ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə58/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   52   53   54   55   56   57   58   59   60

 
182
− Bayaq mən də öz gülümüzdən verdim, − kişinin ar-
vadı dedi, 
− deyir, birinci dəfədir belə gül görürəm.  
Kişinin qızı çay süfrəsini yığışdırıb, yemək gətirdi: 
təndir çörəyi, cürbəcür salatlar, kasalarda qatıq, boşqablarda 
kələmdolması  gətirib stolun üstünə düzdü və qonağa dil-ağız 
elədi ki, tələsik oldu, sənin adına hinduşqa kəsilib, sabah aş 
bişirəcəm. Bu xanımın əri araq açıb dedi ki, bizdə adətdi, süf-
rəyə birinci qonaq əl uzadıb, bismillah eləməlidi. 
Təəssürat gözəldi. Amma dayan, burda nəsə var... 
Pərdilərin arasına  şax-şəvəl yığıb-yastılayıb, darvaza 
düzəldiblər. Böyük bacanaq 
− onun iş yoldaşı düşüb darvazanı 
açdı  və kiçik bacanağın sürdüyü maşın dikdiri qalxıb, düzən-
gahda dayandı. Keçən dəfə gələndə  (onda payız idi, şabalıd yı-
ğımında köməyə gəlmişdilər) burda doyunca böyürtkən yediyi 
qonağın yadına düşdü.  
Hər ağacın dalından bir uşaq çıxdı: böyüyü də, ondan 
kiçiyi də oğlandı, lap kiçiyi yeddi-səkkiz yaşlarında qızdı, 
− ki-
şinin kənddəki oğlundan olan nəvələridi. 
Böyük uşaq yaxınlaşıb salam verdi və şəst ilə əlini uzat-
dı, görəndə ki, qonaq onu tanımadı “bəs yadında deyil, keçən 
dəfə də mənə kitab almışdın?” dedi. 
Bir səhər durub hazırlaşdılar ki, Nic bazarına gedələr. 
Qonaq da gedəcəkdi və gördü ki, o vaxt ikinci sinifdə oxuyan 
bu uşaq nəsə bərk narahatdı. Soruşdu ki, nə olub. Nə istəyir o? 
Kitab istəyir, dedilər, özü də varıdı 
− almışıq. 
− Köhnədi, − yarıağlar səslə dedi uşaq, − müəllim dedi 
təzəsini al! 
− Kitabın adını yaz ver, olsa alaram, − qonaq dedi. 
Qonağın yadına düşdü, “hə, yadımdadı!” deyib, uşağın 
boynunu qucaqladı. 
Səfər təəssüratının doğurduğu fərəh hissi yox oldu
əhvalı pozuldu: sən demə, heç də hər şey yaxşı olmayıb. 
− Elə 


 
183
bil udduğu partiyanı sonradan analiz eləyən  şahmatçı öz oyu-
nunda çoxlu səhv gedişlər tapmışdı. 
Bacanaqlar neçənci dəfəydi ki, dəmir lövhəni büküb 
maşının baqajına qoyurdular, amma əllərini çəkən kimi lövhə 
açılır, bir ucu çölə  çıxıb sallanırdı. “Bağlamasaq olmayacaq”, 
böyük bacanaq dedi və axtarıb bir məftil tapdı. Köməkləşib, 
dəmir lövhəni təzədən bürüb-bükdülər, məftillə bağlayıb, ba-
qaja qoydular. Yola düşmək olar. Aralıda durub baxan qonaq 
maşına tərəf yönələndə düz elə böyründəcə bir qadın peyda 
oldu 
− elə bil yerin altından çıxdı, bərk qaçıb deyə, tövşüyür, 
gülümsəyib: “Xoş gəlmisən!” dedi və işləməkdən kobudlaşmış 
iri  əlini qonağa uzatdı. 
− Kişinin gəlinidi bu, talada ora-bura 
qaçıb nəsə axtaran o üç uşağın anasıda, heç yerdə işləmir. Əri 
də işləmir. Kişi bu arada oğlugili ayırıbdı və köməkləşib, burda 
bunlara bir daxma qaralayıblar. Beş baş ailə gözdən-könüldən 
uzaq, burda allahümidinə dolanır. 
O vaxt danışanda əliylə ağzını örtürdü gəlin: dişləri tö-
külüb deyə, utanırdı. Qaynanası deyirdi: “Bizim yerin suyun-
dandı, dişimiz tez tökülür, gəlin dünənki uşaqdı, ağzında dişi 
qalmayıb.” Amma bu arada gəlin dişlərini düzəltdiribdi və indi 
adamla danışanda ağzını örtmür.  
Maşın işə düşübdü, bacanaqlar yerlərini tutub gözləyir-
lər ki, o da gəlsin. “Yaxşı, sağ olun!” deyib aralanmaq istəyirdi 
ki, uşaqlar qaça-qaça gəlib özlərini yetirdilər. Qız qabaqdaydı; 
bayaq qardaşları gəlib qonaqla görüşdü, amma bu, yaxına gəl-
mədi, ürkək ceyran kimi, aralıdan yad-yad baxırdı. O vaxt ana-
sının qucağından düşmürdü, deyirdilər, iki yaşı tamamdı, am-
ma yerimir, bilmirik dərdi nədi. Böyüyüb yekə qız olub, təngə-
nəfəs çatıb, əlindəki bir dəstə çiyələyi qonağa uzatdı.  
– Sağ ol, payın çox olsun! çiyələyi alıb, təşəkkür elədi 
qonaq, öz-özünə “mən də deyirəm bayaqdan orda nə axtarır 
bunlar, mənə çiyələk yığırmışlar!” dedi və mütəəssir oldu .  


 
184
Maşın işə düşübdü, bacanaqlar onu gözləyir və arabir 
boylanıb bəri baxır, demək istəyirlər: “Tez ol gəl.  İşimiz var, 
biz getməliyik, vaxt yoxdu.” 
− Yaxşı, sağ olun, sağlıqla qalın! − deyib, aralandı. 
Gəlin  ərinməyib, o boyda yolu qaça-qaça, təngənəfəs 
gəlib ki, görüşsün. Uşaqlar da gəlib görüşdülər, iki daşın ara-
sında, o darmacalda gedib ona çiyələk də yığdılar. O isə... Də-
mir lövhə lazım olmasaydı, üç gün orada yeyib-içib gəzəcək, 
sonra da çıxıb gedəcəkdi Bakıya, onlara baş çəkmək ağlına da 
gəlməyəcəkdi, 
− bu cür biganəliyə haqq qazandırmaq olmurdu. 
Bacanaqlara deyə bilməzdi ki, dükanın qabağında maşını sax-
layın, işim var? Bir az ayın-oyun alıb, onlara gedəydi gərək, 
uşaqlara baş çəkəydi. Necə də ağlına gəlməyib... 
                  
2005-ci il 
 
  
  
 
 
 
 
 
 
 
 
 
 


 
185
MÜSAHİBƏ 
                      
 
Bakı 
−Yalama qatarına  minən kimi yayda televiziyaya 
verdiyim müsahibə düşdü yadıma: xəcalət çəkdim, utanıb yerə 
girdim.  Əslində, ölkənin  şimal bölgəsinə  işləyən elektrik qa-
taqlarında vəziyyətin pis olduğunu  çoxdan bilirdim.  
Hardasa on ilin söhbətidi. Mərdəkan tərəfə getməliydim 
və əlbəttə, elektrik qatarına mindim. Elə bil sərnişin vaqonuna 
yox, mal tövləsinə girdim. Amma orada tək elə mal-qoyun 
saxlamırlar, tövlənin bir tərəfində toyuq-cücə, bir tərəfində it-
pişik, bir tərəfində də at-eşşək saxlayırlar və bundan əlavə, ev 
yiyəsinin tualeti də tövlədə yerləşir. 
− Bu vaqonda oturub, yol 
getmək mümkün deyildi. Qonşu vaqona keçdim ki, bəlkə, 
orada vəziyyət yaxşı olar. Neçə vaqon dəyişdim 
− xeyri olma-
dı, hər yerdə vəziyyət eyniydi. Oturdum və başladım öz-özümə 
deyinməyə. Gərək avtobusla gedəydim. 
Bir də gördüm konduktor pul yığa
−yığa mənə  tərəf 
gəlir.  
− Bilet alın, − konduktor dedi.  
Bu sözdən sonra, bir qayda olaraq, dərhal əlimi cibimə 
salıb, pul çıxardıram. Amma  bu  dəfə tələsmədim:  
– Bu nə vaqondu belə?! 
− hirslə dedim. 
− Vaqondu də, vaqonun bəyəm buynuzu olur? − kon-
duktor dedi.  
− Düz deyirsiniz, vaqonun buynuzu olmur. Amma bu, 
sərnişin vaqonudu və siz də at-eşşək sürüsü daşımırsınız. Elə-
dimi? Elədisə, bəs onda bu nə üfunətdi belə? Bu, at tövləsidi, 
donuz damıdı, toyuq hinidi, yoxsa ümumi tualetdi? Biz heç, 
bizi adam yerinə qoyan yoxdu. Bəs sən, sən özün necə, bu 
üfunətdə necə nəfəs alırsan? Beş dəqiqədi vaqondayam, ödüm 
ağzıma gəlir. Sən burda necə işləyirsən? Niyə bunun yiyəsinə 
demirsən ki, sərnişinlər cəhənnəm, bizə 
− konduktorlara, maşi-
nistlərə, polislərə yazığınız gəlsin. Üfunətdən qırılırıq? 
− Bilirsiniz, məsələ belədi ki, Bakı−Mərdəkan istiqamə-
tində işləyən qatarda texniki nasazlıq var idi deyə, təcili depoya 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə