ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə55/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   52   53   54   55   56   57   58   59   60

 
173
Əvvəlcə qadını, sonra da kişini qayığa mindirdilər. Üz-
güçü döşəyi  tutub  saхlamasaydı, külək  aparacaqdı. Bir  fasilə 
oldu. Üzgüçünü də qayığa mindirmək istəyirdilər, amma o razı 
olmurdu və nəhayət, suya baş vurub geri üzdü. Qayıq da o is-
tiqamətdə üzüb irəlidə bir qöfs cızdı, nərildəyib  əks tərəfə  
döndü və dalğaların üstüylə atıla-atıla günbatana şığıdı. Camaat 
da  o tərəfə aхışdı. Maraqlıydı, görəsən bunlar  kimdi? 
Onları  dayazda  düşürdülər, ikisi  də cavandı. İncəbel  
qəşəng qadın quruya çıхan kimi yüngül addımlarla tələsik üzü-
yuхarı getdi, suiti kimi  dolubədənli, kök kişi də havası  bo-
şalmış rezin döşəyi  qoltuğuna vurub, onun dalınca düşdü. Baş-
larını da yuхarı qaldırmadılar, heç  kəsin üzünə də  baхmadılar. 
Bunlar niyə belə eləyir? Kəlmə də kəsmək  istəmirlər 
− camaat 
heç  gözləmirdi. 
Üzgüçü  dayaza  çatıb  ayağa  durdu, suyun içiylə yeri-
yib, quruya çıхdı. Qırх yaşlarında  hündürboy, arğaz kişidi, 
üzünə dağılmış  saçları  хətbaşı tərəfdən  ağarmağa  başlayıb.  
Adamlar heyrət və qibtəylə ona baхırdı, heç kəs dinmirdi. Necə 
gözəl üzürdü! 
− Elə  təsəvvür  yaranırdı ki,  insan deyil, mü-
kəmməl bir maşındı. Hamı gözləyirdi ki, sudan qol-budaqlı pa-
lıd kimi bir bahadır çıхacaq. Bu isə gündən qaralmış adi 
adamdı, camaatın ona baхdığını görüb nədənsə хəcalət  çəkir-
miş kimi,  bir  az da   başını  aşağı  saldı,  sürətlə  yeriyib təpə-
nin  ətəyində gözdən itdi.        
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  2003 
 
 
 
 


 
174
BAĞLARIN   URA  VAXTI 
 
Sözündən belə çıxırdı ki… 
− Düzünə qalsa, bunun sö-
zünün başına ip salan yox idi, dillənən kimi uşaqlar:  
– Hə, başladı! Yalana bax! Dərsdən çıxanda yenə  pirə 
gedəcəksən, eləmi, 
− deyib lağa qoyurdular. And-aman eləyib: 
– Yalan deyənə çörək qənim olsun! Anamın qəbri haqqı 
düz deyirəm! 
− desə də xeyri olmurdu. Öz günahıdı: yeddinci 
sinifdə oxuyanda dərsdən çıxıb evə gedən vaxt qəbristan tə-
rəfdə heybəsini çıxardıb sinif yoldaşlarından birinə verir ki
bunu saxla, gəlirəm.  
– Pirə  tərəf getdi, dedim, yəqin kimsə  nəzir qoyanda 
görüb, onu götürməyə gedir. Tez mən də cumdum. Gedib görü-
rəm pirin içində dim-dik durub mızıldanır, sonra: ya pir, yalan-
dan sənə and içib günah eləmişəm, bir də belə qələt eləmərəm, 
− deyib çıxdı. Soruşdum ki, bu nə deməkdi belə, başladı nəm-
nüm eləməyə. And verdim, dedi. Sən  demə, həmin gün kiməsə 
yalan danışıb və inandırmaq üçün pirə and içib, sonra da qor-
xuya düşüb ki, pir buna qənim olacaq. Dərsdən çıxan kimi gü-
nahını yumağa gedib, 
− səhərki gün həmin oğlan sinifdə uşaq-
lara danışırdı, bu da başını aşağı salıb qızara-qızara durmuşdu.  
Deyir, guya kolxoz bağında heyvan otardığı yerdə görür 
ki, ağacın başında üç-dörd qoz qalıb, qotaz kimi bir yerdə bitib 
budaqların arasında elə gizləniblər ki, nə daşla, nə də salbayla 
vurub salmaq mümkündür. Payızın son ayıdı, bağlarda turş 
nardan başqa heç nə qalmayıb 
− tamah güc gəlir və  dırmaşıb 
çıxır ağaca. Deyir, elə təzəcə yerimi rahlayıb istəyirdim əl uza-
dıb dərim, qoruqçunun səsi gəldi. Tez səsini işinə salıb yerin-
dəcə donur, deyir, qoy qoruqçu getsin, sonra dərərəm; bilir ki, 
xasiyyəti pisdi, görsə qışqıracaq ki, nə dırmaşıb çıxmısan ağa-
cın başına? Düş belə cəhənnəm ol! 
Elə bu vaxt səs gəlir:  
– Dayı-ı...  
Kənddə bir dul arvad var, odu, qoruqçunu çağırır.  
– Az, hardasan? Orda neyləyirsən? 
− qoruqçu deyir.  
– Burdayam həmişəki yerdə; arxın üstündə çırpı yığıram.  


 
175
Qoruqçu səsgələn tərəfə gedir, bu da elə bilir ki, arvadın 
sözü var, amma görür, yox, nəsə ayrı məsələdi: özlərini verdilər 
fızıllığın qalın yerinə. 
− Tənəffüsdə sinif yoldaşına danışırdı; qış 
idi, onuncu sinifdə oxuyurdular və elə vaxtlarıydı ki…  
Kəndin mal oğrusu yaxşı deyirdi, kefinin saz vaxtına 
düşəndə zarafat eləməyi vardı, bu yaşda oğlanlar dəstəylə  yı-
ğışıb oynamağa, ya da harasa gedəndə görsəydi, aralıdan səs-
ləyirdi: “Ay cavanlar, ayaq saxlayın görüm, sizə sözüm var”. 
Lopabığ kişiydi mal oğrusu, deyirdin lay divardı, baməzəliyi 
vardı, amma dingiş adam deyildi; oğru olsa da, camaatın hey-
vanıyla işi yox idi və yeri düşəndə fəxrlə: 
– Mən hələ indiyəcən bu kəndin bir cıqqılı  dıqısını da 
kəsib yeməmişəm, indən belə də elə iş eləmərəm, 
− deyirdi. 
Camaat da bunun xətrini çox istəyirdi. Bircə eybi vardı 
ki, oğruydu, onu da kefdən eləmirdi: o boyda cəmdəyin yiyəsi 
ağartıyla, mer-meyvəylə doyub-dolanmırdı və o gün ki, ət ye-
mirdi ac qalırdı. Oydu ki, arada məcbur olub bir heyvan tapıb 
kəsirdi; öz sözüydü, görürdün hərdən deyirdi: “O irəli  bərk ət-
sizləmişdim, Allah rast saldı, bir heyvan tapdım kəsdim”.  
Çomaqdavasının mahir ustası kimi, kənd uşaqlarının 
nəzərində əfsanəvi nağıl qəhrəmanlarıyla bir sıradaydı mal oğ-
rusu, ehtiramla ayaq saxlayıb onu gözləyən cavanlara yaxınla-
şırdı, salamlaşıb hal-əhval tuturdu və söhbət eləyə-eləyə gəldiyi 
kişiyə “bilirsən, bunların nə vaxtıdı?” deyirdi. 
− Nə vaxtıdı ki? − mal oğrusunun yol yoldaşı da sualla 
cavab verirdi. 
− Elə mən də onu deyirəm, tapa bilsən… 
− Nə vaxtları olacaq, lap yaxşı! Cavan oğlandılar, dün-
ya veclərinə deyil, gəzib-dolanırlar. 
− Yox, bilmədin! Qardaş canı, bilmədin! Bunların elə 
vaxtıdı, deyirlər, ay Allah, görəsən, kişi tayfası arvad xeylağıy-
nan nə təhər yatıb-durur? Gecə-gündüz eyzən fikirləşirlər, am-
ma baş  tapa bilmirlər, bu iş nə təhər olur. 
− Mal oğrusu belə 
deyirdi və onun lopa bığının qıraqları əyilib-düzəlirdi, bu da o 
deməkdi ki, kişinin dodağı qaçır. Onun yol yoldaşı da gülüm-


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə