Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə11/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

33 


Tənqidçi Yaşar Qarayevin məqaləsi qismən fəlsəfi aspektdə 

işlənmişdir. Məqalənin belə  işlənməsinə,  şəksiz, Hüseyn Cavid 

fəlsəfəsinin təsiri olmuşdur. 

Yaşar Qarayev “Şeyx Sənan” və  “İblis” faciələri, Hüseyn 

Cavid romantizmi haqqında yeni mülahizələr söyləmiş, Sənan və 

İblisin fəlsəfi konsepsiyalarını izah etməyə çalışmış, yeri gəldikcə 

sənətkarlıq məsələlərinə toxunmuşdur. Onun romantik faciələrin 

səciyyəvi xüsusiyyətləri barəsindəki fikirləri daha maraqlı görü-

nür. Müəllifin fikrincə, Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına 

əsas xidmətlərindən biri budur ki, o, milli romantizmimizdə tragik 

xarakterlərin, romantik qəhrəmanların, dramatik konflikt və kol-

liziyaların yeni tipini yaratmışdır.  

Bizim  ədəbiyyatşünaslığımızda “Şeyx Sənan” faciəsi adətən 

Şeyx Əttarın məlum mənzuməsilə, “İblis” isə “Faust”, “Demon”, 

“Habil” və s. romantik əsərlərlə müqayisə olunmuşdur. Yaşar 

Qarayev, necə deyərlər, bu ənənəni pozmuşdur. Böyük alim və 

filosof Faustu böyük mütəfəkkir və filosof Sənanla müqayisə 

etdirmiş, Faustun “əkinçilik sxolastik fəlsəfəçilikdən yaxşıdır”, 

Sənanın isə “azad duyğuların təbiiliyi bə  sərbəstliyi hər  şeydən 

yüksəkdir” komsepsiyalarında bir yaxınlıq axtarmışdır. Drama-

turqu “kənar mövzulara uymaqda” ittiham edənlər barəsində 

demişdir: “... Əlbəttə, bu ittihamlarda müəyyən həqiqət vardır. 

Lakin burada bir cəhəti də  nəzərdə tutmaq vacibdir. Bu “kənar 

mövzular”  əslində bizim poeziyaya həmişə doğma olan Şərq 

mövzuları idi. Cavidlə bizim dramaturgiyaya bir tərəfdən də Şərq 

daxil olurdu. Məgər bu, milli dramaturgiyanın yalnız zənginliyi 

xeyrinə deyildimi?..” 

Yaşar Qarayev “Şeyx Sənan” və “İblis” romantik faciələrində 

qoyulan problemlər, irəli sürülən fəlsəfi konsepsiyaları aydınlaş-

dırmaq üçün maraqlı ədəbi paralellər aparmış, romantik faciələrdə 

tragik konfliikti doğuran səbəbləri göstərmişdir. Onun düşündü-

yünə görə, dramaturqun faciələrində tragik konfliktlər çox vaxt 

“bəşəriyyətçilik” və “ümumi məhəbbət” ideyaları, humanizm və 

maarifçilik ideyaları cəbhəsindən həll edilmişdir. Romantizm hə-




Úàâèäè õàòûðëàðêÿí 

34 


min faciələrin bədii obrazlar sistemində özünü göstərir. “İblis”i 

Cavid romantizminin yeni böyük nümunəsi hesab edən tənqidçi 

yazmışdır: “... İblisin qüvvəsi onun allahı və dünya işlərini özün-

dən də şərir, özündən də betər hesab etməsindədir. O, bütün dün-

yaya, allahın özünə belə, öz şərarət fəlsəfəsinin təsdiqi kimi 

baxır.” 


Mefistofel, Lüssifer, Demon və İblis surətləri nə üçün yaran-

mışdır? Bu mürəkkəb sual tənqidçinin düşündürmüşdür. O, belə 

surətlərin yaranmasını müəyyən əxlaqi-fəlsəfi sistemlərin və zid-

diyyətlərlə dolu olan epoxalarla bağlamış, XX əsrdə Azərbaycan 

ədəbiyyatında “İblis” faciəsinin meydana gəlməsini tarixi dövrlə 

əsaslandırmağa çalışmışdır. 

“Peyğəmbər” və “Topal Teymur” tarixi dramları  nə üçün 

yazılmışdır? Nə üçün həmin mövzularda məhz Hüseyn Cavid əsər 

yazmışdır? Həmin suallar Azərbaycan filoloqlarının bir neçə 

nəslini məşğul etmişdir. Suallar cavidşünaslıqda bu gün də aktual 

olaraq qalır. Yaşar Qarayev belə bir aktual problemlə  əlaqədar 

olaraq Məmməd Cəfərin mülahizələrini nəzərə çarpdırmışdır, 

“Peyğəmbər” və “Topal Teymur” tarixi dramlarının yaranmasını 

dramaturqun “ideya böhranlarının nəticəsi” və “qəhrəmansızlıq 

əlaməti” kimi izah etmişdir. Məncə, bu inandırıcı deyildir... Bu 

ciddi məsələnin üzərinə yenidən dönməyə, daha dərin elmi 

araşdırmalar aparmağa ehtiyac vardır. 

“İblis” faciəsinin əsas qəhrəmanlarından biri olan Arif surəti 

haqqında çox yazılmışdır, maraqlı fikirlər deyilmişdir. Həmin 

surətin təhlil və tədqiqindən Abdulla Şaiq, Əli Sultanlı, Məmməd 

Cəfər, Məsud  Əlioğlu, Yaşar Qarayev və başqaları ilə yanaşı, 

Əbülfəz  İbadoğlunun da müəyyən xidmətləri vardır. O, Arifin 

xarakterini, dünyagörüşünü İblis və İbn Yəmin surətlərilə, Şeyda 

və  İdeal (A.Şaiq, “İdeal və insanlıq”) obrazları ilə müqayisədə 

açmış, Kirmanşahlı ilə polemikaya girmiş, onun tənqidi mülahi-

zələrilə razılaşmamışdır. Məqalə müəllifinin fikrincə, Arifin 

kədəri dünya kədəridir, bəşəri kədərdir.

*

  Bəs Arifdə bu kədəri 



                                                 

*

 Yaşar Qarayevdən qabaq A.Şaiq və Ə.Sultanlı da bu fikirdə olmuşlar. 




Úàâèäè õàòûðëàðêÿí 

35 


doğuran səbəb nədir? Araşdırıcının inamınca, düşdüyü mühiti 

dəyişmək yollarını bilməmək; şair Arifi bilavasitə sxolastik fəlsəfi 

konsepsiyaya mənsub olan bir ziyalı kimi qələmə almışdır. 

 Əbülfəz  İbadoğlu “romantizmin atası” Viktor Hüqonun in-

san, onun mənəvi iztirabları  və sarsıntıları haqqında fəlsəfi kon-

sepsiyası ilə Hüseyn Cavidin “İblis”də irəli sürdüyü fəlsəfi kon-

sepsiya arasında oxşarlıq axtarmışdır. Bu oxşarlıq isə ayrı-ayrı 

epoxalarda yaşamış iki dahi sənətkarın birinin digərini təkrarından 

deyil, mənsub olduqları romantizm yaradıcılıq metodundan irəli 

gəlir.  


“İblis” faciəsinin yaxşı  tədqiqatçılarından biri olan Əbülfəz 

İbadoğlu həyatı, ictimai quruluşu daha yaxşı  dərk etmək üçün 

yeni fəlsəfi konsepsiyalar axtaran fərdiyyətçi,  şübhəçi, tərəddüd-

çü, bədbin və cani Arifin xasiyyəti, dünyagörüşü barədə diqqəti 

cəlb edən mülahizələr yürütmüşdür. Dramaturqun ictimai mühit 

və tarixi şəraitin insan psixolojisinə  təsiri haqda fəlsəfi düşün-

cələrini, “Arif üstəgəl altun üstəgəl silah bərabərdir cinayət” 

formulasından çıxış edərək, onun ziddiyyətlərini və fəlsəfi baxış-

larını açıb göstərməyə təşəbbüs göstərmişdir. 

Görkəmli italyan filosofu və şairi Cordano Bruno demişdir: - 

Həqiqət yolu çətin yoldur. Odur ki, çox az adam bu yolla qədəm 

qoyur. Amma bu yolun zirvəsinə çatanların qarşısında son dərəcə 

gözəl bir mənzərə açılır. 

Hüseyn Cavid məhz belə bir həqiqətpərəst şair  və filosof idi: 

“Əsiri olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir!” Şair 

bu sözləri elə-belə deməmişdir. Həqiqətpərəstlik və  ədalət onun 

iliyinə, qanına işləmişdir. Həqiqət  şairin estetik idealıdır, sənə-

tinin mayasıdır. Bu estetik kateqoriya haqqında  şairin öz fəlsəfi 

konsepsiyası vardır. Abbas Zamanov öz məqaləsində haqlı ola-

raq yazmışdır: “... Cavidin ilham pərisi daim həqiqət eşqi ilə qa-

nad çalmış, həqiqət eşqi ilə alovlanıb yanmışdır. Həqiqəti axtarıb 

tapmaq, ona qovuşmaq yollarında bəzən  şübhələr, tərəddüdlər 

keçirən  şairin ilham pərisi bəzən müasir həyatdan qopub əngin 

səmalarda, tarixin dərinliklərində qanad çalsa da, onun yaradıcı-




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə