Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə41/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

2016v1 

73 


 

 

 5.32.1, 



 5.32.2, 

 5.32.3. Kənardankeçmə istiqaməti. 

5.31  -  hərəkət  üçün  müvəqqəti  bağlı  olan  yol  sahəsinin  kənardankeçmə  sxemini,  5.32.1  -  5.32.3  nişanları  isə 

kənardankeçmənin istiqamətini bildirir. 

 

 5.33. Stop-xətt. Svetoforun (nizamlayıcının) qadağan siqnalında NV-nin dayandırılması yerini bildirir. 



 

 5.34.1, 

 5.34.2. Başqa işlək hissəyə yerdəyişmənin ilkin göstəricisi. Ayırıcı zolaqlı yolun hərəkət üçün 

bağlı  olan  hərəkət  hissəsi  sahəsinin  kənardankeçmə  və  ya  sağ  hərəkət  hissəsinə  qayıtmaq  üçün  hərəkət 

istiqamətlərini göstərir. 

 

 



5.35. Qarşılıqlı hərəkət. Bir və ya bir neçə hərəkət zolağında hərəkətin əks istiqamətdə  dəyişməsi mümkün 

olan yolun başlanğıcı. 

 

 5.36. Qarşılıqlı hərəkətin qurtaracağı. 



 

 5.37. Qarşılıqlı hərəkət yoluna çıxış. 

 

 5.38. Küçənin istiqaməti. 



 

 

5.39. Kəsişmə yoluna xəbərdaredici və ya qadağanedici nişanlar. 



 

 

5.40.  Durmaq  qadağandır  zonası.  Durmaq  yolun  hər  iki  tərəfdə  qadağandır.  Bu  nişan  yolayrıcısının 



olduğundan qüvvəsini itirmir. 

 

 



5.41. Durmaq qadağandır zonasının qurtaracağı. 

 

 



5.42.  Müəyyən  vaxtda  durmaq  qadağandır  zonası.  Durmaq  yolun  hər  iki  tərəfdə  qadağandır.  Bu  nişan 

yolayrıcısının olduğundan qüvvəsini itirmir. 

 

 

5.43. Müəyyən vaxtda durmaq qadağandır zonasının qurtaracağı. 




2016v1 

74 


 

 

 



5.44. Duracaq zonası. Duracaq yolun hər iki tərəfdə icazə verilir. Bu nişan yolayrıcısının olduğundan 

qüvvəsini itirmir. 

 

 

5.45. Duracaq zonasının qurtaracağı. 



 

 

5.46. Maksimal sürətin məhdudiyyəti zonası. Bu nişan yolayrıcısının olduğundan qüvvəsini itirmir. 



 

 

5.47. Maksimal sürətin məhdudiyyəti zonasının qurtaracağı. 



 

 5.48.1., 

 5.48.2. Qəza dayanacağı yeri. 

 

 5.49.1., 



 5.49.2., 

 5.49.3. Qəza çıxışlarının istiqaməti 

və məsafəsi. 

 

 5.50.1., 



 5.50.2., 

 5.50.3. Avtomagistraldan çıxış yerinə qədər məsafə. 3 xətt - 300 m, 2 xətt 

– 200 m, 1 xətt – 100 m qalıb. 

 

 



5.51. Yaşayış zonası. 

 

 



5.52. Yaşayış zonasının qurtaracağı. 

 

 


2016v1 

75 


 

VI. Servis nişanları 

 

 6.1. İlk tibbi yardım məntəqəsi. 



 

 6.2. Xəstəxana. 

 

 6.3. Yanacaqdoldurma məntəqəsi. 



 

 6.4. Avtomobillərə texniki xidmət. 

 

 6.5. Avtomobillərin yuyulma məntəqəsi. 



 

 6.6. Telefon. 

 

 6.7. Yeməkxana. 



 

 6.8. İçməli su. 

 

 6.9. Mehmanxana və ya motel. 



 

 6.10. Kempinq. 

 

 6.11. Dincəlmə yeri. 



 


2016v1 

76 


 

 6.12. Yol polisinin daimi məntəqəsi. 

 

 6.13. Polis hissəsi. 



 

 6.14. İnformasiya stendi. 

 

 6.15. Tualet. 



 

 6.16. Çimərlik. 

 

 6.17. Təcili əlaqə telefonu. 



 

 6.18. Yanğınsöndürən. 

 

VII. Əlavə məlumat nişanları (lövhəciklər) 

 

  7.1.1, 



  7.1.2, 

  7.1.3, 

  7.1.4.  Obyektə  qədər  məsafə.  7.1.1  -  hərəkət  istiqaməti  üzrə 

nişandan qabaqda olan təhlükəli sahəyə kimi, tətbiq edilən məhdudiyyətlərin başlanğıcına kimi və ya obyektə (yerə) 

kimi  qalan  məsafənigöstərir.  7.1.2  - 

  2.4  nişanından  yolayrıcına  kimi  (əgər  qarşıdakı  yolayrıcının  önündə 

  2.5  nişanı  quraşdırılmışdırsa)  olan  məsafəni  göstərir.  7.1.3,  7.1.4  -  yoldan  kənarda  olan  obyektə  kimi 

məsafəni göstərir. 

 

 7.2.1, 


 7.2.2, 

 7.2.3, 


 7.2.4, 

 7.2.5, 


 7.2.6, 

 7.2.7. Qüvvədə olma zonası. 7.2.1-

xəbərdarlıq  nişanları  ilə  göstərilmiş  təhlükəli  sahənin  və  ya  qadağan  və  məlumatverici-göstərici  nişanların  qüvvədə 

olduğu  sahənin  mövcud  uzunluğunu  göstərir.  7.2.2 

 

 

 



  3.27-3.30  qadağan  nişanlarının 

qüvvədə  olduğu  sahəni  göstərir.  7.2.3  -  3.27-3.30  qadağan  nişanlarının  qüvvədə  olduğu  sahənin  qurtaracağını 

göstərir, yəni nişanların qüvvədə olduğu sahə ancaq ona kimidir. 7.2.4 sürücüləri məlumatlandırır ki, onlar 3.27-3.30 

qadağan nişanlarının qüvvədə olduğu sahədə yerləşirlər, yəni nişanların qüvvədə olduğu sahə həm nişana kimi, həm 




2016v1 

77 


 

də  nişandan  sonra  mövcuddur.  7.2.5,  7.2.6  meydanın  hər  hansı  bir  tərəfində,  binanın  fasad  hissəsi  qarşısında  və 

bunlara oxşar yerlərdə 3.27-3.30 qadağan nişanlannın qüvvədə olduğu sahəni və istiqaməti göstərir.  

 

  7.3.1, 



  7.3.2, 

  7.3.3.  Qüvvədə  olma  istiqaməti.  Yolayrıcları  qarşısında  quraşdınlmış  nişanların 

təsir istiqamətlərini və ya nişanlarla göstərilən və bilavasitə yola yaxın olan obyeklərə hərəkətin istiqamətini göstərir. 

 

  7.4.1, 



  7.4.2, 

  7.4.3, 

  7.4.4, 

  7.4.5, 

  7.4.6, 

  7.4.7.  Nəqliyyat 

vasitəsinin növü. Bu lövhələr birgə quraşdırıldıqları nişanların qüvvəsinin hansı növ NV-nə şamil edilməsini göstərir. 

7.4.1 lövhəsi quraşdırıldığı nişanın qüvvəsini icazə verilmiş maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobillərinə 

(və həmçinin onlar qoşqu aparan zaman), 7.4.2. nişanı qoşqu aparan minik avtomobilinə şamil edilmir, 7.4.3 lövhəsi 

isə minik avtomobillərinə və həm də icazə verilmiş maksimum kütləsi 3,5 t-dan artıq olmayan yük avtomobillərinə 

şamil edir. 

 

 7.5.1. Şənbə, bazar və bayram günləri. 



 

 7.5.2. İş günləri. 

 

 7.5.3. Həftənin günləri. 



 

 7.5.4, 


 7.5.5, 

 7.5.6, 


 7.5.7. Qüvvədə olma vaxtı. 

 

Bu  lövhələr  birgə  quraşdırıldıqları  nişanların  qüvvəsinin  həftənın  hansı  günündə,  həftənın  hansı  gününün  və  ya 



sutkanın hansı zaman ərzində qüvvədə olduqlarını dəqiqləşdirir. 

 

  7.6.1, 



  7.6.2, 

  7.6.3, 

  7.6.4, 

  7.6.5, 

  7.6.6, 

  7.6.7, 

  7.6.8, 

 7.6.9. Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu. 7.6.1 lövhəsi göstərir ki, bütün NV hərəkət hissəsində 

bordürə  (səkiyə)  paralel  və  onun  yanında  duracağa  qoyulmalıdır.  7.6.2-7.6.9  lövhələri  isə  ancaq  minik 

avtomobillərinin  (icazə  verilmiş  maksimum  kütləsi  3,5  t-dan  az  olan  yük  avtomobilləri  nəzərə  alınmır)  və 

motosikletlərin səkidə və səkikənarı duracaqda parklanma üsulunu göstərir. 

 

 7.7. İşləməyən mühərriklə durma. 



 5.15 nişanı ilə işarələnmiş duracaqda ancaq mühərrik söndürülmüş 

vəziyyətdə durmağa icazə verilir. 

 

 7.8. Pullu xidmətlər. Bu lövhə göstərir ki, təqdim edilən xidmət pulludur. 



 

 7.9. Durma müddətinin məhdudlaşdırılması. Bu lövhə 

 5.15 nişanı ilə işarələnmiş duracaqda maksimum 

durma vaxtını göstərir.  

  7.10.  Avtomobillərə  baxış  üçün  yer.  Bu  lövhə 

  5.15  və  ya 

  6.11  nişanı  ilə  işarələnmiş  sahədə 

avtomobillərə baxiş üçün estakadanın (qazmanın) olmasını göstərir. 

 

 7.11. İcazə verilən kütlənin məhdudlaşdırılması. Bu lövhə birgə quraşdırıldığı nişanın qüvvəsinin icazə verilmiş 



maksimum kütləsi lövhədə göstərilən həddən artıq olan NV-ə şamil olunduğunu bildirir. 

 

 7.12. Təhlükəli yol qırağı. Bu lövhə 



 1.23 nişanı ilə birgə quraşdırılır və xəbərdar edir ki, yolda təmir 

işlərinin aparılması ilə əlaqədar olaraq yol çiyninə (hərəkət hissəsindən sağ tərəfə) çıxmaq təhlükəlidir. 

 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə