Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə122/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   116   117   118   119   120   121   122   123   124

ƏLAVƏLƏR 
ii)  bu  arbitraj  qərarının  tanınması  və  icrası  Azərbaycan 
Respublikasının qanunvericiliyinə ziddir
2.
 
Arbitraj  məhkəməsinin  qərarını  tanıyan  və  İcraya  yönəldən 
səlahiyyətli məhkəmədə arbitraj qərarının icrasının xitamı və yaxud 
dayandırılması haqqında vəsatət verilmişdirsə, qərarın tanınması və 
ya  icra  edilməsi  tələb  olunan  məhkəmə  bunu  lazım  bilərsə,  öz 
qərarının  çıxarılmasını  təxirə  sala  bilər  və  arbitraj  qərarının 
tanınmasını və ya icrasını xahiş edən tərəfin vəsatəti ilə digər tərəfi 
qərarı lazımi qaydada təmin etməyə məcbur edə bilər. 
Heydir ƏLİYEV, Azerbaycan Respublikasının 
Prezidenti Bakı şəhəri, 18 noyabr 1999-cu il. 
Ni 757~IQ, Dərd: 15 fevral 2000-ci il 
376 


Xarici Arbitraj Qorarlanmn tanınması V3 icra edilməsi barədə Konvensiya 
“XARİCİ ARBİTRAJ QƏRARLARININ 
TANINMASI VƏ İCRA EDİLMƏSİ BARƏDƏ” 
KONVENSİYA 
10
 
iyun 1958-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı 
tərəfindən qəbul edilib. 
7 iyun 1959-cu il tarixdən qüvvəyə minib. 
1 maddə 
1.
 
Mövcud  Konvensiya  tərəflərin  həm  fiziki,  həm  də  hüquqi 
şəxslər  arasında  yaranan  mübahisələr  üzrə  arbitraj  qərarlarının 
tanınması və icra edilməsi təiəb olunan dövlətdən fərqli olan dövlətin 
ərazisində  çıxanimış  beynəlxalq  arbitraj  qərarlannın  tanınması  və 
icra  edilməsi  sahəsində  tətbiq  edilir.  Bu  Konvensiya  həmçinin 
arbitraj qərarlarının tanınması və icra edilməsi tələb olunan dövlətin 
daxili qərarları hesab olunmayan arbitraj qərarlarına da tətbiq edilir. 
2.
 
"Arbitraj qərarları" termini hər bir konkret iş üzrə təyin edilmiş 
arbitrlərin arbitraj  qərarlanndan əlavə, həmçinin  tərəflərin müraciət 
etdiyi daimi arbitraj orqanlannın arbitraj qərarlanna da şamil edilir. 
3.
 
Mövcud Konvensiya imzalandıqda, ratifikasiya edildikdə və ya 
ona  qoşulduqda,  yaxud  mövcud  Konvensiyanın  X  maddəsində 
nəzərdə  tutulmuş  bildirişi  edərkən  hər  bir  dövlət  mövcud 
Konvensiyanı yalnız digər Razılaşan Dövlətin ərazisində çıxarılmış 
arbitraj qərarlarının tanınması və icra edilməsinə münasibətdə tətbiq 
edəcəyini qarşılıqlı əsasda tətbiq edə bilər. 
Hər  bir  dövlət,  həmçinin  bəyan  edə  bilər  ki,  o  mövcud 
Konvensiyam  belə  bəyanat  verən  dövlətin  milli  qanunvericiliyinə 
görə yalnız ticarət hüquq münasibətləri hesab edilən müqavilə və ya 
digər  hüquqi  münasibətlər  üzrə  yaranmış  mübahisələrə  tətbiq 
edəcəkdir. 
377 


ƏLAVƏLƏR 
II
 
maddə 
1.
 
Hər  bir  Razılaşan  Dövlət  arbitraj  çəkişməsinin  predmeti  ola 
biləcək  hər  hansı  bir  konkret  müqavilə  və  ya  digər  hüquqi 
münasibətlərin obyekti ilə əlaqədar tərəflər arasında yaranmış və ya 
yarana  biləcək  bütün  və  ya  hər  hansısa  mübahisələri  arbitraja 
vennəyi tərəflərin öhdələrinə götürdükləri yazılı sazişi tanıyır. 
2.
 
"Yazılı razılıq" termini müqavilədə arbitraj qeyd-şərtini və ya 
tərətlərin  imzaladığı  və  yaxud  onların  məktub  və  teleqramlannda 
olan arbitraj razılaşmasını özündə əks etdirir. 
3.
 
Razılaşan Dövlətin məhkəməsinə mövcud maddə ilə nəzərdə 
tutulmuş  tərəflərin  müqavilə  bağladığı  məsələyə  dair  iddia  daxil 
olduqda, Razılaşan dövlətin məhkəməsi hər hansı bir tərəfin xahişinə 
əsasən,  göstərilən  sazişin  qeyri-qanuniliyini,  vaxtının  keçməsini, 
yaxud  icra  edİlə  bilmədiyini  müəyyən  etmədiyi  təqdirdə  tərəfləri 
arbitraja göndərməyə borcludur. 
III
 
maddə 
Hər  bir  Razılaşan  Dövlət  arbitraj  qərarlannı  mütləq  şəkildə 
tanıyır və aşağıdakı maddələrdə təsbit edilmiş şərtlərə uyğun olaraq 
bu  qərarlann  tanınması  və  icra  edilməsi  tələb  olunan  ərazinin 
prosedura  normalarına  müvafiq  şəkildə  həmin  qərarlan  icraya 
yönəldir. 
Mövcud  Konvensiya  tətbiq  edildiyi  arbitraj  qərarlarının 
tanınmasına  və  icra  edilməsinə  daxili  qərarların  tanınması  və  icra 
edilməsi üçün daha ağırlaşdırıcı şərtlər və ya mövcud olandan daha 
yüksək rüsum və Ödənişlər tətbiq edilməməlidir. 
IV
 
maddə 
1.  Bundan  əvvəlki  maddədə  göstərilən  tanınma  və  icraya 
yönəltmə üçün tanınmanı və icra edilməni tələb edən tərəf belə xahişi 
etdikdə aşağıdakıları təqdim etməlidir: 
378 


Xarici Arbitraj Qərarlarının tanınması və icra edilməsi barədə Konvensiya 
a)
 
lazımi qaydada təsdiq edilmiş arbitraj qərannın əslini və yaxud 
həmin qərarın lazımi qaydada təsdiq edilmiş surətini
b)
 
II maddədə göstərilən müqavilənin əslini, yaxud onun lazımi 
qaydada təsdiq edilmiş surətini; 
2.
 
Arbitraj qərannın, yaxud sazişin mətni bu qərann tanınması və 
icra edilməsi tələb edilən ölkənin rəsmi dilində olmadığı  halda, bu 
qərann tanınmasını və icra edilməsini xahiş edən tərəf bu sənədlərin 
həmin  dilə  tərcüməsini  təqdim  edir.  Tərcümə  rosmİ  və  ya  andh 
tərcüməçi,  yaxud  diplomatik  və  ya  konsulluq  idarəsi  tərəfindən 
təsdiq edilir. 
V
 
maddə 
1. Arbitraj qərannın əleyhinə yönəldiyi tərəfin xahişi ilə arbitraj 
qərannın tanınmasına və icra edilməsinə o liatda etiraz edilə bilər ki, 
həmin  tərəf  qərarlann  tanınması  və  icra  edilməsi  tələb  olunan 
ərazinin  səlahiyyətli  hakimiyyət  orqanlarına  dəlillər  təqdim  edərək 
sübuta yetirir ki: 
a)
 
II  maddədə  göstərilən  saziş  üzrə  tərəflər  tətbiq  olunan 
qanunvericiliyə  əsasən  hər  hansı  bir  şəkildə  fəaliyyət 
qabiliyyətsizdirlər  və  ya  tərəflərin  istinad  etdikləri  qanunvericiliyə 
əsasən  həmİn  saziş  qeyri-  qanunidir,  belə  müddəanın  olmadığı 
təqdirdə isə qərann çıxarıldığı ölkənin qanunvericiliyə əsasən həmin 
saziş qeyri-qanunidir; yaxud 
b)
 
çıxarılan  qərann  əleyhinə  yönəldiyi  tərəf  arbitrin  təyin 
olunması  və  ya  araşdıniması  barədə  qanuna  müvafiq  qaydada 
xəbərdar  və  ya  digər  səbəblərdən  öz  izahatiannı  təqdim  edə 
bilməmişdir; yaxud 
c)
 
göstərilən  qərar  arbitraj  sazişi  və  ya  arbitraj  qeyd-şərtlərində 
nəzərdə tutmamış və ya həmin şərtlərə uyğun deyildir; yaxud qərar 
arbitraj  sazişi və  ya müqavilədəki  arbitraj  qeyd-şərtlərindən kənara 
çıxan məsələlər üzrə müddəaları  özündə əks  etdirir. Bundan  əlavə, 
digər  arbitraj  sazişi  və  ya  arbitraj  qeyd-şərtləri  ilə  əhatə  olunan 
məsələlər  üzrə  müddəaları  belə  arbitraj  sazişi  və  ya  arbitraj 
qeyd-şərtləri  ilə  əhatə  olunmayan  müddəalardan  ayırmaq  mümkün 
olarsa, belə halda arbitraj sazişi və ya arbitraj qeyd-şərtləri ilə əha 
379 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə