Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

münasibətlər əsasına yaranan və ya ailə münasibətlə­

ri  üzərində  qurulan  dostluq),  qohumluq  (qohumluğa 

görə münasibətlərin davm etdirilməsi), müəyyən  ailə 

mərasimlərin  davam  etdirilməsi  (məsələn,  ailə 

qurmaq  mərasimi,  elçi  getmək,  nişan  aparmaq,  toy 

etmək,  gəlin  gətirmək,  toydan  sonrakı  mərasimlər, 

uşaq  anadan  olanda  adqoydu  keçirmək  və  s.); 

bayramlarla  bağlı  mərasimlərin  keçirilməsi  (yaz 

bayramında  yumurta  boyamaq,  qapı  pusmaq,  od 

yandırmaq,  bayram  süfrəsi  açmaq,  kosa  -   keçəl 

oyunlarını  təşkil  etmək,  bəxt  sınamaq  və  s.)  bu  gün 

də  yaşayır.  Yaz  bayramının  təmtəraqlı  keçirilməsi  il 

boyunun  şadlıqla,  fıravanlıqla,  xoşbəxtliklə  keçiril­

məsinin rəmzi əlamətidir.

Azərbaycan xalqı üçün  səciyyəvi  olan bəzi  adət 

və  ənənələr də  vardır ki,  onların  formalaşması  islam 

dini  ilə  bağlıdır.  Məsələn,  ölünün  dəfni  qaydaları, 

ölənə  yas  mərsaimlərinin  saxlanması,  cümə  axşamı 

günlərinin  qeyd  olunması,  müqəddəs  sayılan yerlərin 

ziyarət  edilməsi  və  s.  islam  dini  ilə  əlaqədar 

yaranaraq formalaşmışdır.

Bəzi  adət  və  ənənələr  isə  artıq  unudulmuşdur. 

Ancaq onların  izləri bu və ya  digər sözlərdə  qallmış- 

dır.  Məsələn,  ölən  şəxsin  dəfni  haqqında  bəzən 

«quyulanmaq»  sözü  işlədilir.  Bu  o  deməkdir  ki,  nə 

vaxtsa  öləni  indiki  kimi  dəfin  etməyib  quyuya 

salırlarmış.  Yaxud  bəzən  kiminsə  haqqında  «canı 

yanmış»,  «tünbətün  olmuş»,  «canımı  oda  salmaq»,

80

«atasına od vurmaq» kimi ifadələrin də  işlədilməsinə 



təsadüf edilir.  Bu  o  deməkdir  ki,  nə  zamanca  ölənin 

yandırılma  mərasimi  bizim  cəmiyyətdə  də  mövcud 

olumuşdur.  Lakin  islamdan  sonra  bu  adətlər  aradan 

çıxmışdır.  Onun  dildə  yaşayan  izləri  isə  hansı 

adətlərin  sonralar  ictimai  normalardan  uzaqlaşdığını 

göstərir.  Bəzən  dildə  «daşı  atılmış»,  «daşqalaq 

olunmuş»,  «külü  təpəsinə  qoyum»,  «gözünə  kül 

olmuş» 


və  s.  kimi  ifadələr  də  işlədilir.  Bu  o 

deməkdir  ki,  nə  zamansa  ya  ölənin  arxasınca  daş 

atmaq  adəti  olmuşdur,  ya  günah  işləmiş  adamı  daş  -  

qalaq  yolu  ilə  öz  cəzasına çatdırmışlar,  yaxud başına 

və  ya  gözünə  kül  qoymuşlar.  Ancaq  bu  adətlər 

unudulmuşdur. Adət -  ənənə ictimai xarakter daşıdığı 

üçün  bu  gün  bəşəri  adətlərdən  istifadə  məişətdə 

özünə 


geniş 

yer 


tapmışdır. 

Məsələn, 

toy 

mərasimlərindəki  bir  çox  adətlər  unudulmuşdur. 



Toyda «bəy tərifi»,  «gəlin atdandı»,  toy zaman təşkil 

edilən  yarışlar  və  s.  yaddan  çıxıb.  Toyda  bəylə 

gəlinin bir məclisdə  oturması,  hamının birlikdə rəqsə 

dəvət olunması,  toyun xüsusi  aparıcılarının olması və 

s.  yeni  adətlərdəndir.  Yaxud,  qadınlar  bayramının, 

sevgililər bayramının keçirilməsi yeni adətlər sırasına 

daxildir.  Milli  xarakterli  adətlərin  içərisində  yerli 

(lokal)  adətlər  də  vardır ki,  belə  adətlərdə  hər hansı 

regiona 

məxsus 


ənənələr 

təcəssüm 

olunur. 

Bütövlükdə  isə  bunların  hamısı  Azərbaycan  adət  -  

ənənələrinin tərkib hisslərini təşkil edir.

81



Adət  və  ənənələlərin,  bayramların,  mərasimlə­

rin  ictimai  xarakteri  onların  kütləviliyi  ilə  səciyyələ­

nir.  Cəmiyyət  həyatındakı  kütləviləşmə  isə  ictimai 

həmrəliyin, mənəvi-psixoloji birliyin və vəhdətin tə­

məlidir.

5)  ümumbəşəri dəyərlər

Ümumbəşəri  dəyərlər  də  adət  və  ənənə  kimi 

ictimai  xarakterlidir.  Ancaq  adət  və  ənənələrdən 

fərqli 

olaraq 


ümumbəşəri 

dəyərlər 

qlobal 

əhəmiyyətli  şüurun  təzahür  formasından  ibarətdir. 



Ümumbəşəri  dəyərlər  insan  cəmiyyətində  həmişə 

mövcud  olmuşdur.  Ümumbəşəri  dəyərlər  elə  bir 

mənəvi təsir vasitəsidir ki,  onlar bir məkanda yaranır 

və 


öz 

ictimai 


xarakterinə 

görə 


sərhədlərini 

genişləndirə  bilir.  Ümumbəşəri  dəyərlər,  başqa 

sözlə,  insanın  ictimai  şüuruna  daha  intensiv  şəkildə 

təsir  edən  mənəvi  -  psixoloji  vasitədir.  Ümumbəşəri 

dəyərlər  mədəni  ənənləri  olan  insan cəmiyyətlərinin 

hər  birində  formalaşa bilər.  Məsələn,  Azərbaycanda 

XII  əsrin böyük dahi  mütəfikkiri Nizami  Gəncəvinin 

yaratdığı 

insan 

azadlığı, 



hüquq 

bərabərliyi 

haqqındakı  fikirlər,  demokratik  cəmiyyət  arzuları 

ümümbəşəri  ideyalar  kimi  qiymətləndirilə  bilər. 

Doğrudan  da Nizamidən  əvvəl  bədii  ədəbiyyatda  bu 

ideyalar  ümumiləşdirilməmiş  və  həmin  dövrün 

dövlətçilik  qurumlarında  onların  həyata  tətbiq 

olunması  barədə  heç  bir  təşəbbüs  yaranmamışdır. 

Lakin 

ideyalar  yaşamışdır. 



Nizaminin  əsərləri

82

yayıldıqca,  oxunduqca  onun  yaratdığı  ideyalara  da 



maraq çoxalmışdır.

Avropada həmin ideyalar Nizamidən dörd yüz il 

sonra  oyanmağa  başlamışdır.  Onu  da  nəzərə  almaq 

lazımdır  ki,  Nizamidə  həmin  ideyalar  nə  qədər  mü- 

kəmməldirsə,  Avropada  utopistlərin  yaratdığı  ideya­

lar  o  qədər  sadə  görünür.  Nizaminin  yaratdığı  ideya­

lar  Nəsimi,  Füzuli  və  başqa  sənətkarlar  tərəfindən 

daha  da  dərinləşdirilmiş  və  zənginləşdirilmişdir. 

Ümumiyyətlə,  bəşəri  ideyaların  yaranmasında  böyük 

şəxsiyyətlərin  çox  mühüm tarixi  rolu vardır.  Ümum­

milli  liderimiz  Heydər  Əliyev  təsadüfü  demir  ki, 

«Azərbaycanın  mütəfəkkir  insanları,  mütərəqqi  in­

sanları,  Azərbaycanın  böyük  şəxsiyyətləri,  Azərbay­

canın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, 

mədəniyyət  xadimləri  Azərbaycan  xalqının  milli  -  

mənəvi dəyərlərini yaradıblar».1

H ər  bir  xalqın  yaratdığı  milli  -   mənəvi 

dəyərlər, 

bilavasitə 

həmin 

xalqın 

özü 

üçün 

səciyyəvidir,  başqaları  üçün  örnək.  Həmin  milli  -  

mənəvi keyfiyyətlər xalqın  etiketidir.  Bəşəri dəyərlər 

isə  hamı  üçündür,  hüdudsuzdur,  genişdir. JA

qx

  hansı 


bir cəmiyyətdə yaranan bəşəri dəyərlər həm dünyəvi 

ictimai  şüura  təsir  göstərir,  həm  də  xalqın  özünün 

mənəviyyatını 

zənginləşdirir, 

xalqın 

şüurunda 



bəşərilik  yaradılmasının  stimuluna  çevrilir.  Müasir

—f

--------------------------------------



'  Bax: «Xalq qəzeti», 24 noyabr,  1998.

83



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə