Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə46/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   40   41   42   43   44   45   46   47   48

2016v1 

88 


 

337.2. Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi  gündən  bir  il  ərzində  təkrar  törədilməsinə  görə  -  fiziki  şəxslər  300 

manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 6000 manat məbləğində cərimə edilir. 

337.3.  Bu  Məcəllənin  337.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətaların  törədilməsi  və  yol  hərəkəti  qaydalarının 

pozulması  nəticəsində  zərər  çəkmiş  şəxsə  fiziki  və  ya  maddi  zərər  vurulmasına  görə  -  fiziki  şəxslər  400  manat 

məbləğində, vəzifəli şəxslər 800 manat məbləğində, hüquqi şəxslər 8000 manat məbləğində cərimə edilir. 

337.4.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsinin  sərnişin  daşınması  üçün  belə  nəqliyyat  vasitəsini  idarə  etmək 

hüququ  olmayan  və  sərxoş  vəziyyətdə  olan  şəxsə  verilməsinə  görə  -  fiziki  şəxslər  600  manat  məbləğində,  vəzifəli 

şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 8000 manat məbləğində cərimə edilir. 

337.5. Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 1 aydan 2 ayadək 

müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 12000 manat məbləğində cərimə edilir. 

337.6.  Bu  Məcəllənin  337.4-cü  maddəsində  nəzərdə  tutulmuş  xətanın  törədilməsi  və  yol  hərəkəti  qaydalarının 

pozulması  nəticəsində  zərər  çəkmiş şəxsin sağlamlığına  yüngül bədən  xəsarətinin  yetirilməsinə  və  ya  zərər  çəkmiş 

şəxsə maddi zərər vurulmasına görə - fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 2500 manat məbləğində 

cərimə  edilir,  yaxud  işin  hallarına  görə,  xətanı  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  1  aydan  2  ayadək  müddətə 

inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 15000 manat məbləğində cərimə edilir. 

 

Maddə  338.  Piyadalar  və  yol  hərəkətinin  başqa  iştirakçıları  tərəfindən  yol  hərəkəti  qaydalarının 

pozulması 

338.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 

338.1.1. piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə

338.1.2. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına; 

338.1.3. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət 

hissəsinin tərk edilməməsinə görə - 20 manat məbləğində cərimə edilir. 



338.2.  Piyadalar  tərəfindən  yolun  hərəkət  hissəsinin,  dəmiryol  keçidinin  müəyyən  olunmayan  yerdən  keçilməsinə 

görə - 20 manat məbləğində cərimə edilir. 



338.3.  Sərnişinlər  tərəfindən  nəqliyyat  vasitəsinə  minmə  və  düşmə  qaydalarının  pozulmasına,  təhlükəsizlik 

kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına 

və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə - 30 manat məbləğində cərimə edilir. 

338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 

338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə

338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 

338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 

338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə

338.4.5. nasaz velosipeddən istifadə etməyə

338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 

338.4.7.  keçid  üstünlüyü  hüququna  malik  olan  olan  nəqliyyat  vasitələrinə  yol  verilməməsinə  görə  -  40  manat 

məbləğində cərimə edilir. 



338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 

338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 

338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 

338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 

338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və 

ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 



338.5.5.  mal-qaranı  və  at  arabasını  (kirşəni)  sutkanın  qaranlıq  vaxtı  və  ya  məhdud  görünmə  şəraitində  dəmir 

yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə - 40 manat məbləğində 

cərimə edilir. 

338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən 

alkoqol,  narkotik  vasitələr,  psixotrop  maddələr  və  ya  güclü  təsir  göstərən  digər  maddələrdən  istifadə  olunması 

nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə - 70 manat məbləğində cərimə edilir. 

338.7.  Bu  Məcəllənin  338.4-338.6-cı  maddələrində  nəzərdə  tutulmuş  xətalar  nəticəsində  zərər  çəkmiş  şəxsin 

sağlamlığına  yüngül  bədən  xəsarətinin  yetirilməsinə  və  ya  zərər  çəkmiş  şəxsə  maddi  zərər  vurulmasına  görə  -  80 

manatdan 100 manatadək məbləğdə cərimə edilir. 

 

Maddə  339.  Nəqliyyat  vasitələrinin  dövlət  qeydiyyatının  aparılması,  texniki  baxışın  keçirilməsi, 



nəqliyyat  vasitəsinin  sazlığı  haqqında  sənədin  və  sürücülük  vəsiqəsinin  verilməsi  və  cərimənin 

alınması qaydalarının pozulması 

339.1.  Nəqliyyat  vasitələrinin  sahibləri  və  ya  sürücüləri  tərəfindən  “Yol  hərəkəti  haqqında”  Azərbaycan 

Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə