Az rbaycan Respublikas T hsil
Nazirliyinin
я
ы я
24 9
2
1507 нюì яëè я
я
.0 .201 -ci
il tarixli,
mri il
я
ø
t sdiq olunmu dur.
З ЩÐÀ ÀЬÀÉÅÂÀ
ЛИЗÀÌÀÍ B
Ш
ABA OV
GЦЛÍÀÐ BИNN TOVA
4
I FƏSIL
METALLAR, ƏRINTILƏR VƏ ONLARIN XASSƏLƏRI
HAQQINDA ƏSAS MƏLUMAT
§1. Qara və əlvan metallar
Texnikada tətbiq edilən metallar qara və əlvan metallara bölünür. Dəmir və
onun ərintiləri (polad və çuqun) qara metallara aiddir. Texnikada ən çox yayılan
qara metaldır. Bu isə Yer qabığında böyük dəmir filizi ehtiyatlarının olması,qara
metalların əridilməsinin nisbətən sadə texnologiyası və onların yüksək davamlı-
lığı ilə əlaqədardır.
Müasir texnikanın əsas metal materialı dəmirin karbonla ərintisidir. Karbo-
nun miqdarından asılı olaraq həmin ərintilər polad və çuquna bölünür.
Poladdəmir – karbon ərintisidir, tərkibində 2%ə qədər karbon vardır. Pola-
dın maşınqayırma sənayesində onu əvəzedilməz materiala cevirən özünə məx
sus xassələri vardır. Polad yüksək möhkəmliyə və bərkliyə malikdir, zərbə yük
lərinə yaxşı müqavimət göstərir. Poladı döymək, yaymaq, metalkəsən dəzgahlarda
asanlıqla emal etmək mümkündür. Polad məmulat yaxşı qaynaq edilir.
Çuqun – tərkibində 2%dən çox karbon olan dəmirkarbon ərintisidir. Tər
kibində 2,4%dən 3,8%ə qədər karbon olan çuqun texnikada daha cox yayıl-
mışdır.
Çuqun polada nisbətən daha kövrəkdir, pis qaynaq edilir, lakin onun daha
yaxşı tökmə xassəsi vardır. Odur ki, çuqun məmulatını ancaq tökmə üsulla alır-
lar. Çuqunun əsas hissəsi poladın alınması üçün yenidən əridilməyə gedir. Qara
metallara nisbətən əlvan metallar texnikada az tətbiq edilir. Bu onunla izah olu-
nur ki, Yer qabığında bir çox əlvan metalların miqdarı azdır, onların filizlərdən
alınması prosesi mürəkkəbdir. Əlvan metallar qara metallara nisbətən baha
başa gəlir. Əlvan metallar şərti olaraq aşağıdakı qruplara bölünür:
a) yüngül əlvan metallar (litium, maqnezium, berillium, alüminium, titan və s.)
bunlar kiçik sıxlığa
malikdir;
b) asan əriyən əlvan metallar (civə, qalay, qurğuşun, sink və s.), hansı ki,
aşağı ərimə temperaturlarına malikdir;
c) çətin əriyən əlvan metallar (volfram, tantal, molibden, vanadium və s.) –
dəmirə nisbətən ərimə temperaturları
yüksəkdir;
ç) cins əlvan metallar (qızıl, gümüş, platin qrupu metallar) korroziyaya qar
şı yüksəkdavamlıdırlar;
d) uran metalları – aktinoidlər atom texnikasında
tətbiq edilir;
e) lantanoidlər (skandium, ittrium, lantan və lantanoidlər), digər ele ment lə
rin ərintilərinə
aşqar kimi əlavə edilir;