Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə177/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   173   174   175   176   177   178   179   180   181

Úàâèäè õàòûðëàðêÿí 

568 


 

Bacıxanım Axundzadə 

Õàòèðÿñè öðÿêëÿðäÿ éàøàéûð 

 

ənkəran qəzasında (indiki Lənkəran rayonunda) birinci 



dərəcəli məktəbi bitirib, müəllimimiz Məryamxanım 

Bayramalıbəyovanın təşəbbüsü ilə mən və rəfiqələrim Aliyə Qur-

banova və Nərgiz Tahirzadə Bakıya oxumağa gəldik. Atam Mirzə 

Sabeh Axundzadə bizi 1923-cü il avqustun 14-də Bakıya gətirdi. 

O vaxtlar mənim on beş yaşım var idi, gənclik illərinə  qədəm 

qoyduğum çağlardı. 

Atamla biz Maarif Komissarlığına getdik. Bizi “Kommunist”

*

 



küçəsindəki qız və oğlanlar üçün açılmış ali pedaqoji institutuna 

göndərdilər.  Ədəbiyyatdan imtahana girdik. “Qadın - anadır” 

mövzusunda yazılı imtahan verdik. Mən həm yazılı, həm də şifahi 

imtahandan “5” qiymət aldım. Yoldaşlarım məni alqışladılar. – 

Mərhəba, Hüseyn Caviddən “5” aldığın üçün xoşbəxtsən, - dedilər.  

Mən təəccüb andıran nəzərlərlə sinif qapısının  şüşəsindən 

içəri baxdım, onu heyran-heyran seyr etdim. Adını eşidib, üzünü 

görmədiyim böyük ədib və müəllimlə birinci gündən görüşmək 

mənə qismət olduğunu duyarkən özümü insanların  ən xoşbəxti 

sandım. Halbuki əvvəllər heç təsəvvürümə  gəlməzdi ki, Hüseyn 

Cavidi on beş yaşında görəcəyəm. Ancaq indi bu, bir həqiqət, 

mənə nəsib olan səadət idi. 

Mən gənclik çağlarımda  şair və yazıçılarımızın  əsərlərindən 

çoxlu ədəbi parçalar və şeirlər əzbərlərdim. Ancaq Hüseyn Cavi-

din şeirlərinin vurğunu idim. Onun şeirlərini çox sevər, onlardan 

həzz alardım. Xüsusən “Məsud və  Şəfiqə”  şeiri mənə çox təsir 

edərdi. 

Ali pedaqoji institutda bizə o dövrün görkəmli və tanınmış 

maarif və  mədəniyyət xadimləri dərs deyirdi: Azərbaycan  ədə-

biyyatından – Abdulla Şaiq, türk ədəbiyyatı tarixindən – Hüseyn 

                                                 

*

 İndiki İstiqlaliyyət. 






Úàâèäè õàòûðëàðêÿí 

569 


Cavid, siyasi iqtisaddan – Mustafa Quliyev, ictimaiyyatdan – 

Zeynal Qayibli, ruhiyyatdan (psixologiyadan) – Həmidbəy  Şah-

taxtinski, fizikadan – Fətullabəy Rzabəyov, coğrafiyadan – 

Abdullabəy Sübhanverdixanov, riyaziyyatdan – Eynülhəyatxanım 

Nəsibbəyova, nabatatdan (biologiyadan) – Səliməxanım Osman-

zadə və başqaları. 

Birinci il ədəbiyyat müəllimimiz Abdulla Şaiq oldu. İkinci-

üçüncü illər yenə də həmən o möhtərəm sima ilə qarşılaşdıq. O, 

bizə ədəbiyyatdan dərs verirdi. Onun sakit və mənalı baxışı, həlim 

danışığı heç vaxt yadımdan çıxmır. Cavid əfəndi dərs keçərkən 

mən dərsdə olduğumu tamamilə unudardım. Onun danışığına, 

rəftarına heyran olardım. Mən onu nəfəs almadan dinləməyə 

çalışardım. Cavid əfəndinin başını bir qədər yana əyib, sakit və 

çox təmkinli dərs söyləməsi, hərdənbir zəncirli pensinəsini 

düzəldib, tələbələri gözü ilə süzməsi çox mənalı görünür və 

məndə müəllimimə qarşı  məhəbbət hissi aşılardı. Mən onun hər 

bir hərəkətinin izləməyə  səy göstərərdim. Onun, bir müəllim 

kimi, sadəliyinə, aram-aram və çox sərbəst dərs deməsinə valeh 

olardım, daha dəqiq desəm, vurulardım. 

Boyum balaca olduğu üçün birinci sırada oturardım. Bir dəfə 

Cavid əfəndi məni xüsusi olaraq süzdü və çox təəccüblə soruşdu: 

- Adın nədir? Neçə yaşın var? Haradan gəlmisən?.. 

Adımı dedim: Bacıxanım. Cavid əfəndinin üzünün ifadəsin-

dən adımın xoşuna gəlmədiyini hiss etdim. Qızlar mənə baxdılar. 

Mən qızardım. 

Dərsimiz türk ədəbiyyatı tarixindən idi. Cavid əfəndi dedi: 

- Qalx  dərsimizi danış. 

Ayağa durub şeiri oxudum. Şeir  əruz vəznində yazılmışdı. 

Əbdülhəqq Hamidin idi. Görünür, mənim ifadəli oxum müəlli-

mimin xoşuna gəlmişdi. O, mənə diqqətlə baxdı. Sonra dedi: 

- Otur, “5”. Evinizdə  şeir yazıb-oxuyan varmı?  Ədəbiyyat 

müəllimin kim olmuşdu? 

Dedim ki, ədəbiyyat müəllimim Məryamxanım Bayraməlibə-

yova olub. Babam Mirzə İsmayıl Qasir müəllim və şair olmuşdu. 

Hacı Seyid Əzimlə bir əsrdə yaşamışdı. Uşaqlıqdan mən  şeirə 

həvəs göstərirəm, müəllim. Mən şeiri çox sevirəm. 




Úàâèäè õàòûðëàðêÿí 

570 


Beləliklə, biz dostlaşdıq. O, mənə müəllim və ata nəvazişi 

göstərər və oxşardı. Mən də onu nəhayətsiz dərəcədə sevərdim. 

Cavid  əfəndi  şeiri oxuyarkən qolunu-qabırğasını  qıran tələbələr-

dən xoşu gəlməzdi. Ona görə də o, çox vaxt şeiri mənə oxudardı. 

Sonra təriflərdi: 

- Bax şeiri belə oxuyarlar. Qızım, amma adın xoşuma gəlmir. 

Cavid əfəndi məni nəvazişlə süzdü. Dodaqlarının azacıq qaç-

dığı hiss olundu (o, bərkdən gülməzdi və özünü çox ciddi apa-

rardı). Sonra dedi: 

- Bu gündən Məfkurə ol. Mən səni belə çağıracağam. 

Biz Suraxanıya Atəşgaha və Lenin adına toxuculuq fabrikinə 

ekskursiyaya gedəndə Cavid əfəndi həmişə  məni yanında aparar 

və  şagirdlərin hər sualına çox təmkinlə cavab və izahat verərdi. 

Dünyalar qədər sevdiyim əziz müəllimim, o böyük insan mənə 

atalıq qayğısı göstərərdi. Hərdənbir öz evlərinə dəvət edər, məni 

Mişkinaz xanıma təriflərdi. 

O vaxtlar, elə indinin özündə  də xatirə  dəftərləri düzəltmək 

qızlarda adət idi. Mənim də belə bir xatirə dəftərim vardı. Bir dəfə 

qızlardan kimsə dəftərinə bir şey yazdırmaq üçün Cavid əfəndiyə 

verdi. O, bunu çox sakitliklə  rədd etdi. Sonra mənim dəftərimi 

aldı. Dərsdə bir neçə söz yazdı və özümə qaytardı. Cavid əfəndi-

nin qələmindən tökülən o qızıl sözlər indi də yaxşı yadımdadır:  



- Quzum, bir qadın üçün məziyyət onun elmli olmasında-

dır. Elmli qadın gözəl və qoxulu bir çiçəyə bənzər. Mən istə-

rəm həyat sizin üçün bir gülüstan və siz isə bu gülüstanın bir 

çiçəyi olasınız. 

Onu da deyim ki, Cavid əfəndi xatirə üçün yazdığı şeirlərin, 

qiymərli sözlərin altında imza atmazdı, özünəməxsus  şərti işarə 

qoyardı. 

Xatirəsi ürəklərdən silinməz ölməz insan! Sənin sakit və təm-

kinli danışığın hələ də mənim qulaqlarımdan getməyib. Ürəklərdə 

sənin silinməz xatirələrin yaşayır. Surəti xəyalımdan getməz əziz 

müəllimim, ölməz insan, sənə rəhmət! 



18/VII-1980 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə