Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə9/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

27 


olan cəhətlərin hamısını alıb Məhəmmədin simasında cəmləşdir-

mişdir.” Böyük Azərbaycan dramaturqu Hüseyn Cavid isə başqa 

yolla getmişdir. O, tarixi hadisələrə obyektiv yanaşmış, hər  şey-

dən  əvvəl, həmin sosial-tarixi hadisələrin konkret mahiyyətini 

vermişdir. Başqa sözlə, “... Peyğəmbər surətini verərkən drama-

turq tarixi həqiqətə  əzəmi dərəcədə  sədaqət göstərməyə çalışır. 

Tarixi həqiqətə münasibətində isə onun yaradıcılığında, həmişə 

olduğu kimi, romantizmlə realizm ünsürləri birləşir.  Ən nəhayət 

isə realizm romantizmə qalib gəlir.” 

Müasir Azərbaycan  ədəbiyyatşünaslığında “Peyğəmbər” və 

“Topal Teymur” tarixi dramlarının obyektiv qiymətləndirilmə-

sində  Hənəfi Zeynallının,  Əli Sultanlının, Məsud  Əlioğlunun və 

başqa  ədəbiyyatşünasların müəyyən xidməti vardır.  Əli Sultanlı 

“Topal Teymur”dan danışarkən bir neçə  məsələni  ədəbiyyatşü-

nasların nəzərinə çatdıraraq yazmışdır: “Topal Teymur”dan da-

nışarkən bir məsələni də qeyd etmək lazımdır. Bu əsərdə dra-

maturq ilə Teymurun saray şairi Kirmani və yaxud anadolu filo-

sofu Şeyx Buxari arasında eyniyyət düzəltmək yanlış bir üsuldur. 

Bu üsul, ədəbiyyatşünası  əsərin ideyasını düzgün müəyyən et-

məkdən uzaqlaşdırır. H.Cavid nə yarımxarabatı  şair Kirmanidir, 

nə də filosof Şeyx Buxari. O, tarixə sədaqət göstərərək, hadisələri 

əzəmi dərəcədə düzgün təsbit etməklə, onları nisbətən romantik-

ləşdirmişdir. Dramda Topal Teymur tarixdə olduğu kimi həm 

mənfi, həm də müsbət sifətləri ilə canlanmışdır.»

1

 

Əsərdən “Əgər dünyanın zərrə  qədər dəyəri olsaydı, yığın-



yığın insanlara, ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir 

kor


2

, mənim kimi bir topal müsəllət olmazdı” sözlərini misal 

çəkən alim onun müasirliyinə  işarə vuraraq yazmışdır: “Teymu-

run son sözü öz dövrü üçün nə  qədər tipikdirsə, imperializm 

dövrü üçün, müharibə qızışdıranlar üçün də olduqca tipikdir.”  

                                                 

1

 Əli Sultanlı, Məqalələr, Bakı, Azərnəşr, 1971, səh. 153. 



2

 Türk sultanı Yıldırım Bayazidə işarədir. 




Úàâèäè õàòûðëàðêÿí 

28 


Əli Sultanlı  Əkbər Ağayevdən fərqli olaraq Hüseyn Cavidin 

dünyagörüşündəki və yaradıcılığındakı ziddiyyətlər barəsində 

başqa fikirdədir. Onun fikrincə, dramaturq cəmiyyətin inkişaf qa-

nunları ilə tanış olmadığı üçün ziddiyyətlərdən canını qurtara 

bilmirdi. Onun vahid bir sistemə malik fəlsəfi konsepsiyası da 

yox idi. Ona görə də o, təbii olaraq sıx-sıx ziddiyyətə düşürdü... 

Sonralar həmin fikirləri bəzi  ədəbiyyatşünaslarımız, demək olar 

ki, eynilə təkrarlamışlar. Ümumiyyətlə, bədii yaradıcılıqda vahid 

fəlsəfi konsepsiyaya malik olmaq yazıçını sxematizmə  və fikir 

yeknəsəkliyinə aparıb çıxarmazmı?.. Unutmaq olmaz ki, bədii 

yaradıcılıqda yazıçı üçün vahid bir fəlsəfi konsepsiyanı izləmək, 

fəlsəfi sistemə malik olmaq çox çətin olur. Bu, nəticə etibarilə ya-

zıçını  bədii yaradıcılıqda sxematizmə aparıb çıxarar. Bilmək la-

zımdır ki, bədii əsərlərdə qoyulan problemlərlə, irəli sürülən fəl-

səfi konsepsiyalarla əlaqədar olaraq yazıçının fəlsəfi sistemi, kon-

sepsiyaları  dəyişilə bilir. Əgər söhbət konkret olaraq Hüseyn 

Caviddən gedirsə, onda “Şeyx Sənan”da, “İblis”də, “Peyğəm-

bər”də, “Topal Teymur”da, “Səyavuş”da və “Xəyyam”da vahid 

fəlsəfi konsepsiyadan necə çıxış etmək olardı?.. Əlbəttə, bu kimi 

məsələlər cavidşünaslıqda dərin elmi izahını gözləyən mürəkkəb 

nəzəri problemlərdir. Mən belə fikirləşirəm ki, Hüseyn Cavidin 

dünyagörüşündə və yaradıcılığında müəyyən ziddiyyətlər olsa da, 

onun insan və əxlaq, sülh və müharibə, cəmiyyət və şəxsiyyət, hu-

manizm, inam və əqidə, gözəllik və eybəcərlik, ülvilik və faciəvi-

lik, tarixilik və müasirlik... haqqında vahid fəlsəfi konsepsiyası 

vardır.  

O, bəzən dramaturq haqqında kəskin fikirlər də demişdir. 

Guya Hüseyn Cavid dünyadan xəbərsizdi, onun ictimai-siyasi 

biliyi müşahidələri dairəsindən kənara çıxmırdı, cəmiyyət qanun-

larını  və imperialist müharibəsinin  əsl mahiyyətini dərk etmirdi

“Afət”də hadisələr ümumiləşdirilməmişdi və i.a. Əlbəttə, bu, o 

qədər də inandırıcı görünməyən və  dəqiqləşdirilməsinə ehtiyac 

olan fikirlərdir. 



Úàâèäè õàòûðëàðêÿí 

29 


IV 

1960-cı illərdə Azərbaycan tənqidi və  ədəbiyyatşünaslığının 

nəzəri və professional səviyyəsi xeyli yüksəlir, klassik irsin daha 

dərindən öyrənilməsində müəyyən nailiyyətlər qazanılır, yeni 

elmi tədqiqat  əsələri meydana gəlir. Klassik sənətkar Hüseyn 

Cavid haqqında yüzlərcə  məqalə, bir monoqrafiya, bir neçə 

dissertasiya yazılır. Hüseyn Cavid irsinin araşdırılmasında Məm-

məd Cəfər, Cəfər Cəfərov, Yaşar Qarayev, Məsud Əlioğlu, Zahid 

Əkbərov, İzzət Rüstəmov, Əbülfəz İbadoğlu və başqaları diqqətə-

layiq işlər görürlər. 

Müasir Azərbaycan  ədəbiyyatşünaslığında XX əsr romantik 

poeziyamızın və  mənzum dramlarımızın bədii-estetik, dil və üs-

lub, sənətkarlıq xüsusiyyətləri kifayət qədər dərindən araşdırılma-

mışdır. Lakin bu sahədə əhəmiyyətli tədqiqat işləri aparılmışdır.  

Cavidin romantik şerinin, mənzum dramlarının dil-üslub və 

sənətkarlıq xüsusiyyətlərinin tədqiq olunmasında mühüm xidmət 

görkəmli alim və nəzəriyyəçi Məmməd Cəfərə məxsusdur. Onun 

ədəbi-nəzəri görüşləri, elmi əsərləri və konsepsiyaları bütövlükdə 

cavidşünaslığın inkişafına səmərəli təsir göstərmişdir. Ədəbiyyat-

şünaslığımızda, ümumiyyətlə, dil, üslub, yaradıcılıq metodu və 

sənətkarlıq məsələlərinin işlənib hazırlanmasında Məmməd Cəfər 

çox iş görmüşdür. O, XX əsrin əvvəllərində Azərbaycan romantik 

poeziyasında gedən axtarışlardan bəhs edərək yazmışdır: “Cavi-

din üslub xüsusiyyətlərini düzgün müəyyənləşdirmək üçün hər 

şeydən  əvvəl nəzərdə tutmaq lazımdır ki, onun, habelə M.Hadi, 

A.Səhhət, A.Şaiq kimi başqa romantik şairlərin yaradıcılığa başla-

dığı dövr bədii forma, xüsusən bədii dil, üslub sahəsində yeni 

axtarışlar dövrü idi. Bu axtarışlar yolunda çox ciddi çətinliklər 

meydana çıxırdı. Bu çətinliklərə Cavid də rast gəlmişdi...” 

Alim bu çətinlikləri törədən səbəbləri açıb göstərmiş,  ənənə 

ilə novatorluq arasındakı  əlaqənin mahiyyətini və  əhəmiyyətini 

aydınlaşdırmışdır. Klassik Azərbaycan və  şifahi xalq şeir dilinin 

və üslubunun biçimlənməsində bu iki şeir dilinin oynadığı rol 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə