0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə27/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

 
71 
 
 
 
 
Qaz boşalması.  Qazlar adi şəraitdə neytral atom və molekullardan təşkil olun-
duğu üçün dielektrikdir 
 elektrik cərəyanını keçirmir. Qazı keçirici etmək üçün onu 
ionlaşdırmaq lazımdır.  
 İonlaşma 

 neytral qaz atomunun (və ya molekulunun) elektron itirməsi və ya 
alması hesabına iona çevrilmə prosesidir
Elektronu neytral atomdan qopararaq onu müsbət iona çevirmək üçün elektron ilə 
nüvə arasında mövcud olan Kulon qarşılıqlı cazibə qüvvəsinə qarşı iş görülməlidir.  
 Elektronu neytral atomdan qoparmaq üçün zəruri olan minimum enerji ionlaş-
ma enerjisi (
) adlanır.  
Qazın ionlaşdırılması müxtəlif üsullarla həyata keçirilə bilər: 
 mühitə yanacaq alovu daxil etməklə (alovun tərkibi böyük miqdarda müsbət və 
mənfi ionlardan ibarətdir); 
 qazı ionlaşdıra biləcək yüksək temperatura (10 -dən yüksək) qədər qızdır-
maqla. Buna termik ionlaşdırma deyilir; 
 qazı rentgen, radioaktiv və kosmik şüalarla şüalandırmaqla; 
 qazda güclü elektrik sahəsi yaratmaqla. 
İonlaşmış qazın olduğu fəzada elektrik sahəsi yaradılarsa, qazdan elektrik cərə-
yanı keçər 

 qaz boşalması baş verər. Qaz boşalmasının iki növü var: qeyri-müstəqil 
boşalma və müstəqil boşalma
Müstəqil qaz boşalmasının növlərini fiziki mexanizminə görə fərqləndirin. 
Məsələ 1. Verilən 7 şəkli araşdırın. Onların müstəqil qaz boşalmasının hansı növünə  aid 
olduğunu təyin edib nömrələrini uyğun açar sözün altında yazın.
1 
2
3
4
 
5
 
6
7
Nəticənin müzakirəsi:
 Müstəqil qaz boşalmasının  növlərini fiziki mexanizminə görə  necə fərqləndiyini izah edin.
 
 Müstəqil və qeyri-müstəqil qaz boşalması hansı şəraitdə yarana bilər?
 
ARAŞDIRMA 
 
1
 
Qövs boşalması 
Alovsuz  boşalma 
Tac boşalması 
Qığılcım boşalması 
 
 
 
 
  LAYİHƏ


72 
 
Qaz boşalmasının VAX-ı. VAX təcrübi olaraq müəyyən edilmişdir. Belə ki,  ion-
laşdırıcının təsiri ilə şüşə borunun elektrodları (katod və anodu) arasındakı qaz ion-
laşdırılaraq orada elektron və müsbət ionlar yaradılmışdır 
(a)
. Bundan sonra elekt-
rodlar arasına gərginlik verilmiş və o, sıfır qiymətindən tədricən artırılmağa başlan-
mışdır. VAX-dan görünür ki, zəif elektrik sahəsində qazdakı elektrik yükdaşıyıcıla-
rına da zəif elektrik qüvvələri təsir edir və qazda elektrik cərəyanı gərginliklə düz 
mütənasib artır (bax: 
b, 
VAX-da 
Oa 
hissəsi). Bu hissədə qazda cərəyanın dəyişməsi 
Om qanununa uyğun baş verir.  
 
Gərginliyin  sonrakı  artımında  cərəyan  şiddəti  ilə  gərginlik  arasındakı  mütənasiblik 
pozulur (
ab 
hissəsi). Gərginliyin 
 qiymətindən başlayaraq cərəyan şiddəti gərgin-
likdən asılı olmur 
 doyma hadisəsi baş verir (qrafikin 
bc
 hissəsi). Deməli, borudakı 
bütün elektronlar və müsbət ionlar nizamlı hərəkət etməklə cərəyanın yaranmasında 
iştirak edirlər. Beləliklə, qrtafikin 
Oc
 hissəsi qazın qeyri-müstəqil boşalmasına uyğun-
dur (bax: xatırlama hissəsi). 
Doyma cərəyan şiddətinin qiyməti aşağıdakı ifadə ilə təyin edilə bilər: 
=
. (2) 
Burada 
−    müddətində qazın vahid həcmində ionlaşdırıcının yaratdığı elektron-
ion cütünün sayı, 
− elementar yük,  − elektrodlar arasındakı fəzanın həcmidir. 
Gərginliyi artırmaqda davam etdikdə elə bir an gəlib çatır ki, onun müəyyən qiy-
mətindən başlayaraq (
2
-dən
) sonrakı kiçik artımlarında qazdakı elektronların ki-
netik enerjisi kəskin artır. Əgər bu enerji qaz molekullarının ionlaşma enerjisindən 
böyük olarsa, yəni 

2
, (3) 
şərti ödənilərsə, bu halda həmin elektronlar molekullarla toqquşduqda əlavə enerji 
almış  atomlar  elektron  itirərək  ionlaşar.  Bu  hadisə  elektron zərbəsi ilə ionlaşma 
adlanır.  Nəticədə  qazda  elektron  və  ionların  sayı,  və  deməli  cərəyan  şiddəti  artır 
(qrafikin 
cd 
hissəsi). Gərginliyin daha böyük qiymətlərində isə elektrik sahəsində 
böyük kinetik enerji alan müsbət ionlar katoda vurduqları ardıcıl zərbələr nəticəsində 
ondan  elektronları  vuraraq  çıxarır  –  ikinci  elektron  emissiyası  baş  verir.  Bununla 
yanaşı, katodun temperaturu kəskin artır və orada termoelektron emissiyası baş verir. 
Nəticədə,  qazda  elektrik  yükdaşıyıcılarının  sayı  və  deməli,  ondan  keçən  cərəyan 
(a)
 
(b)
(b)
 
  LAYİHƏ


 
73 
 
 
şiddəti  daha  kəskin  artır  (qrafikin 
de 
hissəsi).  Beləliklə,  (3)  şərtinin  ödənildikdə 
müstəqil qaz boşalması yaranır.  
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
İş vərəqinə “qaz boşalması”, “müstəqil boşalma”, “qeyri-müstəqil bo-
şalma”, “ionlaşma enerjisi”, “sərbəst qaçış yolu” anlayışlarının tərifini
yaxud izahlarını qeyd edin və müstəqil boşalma ilə qeyri-müstəqil 
boşalmanın VAX-ını çəkin. 
 
 
Qazın ionlaşması dedikdə nə nəzərdə tutulur? 
Məsələ 2. İonlaşdırıcı borunun elektrodları arasındakı qazın həcmi 
0,25  -dir. Xarici tə-
sirlə ionlaşdırılan qazda doyma cərəyan şiddəti 
= 1,6 ∙ 10
-dir. Qazın vahid həc-
mində 2 san müddətində neçə elektron-ion cütü əmələ gəlir (
= 1,6 ∙ 10
)? Elektrik 
sahəsini bircins qəbul edin. 
Nəticənin müzakirəsi: 
 Nə üçün qazın ionlaşması dedikdə, qazda  
elektron-ion cütünün yaranması nəzərdə tutulur? 
Həyatla əlaqələndirin:  
 Niyə adi elektrik xətlərindən fərqli olaraq yüksək 
gərginlik xətləri izolyasiya qatı ilə örtülmür?  
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
 
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

Qaz boşalması mənfi ionların hesabına baş verə 
bilərmi? Cavabınızı əsaslandırın. 
 
 
 

Qazda müstəqil boşalmanın baş verməsi üçün 
hansı şərt ödənilməlidir? 
 
 
 

İonlaşdırıcının təsiri ilə qazda ionların sayı 
müəyyən həddə qədər artır, sonra isə sabit qalır. 
Niyə? 
 
 
 

Şimşək çaxması 1 msan baş verdi. Bu zaman 
şimşəkdən 60 kA cərəyan keçdi. Şimşəyin 
daşıdığı elektrik yükünün miqdarını təyin edin.  
 
 
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə