Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   20   21   22   23   24   25   26   27   28

SSRİ-nin  dağılması  ilə  baş  verən  boşluqdan  istifadə 

edərək  ya  ölkəmizdə  gözü  olan  xarici  müdaxiləçilə­

rin  sifarişlərini  yerinə  yetirirdi,  ya  da  öz  şəxsi  mə­

nafelərin  həyata  keçirməklə  cəmiyyətdən  daha  artıq 

pay qopartmağa səy göstərirdilər.  Ona görə də AXC- 

Müsavat cütlüyü özlərinə dayaq tapa bilmədi.  Onların 

xalqa  zidd  niyyətləri  isə  iflasa  uğradı.  Həmin 

partiyalar  iqtidarda  təmsil  olunmalarma  baxmayaraq 

dövlətçiliyin  sükanını  əllərində  saxlaya  bilmədilər. 

Yeni Azərbaycan Partiyası isə öz üzərinə düşən tarixi 

missiyanı  ləyaqətlə,  şərəflə  yerinə  yetirdi.  Xalqın 

Yeni Azərbaycan  Partiyası ətrafındakı mütəşəkkilliyi 

onun 2 1 - 2 2  dekabr  1999-cu ildə keçirilən birinci,  21 

noyabr 2001-ci ildə keçirilən ikinci və  26 mart 2005- 

ci  ildə  keçirilən  üçüncü  qurultaylarında  bir  daha 

təsbit edilmişdir.

Hazırda  ölkə  üzrə  partiya  üzvlərinin  sayı  505 

mindən  artıqdır.  Gəncədə  isə  partiya  üzvlərinin  sayı 

23  min  525  nəfəri  ötüb  keçmişdir.  Azərbaycan 

Prezidenti  İlham  Əliyevin  2007-ci  il  9  fevral  tarixli 

sərəncamı  ilə  həmin  ilin  «Gənclər  ili»  elan  edilmə­

sindən  sonra  partiyanın  mövqelərinin  gənc  qüvvələr 

hesabına daha da gücləndirilməsi cəmiyyət həyatında 

baş  verən  ən  mühüm  hadisələrdən biri  kimi  qiymət­

ləndirilməlidir.

Heydər  Əliyev  tərəfindən  bünövrəsi  qoyulmuş 

milli  birlik,  mütəşəkkillik  və  ictimai  həmrəylik 

ideyası  Ümummilli  liderimizin  hakimiyyətə  ikinci

108

qayıdışından  sonra  tezliklə  öz  bəhrəsini  verdi.  Xalq 



mütəşəkkil  oldu  və  ölkəni  həm  daxildən,  həm   də 

xaricdən  parçalamaq  istəyən  qüvvələrin  qarşısına 

sipər  çəkdi.  Haqq  qalib  gəldi.  Bu  gün  xalqın 

mütəşəkkilliyi yenilməz bir qüvvəyə çevrilmişdir.  Bu 

yenilməz  qüvvə  ölkə  prezidenti  İlham  Əliyevin 

ətrafında  sıx  birləşmişdir.  Bu  birlik  gündən  -   günə 

artır, güclənir və möhkəmlənir.

2)  ictimai -  siyasi sabitlik

Müstəqilliyin 

elan 


edilməsindən 

sonrakı 


müddətdə  ictimai  -   siyasi  sabitlik  yaradılması  ən 

vacib  bir  məsələ  kimi  qarşıda  dururdu.  Aydındır  ki, 

müstəqilliyin  elan  edilməsi  özü  ilə  birlikdə  bir  sıra 

geostrateji 

məsələlərin 

də 


həll 

olunmasını 

zəruriləşdirirdi. 

Azərbaycanın 

müstəqillik 

əldə 


etməsinin  qonşu  dövlətlərdə  və  beynəlxalq  aləmdə 

necə 


qiymətləndiriləcəyini 

nəzərə 


almadan 

ölkədaxili  problemlərin  həllinə  nail  olmaq  mümkün 

deyildi.  Həmçinin, nəzərə almaq lazım idi ki,  Cənubi 

Qafqazda  böyük  strateji  əhəmiyyətə  malik  olan 

Azərbaycan  torpaqlarına  strateji  mövqeyi  üçün 

marağı  olan  ölkələrin  görünməyən əllər uzanırdı.  Bu 

əllər  bir  tərəfdən  Azərbaycanla  düşmənçilik  edən 

Ermənistanı  qabağa itələyirdi,  digər tərəfdən ölkənin 

daxilindəki  təxribatçı  ünsürləri  idarə  edirdi.  Buna 

görə  də  Azərbaycanda  ictimai  -   siyasi  vəziyyət  çox 

çətin  idi.  Bir  tərəfdən  xarici  müdaxilələr  ciddi  prob­

lemlər  yaradırdı,  digər  tərəfdən  ölkədə  hakimiyyət

109



üstündə  çəkişmələr  baş  verirdi.  Ölkədaxili  çəkişmə­

lər  Ermənistan  qüvvələrinə  Azərbaycan  torpaqlarını 

zəbt etməyə daha artıq şərait yaradırdı. Azərbaycanın 

əraziləri  hakimiyyət  uğrunda  gedən  çəkişmələrin 

nəticəsində  düşmən  əlinə  keçirdi.  1992-ci  ildə  əsrin 

faciəsi  olan  «Xocalı  faciəsi»  baş  verdi.  Xocalının 

süqutunun başlıca səbəbi bundan ibarət idi ki,  ölkəyə 

rəhbərlik edən Ayaz Mütəllibov səriştəsiz idi.  İctimai 

-   siyasi  hadisələri  yaxşı  qiymətləndirə  bilmirdi.  Bu 

zəif  yeri  yaxşı  başa  düşən  təxribatçı  qüvvələr 

bilməmiş  deyildi  ki,  xalq  üzünü  Heydər  Əliyevə 

çevirə bilər.  Odur ki,  ölkədə daha artıq qarışıqlıq baş 

verməsi  üçün  hakimiyyət  uğrunda  canfəşanlıq  edən 

AXC  tərəfdarlarını  fəallaşdıradılar.  Ölkədə  erməni 

müdaxiləsi  davam  etdiyi  vaxtda  AXC-çilər  mitinqlər 

təşkil  edirdilər.  Torpaq  müdafiəsiz  qalmışdı.  Ona 

görə də məğlubiyyət -  məğlubiyyət arxasınca gəlirdi. 

«Xocalı  faciəsi»də  belə  baş  verdi.  Xocalı  Ağdama 

açılan koridor idi.  Ermənilər bu koridora sahib olmaq 

üçün  dəridən  -   qabıqdan  çıxırdılar.  Bunun  üçün 

məqam  yetişdi.  Onlar  Xankəndindəki  Rusiyaya 

məxsus  366-cı  motoatıcı  polkun  yardımı  ilə  Xocalını 

ələ  keçirə  bildilər.  Belə  qarma  -   qarışıq  dövrdə 

ölkədə üç  əsas dağıdıcı  qüvvə də baş qaldırmışdı.  Bi­

rincisi,  Şimal  rayonlarının  hesabına  «Ləzgi  dövləti» 

yaradılması,  ikincisi,  Cənub  rayonlarının  əsasında 

«Talış  -   Muğan  Respublikasının»  yaradılması, 

üçüncü  isə  Mərkəzdə  quberniyalar  yaradılması  ide­



110

yasından  ibarət  idi.  Bu  zaman  xalq  Ümummilli  lider 

Heydər  Əliyevi  hakim iyyətə  qaytardı.  1993-cü  ilin 

avqustunda  Əlikram  Hümbətovun  başçılığı 

ilə 

yaradılmış  qondarma  «Talış  Muğan  Respublikası» 



Heydər Əliyevin qətiyyəti ilə ləğv edildi.

1994-cü  il  oktyabrın  4-də  G əncədə  Surət 

Hüseynovun  tərəfdarlan  icra  hakimiyyətinin  binasmı 

tutdular.  Bakıda  qiyamçıları  müdafiə  edən  iki  hərbi 

hissə  də  dövlət  çevrilişində  iştiraka  cəlb  olundu. 

Oktyabrın  3-dən  4-nə  keçən  gecə  Prezident  Heydər 

Əliyev  radio  və  televiziya  ilə  xalqa  müraciət  etdi. 

Xalqın  Heydər  Əliyev  ətrafında  sıx  birliyini  görən 

qiyamçılar  geri  çəkilm əli  oldular.  Heydər  Əliyevin 

xalqa 


müraciətində 

deyilirdi: 

«Bilin 

ki, 


indi

Azərbaycanın 

sərhədlərində 

bizim 


qəhrəm an 

ordumuz,  cəsur  oğlanlarımız,  övladlarımız  torpaqla­

rımızın  keşiyində  durduğu  bir  vaxtda  Azərbaycan 

torpaqlarını  təcavüzdən  qoruduğu  vaxtda  ölkəmizin 

tarixində  belə  bir  vəziyyətin  yaranması  Azərbaycan 

torpaqlarına olan təcavüzə köməkdir, respublikamızın 

ərazi bütövlüyünə, müstəqilliyinə xəyanətdir».1

1994-cü  il  mayın  12-də  Qırğızıstanın  paytaxtı 

Bişkək  şəhərində  Ermənistanla  atəşkəs  haqqında 

razılıq əldə edildi.  Ölkədə  sabitliyin,  sülhün  və  əmin 

-  amanlığm əldə edilməsinə etibarlı zəmin yaradılmış

1  Bax:  Heydər  Əliyev.  Respublika  Milli  Televiziyası  və  radiosu  ilə 

xalqa  müraciəti.  4  oktyabr,  1994-cü  il.  «Müstəqilliyimiz  əbədidir». 

Bala,  1997, 2-ci cild,  s.360.

111



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə