Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə7/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   2   3   4   5   6   7   8   9   10   ...   77

N1(6) mart 2013
16
həsrətində olduğun nə çox şeyə...
eh, bu gedişlə
səni iş başında tutacaq infarkt
əlindən düşəcək sonuncu kərpic
ağrısın bilməyəcəksən heç
bədbəxt ayaqlarının da!
kiminlə müharibə edəsən indi
sağ qalmaq uğrunda?! 
Atasız çocuqlar
aldığın dönəri 
büküldüyü kağızla birgə
ağzına təpər atasız çocuqlar
bəlkə də dönər nədi bilməyib onlar
sən gülərsən:
-“kağızı yemə, kağızı da yeyərlər?” 
deyərsən...
dönər uşağın boğazında qalar...
başına sığal çəkmək istərcəsinə 
əl uzadarsan
geri atar başını
sığal nədi bilməz ki o tellər
onlara acıqla toxundu əllər həmişə.
qapımın kandarında
üzüqoylu yerə uzanmış
süpürgənin üstündə 
özünə yer eləyən pişik qədər
canlarının qədrini bilməzlər...
bir bax,
ayaqyalın, başıaçıq
yağışın altında
necə qaçırlar o yan-bu yana
bəlkə kimsə 
ayaqqabısını boyatdıra
maşınının təkərini təmizlətdirə...
hərdən mənim də  işim düşür onlara
bəlkə bir yaxşılıq edəm
vicdanımı təmizlətdirəm...
sonucda özünü düşünür hamı
analarını sorsan
həsrət boylanar gözlərindən
-anam var!- deyə
sinələrini gərərlər
amma bütün günü
rəngbərəng marketlərin
işıqları sayrışan kafelərin
restoranların 
sahiblərinin qorxusundan 
yaxın düşməzlər analarına
şüşə arxasından baxarlar
sanki anaları bu dünyada 
ən bahalı 
satlıq oyuncaqmış kimi...
axşamlar 
məktəb çantalarını gizlədikləri 
yerdən çıxarıb
kirayə evlərinə dönərlər
qapısında ev sahibinin danlağı
qarğışı asılmış evlərə...
isti ocaq yox
çay-xörək yox
ana yox! 
məktəb çantasından
kitab-dəftərdən küsmüşlər
bu dünyada sanki 
başqa heç kim
başqa heç nə yoxmuş
acıqlarını çıxmağa...
müəllimlərinə nifrət edərlər
adamı heç anlamaz ki onlar
dayanmadan öyüd-nəsihət verərlər
başqa da bir şey bilməzlər!
yoxsul əyinlərinin
cırıq ayaqqabılarının 
göm-göy, qabarlı əllərinin hayıfını
lovğa sinif yoldaşlarından çıxarlar
avara deyərlər onlara
küçə uşağı
yetimçə
kəndçi deyərlər
acıqlı, kinli çocuqluqları
rəngbərəng marketlərin
işıqları sayrışan kafelərin 
qarşısındakı
səkilərdə 
analarını gözləməklə keçər...
o uşaqlardan biri rastına çıxsa
ərinmə
dönər al
vicdanını təmizlə sən də 
kağızını aç ver 
bəlkə də heç dönər yeməyiblər...


Rüblük ädäbiyyat därgisi
17
Pəncərələr
   (Röyaya ithaf)
Bayılın çıxışında
beşmərtəbəli evin ikinci mərtəbəsindəki
pəncərələrdən birində
gözəl qız oynayardı
nə vaxt avtobusla keçsəm
qız ordaydı...
tıxac olardı həmin dayanacaqda həmişə
darıxan sərnişinlər qıza baxıb əylənərdilər
darıxmadan çıxarırdı tıxacdan bizi qızcığaz...
bir gün  pəncərədə kimsə olmadı
nə vaxtsa ağlını itirmiş
ürəyi bütöv qız getmişdi
bütün yolçular qızı soruşurdu bir-birindən
hamımızdan çox bilən bədağız sürücü 
hırıldaya-hırıldaya demişdi:
- “dəli qız oynaya-oynaya 
pəncərədən yıxılıb öldü dünən...
deyirlər əvvəllər ağıllı-başlı qızmış
ağlını sonradan itiribmiş
nə olubsa indi
babalı öz boynuna”
qızın tamaşası bitmişdi
tıxac darıxdırıcı olmuşdu hamıya
təkcə nəfəs almağımız
günəşə baxmağımız üçün deyilmiş
 pəncərələr
hər kəsin pəncərəsi  
onun mavi ekranı həm də
ordan verilişlərini sunar  iyirmi dörd saat
pəncərəsi qapandımı həmişəlik 
həyatı bitdi demək...
etiraz aksiyasını küçələrdə yox
pəncərələrində deyinə-deyinə 
keçirər qadınlarımız
asdığı pərdələrin rəngindədi 
qadınların inqilabları
dəli dedikləri qızın qaraydı pərdələri
həmişə çalıb-oxumağına rəğmən
əvvəl ağlını
sonra özünü uçurtdu çərpələng  kimi
hələ də yel vurub yengələr oynayır
qara pərdəli pəncərəsində.
Gec saatlarda...
uşaqların yuxuya müqaviməti
kiçik ölümdən qaçmaq istəmələri
elə ölümdən qaçış bir az da
hamı ayaq üstəykən
yatağa çəkilməyə
könüllü qol qoymazlar...
gün bitir
beləcə ayrılmaq çətin olur sevgililərə də
axşam süfrəsində gözləyən
ata-analar yada düşməz
gülüb- oynamaqdan
şıltaqlıqdan doymamış
yatağa göndərilən uşaqlar kimi 
ayrılarlar dayanacaqlarda 
sevgililər hər axşam...
işdən gec qayıdan ərlər
uşaqlarını yatmağa göndərən qadınlar
gec saatlarda yatarlar
erkən oyanarlar
yuxu saatlarından oğurlayıb
eşqə zaman yığarlar...
dəyərli olan hər şeyə 
gizlinlərdə
köşə-bucaqda saxladığımız
kisəmizdən  çıxarıb  vaxt ayırarıq 
oğrun-oğrun...
gecələr anasını yuxuya verib
həyətdəki pişiyi evə buraxan
qarnını doyurub 
yatağına soxan uşaq kimi... 
Günəşin rəsmi
səni xoxanla-moxanla
ayıyla-canavarla
atanla-babanla qorxutmadılar...
ev sahibiylə qorxutdular,
oğlum...
əl-ayağını bağladılar
görünməz bir bağla
ona toxunma, buna toxunma deyə
çözəmmədin heç cür
nə o bağı


N1(6) mart 2013
18
nə də ev sahibinin 
nə 
yaxud kim olduğunu
“buynuzu da varmı ev sahibinin?”
soruşdun bir  kərə qorxa-qorxa
ata-anan xısınlaşdılar:
“var, oğlum
quyruğu da var...
yekə-yekə dişləri də
ay sonunda qapıya dayanar
görərsən sən də”...
ilk rəsmini çəkmişdin divar kağızına
xəlvəti atanın cibindən götürdüyün
qələmlə
günəşdi yup-yumru
cəmi bircə saçağı vardı
yarımçıq qaldı
anan üstünə yüyürüb qələmini aldı
o hansı evdi
harda qaldı o rəsm
ata-anan belə xatırlamaz oldu
yaşlandılar
amma  ev sahiblərinin 
buynuzu və quyruğu 
yekə-yekə dişləri 
çıxmadı onların da yadından...
“evim olmadan evlənmərəm” deyə
gəncliyini ötürdün
yaşın qırxa, qırx beşə çatdı
öz doğma divarları olsun oğlumun deyirsən
istədiyi qədər günəş şəkli çəksin 
çəkdiyi heç bir şəkil yarımçıq qalmasın
heç bir ev sahibinin qorxusundan
günəşi parıldasın həmişə
zaman gəlsin 
günəşini öz oğluna göstərə bilsin o da...
bəyənmədimi səni təzə qonşu qızı 
“saçları çoxdan ağarmış deyə”
üstəlik dayı deyir sənə... 
o canıyanmışsa 
uşaqlıq xəyallarında olduğu kimi qalmış...
Sevməyə məcburdurlar
sən  məni dibçəkdəki 
gül kimi sevdin
qucağına alıb
evində ürəyin istəyən yerə
qoya biləcəyin
təkcə özün yerindən
tərpədə biləcəyin dibçək kimi...
ancaq sən verdiyin qədər
su gördüm
günəş gördüm
kefin istədi
çəkdin pərdələrini pəncərələrin
günəşə görünməz oldum
günlərlə düşmədim yadına
məni eləcə buraxdın
öz tənhalığıma
günəşsiz-susuz...
solğun göründüm
boynumu bükdüm
gündən-günə solduğumu vurdun üzümə
danladın, söydün:
“ölürsən, öl artıq!” deyə...
sən məni
dibçəkdəki gül kimi sevdin
bir də baxdın ki, öldüm...
yerimə başqa bir gül əkdin
güllər çox
hamısı da yaraşır
yerləşir dibçəyinə
hamısı da sözəbaxandı
dilsizdi hamısı...
sən məni dibçəkdəki gül kimi sevdin
mən səni
günəşim-suyum kimi
günəşə açılan bircəcik pəncərəm kimi
sevmişdim...
amma səninçün nə fərqi var ki
güllər hamısı belə sevər
sevməyə məcburdurlar çünki. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə