З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə7/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   2   3   4   5   6   7   8   9   10   ...   40

20
(7,3°C temperaturda), civədə (4,12°C), alüminiumda, titanda, qalayda və digər 
metallarda müşahidə olunur.
Yoxlama üçün suallar:
1. Hansı metallar ən yaxşı elektrik cərəyanı keçiriciləridir?
2. Metalların yüksək elektrikkeçirmə qabiliyyətini nə ilə izah etmək olar?
 § 13. Metalların bərkliyi haqqında ümumi məlumat
Bərklik-materialın özündən bərk cismin ona daxil olmasına müqavimət 
göstərməsi xassəsinə deyilir. Bərklik metalların əsas mexaniki xassə lə rin dən dir.
Metalların  bərkliyini  bilməklə  dartılmaya  statik  sınaq  aparmadan  onların 
möhkəmlik  xassələri  haqqında  mülahizə  yürütmək  olar.  Metalların  bərkliyi 
onların emalolunma qabiliyyəti ilə sıx əlaqədardır. Çünki metal nə qədər bərk 
olarsa,onun emalı üçün də bir o qədər çox qüvvə tələb olunar. Metalın yeyilmə 
davamlılığı onun bərkliyindən, yəni sürtünmənin təsiri altında yeyilməyə, sət­
hinin  dağılmasına  və  yaxud  ölçülərinin  dəyişməsinə  müqavimət  göstərmək 
qabiliyyətindən asılıdır. Məmulatın səthi nə qədər bərk olarsa, iş prosesində bir 
o qədər az yeyilər. Odur ki, metalların möhkəmliyinə görə onların hansı maşın 
detalları hazırlanmasında yararlı olduğu barədə mühakimə yürüdülür. Bərklik 
kəsici alətlərin və ölçü alətlərinin keyfiyyətini müəyyən edən əsas xarakteristi-
kadır.
Tez yerinə yetirilməsinə və işlədilən avadanlığın sadəliyinə görə metal mate-
rialların  zavod  və  elmi­tədqiqat  laboratoriyaları  şəraitində  bərkliyə  sınanması 
üsulu geniş yayılmışdır. Bərkliyə sınaq zamanı detallar dağılmır ki, bu da böyük 
əhəmiyyətə malikdir. Metalların bərkliyini təyin etmək üçün müxtəlif metodlar 
vardır. Sınaq metodu sınaqdan çıxarılacaq metalın bərkliyindən, onun qalınlığın-
dan, sınaq səthinin ölçülərindən və məmulatın formasından asılı olaraq seçilir.
Metalların bərkliyini təyin etmək üçün aşağıda göstərilən metodlardan geniş 
istifadə olunur:
a) polad kürəciyi batırmaqla (Brenell metodu);
b) almaz konusun və yaxud kiçik diametrli polad kürəciyin batırılma dərin li­
yinə əsasən (Rokvell metodu);
c) almaz piramida batırmaqla (Bikkers metodu).
Yoxlama üçün suallar:
1. Metalların bərkliyi nəyə deyilir?
2. Nə üçün metalların bərkliyə sınağı geniş yayılmışdır?
 


21
§14. Dartılmaya statik sınaq
Müxtəlif mexaniki sınaqların içərisində dartılmaya statik sınaq xüsusi yer 
tutur.  Bu  sınaq  vasitəsilə  metallarin  və  ərintilərin  möhkəmliyi,  elastikliyi  və 
plastikliyi barədə mülahizə yürütmək olar.
Möhkəmlik – materialların dağılmadan xarici qüvvələrə qarşı müqa vi-
mət göstərmək qabiliyyətidir.
Elastiklik – deformasiya əmələ gətirən xarici qüvvələrin təsiri kəsil dik-
dən sonra materialların öz əvvəlki formasını və ölçüsünü bərpa etmək qabi-
liy yə tinə deyilir.
Plastiklik  –  xarici  qüvvələrin  təsiri  altinda  materialın  dağılmadan  öz 
forma və ölçülərini dəyişmək və xarici qüvvələrin təsiri kəsildikdən sonra 
deformasiyasını saxlamaq qabiliyyətinə deyilir. Standart formalı və standart 
ölçülü nümunələr xüsusi maşınlarda dartılmaya statik sınaqdan keçirilir. Maşının 
dartıcı qüvvələri nümunəni qırılana qədər uzadır.
Dartılmaya statik sınaq üçün nümunələr
 
8­ci şəkildə göstərilmişdir. Nümu­
nələr  işlək  hissədən  və  maşının  tutacağında  bərkidilmək  üçün  başlıqdan  iba­
rətdir.  Nümunənin  işlək  hissəsində  aşağıdakı  düsturla  təyin  olunan  əvvəlki 
hesablama uzunluğu (L
o
) qeyd edilir:
 L
o
=11,3√F
o
 (uzun nümunələr üçün);
L
o
=5,65√F
o
 (qısa nümunələr üçün) 
burada F

 – nümunənin işlək hissəsinin sinaqdan əvvəlki en kəsiyinin sahə­
sidir (mm
2
).
Silindrik  nümunələri  sınaqdan  keçirdikdə  əsasən  diametri  d
o
=10  mm  olan 
nümunələrdən istifadə edilir.
Şəkil 8. Dartılmaya sınanılan nümunələr:
a) silindrik; b) yastı
 Səkil 9. Dartılma diaqramı


22
Dartılmaya  statik  sınaq  gücü  və  konstruksiyası  müxtəlif  olan  maşınlarda 
aparılır. Sınaq maşınlarının əsas hissələri aşağıdakılardır: çatı, yükləmə mexa-
nizmi, qüvvəölçən mexanizm, diaqram quruluşu. Yükləmə mexanizmi nümu­
nəyə təsir gös tə rən dartıcı qüvvəni yaradır. Bu mexa nizmlər mexaniki və yaxud 
hidravlik üsulla işləyir. 
Qüvvəölçən  mexanizm  bütün  anbarda  nümunəyə  təsir  göstərən  qüvvəni 
ölçmək üçündür.
Sınaq  maşınlarının  əksəriyyəti  kağız  lentlə  dartılma  diaqramını  avtomatik 
yazan diaqram aparatları ilə təchiz olunmuşdur. Belə diaqramları təhlil etməklə 
materialların  möhkəmlik,  elastiklik  və  plastiklik  xarakteristikalarını  müəyyən 
edirlər.
Yoxlama üçün suallar:
1. Metal materialların dartılmaya statik sınağı hansı məqsədlə və necə aparılır?
2. Metalların və ərintilərin hansı xassələri bu sınağın köməyi ilə təyin olunur?
3. Dartılma sınağı üçün nümunələrdən necə istifadə edilir?
§15. Korroziyaya davamlılıq
Metalların yuxarıda nəzərdən keçirilən fiziki xassələri maddələrin dəyi şik liyə 
uğramadığı  hallarda  aşkara  çıxarılırdı.  Məsələn,  metalların  qızması  və  yaxud 
metallardan  elektrik  cərəyanının  keçməsi  prosesində  onlarda  hec  bir  dəyişiklik 
baş vermir. Kimyəvi hadisə baş verdikdə isə metallar başqa xassəsi olan digər 
maddələrə çevrilir. Bir çox metallar ətraf mühitin təsiri altında kim yəvi dəyi­
şikliyə uğrayır, yəni korroziyadan dağılır.
Metalların  korroziyası  atmosferdə,  aqressiv  mühitdə  (turşu,  qələvi  və  duz 
məhlullarında)  və  yüksək  temperaturda,  quru  qazlarda  baş  verir.  Misal  üçün, 
metalların  korroziyası  nəticəsində  alınan  məhsulu  polad  və  çuqunun  üzərində 
əmələ gələn pas, mis üzərində əmələ gələn ağ təbəqə və s. şəklində görmək olar.
Metalların  korroziyası  xalq  təsərrüfatına  çox  böyük  ziyan  vurur.  Statistika 
hesablamaları göstərir ki, hər il əridilən metalın 10% ­ə qədərini korroziya məhv 
edir.  Korroziyadan  nəinki  metal  məhv  olur,  hətta  metaldan  qat­qat  qiymətli 
olan məmulatlar da dağılır. Bu qədər böyük itki metalları korroziyadan qoru-
maq üçün daha etibarlı tədbirlər axtarıb tapmaq və korroziyayadavamlı metal-
lar yaratmaq zəruriyyətini qarşıya qoyur.
Əgər  metal və ərinti ətraf mühitin təsirinə yaxşı müqavimət göstərirsə, o, 
korroziyaya qarşı davamlı hesab edilir. Eyni metalın və yaxud ərintinin müx tə­
lif  mühitlərdə  korroziyaya  müqaviməti  müxtəlifdir.  Misal  üçün,  alüminium 


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə