0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə58/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 
 
186 
 
 
 
K
ƏND TƏSƏRRÜFATI SAHƏLƏRİNİN YERLƏŞDİRİLMƏ 
PRİNSİPLƏRİ  
 
 
 
Kənd  təsərrüfatının  ayrı-ayrı  sahələrinin  inkişafı  və  yerləşdirilməsi  təbii  şərait 
amillərindən – iqlim, relyef, torpaq və su ehtiyatlarından bilavasitə asılıdır. Lakin 
bəzi sahələr xeyli sayda işçi qüvvəsi tələb etdiyinə görə onların yerləşdirilməsində 
əhalinin sıx məskunlaşması nəzərə alınır.   
 
 
 
52 
Müzakirə edin: 
1. Nə üçün heyvandarlıq fermaları (3) dağətəyi ərazilərdə yerləşdirilmişdir? 
2. Nəyə görə taxıl əkinləri (1) yaşayış məntəqəsindən uzaqda, istixanalar (5) isə daha yaxında 
yerləşir? 
3. Quşçuluq fermalarını (4) yerləşdirmək harada daha əlverişlidir? 
4. Pambıq əkinlərinin (2) çaysahili düzənliklərdə yerləşmə səbəbini izah edin.  
Şəkil üzrə iş
 
1. Taxıl əkinləri  
2. Pambıq əkinləri 
3. Heyvandarlıq fermaları  
4. Quşçuluq fermaları 
5. İstixanalar 


 
 

187 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

Ərazinin orta illik temperaturu, il ərzində günəşli saatların cəmi, yağıntıların orta 
illik miqdarı və ilin hansı dövründə düşməsi – kənd təsərrüfatı üçün aqroiqlim ehti-
yatlarını  əmələ  gətirir.  Aqroiqlim  ehtiyatlarının  əsas  göstəricisi  orta  sutkalıq  tem-
peraturun  +10°C-dən  yuxarı  olmasıdır.  Yer  kürəsində  əkinçiliyin  coğrafiyası  ilk 
növbədə aqroiqlim ehtiyatlarının paylanmasından asılıdır. O həm də şəkərli bitkilə-
rdə şəkərin, yağlı bitkilərdə yağın, ot bitkilərində zülalın miqdarına təsir edir. Əra-
zidə müşahidə olunan illik aktiv temperaturları cəmi hər hansı bitkinin əkilməsi üçün  
vacib  şərtdir.  Məsələn,  çəltiyin  becərilməsi  üçün  il  ərzində  3900–4500°C,  kartof 
üçün 1900–3300°C, buğda üçün 1600–2000°C, şəkər çuğunduru üçün 2400–3700°C 
aktiv temperatur cəmi tələb olunur. 
 
 
 
Pambıq, çəltik, tərəvəz kimi yüksək miqdarda istilik tələb edən bitkilərin becə-
rilməsində relyef amili də mühüm şərtlərdən biridir. Onlar, əsasən, düzənlik relyefdə 
əkilir.  Düzənliklər  kənd  təsərrüfatı  texnikasının  istifadəsi  və  suvarma  sisteminin 
quraşdırılması üçün əlverişlidir.  
Bitkilər 
Yayıldığı regionlar 
Tələb olunan aktiv temperaturun cəmi 
Çəltik (düyü) 
 
 
Kartof 
 
 
Buğda  
 
 
Şəkər çuğunduru 
 
 
Aktiv temperaturun illik miqdarı 
Xəritə üzrə iş
 
8000°-dən yüksək
4000°– 8000°
 
2000°– 4000°
 
Yüksək dağlıq
1000°– 2000°
400°– 1000°
 
400°-dən az
– Mətn və aktiv temperaturların illik miqdar
 
xəritəsindən istifadə edərək cədvəli tamamlayın: 
Aktiv temperaturların illik miqdarı 


 
 
 
188 
 
Əkinçiliyin  coğrafiyası  torpaq örtüyündən    bilavasitə  asılıdır.  Torpaqların 
münbitliyini  qorumadan  əkinçilikdə  yüksək  məhsul  əldə  etmək  mümkün  deyil. 
Hazırda dünyanın kənd təsərrüfatı üçün yararlı torpaq fondu sürətlə azalır. Əhalinin 
sayının  artması  torpaqların  eroziyaya  məruz  qalmasına,  adambaşına  düşən  torpaq 
sahəsinin azalmasına səbəb olur.  
Əkinçiliyin inkişafında nəzərə alınan amillərdən biri əraziyə düşən atmosfer ya-
ğıntılarının miqdarıdır. Çay, kətan, cut, şəkər qamışı, pambıq və s. bitkilər suya daha 
çox,  bostan, üzüm isə az  tələbkardır. Yağıntıların  kifayət  qədər  olduğu  ərazilərdə 
bitkilərin suya tələbatı təbii yolla ödənilir ki, bu da dəmyə əkinçıliyi adlanır. Dəmyə 
əkinçiliyi, əsasən, dağlıq ərazilər  və mülayim iqlim qurşağı üçün səciyyəvidir. 
Quraq ərazilərdə bitkiçilik suvarmaya əsaslanır. Suvarma əraziyə düşən yağıntı-
ların illik rejimindən asılıdır. Suvarma səhralarda il boyu, yay ayları quraq olan sub-
tropik iqlim şəraitində yayda, qışı quraq keçən isti hava şəraitinə malik olan  musson 
və subekvatorial ərazilərdə isə qış aylarında həyata keçirilir. Azərbaycan ərazisində 
suvarma sistemi, əsasən, Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalıqlarında tətbiq 
olunur.  
 
 
Suvarma ərazinin meyilliyindən də asılıdır. Meyilliyi 2°–6°-dən yüksək olan  əra-
zilərdə suvarma aparılmır. Çünki suvarma zamanı su axını torpağın üst münbit qa-
tının yuyulmasına (eroziyasına) səbəb olur.  
Əkinçiliyin bəzi sahələri (tərəvəzçilik) şəhər 
kənarlarında  yerləşdirilir.  İlin  qış  dövründə 
şəhər əhalisinin tərəvəzə olan tələbatını isti-
xanaların  hesabına  ödəmək  mümkündür. 
Kənd  təsərrüfatının  digər  sahəsi  –  heyvan-
darlığın da bəzi sahələri, əsasən, təbii şərait 
amillərindən asılıdır.  
Maralçılıq  Avrasiya  və  Şimali  Amerikanın 
şimal rayonlarında, atçılıq – Mərkəzi Asiya-
nın çöl və dağlıq rayonlarında, arıçılıq – dağ-
lıq ərazilərdə, subalp və alp çəmənliklərində, 
qoyunçuluq isə, əsasən, dağlıq, quru yarım-
səhra  və  səhra  iqlim  şəraitində  yayılmışdır. 
Balıqçılıq dəniz sahili boyu rayonlarda, çay, 
Dünyanın sumlanan əraziləri 
Müzakirə edin:  
1. Əkinçiliyin daha geniş inkişaf et-
diyi ərazilər, əsasən, hansı iqlim 
qurşaqlarında yerləşir?  
2. Avropanın hansı ölkələrində 
əkinçilik suvarmaya əsaslanır? 
        
– əkin sahələri
Xəritə üzrə iş
 
Heyvandarlıq sahələrinin yerləşdirilmə 
prinsipləri 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə