З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə12/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

36
§2. Təkrar emal çuqunu
Təkrar  emal  çuqunu  polad  istehsalında  işlədilir.  Təkrar  emal  çuqunları 
yüksək bərkliyi və yeyilmə davamlılığı ilə fərqlənir, kövrəkdir, kəsici alətlərlə 
pis emal olunur, sındıqda xırda dənəli quruluşa və gümüşü­ağ səthə malik olur. 
Ağ çuqunlar asan əriyir, lakin formanı pis doldurur (qatı­axıcıdır), soyuduqda 
böyük oturma verir. Sıxlığı 7400­7700 kq/m
3
 (7,4­7,7 q/sm
3
) ərimə temperaturu 
1100­1150°C­dir.
Polad almaq üçün emal üsulundan asılı olaraq təkrar emal çuqunları Marten 
(M) və Bessemer (B) çuqunlarına ayrılır.
M1,  M2  və  M3  markalı  marten  təkrar  emal  koks  çuqunları  əsas  və  yurş 
gövdəsi olan marten sobalarında emal olunaraq, onlardan polad alınır. M2 mar-
kalı çuqun həmçinin oksigen­konvertor üsulu ilə emal olunur.
Eyni  zamanda  təkrar  emal  kokslu­fosforlu  çuqunlar  (tərkibində  fosforun 
miqdarı 1­2% olan MF1, MF2 və MF3 markalı) və təkrar emal kokslu yüksək 
keyfiyyətli  çuqunlar  (adi  çuquna  nisbətən  tərkibində  az  miqdarda  kükürd  və 
fosfor olan PVK­1, PVK­2 və PVK­3 markalı) buraxılır.
B1 və B2 markalı Bessemer çuqunu Bessemer konvertorlarında polada çevrilir.
Domna sobasından çıxan təkrar emal çuqunu içəridən odadavamlı kərpiclə 
hörülmüş və qazla qızdırılan polad qala­mikserə axıdılır.
Çuqunun  kimyəvi  tərkibini  və  temperaturunu  bərabərləşdirmək  üçün  o, 
mikserdə müəyyən vaxt saxlanılır və sonra sexə aparılıb orada polad istehsal 
olunur.
Yoxlama üçün suallar: 
1. Nə üçün ağ çuqunun səthini yeyə ilə emal etmək olmur?
2.  Nə  üçün  təkrar  emal  çuqunundan  maşın  detalları  hazırlamaq  üçün  isti­
fadə olunmur?
3. Təkrar emal çuqunları necə markalanır?
4. Təkrar emal çuqunundan nə üçün istifadə olunmur?


37
§3. Tökmə çuqun
Tökmə  (boz)  çuqundan  tökmə  almaq  üçün  istifadə  olunur.  Sınıqda  onun 
rəngi açıq­bozla tünd­boz arasında dəyişir (çuqunun rəngi nə qədər tünddürsə, 
onun tərkibində qrafit şəklində karbonun miqdarı da bir o qədər çoxdur və o 
yumşaqdır). Tökmə çuqun təkrar emal çuqunundan az bərkliyə və kövrəkliyə 
malik olması ilə fərqlənir, yeyilməyə yaxşı müqavimət göstərir və kəsici alət­
lərlə yaxşı emal olunur. Əridilmiş halda maye axıcıdır və formanı yaxşı doldurur. 
Soyuduqda ölçüləri az kiçilir, başqa sözlə, oturması azdır (orta hesabla 1%).
Çətin əriyən silisium birləşmələrinin olması üzündən tökmə çuqunun ərimə 
temperaturu  təkrar  emal  çuqununa  nisbətən  bir  qədər  çoxdur  (1200­125
0
C). 
Boz çuqunun sıxlığı 6600­7400 kq/m (6,6­7,4 q/sm)dir.
Fosforun miqdarından asılı olaraq tökmə çuqun 5 sinfə bölünür: A (azfos-
forlu və ya kematitli, çoxu 0,08%P), B və V adi (0,08­0,3%p), Q və D (fos-
forlu,  0,31­1,2%P).  Adi  çuqundan  maşın  detalları  üçün  tökmə  hazırlanır. 
Kematitli  çuqunlar  tərkibində  az  miqdarda  zərəli  qatqılar  olan  təmiz  kematit 
filizlərindən hazırlanır. Fosforlu çuqunlar yaxşı mayeaxıcılığa malik olub, yaxşı 
keyfiyyətli  hamar  səth  verdiyinə  görə  bədii  tökmədə  işlədilir.  Tökmə  koks 
çuqunları  aşağıdakı  markalarda  buraxılır:  LK­1,  LK­2,  LK­3,  LK­4,  LK­5, 
LK­6, LK­7. Markanın nömrəsi çuqunun tərkibində karbon və silisiumun miq-
darı ilə təyin olunur. LK­1 və LK­2 markalı çuqunlar ən yaxşı çuqunlar hesab 
edilir və onların tərkibində 3,5­4,1%C, 2,84­3,6%C olur.
Boz çuqun tökmələri möhkəmliyindən asılı olaraq markalanır (cədvəl 5).
Tökmənin  markasında  C
4
  hərfi  boz  çuqunun  göstərir,  birinci  rəqəm  dartıl-
maya möhkəmlik həddini, ikinci rəqəm isə əyilməyə möhkəmlik həddini gös tərir.
Boz çuqun tökməsini sürətlə soyutduqda üz səthində karbon sementit səklində 
qalır, başqa sözlə, ağ çuqun strukturuna malik olur. Belə tökmə ağarmış tökmə 
adlanır (cədvəl 5).


38
Boz çuqun tökmələrinin mexaniki xassələri və tətbiqi
 Çuqunun markası
Möhkəmlik həddi, KQ/
mm
2
Bərklik,
 HB
 Təqribi 
 tətbiqi
dartılmaya əyilməyə
(C4 00)SÇ 00
(C412­28)SЧ 
12­28
 12
 28
143­229
Uyğun gəlməyən tökmə
Böyük olmayan yüklərdə 
sürtünməsiz işləyən detallar 
(dayaqlar, ör tüklər, qutular, 
qəliblər)
(C4 15­32)SЧ 
15­32
(C4 18­36)SЧ 
18­36
 15
 32
163­229
Orta yüklərdə işləyən 
detallar(maşınqayır mada işləyən 
tökmələr, borular, metal qəliblər)
(C4 21­40)SЧ 
21­40
 21
 40
170­241 Borular, pirsen halqaları, fitinqlər
(C4 24­44) SЧ 
24­44
 24
 44
170­241  Dəzgah çatıları, nasos gövdələri
(C4 28­48) SЧ 
28­48
 28
 48
170­241 Dəzgah çatıları, nasos gövdələri, 
nazimçarxlar
(C4 32­52) SЧ 
32­52
(C4 36­56) SЧ 
36-56
32
 36
 52
 56
187­255
197­269
Məsul detallar (blok başlıqları, 
dişli çarxlar, çatı çərçivələri)
(C4 43­60)SЧ 
43­60
(C4 44­64)SЧ 
44-64
 40
 44
 60
 64
207­269
229­269 
 Yoxlama üçün suallar:
1. Nə üçün tökmə çuqunun təkrar emal çuqununa nisbətən bərkliyi azdır?
2. Tökmə çuqunun kimyəvi tərkibi necədir?
3. Tökmə çuqun necə markalanır?
4.  Nə üçün tökmə çuqunun ərimə temperaturu təkrar emal çuqununun ərimə 
temperaturundan yüksək olur?


39
§4. Çuqunun digər növləri
Legirlənmiş çuqunların tərkibində adi qatqılardan başqa, çuqunun mexaniki 
xassələrini yaxşılaşdıran və ona xüsusi fiziki­mexaniki keyfiyyətlər verən legir­
ləyici  elemlentlər:  xrom,  molibden,  nikel,  vanadium  və  titan  olur.  Bu  çuqun-
larda kükürdün və fosforun miqdarı minimuma çatir. Legirlənmiş çuqunlar tər­
kibində  vanadit,  titan  və  digər  kimyəvi  elementlər  olan  filizlərdən  alınır.  Bu 
növ çuqunlar həmçinin tərkibinə legirləyici elementlər daxil etməklə boz çuqu-
nun legirlənməsi hesabina əldə edilir.
Legirləyici  elementlər  möhkəmliyi,  bərkliyi  yeyilməyə  və  korroziyaya 
davamlılığı  artırır,  nikel  isə  çuqunun  emalolunma  qabiliyyətini  artırır.  Tərki­
bində 2% xrom və 1% nikel olan legirlənmiş çuqunlardan dişli çarxlar, avto-
mobil  detalları  və  ştamplar  hazırlanır. Tərkibində  56%  nikel  və  1­15%  xrom 
olan  çuqunlar  ştampların  porşen  halqalarının  hazırlanmasında  işlədilir.  Legir­
lənmiş çuqunlardan dirsəkli vallar, mühərrik porşenləri və compressor detalları 
tökülür. Tərkibində 12­16% xrom, 6­8% mis, 2­4% nikel olan çuqunlar yüksək 
korroziyayadavamlılığı ilə seçilir.
Legirlənmiş çuqunlarin antifriksion, odadavamlı qeyri­maqnit və digər növ­
ləri vardir.
Yüksək  möhkəm  çuqun  maye  çuqunun  xüsusi  emalı­modifikasiyası  nəti­
cəsində əldə edilir. Modifikasiya etmək formaya tökməzdən qabaq maye çuquna 
paraşoklar­modifikatorlar (maqnezium, ferrosilisium və s.) əlavə etməkdən iba­
rətdir. Modifikatorlar çox miqdarda əlavə kristallaşma mərkəzləri yaradır. Modi-
fikasiya zamanı qrafit topa şəklində ayrılır ki, buna kürəşəkilli qrafit deyilir.
Xüsusi çuqunların tərkibində (ferroərintilər) adi çuquna nisbətən silisium və 
manqan, eləcə də xrom, volfram və digər elementlər çox olur. Onlar əsas eti ba­
rilə  məsul  legirlənmiş  çuquntökmə,  legirləşmiş  polad  və  təkrar  emal  çuqunu 
istehsalında turşulandırma üçün əlavə olaraq tətbiq edilir. 
Ferroərintilər  müxtəlifliyi  ilə  fərqlənir;  məsələn,  dəmirin  ərintisi  (müxtəlif 
markalarda  silisiumun  miqdarı  17%­dən  90%­ə  qədər  olur)  –  ferrosilisium; 
dəmirin  manqanla  ərintisi  (manqan  70­80%)  ferromanqan;  silisium  və  manqan 
ərintisi­silikat manqan; ferroxrom, ferrovolfram, ferrovanadit, ferromolibden və s.
Xüsusi çuqunlar domina sobalarında tərkibində lazımi elementlərin qatqıları 
olan  və  ya  şıxtəyə  tərkibinə  həmin  elementlər  olan  filiz  əlavə  etməklə  dəmir 
filizlərinin yenidən emalı nəticəsində alınır.
Yoxlama üçün suallar:
1. Legirləşmiş çuqunlar boz çuqundan nə ilə fərqlənir?
2. Yüksək dərəcədə möhkəm çuqunların boz çuqunlardan fərqi nədən iba rət dir?
3. Ferroərintilər nəyə deyilir?


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə