З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə14/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

43
qədər yandırılmış əhəng əlavə olunur. Əvvəlcə silisium və manqan, sonra kar-
bon, axırda isə fosfor yanır. Prosesin sonunda oksigensizləşdirmə və karbonlaş-
dırma üçün fer roərintilər əlavə olunur.
Yoxlama üçün suallar:
1.  Bessemer və Tomas üsulları ilə polad alınmasının mahiyyəti nədən iba­
rətdir? 
2.  Bessemer konvertorunun quruluşu necədir? O hansı odadavamlı materi-
aldan hörülmüşdür?
3. Konvertora hansı çuqun və nə halında verilir? 
4. Bessemer üsulu ilə polad alınması üsulu nə qədər davam edir? 
5. Poladın oksigensizləşmə və karbonlaşdırılması necə aparılır? 
§ 3. Marten üsulu ilə polad istehsalı 
Marten üsulu ilə polad marten sobalarında şixtənı əritmək yolu ilə alınır.Bu 
məqsədlə  maye  və  qazvari  yanacaqdan  istifadə  olunur.  Şixtənın  tərkibindən 
asılı olaraq aşağıdakı proseslər bir birindən fərqlənir: skrap­proses, filiz prosesi 
və skrap­filiz prosesi. Skrap­prosesdə şixta metal qırıntılarından (75%­ə qədər), 
çeşka şəklində təkrar emal çuqunundan ibarət olur. Bu proses polad qırıntıları-
nın  olduğu  yerlərdə:  maşınqayırma  zavodlarında,  yaxınlığında  dəmir  filizi 
olmayan rayonlarda tətbiq edilir. 
Filiz prosesində marten sobasına maye çuqun doldurulur və 20­25% dəmir 
filizi əlavə olunur. Oksigen karbonla birləşərək dəm qazı əmələ gətirilir ki, bu da 
tüstü qazları ilə birlikdə xaric olunur. Filiz prosesi maye çuqun olan yerlərdə – 
böyük metallurgiya zavodlarında tətbiq edilir. Skrab­filiz prosesinin tətbiqi geniş 
yayılmışdır. Bu halda şixtənın bərk hissəsi dəmir filizindən və metal qırıntıla-
rından ibarət olur. Şixtənın 50­80%­ni maye çuqun təşkil edir. Marten prosesi 
əsas  və  turş  ola  bilir.  Birinci  halda  odadavamlı  materialların  tərkibində  əsas 
oksidlər CaO, MgO üstünlük təşkil edir. Əsas prosesdə posa başlıca olaraq əsas 
oksidlərdən ibarət olur. Marten sobasının əsas xarakteristikası onun tutumudur, 
bir  əritmə  prosesində  əridilən  metalın  miqdarıdır.  Marten  sobaları  müxtəlif 
ölçülərdə (həcmi 50 t­dan 500 t­a qədər) tikilir. Hazırda həcmi 900 t olan soba-
lar işlədilməkdədir. Marten sobalarının məhsuldarlığı sutka ərzində ocaq dibi-
nin  1m­dən  götürülən  poladın  miqdarı  ilə  xarakterizə  olunur.  Marten  polad 
istehsalı  üsulunun  üstünlüyü  verilmiş  kimyəvi  tərkibdə  key fiy yətli  bircinsli 
metal, eləcə də karbonlu və legirlənmiş polad alınmasının mümkün olmasıdır. 
Kükürdü və fosforu tərkibdən tamamilə xaric etməyin qeyri­mümkünlüyü, yan­
ma  məhsullarının  əridilmiş  metal  ilə  görüşməsi  nəticəsində  poladın  tər ki binə 
qaz daxil olması həmin üsulun qüsurlu cəhətləridir.


44
Yoxlama üçün suallar:
1.  Marten üsulu ilə polad alınmasının xüsusiyyəti nədən ibarətdir? Bu üsulun 
növləri hansılardır?
2.  Nə ücün Marten poladının keyfiyyəti Bessemer üsulu ilə alınan poladın 
keyfiyyətindən yüksəkdir?
§4. Elektrik sobalarında polad istehsalı
Şəkil 16. Elektrik sobaları
Konvertorlarda və marten sobalarında proses oksidləşdirici mühitdə getdiyi 
üçün poladın tərkibində onun mexaniki xassələrini pisləşdirən müəyyən qədər 
dəmir oksidləri və qazlar həll olunur. Yüksək keyfiyyətli polad əldə etmək üçün 
alovlu  sobalara  nisbətən  daha  yüksək  temperatur  (3000°C­yə  qədər)  yarada 
bilən elektrik sobalarından istifadə olunur. Bu isə zərərli qatqı olan kükürd və 
fosforu yaxşı xaric etməyə imkan verir. Elektrik əritməsində sobaya hava ver­
mək  tələb  olunmur,  sobanın  oksid ləş­
dirmə qabiliyyəti aşağıdır, dəmir oksi-
dinin  miqdarı  azdır.  Polad  əridil məsi 
üçün  istifadə  edilən  elektrik  sobaları 
qövs,  induksion  və  müqavimət  tipli 
sobalara  ayrılır.  Qövs  elektrik  sobası 
(şəkil  16,  a)  içəridən  odadavamlı  kər­
piclə  hörülmüş,  xaricdən  isə  sət hinə 
polad  örtük  çəkil mişdir.  Sobanın  tağ­
şəkilli  tavanında  kömür  və  qrafitdən 
ibarət  elektrodlar  (1)  yerləşir.  Sobanın 
ön hissə sində prosesə nəzarət etmək üçün pəncərə (2), arxa tərəfində isə poladı 
çıxartmaq  üçün  novlu  deşik  (3)  yerləşir.  Soba  tağ şəkilli  tavandan  doldurulur. 
Polad  almaq  üçün  qövs  elektrik  sobalarından  geniş  isti fadə  olunur.  İnduksiya 
elektrik  sobaları  (şəkil  16,  b)  odadavamlı  materialdan  hazırlanmış  putadan 
ibarətdir. Puta xaricdən boru şəkilli mis spiralla (2) əhatə olunmuşdur. Spirala 
yüksək  tezlikli  cərəyan  verilir.  Şixtada  böyük  gücdə  cərə yan  induksiyalanır, 
yüksək  temperatur  alınır  və  metal  əriyir.  İnduksiya  sobalarında  elektrodlar 
olmadığı  üçün  onda  azkarbonlu  polad  almaq  mümkün  olur.  Yüksək  tezlikli 
induksiya sobalarında elektrik cərəyanının təsiri altında metal dövran edir ki, 
bunun da nəticəsində tələb olunan tərkibdə birincili polad almaq mümkün olur.
Müqavimət elektrik sobaları içərisindən elektrik cərəyanı keçirən qızdırma 
elementlərinə malikdir. Bu zaman alınan istilik metal vannaya tökülür. Elektrik 
sobaları turş və əsas gövdəiçi hörgülü olur. Əsas gövdəiçi hörgülü sobalar daha 
çox yayılmışdır.


45
Yoxlama üçün suallar:
1. Elektrik sobalarında polad alınmasının üstünlükləri nədən ibarətdir?
2. Bunun üçün hansı sobalardan istifadə olunur?
§5. Qövs elektrik sobalarında polad istehsalı 
Elektrik  sobalarında  polad  istehsal  etmək  üçün  ilkin  məhsul  yarım key fiy­
yətli metal qırıntısı (90%­ə qədər), çuqun (10%­ə qədər) və qatqını oksid ləş dir­
məkdən ötrü az miqdarda dəmir filizi və qəlpədən ibarətdir. Flüs kimi əhəng­
daşı və ya kvarsit götürülür.
Soba qızdırılır və şixtə ilə doldurulur. Sonra ona elektrik cərəyanı verilir və 
elektrik  qövsü  əmələ  gətirilir.  Bu  zaman  ayrılan  enerji  vannanı  qızdırır  və 
şixtəni əridir.
Birinci dövrdə dəmir filizi oksigeni dəmiri və qatqıları (kükürddən başqa) 
oksid ləşdirir və onları posaya çevirir. Oksidləşmiş fosfor posanın tərkibindəki 
əhənglə möhkəm əlaqəyə girir. Fosforun metala daxil olmasının qarşısını almaq 
üçün  əridilmə  zamanı  posa  2­3  dəfə  xaric  edilir.  Posanı  xaric  etdikdən  sonra 
sobaya  karbonlaşdırmaq  üçün  elektrod  qırıntıları,  koks  və  bəzən  ağac­kömür 
çuqunu  əlavə  edilir.  Kiçik  əhəng  parçaları,  üyüdülmüş  ferrosilisium  və  koks 
(oksidlə)  oksigensizləşdirici  olur.  Kükürd  əhəng  vasitəsilə  posaya  çevrilir. 
Kükürd xaric olunduqdan sonra ferromanqan və ferrosilisium vasitəsilə sonun-
cunun  oksi gensizləşdirilməsi  aparılır.  Yüksək  keyfiyyətli  polad  istehsalını 
ucuzlaşdırmaqdan  ötrü  dupleks­proses  işlədilir.  Bu  prosesin  mahiyyəti  ondan 
ibarətdir ki, polad əvvəlcə konvertorda marten sobasında əridilir, sonra bu üsul-
lardan  biri  vasitəsilə  alınmış  polad  elektrik  sobalarında  zərərli  qatqılardan, 
oksidlərdən, posa qatlarından və həllolunmuş qazlardan təmizlənir.
Yüksəkkeyfiyyətli  legirlənmiş  poladlar  və  ərintilər  almaq  üçün  təkrar  əri­
dil mə­ saflaşdırma üsulundan istifadə edilir. Bu zaman adi poladəritmə aqreqat-
larında alınmış pəstah təkrar əridilərək qeyri­metal qatqılarından,qazlardan və 
digər  qatqılardan  təmizlənir.  Təkrar  elektrik­posa  əritməsində  təkrar  əridilən 
metal elektrod vəzifəsini görür. Elektrod təkrar əridilən poladdan hazırlanmış 
mayadakı  flüsə  toxunana  qədər  su  vasitəsilə  soyudulan  mis  kristallaşdırıcıya 
salınır. Kristallaşdırıcı elektrik keçirən işçi flüslə (Al
2
O
3
,CaFe
2
 və Ca
0
) dolduru-
lur. Elektrik cərəyanı verildikdə elektrod əriyir və ərimiş metal əridilmiş flüs­
dən alınan, posadan kecərək saflaşdırılır.
Nəzərdən keçirilən üsullarla  yanası,digər təkrar əridilmə­saflaşdırma üsul-
ları da vardır: vakuum­induksiya, elektron­şüa, plazma­qövs və s. üsullar.


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə