З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə2/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   2   3   4   5   6   7   8   9   ...   40

5
ə)  qələvi­torpaq  elementləri  (natrium,  kalium,  litium)  sərbəst  halda  tətbiq 
edilmir  (xüsüsi  hallarda,  məs.,  nüvə  reaktorlarında  istilik  daşıyıçısı  kimi  isti­
fadə olunur).
Yoxlama üçün suallar:
1.  Hansı metallar qara və əlvan metallara aiddir? Onların xarakterik xüsu­
siyyətləri. Əlvan metalların şərti təsnifatını deyin. 
 
 §2. Metalların kristal quruluşu
Bütün bərk cisimlər amorf və kristal cisimlərə bölünür.
Amorf  cisimlərdə  atomlar  xaotik,  yəni  qayda­qanunsuz,  sistemsiz  yer ləş­
mişdir. Şüşə, yapışqan, mum, kanifol və s. amorf cisimlərə misal ola bilər.
Kristal  cisimlərdə  atomlar  müəyyən  ciddi  qayda  ilə,  müəyyən  həndəsi 
qanunauyğunluqla yerləşmişdir.
Bütün metalların və ərintilərin kristal quruluşu vardır. Xörək duzunu, kvarsı, 
şəkər tozunu və s. kristal çisimlərə misal göstərmək olar.
Kristal cisim kimi metalların əsas əlaməti onların düzgün daxili quruluşu-
nun olmasındadır. Əgər metalın atomlarını xəyali düz xətlərlə birləşdirsək, düz-
gün həndəsi sistem alınar ki, belə sistemə fəza kristal qəfəsi deyilir.
Kristal qəfəsin içərisindən ən kiçik atom kompleksini təmsil edən elementar 
kristal özəyi ayırmaq olar. Elementar kristal özəyi üç ölçüdə təkrar etsək, bütün 
qəfəsi qurmuş olarıq.
Şəkil 1. Elementar kristal özəklərin tipləri


6
a) həcmi mərkəzləşdirilmiş kubun doqquz atomu vardır (səkkizi təpələrdə, 
biri kubun mərkəzində);
b)  üzləri  mərkəzləşdirilmiş  kubun  on  dörd  atomu  vardır  (səkkizi  kubun 
təpələrində, altısı üzlərin mərkəzində); 
c)  heksaqonal  kubun  on  yeddi  atomu  vardır  (on  ikisi  altıüzlü  prizmanın 
təpələrində, ikisi oturacağın mərkəzində, üçü isə orta kəsikdə). 
Kristal qəfəsdə atomların yerləşmə qaydası müxtəlif ola bilər. Metalların ele-
mentar kristal özəyinin üç tipi nisbətən daha geniş yayılmışdır (şəkil 1): həc mi 
mərkəzləşdirilmiş kub, yan üzləri mərkəzləşdirilmiş kub və heksaqonal kub. Tex-
nikada tətbiq edilən materialların kristal qəfəs tipləri 1­ci cədvəldə verilmişdir.
Cədvəl 1
Metalların kristal qəfəsi 
Qəfəsin tipi
Bu cür kristal quruluşlu olan metal
Həcmi mərkəzləşdirilmiş kub
Üzləri mərkəzləşdirilmiş kub
Heksaqonal kub
Xrom, volfram, molibden, dəmir (910°C­yə 
qədər və 1400°C­dən 1539 C­yə kimi), titan 
(882°C­dən yüksək temperaturlarda) 
Alüminium, mis, nikel, qurğuşun, qızıl, 
gümüş, dəmir (910­1400°C)
Sink, maqnezium, berillium, titan (882°C­yə 
kimi)
Metallar  atomlarının  xüsusi  metal  rabitəsinin  olmasına  görə  kristal  qəfəs 
yarada bilirlər. Metalların kristal qəfəslərinin qovşaqlarında müsbət yüklənmiş 
ionlar yerləşmişdir, həmin ionları bir­birindən müəyyən məsafədə yerləşən sər­
bəst elektronlar saxlayır. Metalların belə daxili quruluşu, məlum olduğu kimi, 
onların xarakterik əlamətləridir: məsələn, elektrik və istilikkeçiricilik qabiliy­
yəti, plastiklik və s.
Metalların xassələri nəinki kristal qəfəsin tipindən, hətta onların atomları ara-
sındakı məsafədən də asılıdır.
Yoxlama üçün suallar:
1. Amorf və kristal cisimlərdə atomlar necə yerləşmişdir?
2. Bərk cisimlər daxili quruluşuna görə hansı qruplara bölünür?
3. Metalların fəza kristal qəfəsi nədir?


7
 §3. Kristal quruluşlu cisim kimi metalların xüsusiyyətləri
Metalların  xarakterik  əlamətləri  onların  daxili  quruluşu,  yəni  strukturu  ilə 
əlaqədardır.  Kristal  qəfəsdə  atomların  həndəsi  düzgün  yerləşməsi  metallara 
amorf cisimlərdə olmayan xüsusiyyətlər verir.
Metalın birinci xüsusiyyəti kristalların anizotropiyasıdır, yəni müxtəlif isti­
qamətlərdə kristalların xassələri bir­birindən seçilir. Anizotropiya kiristal qəfə­
sin müxtəlif müstəvilərdə atomların sıxlığının bərabər olmaması ilə izah edilir, 
çünki qəfəslərdə müxtəlif istiqamətlərdə atomlararası məsafə bərabər deyildir.
Şəkil 2. Kristal qəfəsdə atomların 
sıxlığının paylanması
Məsələn: həcmi mərkəzləşdirilmiş kubda kristal elementar özəkdə ABC
1
D
1
 
müstəvisi üzrə yerləşən atomlar ABCD müstəvisi üzrə yerləşən atomlara nis­
bətən daha sıxdır.
Kristalların anizotrop xassəsini sadə misalla 
təsdiq etmək olar.Misin tək kristalından (mono­
kristaldan) kəsilən nümunələrin müxtəlif istiqa­
mətlərdə möhkəmliyi ayrı­ayrı olur. Monokrista-
lın verilən istiqamətdə xassəsi həmin istiqamətdə 
qarşılaşan atomların sayından asılıdır.
Kristal  cisimlərdən  fərqli  olaraq,  amorf 
cisimlər  izotropdur,  yəni  onların  xassələri  isti­
qamətindən asılı olmur.
Metal cisimlərin anizotropiya xassələri ayrı­
ayrı kristallarınkı kimi çox kəs kin ifadə edilmir. 
Metallar  polikristal  cisimlərdir,  yəni  bir  kristal-
dan deyil, müxtəlif istiqamətlərdə yerləşmiş xeyli 
kristallardan ibarətdir.
Kristal quruluşu olan cisim kimi metalların ikinci xüsusiyyəti onlarda sürüşmə 
müstəvilərinin olmasıdır. Xarici qüvvələrin təsiri ilə həmin müstəvilər üzrə kristal 
hissələr sürüşür və ya qırılır (dağılır). Amorf cisimlərdə hissələrin yerdəyişməsi 
müəyyən müstəvilər üzrə deyil, qanunsuz baş verir. Amorf cismin sınığı düzgün 
olmayan, əyri formada olur.
Kristal  qurulşu  olan  cisim  kimi  metalların  üçüncü  xüsusiyyəti  bərk  haldan 
maye hala və ya əksinə keçid prosesi müəyyən temperaturlarda baş verir. Həmin 
temperatur ərimə (bərkimə) temperaturu adlanır. Amorf cisimlər maye hala təd­
ricən keçir, onların müəyyən ərimə temperaturu olmur.
Yoxlama üçün suallar:
1. Kristal quruluşu olan cisim kimi metalların hansı xarakterik xassələri vardır?
2. Daxili quruluşuna görə kristal cisimlər amorf cisimlərdən nə ilə fərq lə nir?
3. Kristalların anizotrop xassələri nə ilə izah edilir?


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə