Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
  1   2   3   4   5   6   7   8   9   ...   28


YENİ  AZƏRBAYCAN  PARTİYASI 

GƏNCƏ  ŞƏHƏR  TƏŞKİLATI

Y U S İF O V   M Ü B A R İZ   İM R A N   O Ğ L U

A Z Ə R B A Y C A N Ç I L I Q

Kitab  yeni  Azərbycan  Partiyası 

Gəncə 

şəhər 

Təşkilatının 

İdarə 

Heyətinin  29  iyun  2007-ci  il  tarixli 

iclasının  (protokol  №6)  qərarı  ilə 

çapa təqdim olunmuşdur.

Azərbaycan  Respublikası  Prezidentinin 

işlər  idarəsi

PREZİDENT  KİTABXANASI

«Elm və təhsil» 

Bakı-20 1 0


R edaktor:

İsrafil İsmayılov

Yeni A zərbaycan  Partiyası 

G ən cə ş ə h ə r  Təşkilatının sə d ri

Rəyçi: 

Nizami Cəfərov

A M E A -nın m ü xbir üzvü, p rofessor

Yusifov Mübariz İmran oğlu. Azərbaycançılıq.

Bakı, «Elm və təhsil», 2010. -1 3 2  səh.

Kitabda  azərbaycançılıq  ideyalarının  ümumi  prinsipləri 

barədə bəhs  olunur. Azərbaycançılıq ideyaları  ictimai şüur for­

ması  olmaq  etibarı  ilə  tarixi bir kateqoriyadır.  Azərbaycançılıq 

ideyaları  özündə tarixiliyi və müasirliyi,  ənənə  və varisliyi,  ic­

timai  psixologiyanı  və  etnik təfəkkürü birləşdirir.  Azərbaycan- 

çılıq tarixən ictimai  şüur  forması kimi  mövcud olmuşdur.  Müs­

təqil  dövlətçilik  şəraitində  isə  azərbaycançılıq  milli  şüur  for­

masına çevrilir.  Kitabda azərbaycançılıq ideyaları məhz tarixlə 

müasirliyin qovşağında izah  edilir.  Kitab Heydər Əliyev  irsinin 

gənc  nəslə  öyrədilməsi  və  mənimsədilməsi  məqsədi  ilə  ha­

zırlanmışdır.  Kitabdan  eləcə  də politoloqlar,  müəllimlər və  ic­

timai  -   siyasi  hadisələrlə  bağlı  tədqiqat  aparanlar  faydalana 

bilərlər.  Rəy  və  təkliflər  üçün  müəllif əvvəlcədən  oxuculara 

öz təşəkkürünü bildirir.

ISB N   9 7 8 -9 9 5 2 -8 0 9 -8 4 -8

© «Elm və Təhsil», 2010

G iriş

AZƏRBAYCANÇILIQ İDEYALARI HAQQINDA

Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə 

qiymətləndirməliyik və tarixi köklərimizin mənasını 

dünyaya bəyan etməliyik, yaymahyıq, təbliğ etməliyik, 

onunla fə x r etməliyik. Eyni zamanda, öz milli-mənəvi 

dəyərlərimizi ümumsbəşəri dəyərlərlə birləşdirib, 

zənginləşdirdi Azərbaycan xalqının ümumi dəyərlərini, 

m ənəvi dəyərləriniyaratmahyıq.

Heydər  Əlyiev

Azərbaycançılıq  ideyaları  özünün  tarixi  etibarı 

ilə  qədim  dövrlərlə  səsləşir.  Azərbaycançılıq  ideya­

ları  Azərbaycan  xalqma  məxsus  etnik  və  psixoloji 

amillərlə,  ictimai  təfəkkürün  qaynaqları  ilə,  xalqın 

məişət  həyatı  ilə  dərindən  bağlı  olan  düşüncə  və 

təsəvvürlər 

bazasmda 

yaranır. 

Azərbaycançılıq 

ideyalarının  formalaşmasında  insan  və  cəmiyyət 

amili  xüsusi  yer  tutur.  Hər  bir  insan  cəmiyyətin  bir 

üzvüdür.  Cəmiyyətdə  özünəməxsus mövqe tutan  hər 

bir  şəxs  bu  və  ya  digər  ideyanm  yaradıcısı  ola bilər. 

Lakin  hər  bir  fərdi  ideya  cəmiyyətin  ümumi 

psixologiyasını,  təsəvvür  və  təfəkkürünü  təyin  edə 

bilmir.  Cəmiyyət  həyatı  üçün  ümumi  xarakter 

daşıyan  ictimai  fikir  və  düşüncələr  zaman  -   zaman 

yetkinləşərək  bütöv  bir  sistemə  çevrilir.  Cəmiyyət 

həyatında  bütövləşən  ictimai  ideyalar  cəmiyyət 

üzvlərinin  ictimai  xarakterini  təyin  edir.  Bütün

3



ictimai ideyaların mahiyyəti milli şəxsiyyət obrazının 

yaranması  ilə  nəticələnir.  Belə  ki,  məsələn  azərbay- 

cançılıq  ideyalrı  mühitində  formalaşan  azərbaycanlı 

obrazı  beynəlxalq  ictimaiyyətə  özünəməxsus  xa­

rakterə  malik olan  milli bir  şəxsiyyət nümunəsi kimi 

təqdim  edilir.  Azərbaycançılıq  ideyalrı  ümumilikdə 

azərbaycançılıq  anlayışının  özünü  formalaşdırır. 

Azərbaycançılıq  ideyalrı  azərbaycançılıq  anlayışı  ilə 

üzvi  şəkildə  bağlıdır.  Yəni  bu  ideyalar  mövcud  ol­

masa, yaranmasa,  formalaşmasa,  yetkinləşməsə  azər- 

baycançılıq  anlayışından danışmaq  mümkün  deyildir. 

Başqa  sözlə,  azərbaycançılıq  ideyalrı  bütövləşir, 

ümumiləşir  və  azərbaycançılıq  anlayışını  yaradır. 

Azərbaycançılıq  anlayışının  yaranmasında  ümumilə­

şən  azərbaycançılıq  ideyalımın  bazasını  ictimai  tə­

fəkkürün  mövcudluğu,  milli  -   mənəvi  dəyərlər  və 

müstəqil  dövlətçilik  ənənələri  təşkil  edir.  Azərbay- 

cançılıq  anlayışının  özü  isə  cəmiyyət  həyatında  çox 

mühüm ictimai,  siyasi,  ideoloji və hərəkətverici əhə­

miyyət  daşıyan  milli  şüur  mənasında  başa  düşülür. 

Beləliklə,  azərbaycançılıq  anlayışının  daxili  məzmu­

nunu 


qısa 

olaraq 


belə 

xarakterizə 

etmək 

mümükündür:  azərbaycançılıq  ictimai  təfəkkürün 



canlanması  ilə  yaranan,  milli  mənəvi  dəyərlər 

bazasında  yetkinləşən 

və 

müstəqil 

dövlətçilik 

ənənələri  əsasında formalaşan  milli  şüurdur.  Bu  o 

deməkdir  ki,  ictimai  təfəkkürdə  milli  ideyalar 

yaranmasa  milli -  mənəvi  dəyərlər də  meydana gələ

4

bilməz.  İctimai  təfəkkür  bazasında  yaranan  milli  -  



mənəvi 

dəyərlər 

isə 

dövlətçiliklə 



qorunur,

zənginləşir  və  inkişaf edir.  Dövlətçilik olmadan milli 

ideyalar  ancaq 

lokal 


səviyyədə 

qalmaqla


məhdudlaşır.  İctimai  təfəkkür  cəmiyyətlə  birlikdə 

yaşadığı üçün həm tarixidir, həm də müasir.

Azərbaycan  xalqının  Ümummilli  lideri  Heydər 

Əliyev  öz  çıxışları  zamanı  milli  ideyaların  formalaş­

m asında, tarixliyin  və  müasirliyin  dialektik  vəhdət 

təşkil etdiyini dönə-dönə bəyan etmişdir.1

Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev  milli  ənənələrin  qorunub  saxlanmasında  tari­

xiliyin,  milli  ideyaların  bəşəri  ideyalarla  qovuşdurul- 

masmda  isə  müasirliyin  əhəmiyyətli  rol  oynadığını 

göstərir.2

Bu mənada milli ideyalar təkcə tarixi kateqoriya 

deyil,  həm  də  müasirdir,  daimidir  və  gələcək 

nəsillərin  sərvətidir.  Milli  şüur  anlayışına  gəldikdə 

isə  onun  başlıca  əlamətlərini 

aşağıdakı  kimi 

səciyyələndirmək olar:

1 Bax:  Heydər Əliyev. Yeni Azərbaycan Partiyasının yaradılmasının 

altına  ildönümünə  həsr  olunmuş  təntənəli  iclasdakı  nitqi  «Xalq 

qəzeti»  ,  24  noyabr,  1998:  Heydər  Əliyev.  Müstəqillik  yolu  Bakı, 

1997,  67-75.

2  Bax:İlham  Əliyev  Gəncə  şəhər  ictimaiyyəti  qarşısında  nitqi. 

«Azərbaycan»  qəzeti,  19  iyun,  2004;  İlham  Əliyev  Cəncə  şəhər 

ictimaiyyəti  qarşısındakı  nitqi.  «Xalq  qəzeti»,  12  fevral,  2010; 

İlham  Əliyev  Ağdaş  və  Göyçay  rayonlarında ictimaiyyət  qarşısın­

dakı  niqti.  «Xalq  qəzeti»,  13  fevral  2010;  Əlavə  olaraq bax:  «Res­

publika» qəzeti, 26 oktyabr 2004.

5



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə