Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə116/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   112   113   114   115   116   117   118   119   ...   124

ƏLAVƏLƏR 
5.
 
Bu qamın müəyyən mübahisələrin arbitraja verilə bilmədiyini
yaxud  bu  qanunda  olan  müddəalardan  fərqli  digər  müddəalara 
müvafiq  surətdə  verilə  bildiyini  nəzərdə  tutan  Azərbaycan 
Respublikası qanunlarının qüvvəsinə aid deyildir. 
Maddə 2. Əsas anlayışlar 
Bu  qanunda  istifadə  olunan  əsas  anlayışlar  aşağıdakı  mənaları 
ifadə edir: 
a)
 
"arbitraj" 

daimi 
arbitraj 
idarəsi 
tərəfindən 
keçirilib-keçirilmədiyindən asılı olmayaraq hər bir arbitraj
b)
 
"arbitraj  məhkəməsi"  -  təkbaşına  arbitr  və  ya  arbitrlər 
kollegiyası; 
c)
 
bu  qanunun  28-ci  maddəsi  istisna  olmaqla,  digər  hər  hansı 
müddəası  tərəflərə  müəyyən  məsələlər  üzrə  qərar  qəbul  etmək 
imkanı verdiyi halda, tərəflər belə qərarın qəbul edilməsini hər hansı 
təşkilata (idarəyə) və yaxud üçüncü şəxsə tapşıra bilər; 
ç) Bu qanunun müddəalarında tərəflərin razılığa gəlməsinə və ya 
razılığa  gələ  biləcəklərinə  dair  istinad,  yaxud  tərəflərin  razılığa 
gəlmələrinə dair hər hansı başqa formada istinad vardırsa, belə saziş 
bu  razılıqda  göstərilmiş  hər  cür  arbitraj  qaydalarını  nəzərdə 
tutmalıdır; 
d)
 
bu  qanunun  hər  hansı  bir  müddəasında  (25  (a)  və  32  (2) 
maddələri  İstisna  olmaqla)  iddiaya  İstinad  vardırsa,  o  həmçinin 
qarşılıqlı iddiaya da tətbiq edilir. Etiraza istinad vardırsa, o həmçinin 
belə qarşılıqlı iddiaya aid etiraza da tətbiq edilir. 
Maddə 3. Yazılı məlumatların alınması 
1.
 
Tərəflər başqa hallar barədə şərtləşməmişlərsə
a)  hər  hansı  yazılı  məlumat  adresata  şəxsən  və  ya  onun 
müəssisəsinə və ya onun yaşayış yerİ üzrə və yaxud poçt ünvanına 
çatdı- rılıbsa, o, alınmış hesab edilir. Əgər bu cür qaydada məlumatın 
358 


“Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu 
çatdırılması  alınmırsa,  yazılı  məlumat  müəssisənin  məlum  olan 
axırıncı  ünvanına  və  ya  adresatın  yaşayış  yerinə,  yaxud  onun  poçt 
ünvanına sifarişli məktubla, ya da belə məlumatların çatdırılmasının 
digər  formalarına  uyğun  olaraq  qeydiyyatdan  keçirmək  şərti  ilə 
göndərilibsə, o alınmış sayılır; 
b) məlumat belə çatdırmanın baş verdiyi gün alınmış hesab edilir. 
2.
 
Bu  maddənin  müddəaları  məhkəmələrdə  icraatın  gedişində 
olan məlumatlara tətbiq edilmir. 
Maddə 4. Etiraz hüququndan imtina etmə 
Hər hansı tərəfin bu qanunun yerinə yetirilməməsi mümkün olan 
hər hansı bir müddəasına və ya arbitraj sazişinin hər hansı tələbinə 
əməl  edilməməsi  barədə  xəbəri  varsa  və  buna  baxmayaraq  öz 
etirazını  bildirmədən  arbitraj  prosesində  iştirakına  davam  edirsə  və 
bu etirazm verilməsi üçün müvafiq müddət müəyyən edilibsə, tərəf 
bu müddət ərzində özünün etiraz hüququndan imtina etmiş sayılır. 
Maddə 5. Dövlət müdaxiləsinin hüdudları 
Bu  qanunla nəzərdə tutulmuş  hallar istisna olmaqla bu qanunla 
tənzimlənən  məsələlərə  dair  heç  bir  məhkəmə  müdaxiləsi 
olmamalıdır. 
Maddə 6. Arbitraja münasibətdə müvafiq nəzarət və yardım 
funksiyalarını yerinə yetirən məhkəmə 
Bu  qanunun  11-ci  maddəsinin  3  və  4-cü  bəndlərində,  13-cü 
maddəsinin  3-cü  bəndində,  14-cü  maddəsinin  1-ci  bəndində,  16-cı 
maddəsinin 3-cü bəndində, 27-ci  maddəsində və 34-cü maddəsinin 
2-ci  və  3-cü  bəndlərində  göstərilən  məhkəmənin  funksiyalarını 
Azərbaycan Respublikasının iqtisad Məhkəməsi yerinə yetirir. 
359 


ƏLAVƏLƏR 
Fəsil II. 
Arbitraj sazişi 
Maddə 7. Arbitraj sazişinin anlayışı və forması 
1.
 
"Arbitraj  sazişi"  -  müqavilə  xarakteri  və  yaxud  başqa 
xarakter daşıyıb-daşı mamasından asılı olmayaraq, hər hansı bir 
konkret hüquq münasibəti ilə əlaqədar tərəflər arasında yarana 
biləcək  mübahisələrin  hamısının  və  ya  müəyyən  mübahisələrin 
arbitraja verilməsi barəsində tərəflərin sazişidir. 
Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və yaxud 
ayrıca saziş kimi bağlanıla bilər. 
2.
 
Arbitraj sazişi yazılı formada bağlanılır. 
Saziş  o  halda  yazılı  şəkildə  bağlanmış  hesab  olunur  ki,  o, 
tərəflərin  imzaladıqları  sənəddə  əks  etdirilmişdir  və  ya  məktub 
mübadiləsi  və  yaxud  belə  sazişin  təsbit  olunmasını  təmin  edən 
teletayp,  teleqraf  və  ya  elektron  rabitəsinin  başqa  vasitələrindən 
istifadə  olunmaqla  bağlanmışdır  və  digər  tərəf  buna  etiraz  etmir. 
Arbitraj  qeyd-şərtinə  müqavilədə  istinad  edilməsi  arbitraj  sazişi 
hesab olunur, bu şərtlə ki, müqavilə yazılı şəkildə bağlanmışdır və bu 
istinad həmin qeyd-şərti müqavilənin bir hissəsinə çevİrİr. 
Maddə 8. Arbitraj sazişi və məhkəmədə mübahisənin mahiyyəti 
üzrə iddianın təqdim edilməsi 
1.
 
Arbitraj sazişinin predmeti olan məsələyə aid qarşısında iddia 
qaldırılmış  məhkəmə  hər  hansı  bir  tərəfin  mübahisənin  mahiyyəti 
üzrə  ilkin  ərizəsinin  təqdim  edildiyi  vaxtdan  gec  olmayaraq,  bu 
barədə  tərəflərin  xahişi  olarsa,  arbitraj  sazişi  etibarsız  deyilsə, 
qüvvəsini  itirməmişdirsə  və  yaxud  icrası  mümkün  olmayan  hallar 
yoxdursa, tərəfləri arbitraja göndərməlidir. 
2.
 
Buna  baxmayaraq,  bu  maddənin  1  -ci  bəndində  nəzərdə 
tutulmuş  iddianın  verildiyi  halda  məhkəmədə  iddianın  məhkəmə 
aidiy 
360 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə