Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil I. Beynəlxalq xüsusi hüququn anlayışı, predmeti ve si.stemi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə3/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   2   3   4   5   6   7   8   9   ...   124

Fəsil I. Beynəlxalq xüsusi hüququn anlayışı, predmeti ve si.stemi 
İkincisi,  hüquq  münasibətinin  obyektində  ifadə  olunan  xarici 
element.  İştirakçıları  (subyektləri)  Azərbaycan  vətəndaşları  olan 
hüquq  münasibətinin  obyekti  xaricdə  yerləşdiyinə  görə  beynəlxalq 
xarakter kəsb edir və yaxud Azərbaycanda yerləşən xaricinin əmlakı 
ilə  bağlı  xaricilər  arasında  baş  verən  münasibət  də  obyektinə  görə 
beynəlxalq xarakterli hesab edilir. 
Üçüncüsü,  hüquq  münasibətinin  əmələ  gəlməsi  və  xitamının 
əsasında  duran  hüquqi  fakta  aid  olan  xarici  element.  Subyekt  və 
obyekt  baxımından  bir  dövlətin  hüdudlarından  kənara  çıxmayan 
münasibətin  əsasında  duran  hüquqi  fakt  xaricdə  baş  veribsə,  belə 
münasibət  də  xarici  elementli  hesab  edilir.  Məsələn,  Azərbaycan 
vətəndaşlarının  ÜZ  aralarında  xaricdə  müqavilə  bağlaması,  ziyanın 
xaricdə vurulması, ölümün xaricdə baş vennəsi və s. 
Nəzərə  almaq  lazımdır  ki,  yuxarıda  sadalanan  xarici  elementlər 
yalnız  mülki  dövriyyədə  baş  verən  hüquq  münasibətləri  ilə  əlaqədə 
götürüldükdə  beynəlxalq  xüsusi  hüququn  predmeti  kimi  xarakterizə 
edilə  bilər.  Eyni  zamanda,  göstərilən  elementlərin  hər  hansı  birinin 
mövcudluğu münasibətin beynəlxalq xarakter kəsb etməsinə kifayət 
edir.  Əlbəttə,  onların  ikisinin  və  ya  hər  üçünün  bir  yerdə  mövcud 
olması da İstisna olunmur. 
Beləliklə, yuxarıdakılara əsaslanaraq beynəlxalq xüsusi hüququn 
predmeti və anlayışı ilə bağlı aşağıdakı nəticəyə gəlmək olar. 
Beynəlxalq xüsusi hüququn predmetini mülki dövriyyədə baş 
verən  heynəl\al(|  xarakterli  və  ya  xarici  elementli  xüsusi  hüquq 
münasibətləri təşkil edir. 
Beynəlxalq  xüsusi  hüquq  isə  mülki  dövriyyədə  baş  verən 
beynəlxalq  xarakterli  və  ya  xarici  elementli  xüsusi  hüquq 
münasibətləri  tənzimləyən  hüquq  normalarının  məcmusuna 
deyilir. 
§ 2. Beynəlxalq xüsusi hüququn tənzimləmə metodları 
Ədəbiyyatda  hüquqi  tənzimləmə  metoduna  ictimai  münasibət- 
lorə hüquqi tosiretmənin üsul və vasitələrinin məcmusu kimi anla 
10 


§ 2. Beynəlxalq xüsusi hüququn tənzimləmə metoıiları 
yış verilir. Əgər hüquqi tənzimləmənin prcdmeti bu və ya digər hüquq 
sahəsi ilə hansı ictimai münasibətlərin nizama salınması sualına cavab 
verirsə, hüquqi tənzimləmə metodu həmin ictimai münasibətlərin necə 
tənzimlənməsini göstərir'. 
Digər hüquq sahələrində olduğu kimi beynəlxalq xüsusi hüquq da 
Özünəməxsus tənzimləmə metodlarına malikdir. Qeyd edildiyi kimi, 
beynəlxalq xüsusi hüquq mülki dövriyyədə baş verən xarici elementli 
münasibətləri tənzimləyir. Belə münasibətin hüquqi tənzimlənməsi ilk 
andaca  müəyyən  problemlərlə  üzləşir.  Məsələ  burasındadır  ki, 
beynəlxalq  xüsusi  hüququn  predmetini  təşkil  edən  münasibət  xarici 
elementə malik olduğuna görə, onun hansı dövlətin hüquq sisteminə 
tabe  olmasını  müəyyən  etmək  lazım  gəlir.  Xarici  elementin 
mövcudluğu münasibətin hüquqi statusunu müəyyən etmək zərurətini 
ortaya  qoyur.  Məsələn,  Azərbaycan  vətəndaşı  ilə  icarə  müqaviləsi 
bağlayan  xarici  firma  meydana  çıxan  mübahisə>  ə  öz  dövlətinin 
hüququnu  tətbiq  etməyi  iddia  edə  bilər.  Əlbəttə,  belə  məsələlər 
birtərəfli  qaydada  şəxsi  arzu  və'  istəklə  həll  olunmur.  Problem 
kolHzion metodun tətbiqi yolu İlə aradan qaldırılmalıdır. 
"Kolliziya"  latın  dilində  "collisio"  sözündən  olub,  hərfi  mənası 
"toqquşma" deməkdir.' Hüquqda kolliziya dedikdə isə eyni münasibəti 
tənzimləyən iki hüquq nomıasımn müxtəlif məzmuna malik olmasına 
görə  bir-birinə  müxalilliyi  (toqquşması)  başa  düşülür.  Hüquq 
normalarının  kolliziyası  konkret  dövlətin  hüquq  sistemi  üçün,  bir 
qayda  olaraq,  arzuolunmaz  hesab  edilsə  do,  tez-tez  təzahür  olunur. 
Beynəlxalq  xüsusi  hüquqda  isə  hüququn  kolliziyası  əsas 
kateqoriyalardan  biri  hesab  edilir.  Bu  zaman  eyni  münasibəti 
tənzimləyən  müxtəlif  milli  hüquq  sistemlərinə  mənsub  hüquq 
normaları 
arasında  kolliziya  yaranır.  Həmin  münasibətin 
tənzimlənməsi  üçün  ilkin  olaraq  onlardan  birini  seçmək  zərurəti 
meydana  çıxır.  Məsələ  kollizion  hüquq  nomıalarmm  tətbiqi  ilə  həll 
edilir. 
1
 
CXııtiBhi TCOpiııı tcx-yıtapcııw ıı npana. Oıu. poj. C.C.A
ICKCOCB
. M.. 1971. c. 290 
2
 
EaiBmaa 
COBCTCKIW 
anıuiK.ıoııejıw. T.I2. M.. 1973, c. 434 
11 


Fosil I. Beynalxalq xüsusi lıiiququn anlayışı, predmeti və sistemi 
Digər  hüquq  sahələrindən  fərqli  olaraq  beynəlxalq  xüsusi 
hüquqda hüququn kolliziyası obyektiv xarakter daşıyır. Bu müəyyən 
səbəblərdən  irəli  gəlir.  Əvvəla,  beynəlxalq  xüsusi  hüququn  pred- 
metini təşkil edən münasibətdə hər bir halda xarici element mövcud 
olduğundan, belə münasibət ən azı iki hüquq sistemi ilə əlaqəli olur. 
Nəzərə  almaq  lazımdır  ki,  həmin  münasibətin  hüquqi  statusu  (yəni 
hansı  hüquq  sisteminə  tabe  edilməsi)  müəyyən  edilərkən  potensial 
olaraq onların hər hansı birinə üstünlük verilə biləcəyi ehtimal oluna 
bilər. İkincisi,  xüsusi hüquq xarakterli, mülki dövriyyədə baş verən 
konkret  münasibət  ayrı-ayrı  dövlətlərin  qanunvericiliyi  İlə  müxtəlif 
şəkildə  tənzimlənir,  yəni  konkret  məsələ  Azərbaycanda  bir  cür, 
Türkiyədə tamamilə başqa cür öz hüquqi həllini tapır. 
Münasibəti mahiyyət etibarı iiə tənzimləməkdən Ötrü ilkin olaraq 
məhz  küllizion  məsələni  həll  etmək  lazım  gəlir.  Beynəlxalq  xüsusi 
hüquq  malik  olduğu  hüquqi  təsir  etmə  imkanlarından,  üsul  və 
vasitələrindən istifadə edərək, İlkin olaraq bu məsələni həll edir. 
Mülki  dövriyyədə  baş  verən  xarici  elenıentli  münasibətə 
tətbiq edilə biləcək müxtəlif dövlətlərin hüquq sistemlərindən hər 
hansı  birini  seçmək  məqsədilə  istifadə  edilən  üsul  və  vasitələrin 
məcmusuna beynəlxalq xüsusi hüququn kollizion metodu deyilir. 
Qeyd  edildiyi  kimi,  kollizion  hüquqi  metodun  tətbiqi  hələ 
münasibətin  mahiyyətcə  tənzimlənməsi  demək  deyildir.  Münasibət 
kollizion  hüquqi  metodun  müəyyən  etdiyi  konkret  maddi  hüquq 
nomıasını  tətbiq  etməklə nİzama salınır.  Maddi  hüquq  nomıalarının 
tətbiqi heç də hər bir halda kollizion hüquqi metodundan istifadədən 
keçmir. Beynəlxalq xüsusi hüquqda birbaşa tətbiq edilən maddi hüquq 
normaları  da  mövcuddur.  Belə  normalara  elmi  ədəbiyyatda 
ıınifikasiya edilmiş maddi hüquq nonnaları deyilir. 
Dövlətlər  öz  aralarında  mülki  dövriyyədə  baş  verən  ayrı-ayrı 
məsələlərin  qarşılıqlı  olaraq  öz  ərazilərində  eyni  qaydada 
tənzimlənməsi barədə qabaqcadan razılığa gələ bilərlər. Nəticədə, razı 
12 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə