“Beynolxalq arbitraj haqqında" Azərbaytan Respublikasının Qanunu
olmadıqda arbitraj məhkəməsi, arbitraj baxışında istifadə ediləcək
dili və yaxud dilləri müəyyən edir. Belə razılıq və yaxud bu barədə
məhkəmənin qərannda digər hal nəzərdə tutulmayıbsa, tərəflərin hər
hansı bir yazılı müraciətinə, iş üzrə dinləməyə, hər hansı bir arbitraj
qərarına və yaxud arbitraj məhkəməsinin digər sənədlərinə aid edilir.
2.
Arbitraj məhkəməsi sərəncam verə bilər ki, istənilən sənədli
sübutlar tərəflərin razılaşdıqları və ya arbitraj məhkəməsinin təyin
etdiyi dilə və ya dillərə tərcümə ilə birlikdə təqdim olunsun.
Maddə 23. İddia ərizəsi və iddia üzrə etiraz
1.
Tərəflərin razılaşdıqları və ya arbitraj məhkəməsinin təyin
etdiyi vaxt ərzində iddiaçı öz iddia tələbini təsdiq edən cəhətlər
haqqında, həll edilməli olan məsələlər haqqında və öz iddia
tələblərinin məzmunu haqqında bəyanat verməli, cavabdeh isə bu
səbəblər üzrə öz etirazlarını bəyan etməlidir, bu şərtlə ki, tərəflər belə
bəyanatların zəruri rekvizitləri barəsində digər şərt kəsməmiş
olsunlar.
Tərəflər öz bəyanatları ilə birlikdə işə aid olduğunu güman
etdikləri bütün sənədləri də təqdim edə bilər, yaxud sonradan təqdim
edəcəkləri sənədlərə və ya digər sübutlara istinad edə bilərlər.
2.
Əgər tərəflər arasında digər razılıq yqxdursa, arbitraj
baxışının gedişində tərəflərin hər hansı biri öz iddia tələblərini və ya
İddiaya dair etirazlannı dəyişdirə və ya tamamlaya bilər, bir şərtlə ki,
arbitraj məhkəməsi yol verilmiş ləngiməni nəzərə almaqla bu cür
dəyişikliyə və ya əlavəyə icazə verilməsini qeyrİ-məqsədəuy- ğun
saymasın.
Maddə
24.
Şifahi işəbaxma və yazılı araşdırma
1. Tərəflərin hər hansı digər razılaşmasına riayət etmək şərti ilə
arbitraj məhkəməsi sübutların təqdim edilməsi üçün şifahi işəbaxma
və ya digər şifahi müzakirələr keçirib-keçinnəmək, yaxud
367
ƏLAVƏLƏR
yalnız sənədlər və digər materiallar əsasında araşdınna apanb-apar-
mamaq haqqında qərar qəbul edir. Lakin tərəflər şifahi işəbaxmanın
keçirilməməsi haqqında şərtləşdikləri haldan başqa arbitraj
məhkəməsi tərəflərin hər hansı biri xahiş edərsə, araşdırmanın lazımi
mərhələsində şifahi işəbaxma keçirməlidir.
2.
Arbitraj məhkəməsinin mallara, digər əmlaka və ya sənədlərə
baxış keçirmək məqsədi ilə təşkil etdiyi hər hansı şifahi işəbaxma
haqqında və ya məhkəmə iclası haqqında tərəflərə kifayət qədər
vaxtında xəbərdarlıq göndərilməlidir.
3.
Tərəflərdən birinin arbitraj məhkəməsinə təqdim etdiyi bütün
ərizələr, sənədlər və ya başqa informasiya digər tərəfə verilməlidir.
Arbitraj məhkəməsinin öz qərarını çıxararkən əsas götürə
biləcəyi bütün ekspert rəyləri və ya sübut xarakterli başqa sənədlər də
tərəflərə verilməlidir.
Maddə 25. Sənədlərin təqdim edilməməsi və tərəflərin gəlməməsi
Tərəflərin digər razılaşmaları yoxdursa, üzrlü səbəblər olmadığı
hallarda:
a)
iddiaçı 23-cü maddənin 1-ci bəndinə müvafiq olaraq öz iddİa
ərizəsini təqdim etmədikdə, arbitraj məhkəməsi baxışa xitam verir;
b)
cavabdeh 23-cü maddənin 1-ci bəndinə uyğun olaraq iddia
üzrə etirazlannı təqdim etmədikdə, arbitraj məhkəməsi belə halı
iddiaçının tələblərinin təsdiqi kİmi qəbul etmir və arbitraj baxışını
davam etdirir;
c)
hər hansı tərəf dinləməyə gəlmədikdə və yaxud
sənədləşdirilmiş sübutlar təqdim etmədikdə, arbitraj məhkəməsi
baxışı davam etdirə bilər və ona təqdim edilmiş sübutlar əsasında
müvafiq qərar çıxara bilər.
Maddə 26. Arbitraj məhkəməsinin təyin etdiyi ekspert
1. Tərəflərin arasında digər razılıq yoxdursa, arbitraj məhkəməsi:
368
“Beynəlxalq arbilraj haqqında" Azərbaycan Respublikasının Qanunu
a)
arbitraj məhkəməsi tərəfindən müəyyən edİIən konkret
məsələlərə dair ona mənizə edilməsi məqsədilə bir və ya bir neçə
ekspert təyin edə bilər;
b)
tərəflərdən iş üzrə hər hansı məlumatı və işə aid olan
sənədlərin, malların və digər əmlakın ekspertə təqdim edilməsini və
ekspert tərəfindən öyrənilməsi üçün şərait yaratmağı tələb edə bilər.
2. Tərəflər arasında dİgər razılıq yoxdursa, tərəflərin biri xahiş
edərsə və yaxud arbitraj məhkəməsi zəruri sayarsa, ekspert yazılı və
ya şifahi rəyini təqdim etdikdən sonra dinləmədə iştirak edə bilər. Bu
halda tərəflərə ona suallar vermək imkanı verilir və mübahisəli
məsələlər üzrə ifadə vermək məqsədi ilə tərəflər şahidləri ekspertlərə
təqdim edə bilərlər.
Maddə 27. Sübutların əldə edilməsində məhkəmənin köməyi
Arbitraj məhkəməsi və ya tərəf arbitraj məhkəməsinin razılığı İlə
6-cı maddədə göstərilmiş məhkəməyə sübutların əldə edilməsi üçün
köməklik barəsində müraciət edə bilər. Məhkəmə sübutlann əldə
edilməsi qaydalarına uyğun olaraq səlahiyyətləri daxilində bu
müraciəti yerinə yetirə bilər.
Fəsil VI.
Arbitraj qərarının çıxarılması və icraatın xitamı
Maddə 28. Mübahisənin mahiyyəti üzrə tətbiq edilən normalar
1. Arbitraj məhkəməsi mübahisəni hüququn elə normalarına
uyğun həll edir ki, tərəflər bu normalan mübahisənin mahiyyətinə
tətbiq edilə bilən normalar kİmi seçmiş olsunlar.
Əgər başqa niyyət ifadə etmirsə, hər hansı bir dövlətin
hüququnun və ya hüquq sisteminin istənilən göstərişi həmin dövlətin
kolliziya normalarına deyil, onun maddi hüququna bilavasitə
istiqamətləndirən göstəriş kimi təfsir olunmalıdır.
369
Dostları ilə paylaş: |