Sərbəst auditor Abbaslı Namiq Rasim oğlu



Yüklə 14,11 Kb.
tarix04.11.2017
ölçüsü14,11 Kb.
#8272


Sərbəst auditor Abbaslı Namiq Rasim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri,

AZ1096, Q.Qarayev pros.84, mən.38

VÖEN: 1900137052

Audit Lisenziyası № SA 141



84, Q.Qarayev Str, app. 38

AZ1096, Baku, Azerbaijan

Tax ID No: 1900137052

Audit License No: SA 141



Tel : (+99412) 4220760

(+99450) 2236075



E-mail: anraudit@office.az

_____________________________________________________________________
MÜSTƏQİL AUDİTORUN RƏYİ

«Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyətininsəhmdarlarına:


  1. Biz «Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyətinin31 dekabr 2013-cüil tarixinə təqdim edilən maliyyə vəziyyətinə dair hesabatı və həmin tarixdə tamamlanan il üzrə məcmu gəlirlərə dair hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından, eləcə də əsas uşot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.


Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti


  1. Hazırkı maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə Rəhbərlik məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar daxildir: fırıldaqçılıq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı, maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiq edilməsi və davam etdirilməsi; müvafiq uçot siyasətinin seçilməsi və tətbiq edilməsi; şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin irəli sürülməsi.


Auditorun məsuliyyəti


  1. Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamamızı Beynəlxalq Audit Standartları əsasında apardıq. Həmin Standartların tələblərinə görə, biz etik tələblərə əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.




  1. Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizələrindən, eləcə də fırıldaqçılıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud uçot siyasətininuyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi,eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.




  1. Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutları rəyimizi bildirmək üçün kifayət qədər əsas verir.


Rəy


  1. Bizim fikrimizcə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Cəmiyyətin 31 dekabr 2013-cüil tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Sərbəst auditor Abbaslı Namiq Rasim oğlu

Bakı, Azərbaycan Respublikası



21 fevral 2014-cü il


Yüklə 14,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə