın: 
1. Müəssisənin adı, yerləşdiyi yer. 
2. Hansı məhsul istehsal edir/hansı xidmət növünü göstərir
3. Hansı müəssisələrlə əlaqəli (xammal, nəqliyyat və s.) işləyir?  
4. Hansı sənaye sahələrinə/xidmət qrupuna aiddir
5. Müəssisənin fəaliyyətinin sizin və  yaxınlarınızın həyatına hansı təsiri olmuşdur? 
 
 
Dərsdən sonra
 


 
 

181 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

 
 
S
ƏNAYE SAHƏLƏRİ NECƏ YERLƏŞDİRİLİR? 
 
 
Maddi və qeyri-maddi istehsal sahələri müxtəlif ərazilərdə müəyyən prinsiplər 
əsasında  yerləşdirilir.  Müəssisələrin  yerləşdirilməsində  təbii  və  iqtisadi  amillərin, 
eləcə də ərazidə əhalinin sıxlığının təsiri böyükdür. Müəssisələrin düzgün yerləşdi-
rilməsi istehsal olunan məhsulun maya dəyərinə təsir edir. Maya dəyəri – hər hansı 
məhsulun  istehsal  edilməsinə  və  daşınmasına  çəkilən  xərclərə  deyilir.  Məhsulun 
satış  qiyməti  nizamlanmış  qiymətlər  sisteminə  əsaslanır.  Qiymətlər sisteminin 
formalaşmasında məhsul istehsalı üçün xammal və ya detalların alınması, əməkhaq-
qının  ödənilməsi,  binanın  xərcləri  (vergi,  işıq,  istilik,  su  və  s.),  gəlirlərin  bölüş-
dürülməsi, işçinin sosial müdafiəsinə çəkilən xərclər nəzərə alınır.  
51 
Müzakirə edin:   
– Maddi və qeyri-maddi istehsal sahələrinin yerləşdirilməsində hansı amillər nəzərə alınmalıdır? 
Ərazidə müəssisələrin yerləşmə uyğunluğunu tapın: nümunə: a–2; b–1. 
1. Hansı müəssisələr şəhərin mərkəzinə ən yaxın yerləşdirilmişdir və bunun səbəbi nədir? 
2. Şəhərin enerji ilə təminatı hansı mənbədən ödənilir və onun yerləşdirilməsində hansı amil əsas 
götürülmüşdür? 
3. Ayaqqabı fabrikinin  şəhərə daha yaxın, metallurgiya zavodunun  isə uzaqda yerləşdirilməsi 
hansı amillərlə əlaqədardır? 
4. Şəhər əhalisi hansı müəssisələrdə işləyərsə, daha az nəqliyyat xərcləri ödəyər? 
Şəkil üzrə iş
 
Müəssisələr: 
a) Su-elektrik stansiyası 
b) Daş karxanası 
c) İdman kompleksi 
d) Əyləncə mərkəzi 
e) Metaləritmə zavodu  
f) Ticarət mərkəzi 
g) Ayaqqabı fabriki 
 


 
 
 
182 
 
Müəssisələrin düzgün yerləşdirilməsi məhsulun maya dəyərinə təsir edən mühüm 
amildir.  Filizin  tərkibində  metalın  miqdarı  az  olduqda  saflaşdırma  tələb  olunur. 
Saflaşdırma – filizin müxtəlif qarışıqlardan təmizlənməsi prosesidir. Qarışıqlar çox 
olduqda,  saflaşdırma  prosesi  həmin  ehtiyatın  çıxarıldığı  ərazidə  həyata  keçiril-
məlidir. Çünki saflaşdırma zamanı xeyli miqdarda tullantı yaranır. Belə filizi kənara 
daşımaq  üçün  daha  çox  nəqliyyat  xərcləri  tələb  olunur.  Ona  görə  də  müəssisənin 
yerləşdirilməsində  mineral  ehtiyat  mənbələrinə,  yəni  xammala  yaxınlıq  prinsipi 
əsas götürülür. Çilidə mis filizi sənayesi buna misaldır. 
• Mis ehtiyatlarına görə Çili dünyada birinci yeri tutur. Ölkədə 400-dən çox mis filizi yatağı mövcud-
dur. Yataqlar, əsasən, And mis qurşağında yerləşir. Bir ton çıxarılan süxurdan  5–10 kq mis əldə 
etmək  mümkündür.  Bu,  mis  filizinin  “kasıb”  oduğunu  göstərir.  Ona  görə  də  süxuru  istehlak 
rayonuna daşımaq sərfəli deyil.  Hazırda Çilidə çıxarılan misin 90%-i Yaponiya, Fransa, ABŞ, 
AFR və Braziliyaya ixrac edilir.  
 
Çukikamata (Çili) – dünyada misin açıq üsulla çıxarıldığı ən böyük mədəndir. Onun uzunluğu 
4,3 км, eni 3 км, dərinliyi 850 м-ə bərabərdir. 
 
Saflaşdırılmış filizlərin (mis, dəmir və s.) əridilməsi və ondan metal külçələrin 
hazırlanması  digər  müəssisələrdə  həyata  keçirilir.  Belə  müəssisələr  metallurgiya 
zavodlarıdır. Əlvan metalın əridilməsi prosesi çoxlu elektrik enerjisi tələb edir. Ona 
görə də belə müəssisələr ucuz elektrik enerjisi mənbələrinə yaxın yerləşdirilir. Bu 
enerji amili məhsulun daha ucuz başa gəlməsinə imkan verir.   
 
• Elektrik enerjisindən asılılıq dünyada alüminium sənayesinin coğrafiyası-
na güclü təsir etmişdir. Alüminiumun əsas xammalı olan boksit istehsalına 
görə Yamayka, Avstraliya, Surinam, Qvineya fərqlənsə də, alüminium is-
tehsalına görə Norveç, Yaponiya, Kanada seçilir. ABŞ-ın əlvan metallur-
giya sənayesi isə su-elektrik stansiyalarının cəmləndiyi və ucuz enerji is-
tehsal olunduğu qərb ştatlarındadır. 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə