З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə15/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

46
Yoxlama üçün suallar:
1. Elektrik sobalarında polad istehsalı prosesinin xüsusiyyətləri hansılardır?
2. Nə üçün elektrik əritmə şixtəsinin tərkibinə dəmir filizi və çuqun əlavə olunur?
3.  Yüksək keyfiyyətli karbonlu alət poladı almaq üçün elektrik sobalarında 
poladəritmə prosesi hansı dövrlərdən ibarətdir?
§6. Poladın tökülməsi
Alınan poladın keyfiyyətli olması üçün tökmənin böyük əhəmiyyəti vardır. 
İstehsalat  üsullarının  hamısında  maye  polad  tökmə  çalovuna  axıdılır.  Çalov­
vərəqə poladından pərçimlənmiş, içərisi odadavamlı kərpiclə hörülmüş qazan-
dan ibarətdir. Tökmə çalovunun həcmi elə olmalıdır ki, əritmənin hamısı ora 
sığışa bilsin. Çalovun dibində deşiklər vardır. Bu deşiklər dəmir millərlə bərki­
dilmiş odadavamlı tıxaclarla bağlanır. Ling tərtibatı vasitəsilə tıxac qaldırmaq, 
bununla  da  deşiyi  açıb  poladı  axıtmaq  olar. Ştoporsuz tökmə tətbiq edilir: bu 
zaman şırnaq odadavamlı materialdan hazırlanmış sürüşən tava vasitəsilə kəsi lir.
Şəkil 17. Poladın tökülməsi
Polad çalovdan metal qəliblərə tökülür. Qəliblər külçənin çıxarılmasını asan-
laşdırmaq və çat əmələ gəlməsinin qarşısnı almaq üçün hamar daxili səthi olan
  çuqun  formalar  şəklində  hazırlanır.  Əridilmiş polad tökül məz dən qabaq qəlib­
lərin  divarları  daş  kömür  qatranı  ilə  yağlanır.  Metal  töküldükdə  qatran  yanır  və 
alınmış qazlar qəlibin divarı ilə maye metal arasında qaz təbə qəsi əmə lə gətirir. 
Maye polad qəlib lərə müxtəlif üsullarla tökülə bilər.
Yuxarıdakı  tökmə  üsulunda  polad  çalovdan  bilavasitə  qəlibə  tökülür.Belə 
üsul ilə tökmədə daha sıx külçə alınır (şəkil 17, a). Lakin maye metal yuxarıdan 


47
tökül dükdə  qəlibin  dibinə  dəyərək  ətrafa  sıçrayır  və  damcı  şəklində  divara 
düşüb  tez  soyuyur.  Beləliklə,  donmuş  polad  külçənin  səthində  qabarcıqlar  və 
qaysaqlar əmələ gəlir. Külçənin sonrakı emalından qabaq onlar çapılıb çıxarıl-
malı  və  təmiz lən məlidir.  Polad  tökülməsinin  bu  üsulu,  adətən,  böyük  çəkili 
külçələr alınmasında istifadə olunur.
Poladın sifon üsulu ilə tökmə (şəkil 17, b) üsulunda maye metal çalovdan 
üfüqi  kanallar  vasitəsilə  bir  neçə  qəliblə  birləşdirilmiş  mərkəzi  şaquli  kanala 
tökülür. Maye metal bu kanallardan keçərək sıra ilə düzülmuş qəlibləri aşağı-
dan doldurur. Bu üsul ilə tökmədə sıxlıq tələb etməyən kiçik külçələr tətbiq olu-
nur. Poladın fasiləsiz tökmə üsulu ən mütərəqqi üsul hesab olunur (şəkil 17, c). 
Çalovdan  (1)  çıxan  polad  aralıq  tökmə  qurğusundan  (2)  keçir  və  su  vasi tə silə 
fasiləsiz  olaraq  soyudulan  kristallaşdırıcıya  (3)  daxil  olur.  Metalı  tökməz dən 
əvvəl kristallaşdırıcıya onun dibini təşkil edən və üzərində maye metalın bər ki­
məyə başladığı metal tava (maya) daxil edilir. Sonra dartıcı mexanizm işə salı-
nır, fasiləsiz poladtökmə prosesində əmələ gələn külçə diyircəklər (5) vasitəsilə 
kristallaşdırıcıdan dartılıb çıxarılır. Külçə zonanın birində (4) xırda su damcı-
ları ilə soyudulur, o biri zonada (6) isə lazımi ölçüdə külçələrə bölünür. Şaquli, 
radial və əyrixətli tipdə fasiləsiz poladtökmə qurğuları (FPTQ) vardır. Əyrixətli 
qurğular o birilərindən kiçik hündürlüyü ilə fərqlənir (şaquli qurğularda bu, 40 
m  olduğu  halda,  əyrixətlidə  12  m­dir).  Bu  qurğuda  soyudulmuş  pəstah  üfüqi 
sahəyə çıxarılıb orada kəsilib ayrılır. Fasiləsiz və dairəvi formada poladtökmə 
qurğularında  en  kəsiyi  formasında  (diametri  100­dən  500  mm­ə  qədər)  olan 
pəstahlar tökülür.
Fasiləsiz tökmənin üstünlükləri aşağıdakılardır: külçənin keyfiyyəti yaxşıla-
şır, bahalı avadanlığa ehtiyac qalmır, məhsuldarlıq kəskin surətdə artır, tökmə 
prosesi mexanikləşir və avtomatlaşır.
Yoxlama üçün suallar:
1. Poladtökmə prosesi necə aparılır?
2. Tökmə çalovlarının quruluşu necədir?
3. Qəlib nədir? Qəlib hansı materiallardan hazırlanır?


48
§7. Poladların təsnifatı
Kimyəvi tərkibinə görə polad karbonlu və legirlənmiş poladlara ayrılır.
Karbonlu polad dəmirin karbonla ərintisidir. Dəmirdən və karbondan başqa 
karbonlu poladın tərkibinə silisium, manqan, kükürd və fosfor daxildir. Karbon 
poladın tərkibində, adətən, sementin şəklində olur. Karbonun miqdarı 1,3%­ə 
qədər  artdıqca  poladın  bərkliyi,  möhkəmliyi  və  elastikliyi  artır,  plastikliyi  və 
zərbə özlüyü azalır, emalolunma və qaynaqedilmə qabiliyyəti pisləşir. Az miq-
darda silisium (poladın tərkibində onun normal miqdarı 0,03­0,37%­dir) pola-
dın xassələrinə xüsusi təsir göstərmir. Silisiumun miqdarı artdıqda poladın elas-
tikliyi,  korroziyaya  və  odadavamlılığı  artır.  Adi  polladda  manqanın  miqdarı 
0,25­0,8% olur ki, bu da poladın xassələrinə təsir göstərmir. Manqanın miqdarı 
çox olduqda polad çox bərk və yeyilməyədavamlı olur. 
Kükürd polada qızmar sınama xassəsi verən və onun korroziyaya davamlılı-
ğını azaldan zərərli qatqıdır. Poladın tərkibində kükürdün miqdarı 0,06% olma-
lıdır.  Fosfor  (0,07­ə  qədər  ola  bilər)  soyuq  halda  polada  yüksək  kövrəklik 
xassəsi verir, onun emal olunmasına dumanlısına bir qədər yaxşılaşdırır. Oksi-
gen dəmir­2 oksidi əmələ gətirən polada kövrəklik verən zərərli qatqıdır. Tətbiq 
edilməsinə  görə  poladlar  maşın  detalları  hazırlanmasında  istifadə  olunan 
ümumi təyinatlı (konstruksiya) və alət hazırlanmasında işlədilən alət poladla-
rına ayrılır.
Konstruksiya  poladlarının  tərkibində  0,7%­ə  qədər  karbon  olur  (müstəsna 
hallarda tərkibində 0,9%­ə qədər karbon olan poladlar hazırlanır). Bu poladlar 
lazımi möhkəmliyə, plastikliyə və yaxşı emal edilmə xassələrinə malik olmalı-
dır. Konstruksiya poladları adi keyfiyyətli və keyfiyyətli poladlara ayrılır. Kar-
bonlu alət poladlarının tərkibində 0,7%­dən çox karbon olur. Karbonun miqdarı-
nın nisbətən çox olması bu poladlara yüksək bərklik və möhkəmlik verir. Alət 
poladları keyfiyyətli və yüksək keyfiyyətli poladlara ayrılır. Karbonun miqdarın-
dan  aslı  olaraq  bütün  karbonlu  poladlar  3  sinfə  bölünür:  azkarbonlu  (karbon 
0,25%); ortakarbonlu (karbon 0,25­0,6%) və çoxkarbonlu (0,6­%).
Tərkibinə dəmir, karbon və adi qatqılardan əlavə poladın fiziki, kimyəvi və 
mexaniki  xassələrini  yaxşılaşdıran  legirləndirici  elementlərin  daxil  olduğu 
poladlara legirləndirici poladlar deyilir.
Yoxlama üçün suallar: 
1. Karbonlu poladın kimyəvi tərkibi necədir?
2. Silisium və manqan poladın xassələrinə necə təsir edir?
3. Poladın bərkliyi və yeyilməyə davamlılığını necə artırmaq olar?
4. Konstruksiya və alət poladlarında karbonun miqdarı nə qədərdir?


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə