Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə45/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   40   41   42   43   44   45   46   47   48

2016v1 

87 


 

334.4.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxs  tərəfindən  belə  nəqliyyat 

vasitəsinin  sərxoş  vəziyyətdə  sərnişin  daşımaqla  idarə  edilməsinə  görə  -  1  aydan  2  ayadək  müddətə  inzibati  həbs 

tətbiq olunur. 

334.5. Bu Məcəllənin 334.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi  gündən  bir  il  ərzində  təkrar  törədilməsinə,  yaxud  həmin  xəta 

nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi 

zərər vurulmasına görə - 2 aydan 3 ayadək müddətə inzibati həbs tətbiq olunur. 

 

Maddə 335. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək 

üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi  

335.1.  Nəqliyyat  vasitəsinə  sahiblik  hüququ  olan  şəxs  tərəfindən  nəqliyyat  vasitəsini  idarə  etmək  üçün  idarəetmə 

hüququ olmayan şəxsə verilməsinə görə - fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, 

hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir. 

335.2. Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi  gündən  bir  il  ərzində  təkrar  törədilməsinə  görə  -  fiziki  şəxslər  100 

manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 3000 manat məbləğində cərimə edilir. 

335.3.  Bu  Məcəllənin  335.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın  törədilməsi  və  yol  hərəkəti  qaydalarının 

pozulması  nəticəsində  zərər  çəkmiş  şəxsə  fiziki  və  ya  maddi  zərər  vurulmasına  görə  -  fiziki  şəxslər  180  manat 

məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir. 

335.4.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsinin  sərnişin  daşınması  üçün  belə  nəqliyyat  vasitəsini  idarə  etmək 

hüququ  olmayan  şəxsə  verilməsinə  görə  -  fiziki  şəxslər  200  manat  məbləğində,  vəzifəli  şəxslər  500  manat 

məbləğində, hüquqi şəxslər 3000 manat məbləğində cərimə edilir. 

335.5. Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 15 gündən 1 ayadək 

müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir. 

335.6.  Bu  Məcəllənin  335.4-cü  maddəsində  nəzərdə  tutulmuş  xətanın  törədilməsi  və  yol  hərəkəti  qaydalarının 

pozulması  nəticəsində  zərər  çəkmiş şəxsin sağlamlığına  yüngül bədən  xəsarətinin  yetirilməsinə  və  ya  zərər  çəkmiş 

şəxsə maddi zərər vurulmasına görə - fiziki şəxslər 400 manat məbləğində, vəzifəli şəxslər 800 manat məbləğində 

cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən 1 ayadək müddətə 

inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 6000 manat məbləğində cərimə edilir. 

 

Maddə  336.  Nəqliyyat  vasitəsinə  sahiblik  hüququ  olan  şəxs  tərəfindən  nəqliyyat  vasitəsinin  sərxoş 



vəziyyətdə olan şəxsə verilməsi 

336.1.  Sərxoş  vəziyyətdə  olduğunu  bilə-bilə  nəqliyyat  vasitəsinə  sahiblik  hüququ  olan  şəxs  tərəfindən  nəqliyyat 

vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə - fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 

manat məbləğində, hüquqi şəxslər 3000 manat məbləğində cərimə edilir. 

336.2. Bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi  gündən  bir  il  ərzində  təkrar  törədilməsinə  görə  -  fiziki  şəxslər  200 

manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində cərimə edilir. 

336.3.  Bu  Məcəllənin  336.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın  törədilməsi  və  yol  hərəkəti  qaydalarının 

pozulması  nəticəsində  fiziki  və  ya  maddi  zərər  vurulmasına  görə  -  fiziki  şəxslər  300  manat  məbləğində,  vəzifəli 

şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 6000 manat məbləğində cərimə edilir. 

336.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsinə 

görə  -  fiziki  şəxslər  300  manat  məbləğində,  vəzifəli  şəxslər  600  manat  məbləğində,  hüquqi  şəxslər  4000  manat 

məbləğində cərimə edilir. 

336.5. Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi  gündən  bir  il  ərzində  təkrar  törədilməsinə  görə  -  fiziki  şəxslər  400 

manat məbləğində, vəzifəli şəxslər 800 manat məbləğində, hüquqi şəxslər 6000 manat məbləğində cərimə edilir. 

336.6.  Bu  Məcəllənin  336.4-cü  maddəsində  nəzərdə  tutulmuş  xətanın  törədilməsi  və  yol  hərəkəti  qaydalarının 

pozulması  nəticəsində  zərər  çəkmiş  şəxsə  fiziki  və  ya  maddi  zərər  vurulmasına  görə  -  fiziki  şəxslər  500  manat 

məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 8000 manat məbləğində cərimə edilir. 

 

Maddə 337. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək 



üçün idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi 

337.1.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququnun  olmadığını  və  sərxoş  vəziyyətdə  olduğunu  bilə-bilə  nəqliyyat 

vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə - 

fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində 

cərimə edilir. 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə