Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə47/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   40   41   42   43   44   45   46   47   48

2016v1 

89 


 

texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi 

(notarius  tərəfindən  təsdiq  edilən  müqavilələr  istisna  olmaqla)  əsasında  başqa  şəxsə  verildikdə  onu  təkrar  dövlət 

qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya 

nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki 

şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə 

edilir. 

339.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya 

dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan 

sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud 

nəqliyyat  vasitələrinin  texniki  baxışının  keçirilməsində  və  ya  texniki  sazlığı  haqqında  sənədin  verilməsində 

süründürməçiliyə  yol  verilməsinə  və  ya  onların  həllindən  qanunsuz  olaraq  imtina  edilməsinə,  yaxud  texniki  sazlığı 

haqqında  verilmiş  sənədin  və  bu  sənəddəki  məlumatların  həqiqətə  uyğun  olmamasına  görə  -  150  manatdan  200 

manatadək məbləğdə cərimə edilir. 

339.3.  Sürücülük  vəsiqəsinin  verilməsi  və  ya  dəyişdirilməsi  haqqında  ərizəyə  baxılmamasına,  yaxud  baxılarkən 

süründürməçiliyə yol verilməsinə və ya yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri 

üzrə  təcrübi  imtahanlara  buraxmaqdan  əsassız  imtina  edilməsinə  görə  -  200  manatdan  250  manatadək  məbləğdə 

cərimə edilir. 



339.4.  Müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşı  tərəfindən  bu  Məcəllənin  150.4-cü  maddəsinin  tələbləri 

pozulmaqla  cərimənin  inzibati  xəta  törətmiş  şəxsdən  müvafiq  ödəniş  sistemlərindən  istifadə  etmədən  bilavasitə 

alınmasına görə - 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. 

339.5. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə protokolun və ya inzibati xəta haqqında iş 

üzrə  qərarın  bu  Məcəllənin  122.1,  123.2,  124.1,  124.4-124.6,  125.4  və  126.3-cü  maddələrində  nəzərdə  tutulmuş 

qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə, yaxud bu Məcəllənin 122.1, 

125.1, 125.3 və 125.6-cı maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının 

informasiya  sisteminə  göndərilməməsinə  (yerləşdirilməməsinə)  görə  -  500  manatdan  700  manatadək  məbləğdə 

cərimə edilir. 

 

Qeyd:  


Şəxs  bu  Məcəllənin  339.1-ci  maddəsində  nəzərdə  tutulmuş  nəqliyyat  vasitəsini  dövlət  qeydiyyatından  və  ya  “Yol 

hərəkəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  hallarda  texniki  baxışdan  keçirmədən 

idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və 

ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə 

cəlb olunmur. 

 

Maddə 340. Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi 



və texnikanın sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması 

340.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən kənd təsərrüfatı texnikasının sahibləri və 

ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 

və  müddətdə  texnikanı  dövlət  qeydiyyatından  və  ya  texniki  baxışdan  keçirmədən  idarə  etməyə  və  ya  dövlət 

qeydiyyatından  keçirilmiş  texnika  icarə  müqaviləsi  (notarius  tərəfindən  təsdiq  edilən  müqavilələr  istisna  olmaqla) 

əsasında  başqa  şəxsə  verildikdə  onu  təkrar  dövlət  qeydiyyatından  keçirməməyə  görə  -  fiziki  şəxslər  50  manat 

məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir. 



340.2.  Bu  Məcəllənin  340.1-ci  maddəsində  nəzərdə  tutulmuş  kənd  təsərrüfatı  texnikasının  dövlət  qeydiyyatının 

aparılması, texnikanın qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar texnikanın 

sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, texnikanın qeydiyyata alınmasında və ya 

qeydiyyatdan  çıxarılmasında,  yaxud  texniki  baxışının  keçirilməsində  və  ya  texniki  sazlığı  haqqında  sənədin 

verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də 

texniki  sazlığı  haqqında  verilmiş  sənədin  və  bu  sənəddəki  məlumatların  həqiqətə  uyğun  olmamasına  görə  -  150 

manatdan 200 manatadək məbləğdə cərimə edilir. 

 

Qeyd:  



Şəxs  bu  Məcəllənin  340.1-ci  maddəsində  nəzərdə  tutulmuş  texnikanı  dövlət  qeydiyyatından  və  ya  “Yol  hərəkəti 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  hallarda  texniki  baxışdan  keçirmədən  idarə 

etməyə  görə  inzibati  məsuliyyətə  cəlb  olunduqda  10  gün  ərzində  texnikanı  dövlət  qeydiyyatından  və  ya  texniki 

baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb 

olunmur. 

 

 



 


2016v1 

90 


 

Maddə 341. Dayanma və ya durma qaydalarını pozmuş şəxsin nəqliyyat vasitəsi barəsində qanunsuz 

hərəkətlər 

Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi 

mühafizə  edilən  duracağa  aparılarkən  həmin  şəxs  nəqliyyat  vasitəsinin  yanına  yaxınlaşdıqda,  onun  nəqliyyat 

vasitəsinin qaytarılmamasına görə - 200 manatdan 300 manatadək məbləğdə cərimə edilir. 

 

Qeyd:  


Bu  Məcəllənin  346.1  və  ya  346.2-ci  maddələrində  nəzərdə  tutulmuş  inzibati  xətanı  törətmiş  şəxsin  nəqliyyat 

vasitəsinin qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb olunmasını 

istisna etmir. 

 

Maddə 342. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının 



pozulması 

342.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: 

342.1.1.  nəqliyyat  vasitəsini  qapıları  bağlanmamış  vəziyyətdə  yerindən  tərpətməyə  və  ya  onun  hərəkəti  zamanı 

qapıları açmağa; 



342.1.2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə

342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına; 

342.1.4.  hərəkət  zamanı  sükanı  əlindən  buraxmağa,  mühərriki  söndürülmüş  nəqliyyat  vasitəsini  ətalətlə  idarə 

etməyə; 


342.1.5. su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına; 

342.1.6.  nəqliyyat  vasitəsinin  təkərlərində  və  ya  banında  yol  örtüyünü  zibilləyən  palçıq  varsa,  yaxud  onlardan 

yanacaq-sürtkü  materiallarının,  kimyəvi  maddələrin,  tikinti  və  digər  materialların  axması  olarsa,  onlarla  örtüyü 

təkmilləşdirilmiş yollarda hərəkət etməyə; 

342.1.7.  hərəkətdə  olan  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanının  görünməsi  üçün  onun  təmiz 

saxlanılmamasına; 



342.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini dayandırmamasına; 

342.1.9. yol-nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat 

vasitələrinin  daşınması  üçün  və  ya  təbii  fəlakət  yerlərinə  getmək  üçün,  yaxud  qanunla  nəzərdə  tutulmuş  digər 

təxirəsalınmaz  hallarda  yükdaşıyan  nəqliyyat  vasitələrinin  müvafiq  icra  hakimiyyəti  orqanlarının  əməkdaşlarına 

təqdim edilməməsinə; 



342.1.10. beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) 

olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks 

etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə - 40 manat məbləğində cərimə edilir. 

342.2.  Nəqliyyat  vasitələrinin  sürücüləri  tərəfindən  nəqliyyat  vasitələrinin  texniki  vəziyyətinə  dair  tələblərin 

pozulmasına, yəni: 



342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün 

olmayan nəqliyyat vasitəsinin istismarına; 



342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə

342.2.3.  nəqliyyat  vasitəsinin  tam  kütləsinin  və  bu  kütlənin  oxlar  üzrə  paylanmasının,  ağırlıq  mərkəzinin,  təkər 

bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan 

dəyişikliklər edilməsinə

342.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə - 150 

manat məbləğində cərimə edilir. 



342.3.  Mühərrikin  səs  gücünün  artırılması  məqsədi  ilə  nəqliyyat  vasitəsinin  işlənmiş  qazları  xaric  etmə  sisteminə 

normativ  tələblər  pozulmaqla  avadanlığın  quraşdırılmasına  və  ya  dəyişdirilməsinə  görə  -  500  manat  məbləğində 

cərimə edilir. 

342.4. Bu Məcəllənin 342.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi  gündən  bir  il  ərzində  təkrar  törədilməsinə  görə  -  1000  manat 

məbləğində cərimə edilir. 

342.5.  Xarici  işıq  cihazları  və  ya  qabaq  şüşənin  şüşə  silgəcləri  və  şüşəyuyanları  və  ya  təkərləri  və  şinləri  və  ya 

mühərriki,  yaxud  konstruksiyasının  digər  ünsürləri  nasaz  olan  və  belə  nasazlığın  aradan  qaldırılması  mümkün 

olmayan nəqliyyat vasitəsinin istismarına görə - 50 manat məbləğində cərimə edilir. 

342.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - 50 

manat məbləğində cərimə edilir. 



342.7.  Dövlət  qeydiyyat  nişanları  və  ya  onlardan  birinin  olmamasına,  saxta  və  ya  mövcud  standartlara  uyğun 

olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə 

görə - 60 manat məbləğində cərimə edilir + 4 bal. 

342.8.  Bu  Məcəllənin  342.1.1,  342.1.2,  342.1.4-342.1.6,  342.1.8,  342.2.1-342.2.3-cü  maddələrində  nəzərdə 

tutulmuş  xətalar  nəticəsində  zərər  çəkmiş  şəxsin  sağlamlığına  yüngül  bədən  xəsarətinin  yetirilməsinə  görə  -  200 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə