Úàâèäè õàòûðëàðêÿí
12
vulqar sosiologizmin, marksizmin, nihilizmin, “Sənət sənət üçün-
dür” nəzəriyyəsinin və başqa estetik prinsip və konsepsiyaların
qərarlaşdığı bir vaxtda meydana gəlir. Mətbuat səhifələri elmi
prinsiplərindən uzaq tənqidlərlə, savadsız yazılarla, yersiz irad-
larla, qərəzli və subyektiv mülahizələrlə dolurdu: “... Mətbuatı-
mızda gözə ara-sıra çarpan tənqid məqalələrinin bəziləri qırıq, sö-
kük, elmi prinsiplərdən uzaq, bəziləri isə tam mənada əhəmiy-
yətsiz olur və az-çox təqdir edilə biləcək məqalələr həyatımızda
nadir hadisələrdən sayılır.”
1
“Maarif və mədəniyyət” jurnalı Abdulla Şaiqin “İblis” faciəsi
barəsində məqaləsinə yazdığı ön sözdə böyük həqiqət vardır.
İyirmi-otuzuncu illərdə Hüseyn Cavid yaradıcılığı haqqında mə-
qalə yazmış bir neçə tənqidçi və yazıçını (Hənəfi Zeynallı, Seyid
Hüseyn, Abdulla Saiq, Əziz Şərif və b.) çıxmaq şərtilə, qalan-
larının cızmaqaraları bəsit və natamamdır. İttihamlarla doludur.
Bu, tənqid tarixi üçün maraqlı görünsə də, elmi və bədii-estetik
cəhətdən elə bir əhəmiyyətə malik deyildir. Əlbəttə, dünən burnu-
nun ucundan uzağı görə bilməyən tənqidçilərin öz əsrini qabaq-
layan klassik sənətkarı dərindən duya və qavraya bilməmələri bu
gün o qədər təəccüblü görünmür. Buna görə də biz iyirmi-otuzun-
cu illərdə yazılmış məqalələri seçərkən bu cəhətə fikir vermişik.
Kitaba Hənəfi Zeynallının və Abdulla Şaiqin məqalələri
daxil edilmişdir. Hər iki müəllifin məqaləsi olduğu kimi saxlanıl-
mışdır. Məqalələrdə “Şeyx Sənan” və “İblis”dən gətirilən parçalar
Hüseyn Cavidin əsərlərinin son nəşrlərinə (“Peyğəmbər” isə
1926-cı il nəşrinə) uyğun olaraq dəqiqləşdirilmişdir. Hənəfi Zey-
nallının məqalələrində bəzən “ç” yerinə “c” işlədilmişdir. Məsə-
lən, “tənqidci”, “yazıcılarımız”, “yabancı”, “etiqadcı” və s. Həmin
sözlərin imlasına toxunulmamışdır.
Azərbaycan tənqid və ədəbiyyatşünaslığında “Şeyx Sənan”,
“İblis” və “Peyğəmbər” haqqında ilk sanballı məqalələri Hənəfi
1
Şaiq A. Cavidin yazdığı “İblis” nam hailəsi haqqında duyğularım. Maarif və
mədəniyyət, 1925, № 2, səh. 39.
Úàâèäè õàòûðëàðêÿí
13
Zeynallı və Abdulla Şaiq yazmışdır. Düzdür, məqalələrdə bəzən
yanlış, qeyri-obyektiv mülahizələrə də tsadüf olunur. Lakin unut-
maq olmaz onlar sovet hakimiyyətinin ilk illərində - ədəbiyyat və
onun bolşevik ideyalılığı uğrunda çarpışmalar, ciddi mübahisələr
getdiyi, Hüseyn Cavid haqqında əməlli-başlı bir şey yazılmadığı
çağlarda qələmə alınmışdır. Zeynallı məqalənin bir yerində buna
işarə də vurmuşdur: “Möhtərəm şairimizin mürəkkəbi qurumamış
“Peyğımbər” xüsusunda mülahizələr yürütməyə icbar edildim.”
Zeynallı “Peyğəmbər” və “Şeyx Sənan” barəsində mülahizə-
lərinə müxtəsər girişlə başlamış, həmin əsərlərin daha dərindən
tədqiq və təhlil olunmasına çalışmışdır. O, Baş Rəisin Əbu Süf-
yan olmasını, Skelet surətinin Tofiq Fikrətdən gəldiyini müəyyən-
ləşdirmişdir. Tənqidçi “Peyğəmbər” və “Şeyx Sənan” əsərlərinin
meydana gəlməsinin obyektiv və subyektiv səbəblərini izah et-
mişdir. Onun fikrincə, Hüseyn Cavid şəkil cəhətdən Hamidanə,
üslub cəhətdən Fikrətanə və fəlsəfə cəhətdən Tofiqanə bir əsər
(“Peyğəmbər” əsərini) yaratmaq istəmişdir.
Zeynallı ilk tənqidçi və ədəbiyyatşünasdır ki, “Peyğəmbər”
mənzum tarixi dramını, Peyğəmbər və Şəmsa surətlərini daha
dərindən tədqiq və təhlil etməyə təşəbbüs göstərmişdir. Onun
fikrincə, Məhəmmədin keçirmiş olduğu həyat başdan-ayağa bir
siyasət oyunudur. Peyğəmbər surətinə bu cəhətdən yanaşan tən-
qidçi Hüseyn Cavidin bədii uğurlarını alqışlamışdır. Məhəmmə-
din həyat və fəaliyyətinə nəzər salarkən Təbərinin tarixinə
müraciət etmişdir.
Zeynallı dramaturqun “Peyğəmbər”də demək istədiyi fikir-
ləri, əsərin qayəsini yaxşı açmış və şərh etmişdir. Ona görə,
“Cavid Peyğəmbərlə öylə imanlı və qənaəti möhkəm bir tip yarat-
maq istəmişdir ki, o adam öz fikrinə və idealına bütün vicdanilə
inanmış və məqsədinə irmək için hər bir şeydən; məzmunu olan
gözəllərdən, eşqdən-məhəbbətdən, eyş-işrətdən və hətta hazır
canından belə keçmiş, yalnız sarıldığı həqqi təbliğ etməkdə əzm
və səbat göstərmiş olsun. Böylə bir tipi təsvir etməklə qalmayır,
bəlkə Cavidin fikri bir az da inkişaf edir. O göstəriyor ki, yalnız
Úàâèäè õàòûðëàðêÿí
14
böylə bir adam öz amalına vasil və nəticədə fəth və zəfərlərə nail
ola bilir.”
1
Tənqidçi məqaləsində Peyğəmbər və Şəmsa surətlərinin təh-
lilinə geniş yer vermişdir. O, bu surətlərin tipik xüsusiyyətlərini
aydınlaşdırmış, Şəmsanın bəzi parçalarda Peyğəmbərdən yüksək
təsvir edildiyini göstərmişdir: “Cavid Şəmsanın təsvirində heç də
yanılmamışdır, ona görə ki, yaratdığı mütəəssibənin qarşısında
qadınlıqda olan bütün şəfqət, qısqanclıq və qəzəblə dolu bir qız
olmalıydı, yoxsa əsər uduzar və naqis çıxardı.”
Zeynallı bu cəhətdən Şəmsanın Peyğəmbərə qarşı məhəbbə-
tini, sonra isə nifrətini geniş izah edir, Şəmsanın mübarizəsini
yüksək qiymətləndirir: “Şəmsa kibi tipin meydana gəlməsi türk
ədəbiyyatında bu vaxta qadar pək az görülmüşdür. Bu nöqtədə
yalnız Əbdülhəq Hamidin bir neçə qadın tiplərini göstərmək olsa
da, onlar yenə də bu qadar ülvi, bu qadar təmiz olamazlar. Onların
ən dəyərlisi belə qadınlığın heyvani hissini insani mədəni
hisslərinə tərcih etməsilə Şəmsa yanında sönük qalarlar…”
Zeynallı “Peyğəmbər”dəki müasirliyə xüsusi diqqət yetirmiş,
dövrün başqa tənqidçi və yazıçılarından fərqli olaraq dramaturqun
tarixi hadisə və əhvalatları ustalıqla təsvir etdiyini göstərmişdir.
Öz dövrünə görə dərin araşdırmalar aparan tənqidçi tarixi şəxsiy-
yətlətin, o cümlədən Məhəmmədin tarix meydanına atılmasının
ictimai səbəblərini açmağa çalışmış, şəxsiyyərin tarixdə oynadığı
rol məsələsinə toxunmuş və öz fikrini Q.V.Plexanovun nəzəri
cəhətdən əsaslandırdığı bir konsepsiya ilə izah etmişdir:
2
“... Zata
1
Hənəfi Zeynallı. Hüseyn Cavidin yazdığı “Peyğəmbər” haqqında mülahizə-
lərim. “Maarif və mədəniyyət”, 1926, № 9, səh. 42. Qeyd: Zeynallının eyni adlı
silsilə məqalələrin həmin jurnalın 1926, № 1, səh. 80-91; 1926, № 9, səh. 42-
45 və 1926, № 10-11, səh. 55-59 dərc edilmişdir.
2
Q.V.Plexanov sosial-iqtisadi bazisin elmi dərkindən çıxış edərək, Rusiyada
ilk dəfə insan haqqında marksist təlimin mahiyyətini açıb göstərmişdir. Bu
baxımdan, onun “К вопросу о роли личности в истории” məqaləsi diqqəti
cəlb edir. H.Zeynallı şəxsiyyətin tarixdə rolundan danışarkən Q.V.Plexanovun
həmin məqaləsindən bəhrələnmişdir.
Dostları ilə paylaş: |