Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   20   21   22   23   24   25   26   27   28

adlandırıla  bilər.  İqtisadi  dirçəliş  dövründə  iqtisadi 

artımın ilbəil  canlanması,  xüsusilə,  diqqəti  cəlb  edir. 

Belə  ki,  1994-cü  ildə  dövlət  büdcəsi  700  milyona 

qədər, 2000-ci ildə isə  1,2 milyard dollar olmuşdur.



İkinci  mərhələyə  2000-ci  ildən  2004-cü  ilədək 

olan dövrü aid etmək mümkündür.  Bü dövrdə  iqtisadi 

inkişaf üzrə göstərici əvvəlki illərdəkindən daha artıq 

olmuşdur.  Əgər  2000-ci  ildə  dövlət  büdcəsi  1,2 

milyard  dollar  idisə,  2004-cü  ildə  bu  göstərici  2 

milyard  dollar  olmuşdur.  İkinci  mərhələ  Azərbayean 

iqtisadiyyatında 

dinamik 

inkişaf 

dövrü 

kimi 


qiymətləndirilə bilər.

Üçüncü  mərhələ  2004-cü  ildən  sonrakı  dövrü 

əhatə  edir.  Bu  mərhələdə  iqtisadi  inkişafın  artım 

surəti  daha  intensiv  olmuşdur.  Belə  ki,  məsələn,

2004-  cü  ildə  dövlət  büdcəsi  2  milyard  dollar  idisə,

2005-  ci  ildə  2,5  milyard,  2006-cı  ildə  4  milyard 

dollar  olmuşdur.  2007-ci  ildə  artıq  6,5  milyard dollar 

həcmində  proqnozlaşdırılmışdır.  2008-ci  ildə  dövlət 

büdcəsi  11  milyard,  2009-cu  ildə  isə  15  milyard  545 

milyon  dolları  ötüb  keçmişdir.  2010-cu  il  üçün  icmal 

büdcəsini  yuxarı  həddi  isə  12  milyard  636.  milyon 

manat  hesablanır.  Üçüncü  mərhələni  iqtisadiyyatda 

sürətli  inkişaf dövrü adlandırmaq olar.  Müasir dövrdə 

iqtisadiyyatın  sürətli  artımını  təmin  edən  amillər 

təkcə  ölkədaxili  resurslarla  məhdudlaşa  bilməz. 

İqtisadiyyatın  artımı  üçün  beynəlxalq  inteqrasiyaya 

qoşulmaq ən  zəruri  şərtlərdən biri  hesab  edilməlidir.

116


Çünki  müasir  qloballaşma  şəraitində  inteqrasiyaya 

qoşulmadan  dirçəlişə  və  irəliləyişə  nail  olmaq 

mümkün deyildir.  Müasir dövrdə,  qloballaşma Ramiz 

Mehdiyevin  təbiricə  desək,  «Qarşılıqlı  iqtisadi 

amillərlə  müəyyənləşən  bir  prosesə  çevrilmişdir».1 

Bu  mənada,  qloaballaşma  əslində,  iqtisadi  cəhətdən 

güclü  olan  ölkələrin başqa ölkələri  öz  təsirinin  altına 

alması  kimi  başa düşülür.  Məqsəd burada qlaoballaş- 

madan  mümkün  qədər  fayda  götürmək  imkanlarının 

əldə edilməsindən ibarətdir.

Əli  Həsənov  haqlı  olaraq yazır  ki,  «Qloballaş­

ma  keçid  dövrünü  yaşayan,  xammalı,  işçi  qüvvəsi 

ucuz  olan,  daxili  istehsalı  və  bazarı  zəif qorunan  öl­

kələrə  daha  çox  ziyan  vurur.  Bir  qayda  olaraq,  belə 

ölkələrin  daxili  istehsalı  rəqabətə  dözməyərək  tam 

iflasa uğrayır.  Bu da nəinki həmin ölkənin sosial-iqti­

sadi  vəziyyətinə,  eyni  zamanda,  milli  -m ənəvi  də­

yərlərinə,  milli  özünəməxsusluğuna və  həyat tərzinə 

mənfi təsir göstərir və onun keyfiyyətini dəyişir».2

Qloballaşma  bir  tərəfdən  sərhədlərdən  -   sər­

hədlərə,  məsafələrdən  -   məsafələrə  keçərək  insan 

cəmiyyətini  zamandan  -   zamana  qazanılmış  ümum­

bəşəri  dəyərlərlə  birləşdirir,  ictimai,  siyasi  və 

psixoloji  vəhdət yaradılmasına  səbəb  olur,  yoxsullu-



1 Bax: Ramiz Mehdiyev. XXI əsrdə milli dövlətçilik. Bakı, 2003, 

s.34.

2 Bax: Əli Həsənov.  Müasir beynəlxalq münasibətlər və 

Azərbaycanın xarici siyasəti. Bak, 2005, s.157

117



ğun  aradan  qaldırılmasına  və  bəşəriyyətin  maddi 

rifahının  yaxşılaşdırılmasına  təsir  edən  iqtisadi 

dirçəlişə təkan verir.  Digər tərəfdən,  cəmiyyət həyatı 

qloballaşmanın təzadlı nəticələri ilə qarşılaşmalı olur. 

Belə ki, bir tərəfdən ictimai həyatda maddi istehsalın 

həcminin  artması  insanların  rifahının  yaxşılaşmasına 

təsir göstərir, digər tərəfdən iqtisadi cəhətdən inkişaf 

etməmiş ölkələr qlobal tərəqqi ilə ayaqlaşa bilmədiyi 

üçün xammal mənbəyi olmaqdan irəli gedə bilmir və 

asılı  vəziyyətə  düşür.  Milli  mənəviyyatda  isə keyfiy­

yət  dəyişmələri  baş  verməsi  istisna  olunmur.  Başqa 

sözlə,  qloballaşmadan  o  ölkələr  xeyir  götürür  ki, 

onun iqitsadiyyatı təkcə xammala bağlı olmasm,  həm 

də ölkədə istehsal prosesləri mövcud olsun və inkişaf 

etsin.  İstehsal  sahələri  yarada  bilməyən  ölkələr  isə 

təkcə  xammal  mənbəyinə  çevrilir.  Xammal  mənbəyi 

olan  öləkələrdə  istehsal  yaranmadığı  şəraitdə  ayrı  -  

ayrı  sahələrdə  monopoliyalar  baş  qaldırır.  Əhalinin 

az  qismini  təşkil  edən  məmur tipli  şəxslər  gəlir  əldə 

edir.  Qalan  əhali  isə  yoxsulluq  həddindən  çıxa 

bilmir.  Yoxsul  əhali  yoxsullaşaraq  proletariata 

çevrilir.  Proletariatın  isə  tarixi  vəzifəsi  inqilabçı 



kütləyə  çevrilməkdən  ibarətdir.  Azərbaycan  Res­

publikası  bu gün iqtisadi  inteqrasiyaya  fəal  qoşulmuş 

ölkələr  sırasındadır.  Azərbaycan  Respublikasının 

beynəlxalq  əlaqələrə  xüsusən,  iqtisadi  inteqrasiya 

məkanına qoşulmasmdan məqsəd ölkənin müstəqilli­

yini  qorumaq,  onun  bütövlüyünü  təmin  etmək,  əmin

118

-   amanlığa  nail  olmaq,  istehsalın  şəbəkəsini  artar­



maqla insanların maddi rifahını yüksək  səviyəyə çat­

dırmaqdır.

Bu  gün  Respublikamızın  şəhər  və  rayonlarında

-   Bakıda,  Gəncədə,  Sumqayıtda,  Mingəçevirdə, 

Şəmkirdə  və  digər  yerlərdə  aparılan  quruculuq  və 

abadlıq işləri  tarixiliklə müasirliyi  qovuşdurur.  Tarixi 

abidələrin  bərpası,  dünya  standartlarına  uyğun  çə­

kilən  yollar,  yeni  parklar,  yaşıllıqlar  müasir  məktəb 

binaları,  səhiyyə ocaqları, sağlamlıq və istirahət mər­

kəzləri, gənclərdə vətənpərvərlik tərbiyəsinin forma­

laşmasına xidmət edən olimpiya idman kompleksləri, 

sənaye  istehsalı  müəssisələri  azərbaycançılığm  canlı 

timsalı və bariz nümunəsidir.

Aydındır  ki,  müasir  dövrdə  beynəlxalq  inteqra­

siyaya  qouşlamadan  sosial  -   iqtisadi  inkişafa  nail  ol­

maq  mümkün  deyildir.  İnteqrasiya  məkanı  isə  təkcə 

iqtisadiyyatla  bağlı  deyildir.  İqtisadiyyat  başqa  sahə­

lərin  inteqrasiya  məkanına  qoşulmasının  maddi  sti­

muludur.  Yəni  iqtisadi  inteqrasiya  öz  arxasınca siya­

si, diplomatik, mədəni və s.  sahələrin əlaqə məkanını 

genişləndirir.

İqtisadiyyatın  sürətli  artımı  ölkənin  beynəlxalq 

aləmdə  nüfuzunu  qaldırır,  onun  müdafiə  qüdrətini 

gücləndirir.  Ona  görə  də  müstəqilliyin  daimi,  əbədi 

və  dönməz  olması  üçün,  ölkəmizin  ərazi  bütövlüyü­

nün təmin  olunması üçün iqtisadi  inkişaf əsas  strateji 

istiqamətdir. 

Ölkəmizin  iqtisadi  nailiyyətlərinin

119



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə