Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə43/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   40   41   42   43   44   45   46   47   48

2016v1 

84 


 

8 SAYLI ƏLAVƏ 

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar 

Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 

327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat 

vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi 

keçmə,  yaşayış  zonasında  hərəkət  etmə,  əks  istiqamətli  hərəkət  zolağına  çıxmadan  ötmə  və  ya  manevr  etmə 

qaydalarının  pozulmasına,  səkilərlə  və  “Yol  hərəkəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  nəzərdə 

tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına 

görə - 40 manat məbləğində cərimə edilir. 



327.2.  Svetoforun  və  ya  nizamlayıcının  qadağanedici  işarəsi  verilərkən  hərəkətin  davam  etdirilməsinə, 

  3.1 


“Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və 

ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud 

adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 

 1.1, 


  1.3  və 

  1.11  üfüqi  nişanlanma  xətlərinin  tələblərinə  riayət  etməyərək  sola  və  ya  geriyə 

dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 60 manat məbləğində cərimə edilir + 3 bal. 

327.3. Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının 

nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - 80 manat məbləğində cərimə edilir + 4 bal. 



327.4.  Birtərəfli  hərəkət  yollarında  müəyyən  edilmiş  hərəkət  istiqamətinin  əksinə  hərəkət  etməyə,  habelə 

 1.1, 

 1.3 və 


 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat 

vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə 

hərəkət etməyə görə - 100 manat məbləğində cərimə edilir + 4 bal. 

327.5.  Avtomagistrallarda  və 

 

5.3  nişanı  ilə  işarə  olunmuş  yollarda  texniki  sürəti  50  km/saatdan  az  olan 



nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin 

ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə - 100 

manat məbləğində cərimə edilir + 4 bal. 

327.6.  Yol  hərəkəti  qaydalarını  pozan  nəqliyyat  vasitəsi  sürücüsünün  yol  nəqliyyat  hadisəsi  yerindən  yayınmasına 

görə - 100 manat məbləğində cərimə edilir + 4 bal. 



327.7. Bu Məcəllənin 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində 

müəyyən  edilmiş  balla  qiymətləndirilən  xətaları  törətməklə  sürücülər  tərəfindən  bir  il  ərzində  20  və  daha  çox  bal 

toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır. 

327.8. Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş 

şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - 200 manat məbləğində cərimə edilir + 5 bal və ya 

nəqliyyat vasitəsini idarə etmək hüququ 1 ilədək müddətə məhdudlaşdırılır. 

 

Qeyd: 



1.  Bu  Məcəllənin  328.2-ci  maddəsində  nəzərdə  tutulmuş  xətalar  2  balla,  327.2,  328.3  və  331-ci  maddələrində 

nəzərdə tutulmuş xətalar 3 balla, 327.3-327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 

balla qiymətləndirilir. 

2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə 

tutulmuş  balla  qiymətləndirilən  xətaları  törətdikdə,  o,  nəqliyyat  vasitəsini  idarə  etmə  hüququ  olmadan  nəqliyyat 

vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin edilir. 

3. Bu Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən 

xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir. 

4. Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən daha ciddi 

xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir. 

5.  Bu  Məcəllənin  327.8,  333.1  və  ya  343.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın  törədilməsinə  görə  şəxsin 

nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  məhdudlaşdırılmadan  inzibati  cərimə  tətbiq  edildikdə,  həmin  xəta  5  balla 

qiymətləndirilir. 



2016v1 

85 


 

6. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi 

vaxtdan 1 (bir) il müddətində qüvvədə olur. 

7. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 

327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. 

8.  Bu  Məcəllənin  327.8-ci  maddəsində  nəzərdə  tutulan  əməl  hərəkət  sürətinin  həddi  110  km/saat  və  daha  artıq 

müəyyən  edilmiş  yolda  piyadanın  yolun  hərəkət  hissəsini  “Yol  hərəkəti  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsi nəticəsində törədilibsə, həmin 

hallara bu Məcəllənin 327.8-ci maddəsinin qüvvəsi şamil edilmir. 

 

Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma 



328.1.  Yolda  müəyyən  edilmiş  hərəkət  sürətini  10-20  km/saat  həddində  aşmağa  görə  -  10  manat  məbləğində 

cərimə edilir. 



328.2.  Yolda  müəyyən  edilmiş  hərəkət  sürətini  21-40  km/saat  həddində  aşmağa  görə  -  50  manat  məbləğində 

cərimə edilir + 2 bal. 



328.3.  Yolda  müəyyən  edilmiş  hərəkət  sürətini  41-60  km/saat  həddində  aşmağa  görə  -  150  manat  məbləğində 

cərimə edilir + 3 bal. 



328.4.  Yolda  müəyyən  edilmiş  hərəkət  sürətini  61  km/saat  və  daha  artıq  aşmağa  görə  -  250  manat  məbləğində 

cərimə edilir + 4 bal. 

 

Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından 

istifadə qaydalarınınpozulması 

329.1.  Təhlükəsizlik  kəmərini  bağlamadan  nəqliyyat  vasitəsini  idarə  etməyə  görə  -  40  manat  məbləğində  cərimə 

edilir. 


329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və 

ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə - 40 manat məbləğində cərimə edilir. 



329.3.  İşıq  cihazlarından  və  səs  siqnallarından  istifadə  qaydalarını  pozmağa  görə  -  30  manat  məbləğində  cərimə 

edilir. 


 

Maddə 330. Piyadaya yol verilməməsi  

330.0. Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: 

330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya

330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya 

yol verilməməsinə görə - 50 manat məbləğində cərimə edilir. 

 

Qeyd:  


Bu  Məcəllənin  330  və  331-ci  maddələrində  “yol  verilməməsi”  dedikdə,  sürücünün  hərəkəti  davam  etdirməsi  və  ya 

yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna 

malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa 

düşülür. 

 

Maddə  331.  Keçid  üstünlüyü  hüququna  malik  olan  nəqliyyat  vasitələrinə  yol  verilməməsi  və  ya 

mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi 

Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə 

yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət 

edilməsinə görə - 100 manat məbləğində cərimə edilir + 3 bal. 

 

Maddə  332.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxs  tərəfindən  nəqliyyat  vasitəsinin 

idarə edilməsi 

332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat 

vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - 40 manat məbləğində cərimə edilir. 



332.2.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmadan  nəqliyyat  vasitəsinin  idarə  edilməsinə  görə  -  100  manat 

məbləğində cərimə edilir. 



332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini 

idarə  etmək  hüququ  məhdudlaşdırılmış  şəxs  tərəfindən  nəqliyyat  vasitəsinin  idarə  edilməsinə  görə  -  200  manat 

məbləğində cərimə edilir. 



332.4.  Bu  Məcəllənin  332.2-ci  maddəsində  nəzərdə  tutulmuş  xəta  nəticəsində  zərər  çəkmiş  şəxsin  sağlamlığına 

yüngül  bədən  xəsarətinin  yetirilməsinə  və  ya  zərər  çəkmiş  şəxsə  maddi  zərər  vurulmasına  görə  -  400  manat 

məbləğində  cərimə  edilir  və  ya  işin  hallarına  görə,  pozuntunu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  1  ayadək 

müddətə inzibati həbs tətbiq olunur. 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə