0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə54/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

 
 

173 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

 
 
 
 
 
 
 
 
 
 
T
ƏSƏRRÜFATIN  SAHƏ  QURULUŞU 
 
 
 
 
İqtisadiyyatın belə bölgüsü yüz min illər ərzində formalaşaraq müasir dövrdə daha 
da təkmilləşmişdir. Hazırda iqtisadiyyatın dörd sektoru mövcuddur: 
Birinci sektor – insanların təbiətdən istifadə etdikləri sahələri əhatə edir. Bu sahəyə 
faydalı qazıntıların hasilatı, kənd təsərrüfatı, meşə tədarükü və s. daxildir. Faydalı qa-
zıntıların istehsalı – mineral ehtiyatların mövcudluğundan birbaşa asılıdır. Dünyada 
çıxarılan mineral xammalın 90%-dən çoxu 20-yə qədər ehtiyatın payına düşür. On-
lardan neft, təbii qaz, daş kömür, dəmir filizi, boksit, mis, qalay, qızıl, habelə almaz, 
fosforit və s. üstünlük təşkil edir.  
Əkinçilik və heyvandarlığı birləşdiriən kənd təsərrüfatı da, əsasən, təbii şəraitdən 
asılıdır. Lakin kənd təsərrüfatının təbii şəraitdən asılılığı elm və texnikanın inkişafı 
nəticəsində yaradılan istixana və fermalar sayəsində azalmışdır.  
Ağac tədarükü ilk növbədə oduncaq emalını əhatə edir. Bu sahə meşə ehtiyatlarının 
zəngin olduğu ekvatorial və mülayim iqlim qurşaqlarında yerləşən ölkələrdə inkişaf 
49 
Qədim insanların fəaliyyətini cədvəl üzrə 
qruplaşdırın:  
1. Heyvan və balıqların ovu  
2. Geyimin hazırlanması  
3. Əmək alətlərinin hazırlanması  
4. Misin çıxarılması  
5. Dərinin emal edilməsi  
Resursların əldə 
edilməsi 
Resursların emal 
edilməsi 
 
 
Qədim insanlar öz həyatlarını təmin etmək üçün müxtəlif fəaliyyət növü ilə məşğul olurdular. 
  
Cədvəl üzrə iş
 
İQTİSADİ-SOSİAL 
HƏYAT VƏ ONUN 
İNKİŞAF YOLLARI 
7


 
 
 
174 
 
etmişdir. Meşə resurslarından istifadənin istiqamətləri fərqlidir: inkişaf etmiş ölkələrdə 
mebel  və  kağız;  Konqo,  Qabon,  Surinam  və  s.  kimi  ölkələrdə  isə  əsasən  oduncaq 
istehsal olunur və ixrac edilir.  
İkinci sektor – əldə edilən ehtiyatların emalıdır. Bu sektora aşağıdakı təsərrüfat 
sahələri daxildir:  
1. Energetika – yanacağın hasilatını, elektrik enerjisinin əldə edilməsini və onun 
istehlakçıya çatdırılmasını əhatə edir. Enerji istehsalı olmadan digər sahələrin inkişaf 
etdirilməsi mümkün deyildir.  
 
İnkişaf  etmiş  ölkələrdə  enerji  mənbəyi  kimi  bioehtiyatlardan  da  (peyin  və  bitki 
qalıqları) istifadə olunur. 
2. Metallurgiya – filizlərin saflaşdırılması, əridilməsi, prokata çevrilməsi proseslə-
rinin həyata keçirildiyi sahədir. 
 
 
 
3. Maşınqayırma – maşın, cihaz və digər növ mexanizmlərin hazırlandığı sahədir. 
Maşınqayırma digər sahələri avadanlıqlarla təmin edir. Bu sahənin inkişaf səviyyəsi 
ölkənin iqtisadi gücünü əks etdirir. 
 
 
 


 
 

175 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

4.  Kimya sənayesi – təbii materialları əvəzləyən süni materialların istehsalını əhatə 
edir. Müasir dövrdə kimya sənayesinin rolu artmışdır. Bu, elm və texnikanın inkişaf 
etməsi və istehsala tətbiq olunması ilə əlaqədardır. Kimya sənayesi çoxsahəlidir. 
 
 
 
5. Meşə sənayesi – oduncaq tədarükü və ağac emalı  sahələrini  əhatə edir.  Emal 
prosesində  yaranan  tullantılar  meşə-kimya  məhsullarının  (ağac  kəpəyindən  alınan 
lövhə və s.) istehsalında istifadə olunur.  
 
 
 
6. Yüngül sənaye – bilavasitə insanların istifadə etdiyi geyim və eləcə də ayaqqabı, 
çanta, ev əşyaları (yataq dəstləri, xalça və s.) məhsulları istehsal edən qədim sahədir.  
 
 
 


 
 
 
176 
 
7. Qida sənayesi – əhalini ərzaqla təmin edən sahədir. Bu sahə tələb olunan xam-
malı, əsasən, kənd təsərrüfatından alır.  
 
Qida sənayesi kənd təsərrüfatı ilə birlikdə aqrar-sənaye kompleksini əmələ gətirir.   
 
Üçüncü sektor – xidmət sahələrini əhatə edir. 
 
 
Son illər xüsusilə inkişaf etmiş ölkələrdə üçüncü sektorun – ticarət və nəqliyyat, 
turizm, rabitə və bank xidməti, səhiyyə və təhsil, kino və teatr və incəsənət sahələri 
aparıcı mövqeyə  keçmişdir. Bu ölkələrdə iqtisadi cəhətdən fəal əhalinin əsas hissəsi 
üçüncü sektorda çalışır. ABŞ, Kanada, Yaponiya, İsrail, Avstraliya, Qərbi Avropa 
ölkələrinin  təsərrüfat  strukturunda  xidmət  sahəsində  işləyənlərin  nisbəti  70%-ə 
qədərdir. Belə ölkələrdə sənaye və kənd təsərrüfatında çalışanların sayı azdır. Çünki 
yüksək  səviyyəli texnoloji avadanlıqları tətbiq etməklə inkişaf etmiş ölkələrdə ağır 
əl əməyi, əsasən, aradan qaldırılmışdır. Bu ölkələrdə bütün sahələrdə texnika geniş 
tətbiq olunur və az materialtutumlu məhsullar istehsal olunur.  
 
Ölkələr üzrə təsərrüfatın müxtəlif  sahələrində çalışanların təqribi payını təhlil edin.
 
 
Müzakirə edin: 
1. Nə üçün ABŞ-da iqtisadi cəhətdən 
fəal əhalinin payı Nigeriyadan daha 
çoxdur? 
2. ABŞ-ın və Nigeriyanın işləyən əha-
lisi müvafiq olaraq hansı sahələrdə 
daha çox çalışır? 
3. İşləyən əhalinin sektorlar üzrə böl-
güsü ölkənin iqtisadi inkişafına dair 
məlumat verə bilirmi? Cavabınızı 
əsaslandırın. 
  
Diaqram üzrə iş
Şəkillərə əsasən xidmət sahələrini sadalayın.
  
Şəkil üzrə iş
 
a
 
b
c
f
 
d
e


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə