Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

dövrdə  bəşəri  ideyalar  əsas  etibarı  ilə  beynəlxalq 

iqtisadi  məkanda  baş  verən  qloballaşma  ilə  əlaqədar 

yayılır.  Qloballaşma  milli  mədəniyyətlərə  birbaşa 

təsir  edir.  Ramiz  Mehdiyev  yazır  ki,  «Qloballaşma 

milli  mədəniyyət  və  ənənələrin  prioritetlərini  gizli 

şəkildə  dağıdır,  özünəməxsusluqdan  uzaqlaşmağa 

gətirib  çıxarır  və  cəmiyyətin  coğrafi  və  iqtisadi 

vəziyyətindən və siyasi quruluşundan asılı olmayaraq 

onun qərbləşməsini həyata keçirir».1

Nəzərə  aldıqda  ki,  müasir  dövrdə  qloballaşma­

nın  təbiri  ilə  Qərbə  məxsus  mədəniyyət  etiketləri 

başqa ölkələrə  səssiz -  küysüz daxil olur,  onda,  milli 

mədəniyyətimizin  qorunması  haqqında  Heydər  Əli­

yev  tövsiyələrinə  biganə  qalmağın  yolverilməz 

olduğu  hamını  düşündürməlidir.  Biz  Qərbdən  elə 

etiketləri  qəbul  etməliyik  ki,  onlar  milli  -   mənəvi 

dəyərlərimizi  zənginləşdirə  bilsin.  Çünki  müasir 

beynəlxalq inteqrasiya  şəraitində  Azərbaycan  cəmiy­

yəti özünü dünyadan təcrid edə bilməz.  Bu gün Azər­

baycan  Respublikası  iqtisadi,  siyasi,  elmi,  mədəni və 

bir  çox  sahələrdə  beynəlxalq  inteqrasiya  məkanına 

qoşulmuşdur.  Ona  görə  də  bəşər  mədəniyyətinin  ən 

yaxşı ənənələrini qəbul etmək bir zərurətə çevrilmiş­

dir.  Eyni  zamanda,  mədəniyyətlərin  yaxınlaşması 

Azərbaycan  cəmiyyətinə  xas  olan  milli  -   mənəvi 

dəyərlərin bəşər mədəniyyətinin bir  tərkib  hissəsinə



1 Bax: Рамиз Мехтиев. «Азербайджан: вызовы глобализации». 

Баку, 2004, s.561.

84

çevrilməsinə  və  onu  zəngiləşdirməsinə  də  təminat 



yaradır.  Əlbəttə ki,  vacib  şərt milli mədəniyyətin qo­

runmasından  ibarətdir.  Buna  görə  Ümummilli  lideri­

miz  Heydər  Əliyev  göstərir  ki,  «öz  milli  -   mənəvi 

dəyərlərimizi  ümumbəşəri  dəyərlərlə  birləşdirib, 

zənginləşdirib  Azərbaycan  xalqının  ümumi  dəyərlə­

rini, mənəvi dəyərlərini yaratmalıyıq».1

Ümumbəşəri  dəyərlərlə  bağlı  nələrin  qəbul 

edilməsinə  də  Heydər  Əliyev  bir  konkretlik  və 

aydınlıq  gətirir.  Heydər  Əliyev  göstərir  ki,  «bunun 

içərisində  həm  demokratiya,  həm  hüquq  normaları, 

həm  dünyəvi  dövlət,  həm  insan  azadlığı,  insaiı 

haqlarının qorunması, plüralizm,  sərbəst ticarət, insan 

sərbəstliyi,  sərbəst  bazar  ticarəti,  sərbəst  bazar  iqti­

sadiyyatı var -  bunlar hamısı ümumbəşəri dəyərlərin 

bizim  milli  -   mənəvi  dəyərlərlə  vəhdətindən  mey­

dana gələn müddəalardır».2

Bu  müddəaların  qəbul  edilməsi  Azərbaycanda 

dövlətçiliyin  təməlinin  möhkəmləndirilməsinə  zəmin 

yaratmaqdır,  dövlətçiliyin atributlarına hörmət və eh­

tiram göstərməkdir,  Azərbaycan mədəniyyətini dünya 

mədəniyyətinə  tanıtmaqdır,  milli  mədəniyyətimizi 

dünya mədəniyyətinin bərabərhüquqlu subyektinə çe­

virməkdir,  dünya  elmindən  səmərəli  şəkildə  bəhrə­

lənməkdir, 

iqtisadiyyatımızı  gücləndirib  düşmən

 

!



2

Bax: «Xalq qəzeti», 24 noyabr,  1998. 

Bax: «Xalq qəzeti», 24 noyabr,  1998.

85



üzərində 

qələbəyə 

və 

xalqımızın 

rifahının 

yüksəldilməsinə nail olmaqdır.

Bütövlükdə  milli -  mənəvi  dəyərlərimizin zən­

ginləşməsi  cəmiyyətimizdə  mənəvi  zənginlik  yara­

dılmasına,  milli  şüurun  yetkinləşməsinə  və  müstəqil 

dövlətçiliyimizin  mənafeyinin  qorunmasına  xidmət 

göstərilməsi  deməkdir.  Başqa  sözlə,  cəmiyyətdəki 

milli  və  mənəvi  zənginliyin  özü  müstəqil  dövlətçili­

yimizin mənəvi dayağıdır.



8 6

ÜÇÜNCÜ BÖLMƏ



Müstəqil dövlətçilik ənənələri

Milli  şüurun  formalaşmasında  müstəqil  dövlət­

çilik  ənənələrinin  olduqca  mühüm  rolu  vardır.  Döv­

lətçilik  ənənələri  hər  hansı  bir  ölkədə  tarixən 

formalaşır.  Azərbaycanda  müstəqil  dövlətçiliyin 

tarixi  qədim  olmasa  da  artıq  onun  özünəməxsus  ən­

ənələri  formalaşmışdır.  Bu ənənələr  az bir müddətdə 

o  qədər  zənginləşmişdir  ki,  onlar  ümumilikdə  yeni 

yaranan  dövlətçilik  qurumları  üçün  də  örnək  ola 

bilər.  Dövlətçilik  ənənələri  də  ictimai  xarakterlidir; 

cəmiyyətin  bütövləşməsi,  milli  ideyaların  bəşəri 

ideyalara  çevrilməsi,  ölkədə  insanların  firavan  həyat 

qura bilməsi,  elmin,  mədəniyyətin  inkişafı  bilavasitə 

bu ənənlərin bərqərar olunması ilə bağlıdır.

Azərbaycan  Respublikasında yaranmış  müstəqil 

dövlətçilik  ənənələrini  aşağıdakı  kimi  ümumiləşdir­

mək olar:

1)  ictimai birlik,  mütəşəkkillik,  ictimai həmrəy­

lik.

Müstəqil  dövlətçiliyi bərqərar olunmasında icti­



mai  birlik,  mütəşəkkillik  və  ictimai  həmrəylik  ən 

əsas  və  aparıcı  şərtlərdəndir.  Müstəqil  Azərbaycan 

dövlətçiliyin  ilkin  mərhələsində  bu  şərtlər  xüsusilə 

vacib  idi.  Çünki  ölkədə  dağıdıcı  və  təxribatçı  qüw ə-

87



lər  dövlətçiliyin  bünövrəsinin  möhkəmləndirilməsi 

qarşısında çox böyük maneçiliklər yaradırdılar.  Buna 

görə də Heydər Əliyev deyirdi:  «Mən hər dəfə hamı­

nı milli birliyə dəvət edirəm,  milli  həmrəyliyə  dəvət 

edirəm,  hamımızı  birlikdə  Azərbaycanın  müstəqilil- 

yini qoruyub saxlamağa dəvət edirəm».1

Azərbaycanda 

ictimai 


-  

siyasi 


sabitliyin 

yaradılması da məhz,  bilavasitə,  Heydər Əliyevin adı 

ilə  bağlıdır.  Azərbaycan  Respublikası  1991-ci  il 

oktyabrın  18-də öz müstəqilliyini elan etdi.  Müstəqil­

liyin elan edilməsi tarixi bir məqam idi. Artıq cəmiy­

yətdə  ictimai  şüurun formalaşması  səviyyəsi belə bir 

məqamdan  istifadə  olunmasına  münbit  şərait  yarat­

mışdı.  Enyi  zamanda,  Azərbaycanda  müstəqilliyin 

elan  edilməsi,  əslində  onun  tarixi  köklər  üzərində 

bərqərar  olunması  idi.  Heydər  Əliyev  Azərbaycanda 

müstəqilliyin elan olunmasına dair həyati reallığı belə 

şərh  edir:  «Müsətqillik  əldə  edən  hər  bir  ölkə,  milli 

azadlığını əldə edən xalq öz xoşbəxtliyinə gəlib  çatır. 

Ancaq müstəqilliyi əldə  etmək böyük nailiyyət oldu­

ğu kimi,  onu yaşatmaq və  əbədi  etmək ondan  da bö­

yük nailiyyətdir,  ondan  da  çətin  bir  işdir.  XX  əsrdə, 

1918-ci  ildə  Azərbaycan  dövlət  müstəqilliyini  əldə 

etdi.  Bu  gün  tarixi  düzgün  təhlil  etmək  lazımdır. 

Əgər rus çar imperiyası dağılmasaydı belə bir tarixi -  

ictimai 


şərait  yaranmasaydı, 

bizim 


mütərəqqi

1 Bax:  «Xalq qəzeti», 24 noyabr,  1998.

88

insanlarımız nə qədər mübarizə  aparmış olsaydılar da 



heç 

bir 


müsətəqillik 

əldə 


edə 

bilməzdilər. 

Müstəqillik  elan  olundu,  23  aydan  sonra  bu  dövlət, 

hökumət  məhv  oldu.  Birinci,  ona  görə  ki,  daxili 

çəkişmələr  imkan  vermirdi  ki,  bu  dövlət  yaşasm. 

ikincisi  də  çar  Rusiyası  dağıldısa  bir,  iki,  üç  il 

Vətəndaş 

müharibəsi 

gedəndən 

sonra 


özünü 

möhkəmləndirdi  və  onun  yerində  Sovet  imperiyası 

yarandı.  Azərbaycan  öz  dövlət  müstəqilliyini  itirdi. 

Demək müstəqilliyi  əldə  etmək,  onu yaşatmaq tarixi 

ictimai -  siyasi şəraitdən asılıdır.

1991-ci  ildə  də  Sovetlər  İttifaqı  dağılmasaydı 

heç  bir  qüvvə,  15  müttəfiq respublikanın heç biri öz 

müsətəqilliyini  elan  edə  bilməzdi.  Yəni  1991-ci  ildə 

də  1918-ci  ildə  olduğu  kimi  Azərbaycamn  dövlət 

müstəqilliyini  elan  etməsi  yaranmış  tarixi  ictimai  -  

siyasi  vəziyyətin  nəticəsində  olmuşdur.  Ancaq  bu 

müstəqilliyi yaşatmaq nə cür oldu ?

1991-ci  ilin  sonunu  və  1992-ci  ili  götürək.

1992-ci  ildə  Azərbaycan  müstəqilliyini  saxlaya 

bilirdimi  ?  Yox.  1993-cü  ilin  iyun  ayında  başlanmış 

vətəndaş  müharibəsi  Azərbaycanın  müstəqilliyini 

məhv edirdi».1

Müstəqillik  elan  edildikdən  sonra  qarşıda  bir 

əsas  məqsəd  dururdu.  O  da  müstəqilliyin  qorunub 

saxlanmasından  ibarət  idi.  Ancaq  o  zaman  ha­



1 Bax:  «Xalq qəzeti», 24 noyabr,  1998.

89



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə