ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə56/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   52   53   54   55   56   57   58   59   60

 
176
səyirdi. Uşaqları da gülmək tuturdu və  hər biri ürəyində “kö-
pəyoğlu nə bic adamdı! Nə təhər də bilir!” deyirdi. 
Mal oğrusu düz deyirdi, amma vaxt məsələsində səhvə 
yol verirdi
−uşaqlar bu barədə çoxdan fikirləşirdilər. Ağaca çı-
xıb qoruqçuya göz qoyan oğlangil beşdə oxuyanda bir iş oldu: 
Dağətəyi məhlədən altı uşaq – üç oğlan və üç qız – dərsdən çı-
xıb bağarası yolla evə gedəndə oğlanlar qızlara deyiblər ki, biz 
sizi istəyirik, 
−  eşq elan eləməkdi bu, kənddə “sevirəm” sözü 
yoxdu, kitab sözüdü, “istəyirəm” deyir bunlar. Kimin kimi istə-
diyini də deyirlər; sən demə,  genəşib  eləməmiş qızları bölü-
şüblər. Yiyəsiz bağ, hava da qaralıb, – ikinci növbə oxuyurdu-
lar deyə, payız-qış vaxtları  şər qarışanda çıxırdılar dərsdən, 
− 
qızlar neyləsin, başlarını  aşağı salıb qızarıb-bozarırlar, amma 
dinmirlər. Oğlanlar da əl çəkmir və nəhayət, qızların bir dilli-
dilavəri var, deyir, hə, yaxşı, neynək, onsuz da əzəl-axır bir qız 
bir oğlanındı, indi ki istəyirsininz, böyüyəndə bizi alarsınız.  
– Almağına alarıq 
− bu öz yerində. Amma gəlin elə in-
didən ər-arvad olaq, 
− oğlanlar deyir və qızları yolun qırağın-
dakı ağaclığa çəkirlər. 
Səhərki gün əlində çəlik, protez ayağını cırıldada-cırıl-
dada beşinci sinfə gedəndə rus dili müəllimi bilirdi nə olub, 
− ça-
tan kimi bacısı qızı xəbər veribdi. Qızlar qaça-qaça gedib məh-
lənin girəcəyində ayaq saxlayıb gözləyirlər, oğlanlar gəlib ça-
tanda “biz sizin başınıza oyun açdıracağıq! Görərsiniz!” de-
yirlər. İt kimi peşiman olubdu oğlanlar, üzrxahliq eləyib qızları 
dilə tuturlar ki, zarafat eləyirdik, özü də sözümüz sözdü 
− bö-
yüyəndə sizi alacağıq. İki qızın ürəyi yumşalır və barışırlar, 
− 
bunun biri də göygöz oğlanın yıxdığı  qızdı, 
− amma biri ipə-
sapa yatmır “elə  şey yoxdu, sabah dayıma deyəcəm!” deyir. 
Oglanlar başlayırlar yalvar-yaxar eləməyə, iki qız da bunlara 
qoşulub minnətçi düşüblər: “Etmə-eləmə,bir işdi, oldu qurtardı, 
dayına demə!” Amma qız dediyindən dönmür:  
– Dayıma deyəcəm, vəssalam! 
− Könlünüzə arvad düşüb, eləmi?  − rus dili müəllimi 
ayağa durub əlindəki çəliyi samballadı; yeyilməsin deyə, dəmir 
ucluq taxılmış  çəliyin ağırlıq mərkəzi dəyişir, bunu gərək elə 
tutasan ki, əl inciməsin, zərbə də tutarlı olsun. 


 
177
− Bir mənə deyin görüm, subaşına çıxandan sonra şal-
varı yuxarı  çəkib qabağını düymələyə bilirsininz, yoxsa yox? 
Qızıxmış köpəyuşağı, sizin arvad istəyən vaxtınızdı?! 
− Dişinin 
dibindən çıxanı deyə-deyə, uşaqları döyüb şil-küt elədi.  
Amma bunlar da az aşın duzu deyillər, ələlxüsus da biri 
var, o. Qızlar başa düşəndə ki, iş nə yerdədi, qışqırıb əldən çı-
xır, üz qoyurlar qaçmağa. Belə olanda iki oğlan bu işdən vaz 
keçir, amma göy gözlərindən cin yağanın biri var, əl çəkmir, 
qovub bölgüdə ona düşən qıza çatır, daldan badalaq vurub yı-
xır. O biri qızlar görürlər vəziyyət pisdi: bu göygöz köpəyoğlu 
qızı  yıxıbdı. Hər kəs öz canının hayına qalsa da, iki oğlanın 
yaxına gəlməməyi bunları ürəkləndiribdi və qayıdıb köməyə 
gəliblər, kitab-dəftər dolu heybələrini çiyinlərindən aşırıb alıb-
lar əllərinə, göygöz oglanın kürəyinə, başına vur ki, vurasan:  
– Eşşək köpəyoğlu, qızı burax! Qızı burax, anan səni 
mələsin! Qızıxmısan, get öz ananı-bacını elə!  
Oğlan görür işin orası deyil, qızı buraxır. 
− Görünür, 
necə olubsa, mal oğrusu bundan xəbər tutmayıb. 
− Arvadı basmarlayıb alıb altına, mən də yuxarıdan 
baxıram. Özüm də qorxudan ayaq üstəcə ölmüşəm: bu qaniçən 
köpəyoğlu görsə, tutub məni tikə-tikə doğrayar! Ayrı şey lazım 
deyil, bircə  dəfə üstümə  qışqırsa bəsdi: o saat zəhrim yarılar, 
kəlləmayallaq yerə düşüb darmadağın olaram! Kim kimədi? 
Deyəcəklər, özü çıxıb ağaca, ordan yıxılıb  ölüb; çıxmayaydı. 
Arayerdə qanım batacaq! 
Danışırdı, amma and içmirdi 
− bundan çıxmaz iş. Sö-
zünü tamamlayıb: 
– Bilməzsən, ağzından çıxar, məni qana salarsan! 
− dedi. 
− Dedim ki, qorxma, heç kimə demərəm! 
Aradan neçə illər ötübdü və bu sözü o, bir dəfə də dilinə 
gətirməyib, amma hərdən yadına düşəndə öz-özünə “ürək sö-
zünü deməyə adamın bir ağzıbərk dostu-tanışı olması da az iş 
deyil” deyib qürrələndiyi də olur.       
 
  2004-cü il 


 
178
QIRXYARPAQ  GÜLÜ 
 
Bir dəstə gül gətirib kənddən.  İş yoldaşının qaynanası 
verdi, dedi, apar suya qoy, solub eləsə də, atma; bu, elə güldü, 
quruyub qaxaca dönəndə  də iyi gəlir, 
− arvad düz deyirmiş. 
Yaxşı ki, getdi gəzdi, havasını dəyişdi. Təəssürat da gözəldi. 
− Bilirsən, siz tərəfin camaatı niyə oxuya bilmir? − 
Çiçəklənmiş  şabalıd ağacının kölgəsində oturub çay içirdilər, 
onda dedi. Quşların səsi bağı başına götürmüşdü. Hər dəfə 
“şabalıd çiçəyi” deyəndə buna düzəliş verirlər:  şırşıra. Bu da 
hər dəfə “hə, düzdü, şırşıra” desə də, yenə çaşır. 
− Elə bilirsən 
bəzi adamlar kimi, mən də deyəcəm şabalıd yeyəndən oxuyan 
olmaz? Yox, məncə, ona görə ki, sizin yerin quşları elə gözəl 
oxuyur, adamların oxumağına ehtiyac qalmır.  
Quşların səsi səhər tezdən valeh elədi onu. Oyanıb gör-
dü ki, təzəcə işıqlaşır, otaq yoldaşları şirin yuxudadı. Görəsən, 
necə yatıb? 
− ilk ağlına gələn bu oldu. Yaxşı ki, heç olmasa öz-
lərinə dedi:  
– Uşaqlar, 
− bunların da yaşı qırxı keçibdi, iş yoldaşıdı, 
bir də onun qaynıdı, 
− uşaqlar, bəri başdan deyirəm, sonra de-
məyin demədi, mən yatanda bərk xoruldayıram. Qızım Tibb 
Universitetində oxuyur, deyir, papa, sən böyrüstə yatmalısan, 
elə pis xoruldayırsan ki, nəfəsin kəsilib ölə bilərsən. Deyirəm: 
yatanda mən hardan bilim ki, dalüstəyəm, yoxsa böyrüstə? 
Qorxma, deyirəm. Xoruldamaqdan ölsəydim, çoxdan ölərdim. 
Amma deməklə deyil, yəqin, səhərəcən xoruldayıb, bu 
yazıqları da yatmağa qoymayıb.  
Tülküdurmazdan qalxıb, camaatın yuxusuna haram qat-
maq istəmirdi, amma yata da bilmirdi, yerin içində qurcuxa-
qurcuxa qalmışdı-tualetə getməliydi. Durub dəhlizə çıxdı. Ev-
eşik sükut içindəydi, balasını yatırdıb, yanında yatan analar ki-
mi, evin damı-daşı da erkən sübhün alatoranında yuxuya get-
mişdi. Ayağına sürütmə alıb həyətə düşdü və bağın o başındakı 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə