З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə16/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

49
§8. Karbonlu alət poladı
Karbonlu alət poladı müxtəlif alətlərin hazırlanmasında tətbiq olunur. Məlum 
olduğu kimi, onun tərkibində karbonun miqdarı 0,7%­dən çoxdur. Karbonlu alət 
poladları keyfiyyətli və yüksəkkeyfiyyətli poladlara ayrılır.
Yüksəkkeyfiyyətli  poladın  tərkibində  az  miqdarda  kükürd,  fosfor  (key fiy­
yətli poladda kükürdün miqdarı 0,02%, uyğun olaraq, fosforun miqdarı 0,035 
və  0,030%­dir)  və  digər  zərərli  qatqılar  azdır.  Bu  növ  poladlar  zərbəli  yükə 
yaxşı müqavimət göstərir və yüksək möhkəmliyə malik olur. 
DXİST 1435­74 karbonlu alət poladlarının aşağıdakı markalarını müəyyən 
edir: keyfiyyətli – U7, U8­U8U, U9, U10, U11, U12, U13, yüksəkkeyfiyyətli 
U7A, Y8A , U9A, U10A, U11A, U12A, U13A.
U  hərfindən  sonra  yazılmış  rəqəmlər  faizin  onda  bir  hissəsi  ilə  karbonun 
miqdarını, U hərfi manqanın artırılmış miqdarını göstərir. A hərfi poladın yük­
səkkeyfiyyətli olduğunu göstərir.
Müxtəlif markalı alət poladlarının tətbiq obyektləri bunlardır: – U7, U7A, 
U8,  U8A­  zərbəli  yük  təsirinə  məruz  qalan  alətlər:  rəqəmlər,  çəkiclər,  dar qə­
ləmlər, damğalar, ştamplar, tokar dəzgahlarının mərkəzləri, vintaçanlar, metal 
qayçılar hazırlamaq üçün;
– U9, U9A, U10, U10A – güclü zərbə və təkana məruz qalmayan və yüksək 
bərklik tələb edən alətləri: düzyonuş kəskiləri, frezlər, yiv burğuları, rayberlər, 
plaşkalar, kalibrlər, yeyələr, daraqlar, fasonlu ştamplar hazırlamaq üçün:
– U11, U11A, U12, U12A – sakit yük altında işləyən və yüksək bərklik tələb 
edən alətləri: yeyələr, şaberlər, frezlər, burğular, rayberlər, yiv burğuları, cər ra­
hiyyə alətləri hazırlamaq üçün; 
– U13, U13 – çox yüksək möhkəmlik tələb edən alətləri hazırlamaq üçün, 
həmçinin ülgüclər, yeyələr, eşmə alətləri, dəryaz və s. hazırlanmasında işlədilir.
Yoxlama üçün suallar:
1.  Alət poladlarında karbonun miqdarı artdıqda bu poladların xassələri necə 
dəyişir? 
2. Keyfiyyətli və yüksəkkeyfiyyətli karbonlu alət poladları necə markalanır?
3.  U8, U8Q və U8A markalı poladların tərkibi və mexaniki xassələri ara-
sında fərq nədən ibarətdir?
4.  Hansı markalı karbonlu poladlardan pərçimləmə üçün alətlər hazırlamaq 
olar?
5. Nə üçün U10 poladından çəkic hazırlamaq olmaz?


50
 §9. Legirlənmiş poladlar 
Legirləyici komponentlər və poladın xassələrinə onların təsiri. 
Karbonlu  poladlar  müasir  texnika  materiallarına  verilən  tələbləri  heç  də 
həmi şə ödəmir.
Böyük yük təsiri altında olan və yüksək sürətlərdə işləyən detalları hazırla-
maq ücün karbonlu poladlardan istifadə edilməsi detalların ölçülərinin həd din­
dən artıq böyük olmasına səbəb olardı. Bundan başqa, karbonlu poladların yük­
sək temperaturda korroziyayadavamlılığı və dayanıqlığı aşağıdır, yüksək xətti 
genişlənmə əmsalına malikdir və i.a.
Poladın tərkibinə legirləyici komponentlərin daxil edilməsi onun fiziki­mexa-
niki və kimyəvi xassələrini xeyli yaxşılaşdırır. 
Tərkibində  adi  komponentlər  kimi  aşağdakılardan  istifadə  olunur:  xrom, 
nikel, volfram, vanadit, molibdən, kobalt, çoxlu miqdarda silisium və manqan. 
Xrom ən ucuz legirləyici elementdir. O, bərkliyi, möhkəmliyi, korroziyaya 
–  davamlılığı  artırır,  elastikliyi  bir  qədər  azaldır. Tərkibində  xromun  miqdarı 
çox olanda polad paslanmayan olur.
Nikel polada yüksək möhkəmlik və plastiklik xassəsi verir, zərbə özlüyünü 
yüksəldir, toplanma dərinliyini, korroziyaya dayanıqlığını artırır.
Nikelin  miqdarı  çox  olduqda  polad  qeyri­maqnıt  xassəli  olur,  xətti  geniş­
lənmə əmsalı kiçilir.
Volfram­bahalı və aztapılan metaldır. O, Poladın karbonu ilə çox bərk bir­
ləşmə olan karbidlər əmələ gətirir. Karbidlər poladın zərbə bərkliyini və istiyə­
da vam lılığını kəskın surətdə artırır.
Vanadit – bahalı metaldır. Poladın sıxlığını artırır, dənələrı xırdalayır, bərk­
liyi və möhkəmliyi artırır.
Molibden – poladın elastikliyini, möhkəmliyini, istiyədavamlılığını artırır.
Titan – poladın möhkəmliyini və sıxlığını artırır, dənələri xırdalayır, korro-
ziyaya davamlılığını artırır.
Niobit – turşuya davamlılığa və qəlpələnməyə davamlılığı artırır.
Mis – poladın antikorroziya xassələrini artırır. Legirlənmiş poladların tərki­
bində bir və ya bir neçə legirləyici komponentlər ola bilər.
 
Yoxlama üçün suallar:
1. Karbonlu və legirlənmiş poladların fərqi nədən ibarətdir?
2. Hansı komponentlər poladın bərkliyini və möhkəmliyini artırır?
3. Hansı legirləyici komponentlər poladın kimyəvi xassələrini yaxşılaşdırır?


51
§10. Legirlənmiş poladların təsnifatı və markalanması
Təyinatına görə legirlənmiş poladlar 3 qrupa bölünür.
a) konstruksiyalar üçün;
b) alət poladları üçün; 
c) xüsusi fiziki və kimyəvi xassələrə malik poladlar.
Legirləyici komponentlərin faizlə miqdarından asılı olaraq poladlar aşağı-
dakı qruplara bölünür:
Az  legirlənmiş  polad  (onun  tərkibində  legirləyici  komponentler  2,5%­dən 
cox olmur.); orta legirlənmiş (legirləyici komponentlər 2,5­10%) və yüksək legir­
lənmiş (legirləyici komponentlər 10% ­dən cox).
Legirləyici poladlar rəqəm və hərf birləşməsi ilə markalanır. Birinci ədəd kar-
bonun miqdarını göstərir: konstruksiya poladları ücün–faizin 100­də bir hissəsi 
ilə, alət poladları üçün faizin onda bir hissəsi ilə. Əgər hərfdən öncə rəqəm yox-
dursa, onda karbonun miqdarı 1,5%­dən çox deyildir. 
Sonra  poladın  tərkibində  olan  legirləyici  komponentləri  göstərən  hərflər 
yerləşir.  Əgər  komponentin  miqdari  1%­dən  çoxdursa,  uyğun  hərfdən  sonra 
həmin kimyəvi elementin tam faizlə orta miqdarını göstərən rəqəm yazılır.
Əgər rəqəm yoxdursa, bu o deməkdir ki, legirləyici elementin miqdarı ya 
1%­ə yaxın ya da az miqdardadır (bor, fosfor, sirkonium və s. elementlər). 
Legirləyici komponentlər aşağıdakı kimi işarə olunur:
xrom – X, nikel – H, volfram – B, vanadium – F, silisium – C, manqan – Q, 
titan – T, molibden – M, alüminium – Ö, mis – D, bor – P, niobit – B, fosfor – P, 
kobalt – K, sirkonium – Ü, azot – A (ancaq isarənin sonunda yox. Əgər A hərfi 
markanın sonunda yazılırsa, bu, poladın yuksək keyfiyyətli olduğunu gös tərir). 
Misal ücün, 12 XH3A markalı polad – tərkibində 0,12% karbon ,1% xrom, 3% 
nikel olan yuksəkkeyfiyyətli konstruksiya poladıdır.
Bəzi qrup poladlar əlavə hərflərlə işarə olunur. Tezkəsən poladlar – P, kürə­
cikli yataq poladı – H.
Yoxlama üçün suallar:
1. Legirləyici poladlar necə təsnif edilir və markalanır? 
2.  Legirləyici poladların təyinatı tərkibində legirləyici komponentlərin miq-
darına görə hansı qruplara bölünür?


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə