Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə118/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   114   115   116   117   118   119   120   121   ...   124

ƏLAVƏLƏR 
rəflərin  arasında  bu  barədə  razılığı  əldə  edilibsə,  onun 
mandatına xitam verilir. 
Bu əsaslann hər hansı biri barəsində fikir aynhğı yaranarsa, 
hər  bir  tərəf  6’Ci  maddədə  göstərilmiş  məhkəməyə  mandatın 
xitam  verilməsinə  aid  qərar  qəbul  edilməsi  xahişi  ilə  müraciət 
edə bilər; belə qərar qətidir və ondan şikayət verilə bilməz. 
2. Bu maddəyə müvafiq olaraq və yaxud 13-cü maddənin 2-ci 
bəndinə görə arbitr öz vəzifəsindən imtina edərsə və yaxud tərəf 
onun  mandatına  xitam  verilməsinə  razılıq  verərsə,  belə  hal  bu 
maddədə  və  yaxud  12-ci  maddənin  2-ci  bəndində  göstərilən 
əsaslann təsdiqi kimi qəbul edilməməlidir. 
Maddə 15. Yeni arbitrin təyin edilməsi 
Arbitrin  mandatına  13-cü  və  yaxud  14-cü  maddənin 
əsasında,  arbitrin  özünün  hər  hansı  səbəbdən  vəzifəsindən 
imtina  etməsi  nəticəsində,  tərəflərin  razılaşması  əsasında  və  ya 
digər hallar esasm- da  xitam verilirsə, yeni  arbitr əvəz edəcəyi 
aıbitrə tətbiq edilmiş qaydalara uyğun olaraq təyin edilir. 
Fəsil IV. 
Arbitraj məhkəməsinin səlahiyyəti 
Maddə 16. Arbitraj məhkəməsinin Öz səlahiyyətləri barəsində 
qərar çıxarmaq hüququ 
1.
 
Arbitraj  mehkemesi  öz  səlahiyyəti  barəsində, o  cümlədən 
arbitraj  sazişinin  mövcudluğu  ve  yaxud  etibarlılığı  barədə  hər 
bİr etiraz üzrə özü qərar çıxara bilər. 
Bu  məqsədlə  müqavilənin  tərkib  hissəsi  olan  arbitraj 
qeyd-şərti  müqavilənin  digər  şərtlərindən  asılı  olmayan  razılıq 
kimi  şərh  olunmalıdır.  Müqavilənin  etibarsızlığı  haqqında 
arbitraj  məhkəməsinin  çıxardığı  qərar  "ipso  cure"  arbitraj 
qeyd-şərtinin etibarsızlığına səbəb olmur. 
2.
 
Arbitraj 
məhkəməsinin 
səlahiyyətlərinin 
olmaması 
haqqında müraciət iddia üzrə etiraz təqdim edilməmişdən əwəl 
bildirilməlidir. 
364 


“Beynnlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu 
Tərəfin  arbİtr  təyin  etməsi  və  yaxud  arbitr  təyin  edilməsində 
iştirakı  tərəfi  belə  müraciət  etmək  hüququndan  məhrum  etmir. 
Arbitraj  məhkəməsinin  öz  səlahiyyətini  aşması  haqqında  bəyanat 
arbitraj  baxışının  gedişində  hər  hansı  bir  məsələnin  bu  səlahiyyəti 
aşdığı müəyyən edilən kimi verilir. Belə halların hər birində gecikmiş 
bəyanatı arbitraj məhkəməsi bu şərtlə qəbul edə bilər ki, gecikmənin 
səbəbini üzrlü hesab etsin. 
3,
 
Arbitraj  məhkəməsi  bu  maddənin  2-ci  bəndində  göstərilən 
bəyanata dair ya ilkin xarakterli məsələ üzrə olduğu kimi, yaxud da 
mübahisənin mahiyyətcə həll edilməsi kimi qərar çıxara bilər. 
Əgər arbitraj məhkəməsi ilkin xarakterli məsələ üzrə olduğu kimi 
qərar çıxarsa kİ, o, səlahiyyətlidir, tərəflərdən hər hansı biri bu qərar 
haqqında  xəbərdarlıq  aldıqdan  sonra  30  gün  ərzində  6-cı  maddədə 
göstərilən  məhkəmədən  xahİş  edə  bilər  ki,  bu  məsələyə  dair  qərar 
qəbul etsİn. Belə qərardan şikayət verilə bilməz. Bu cür xahiş həH 
edilənədək  arbitraj  məhkəməsi  arbitraj  baxışını  davam  etdirə  və 
arbitraj qərarı çıxara bilər. 
Maddə 17. Təminedici tədbirlərin həyata keçirilməsi sahəsində 
arbitraj məhkəməsinin səlahiyyətləri 
Tərəflər arasında digər razılaşma  yoxdursa, arbitraj  məhkəməsi 
hər  hansı  bir  tərəfin  xahişi  ilə  mübahisəli  predmetlə  bağlı  zəruri 
hesab  edərsə,  tərəflərin  təminedici  tədbirlərin  həyata  keçirilməsinə 
dair göstərişlər verə bilər. Arbitraj məhkəməsi hər hansı tərəfdən belə 
tədbirlərin təmin edilməsini tələb edə bilər. 
Fəsil V. 
Arbitraj icraatının aparılması 
Maddə 18. Tərəflərə eyni münasibət 
Tərəflərə  eyni  münasibət  göstərilməlidir  və  hər  bir  tərəfə  Öz 
mövqeyini ifadə etməsi üçün hər cür imkan verilməlidir. 
365 


ƏLAVƏLƏR 
Maddə 19. Prosedur qaydalarının müəyyən edilməsi 
1.
 
Bu  qanunun  müddəalanna  əməl  etmək  şərti  ilə  tərəflər  öz 
mülahizələri  əsasında  arbitraj  məhkəməsində  baxışın  aparılması 
prosedurası haqqında razılığa gələ bilərlər. 
2.
 
Belə  razılıq  olmadıqda,  arbitraj  məhkəməsi  bu  qanunun 
müddəalanna  əməl  etməklə  lazım  bildiyi  qaydada  arbitraj  baxışını 
apara  bilər.  Arbitraj  məhkəməsinə  verilən  səlahiyyətlərə  hər  bir 
sübutun  mümkünlüyünü,  aidiyyətini,  mahiyyətini  və  əhəmiyyətini 
müəyyən etmək səlahiyyətləri də daxildir. 
Maddə 20. Arbitrajın yeri 
1.
 
Tərəflər  öz  mülahizələrinə  görə  arbitrajın  yeri  haqqında 
razılığa gələ bilərlər. 
Belə  razılıq  olmadıqda,  tərəflər  üçün  əlverişliliyi  və  İşin 
mahiyyəti  nəzərə  alınmaqla  arbitrajın  yerİ  arbitraj  məhkəməsi 
tərəfindən müəyyən edilir. 
2.
 
Bu  maddənin  1-ci  bəndinin  müddəalanna  baxmayaraq,  arbit- 
raj  məhkəməsi,  əgər  tərəflər  arasında  digər  razılıq  yoxdursa, 
şahidlərin,  ekspertlərin  və  tərəflərin  dinlənilməsi  baxımından  və 
yaxud əmtəələrə, digər əmlak və yaxud sənədlərə baxışın keçirilməsi 
üçün, 
həmçinin 
arbitraj 
məhkəməsi 
üzvləri 
arasında 
məsləhətləşmələr  keçirilməsinin  əlverişliliyi  nəzərə  alınmaqla  hər 
hansı bir yerdə öz iclasını keçirə bilər. 
Maddə 21. Arbitraj məhkəməsi baxışının başlanması 
Tərəflər  arasında  digər  razılıq  yoxdursa,  konkret  mübahisə 
barədə  arbitraj  baxışı,  həmin  mübahisənin  arbitraja  verilməsi 
haqqında müraciəti cavabdeh aldığı gündən başlanılır. 
Maddə 22. Dil 
I.
 
Tərəflər öz mülahizələrinə görə arbitraj baxışının aparılacağı 
dil və yaxud dillər barəsində razilığa gələ bilərlər. Belə razılıq 
366 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə