Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə174/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   170   171   172   173   174   175   176   177   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

559 


Onda “barmağımı dişlədim”. O vaxt onun nəyi axtarıb tapdığı 

mənə indi aydın oldu. 



*   *   *  

Cavid nəzəriyyəçi deyildi. Amma nəzəri biliyə, sənət və həyat 

məsələlərinə dair geniş məlumata malik idi. Onun həyat və sənət 

məsələlərinə həsr edilmiş ayrıca əsəri yoxdur və çap olunmamış-

dır

*

. Lakin incəsənətin mətləbinə, incəsənətin həyata müna-



sibətinə dair Cavidin mülahizələri, maraqlı fikirləri onun bədii 

əsərlərində, xüsusilə “Azər” poemasında və bir sıra  şeirlərində 

ifadə olunmuşdur. Nəzəri-estetik görüşlərin bədii  əsərlərin 

tərkibinə hopdurulması bizim klassiklərimizdən ta qədimlərdən 

başlayıb gələn bir ənənədir ki, H.Cavid də onu davam etdirmişdir. 

Yeri gəlmişkən ənənə haqqında. Cavid hansı ənənələrə istinad 

etmiş, hansı təsir mənbələrindən qidalanmışdır? 

Mən hər dəfə bu böyük sənətkarı xatırlayanda ixtiyarsız bu 

sualla qarşılaşıram. Tədqiqatçılar bu suala hələ kafi və  aşkar 

cavab verməmişlər. Bu bəlkə  də ayrıca araşdırmaya möhtac 

maraqlı və mürəkkəb bir məsələdir. Cavidlə əlaqədar xatirələrim, 

onun öz dilindən eşitdiklərim  şəxsən məndə belə ehtimal oyadır 

ki, onun yaradıcılığını, Cavid teatrını qidalandıran mənbələr həm 

zəngin, həm də müxtəlifdir. 

Hər  şeydən  əvvəl qoca Şərqin qədim mədəniyyəti, Azərbay-

canın klassik poeziyası və klassik şairləri. Fəlsəfi təfəkkürlə onun 

yüksək poetik ifadəsi şübhəsiz ki, bu təsir mənbələrindən biridir. 

Qərb dramaturgiyası, onun Şekspir, Şiller, Höte kimi simaları, 

teatrın böyük məramını  nəhəng miqyasda təbliğ eləyən nüma-

yəndələri. 

Və  əlbəttə, Türkiyənin mütərəqqi yazıçıları, adları Cavidin 

dilindən düşməyən Tofiq Fikrət, Rza Tofiq, Namiq Kamal kimi 

şairləri, Əbdulhəqq Hamid dramaturgiyası... Bu şairlərin üsyankar 

poeziyası, inqilabi fikirləri, zülmə, əsarətə insan məhkumiyyətinə 

                                                 

*

 Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu ildə Abdulla Şaiqlə 



birlikdə  ədəbiyyat nəzəriyyəsinə aid “Ədəbiyyat dərsləri” kitabını yazmış  və 

çap etdirmişdir. – Tərtibçi. 




Úàâèäè õàòûðëàðêÿí 

560 


qarşı odlu etirazı Cavidi daima ehtizaza, cuşa gətirir, qanadlan-

dırırdı. 

Nəhayət, XIX əsrin qabaqcıl rus ədəbiyyatı, onun cahanşümul 

nümayəndələri. Xüsusilə Tolstoy və Dostoyevski! Dostoyevski 

dünyasını duymaqda və düzgün qiymətləndirə bilməkdə  məncə 

Cavidlə  bəhsə girmək çətindir. O bu rus dühası haqqında bir 

qəmxar və həmdərd kimi danışardı. Axı, bəşəriyyətin, cəmiyyətin 

dərdini görüb, dərmanını tapa bilməyənlərin dərdi-əzabı çox 

böyük olur. Onların harayı-çağrışı əgər bəzən xəstə adamın, çaş-

qın qəlbin fəryadı kimi səslənirsə,  əgər bu haray təkcə real 

hadisələrdə, adi, təbii insan obrazlarında deyil, həm də  xəyal, 

fantastika aləmində ucalırsa, yaxud bəzən ifrat natural, bəzən isə 

sırf romantik və simvolik boyalarda əks edir, İblis və  Mələk, 

Skelet, Teyf və Peyğəmbər surətlərində  təcəssüm tapırsa, bunu 

belə başa düşmək lazımdır ki, dərdin, qubarın böyüklüyündən 

irəli gəlir. 

Dostoyevski, Cavidin dediyi kimi, oxucunu dəhşətə  gətirən, 

vahiməyə salan cinayətləri, rəzalətləri, vəhşəti və miskinliyi, dərin 

ictimai ziddiyyyətləri və ədalətsizlikləri işıqlandırmaqdan, insanın 

özünü-özünə durbin və zərrəbin ardında göstərməkdən, onun var-

lığındakı gözəlliyi də, eybəcərliyi də təşrih etməkdən çəkinmirdi. 

Bu güçlü meyl, bu ürək yanğısı Caviddə də vardır. Mən, əlbəttə 

Cavidi Dostoyevski ilə eyniləşdirmək, yaxud onları bir mərtəbədə 

tutmaq niyyətindən uzağam. Amma, bununla belə, bu fikirdəyəm 

ki, onların  ədəbi-zehni meyllərində, yaradıcılıq ziddiyyətlərində, 

insansevərlik naminə qaldırdıqları  fəryad səsində bir bənzəyiş 

görmək və  eşitmək mümkündür. Dostoyevski kimi H.Cavid də 

insan mənəviyyatını  tədqiq və  təşrih etməyi gözəl bacarmışdır. 

Həmişə  cərrahlıq  əməliyyatı apara bilməsə  də,  əlac göstərməsə 

də, dərdi-bəlanı görməyi, haray qoparmağı, ah-nalə ilə danışmağı 

yaxşı bacarmışdır. “Ana”, “Şeyx Sənan”, “İblis” faciələri buna 

misaldır. 

Dostoyevski irsində Cavidi maraqlandıran və cəlb edən bir də 

yəqin ki, güclü dramatizm mayası, dərin dramatik konfliktlər idi. 




Úàâèäè õàòûðëàðêÿí 

561 


O, səhnə üçün yazmamışdır. Amma buna baxmayaraq onun 

romanlarının, hekayələrinin əksəriyyəti dəfələrlə səhnələşdirilmiş 

və çox təsadüflərdə bu iş  səmərəli olmuşdur. Bu paradoks necə 

şərh edilməlidir? Onun əsərlərinin ən yaxşı quruluşçularından biri 

rejissor V.İ.Nemiroviç–Dançenko elə bil bu suala cavab verərək 

deyir ki, Dostoyevski həmişə “romançı kimi yazmış, amma 

dramaturq kimi hiss etmişdir, buna görə onun əsərlərinin çoxu 

səhnəyə sanki yol axtarır... asanlıqla və üzvi surətdə  səhnə 

çərçivəsinə daxil olur, onun spesifik tələblərinə  və  şərtlərinə 

uyuşur”. Belə şərtlərdən biri və ən mühümü böyük ədibin qələmə 

aldığı hadisələrin və xarakterlərin dramatizmidir. Onun əsərlə-

rində  vəziyyətlər konfliktlə mayalanmış, insanların mənəviyyatı, 

xasiyyəti mübarizələrlə aşılanmışdır. Dostoyevskinin də, Cavidin 

də əsas qəhrəmanları bir tərəfdən mühitlə, digər tərəfdən öz daxili 

aləmləri ilə mütəmadi çəkişmədədirlər. Onların faciəsi, onların 

etiraz və üsyanı bütün insanlığı xoşbəxt etmək istəyənlərin mənə-

viyyatını formalaşdırmaq işinə xidmət edir, bizim oxucularımıza, 

tamaşaçılarımıza böyük estetik qida verir. 

Yaradıcılığındakı, təfəkküründəki məlum ziddiyyətlərə, əsər-

lərindəki boyaların tutqunluğuna, bəzən ifrat qatılığına, bəlkə  də 

qaranlığına baxmayaraq, F.M.Dostoyevski kimi Hüseyn Cavid də 

bu gün bizim üçün qiymətlidir,  əzizdir. Çünki o, insan və  həyat 

haqqında ürək ağrısı, can yanğısı ilə danışmışdır, bəşəriyyətin 

işıqlı gələcəyinə ümid və inam bəsləmişdir. 

Xatirələrim yenidən mənə xatırladır və  təsdiq edir ki, Cavid 

acı fəryadlar, şirin arzular, böyük diləklər, böyük ümidlər şairidir. 



1982 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə