Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə6/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   2   3   4   5   6   7   8   9   ...   77

N1(6) mart 2013
14
o üzünə, bu üzünə göz gəzdirdi, ölçdü-biçdi, ər-əskiyini 
ortaya çıxardı. Bundan sonrakı kərpiçlər daha saf, səliqəli 
olacaqdı. Bir şərtlə, kürə yaxşıca qızdırılmalıydı.
Həyətdə bir gözəl  şax tut vardı, doğrudu, qocal-
mışdı, putlamışdı. Dava illəri onun meyvəsi qonum-
qonşunun dadına çatmışdı. Bir gün, bir axşam çağı 
bacı işdən dönəndə az qaldı səhərcə sağ-salamat qoyub 
getdiyi eşiyi tanımasın. Evin, otağın başına gələn indi 
həyətin başına gəlmişdi. Elə bil həyətin də damı, taxta-
puşu varmış, söküb götürmüşdülər, yayın günü, payız 
dönəli həyət qalmışdı  çır-çılpaq, başaçıq, yalın.  Şax 
tutun yarmaça odunları kürənin altında, sobanın ağzın-
dan qopan alovda qovrulmaqda, yanmaqda idi.
Kərpiç bişdi, çıxdı, soyudu, üst-üstə qalaqlandı. 
Oğlan işin yeni mərhələsinə elə girişdi ki, qapı-qonşu 
tamaşasına yığışdılar.
Qonşuda bir qız da vardı. Davadan qabaq Meh-
manda gözü bardı. Onun sağ qayıtmağıyla qonşu qızın 
şövqü kükrəmişdi. Mehman o sarıdan hələ öz rəyini 
söyləməmişdi. Çəpər başında görünən qız bir axşamüstü 
Mehmanın bacısının çağırmağıyla onlara gəldi. Qonşu 
qız bəlkə, gəlin kimi bir otağında gərdək arxasında otu-
racağı evin tikilişində yaxından iştirak etməyə başladı.
Qız, maşallah, oğlandan güclü, təpərliydi. Palçıq qat-
maq gərəkdi, donunu dizindən yuxarı çırmayıb girdi pal-
çıq içinə, qıçlarında, ayaqlarında cəngavər təpəri vardı. Nə 
iş desən, Mehmanın ağzından çıxmamış onu gördü, hələ 
desən, Mehmanı başa saldı ki, təkcə bir divarı yox, arxa-
nı, yanı da söküb yenidən kərpiçlə hörmək yaxşı olar. Ana 
və bacısı qonşu qızın gəlməyindən cox sevindilər, özlərinin 
deyə bilmədiyini bu qızın dilincə deyə bilərdilər. Deyə 
bilərdilər ki, bala, başına dönüm, qabaqdan payız gəlir, ya-
ğışlar başlayacaq. Onun ardınca ağzıqara qış burum-burum 
qarıyla. Bizi yağışda-qarda çöldəmi yatırtmaqdı fikrin?
Bunları qonşu qız Gülövşə deməliydi. Onu demək 
əvəzinə, Mehmanı  qızışdırır, söküb qoyurdular yerə. 
Çaylaqdan axşam, gecələr daş daşımağa başladılar.
Mehmanın evi yola yaxındı, aşağı  kəndə, bazar-
dükana gəlib-gedənlər həyətin qabağından ötürdülər. 
Mehman oğlanın həyətində gedən quruculuq onları da 
maraqlandırırdı. Tanış-biliş səsləyirdi:
- Mehman, işin irəli.
- Mehman, işin avand olsun! Xeyirliyə tik.
- Gün o gün olsun, tezliklə qurtarıb orada bir yaxşı 
toy vurdurasan!
Payız doğrudan-doğruya gəldi. Onda gəldi ki, 
Mehman ata mülkünün divarlarını tikib qurtarmış-
dı. Qənşəri kərpiçdən, arxaları çaylaq daşından başa 
gəlmişdi. Taxtapuş cəncəldi. Köpəyoğlu faşistin dam-
divarını göydən gurultuyla enən bomba çətinliklə uçu-
rurdu. Bunun ata mülküsə himə bənddi, sökməsə, vax-
tında aşırıb yerə qoymasa, bəlkə, anası, bacısı bir gün 
himə bənd olan taxtapuşun altında qalacaqdılar. Meh-
man da davadan qayıdıb görəcəkdi nə ana var, nə bacı. 
Onu qınamalı deyildi. Odur ki, payız yağışları başlayıb 
töküləndə ana və bacı qonşunun bir otaqçasına sığın-
malı oldular. O, sallama kəsir, qabırğa doğrayır, taxta-
puşun quramasını qovzayırdı.
- Mən taxtapuşu elə quracam ki, ora da yaşanmalı 
olsun.Yayda yox təkcə, qışda da. Buna Avropada man-
sard deyirlər.
Qışın ilk qarı ələnib yer üzünü ağardanda Gülöv-
şənin gələcək qayınanası və baldızı gələcək gəlinlərinin 
otağından yenidən öz ev-eşiklərinə qayıtdılar. Köhnə 
evin tənəkə dəmir örtüyü çürüyüb təndirdən çıxan qaz-
mağa çevrilmişdi. Onu yenidən qabırğa-sallamalara 
mıxlamaq çətin oldu. Mehmanın ustalığı sayəsində 
taxtapuş da başa gəldi. Bacı gördü ki, taxtapuş tarix 
kitablarında gördüyü sərkərdələrin, bəlkə, Nikolayın 
başındakı üçbucaq börkə bənzəyir.
Mehman davadan qayıdanda ana-bacı onun da-
nışığında, davranışığında bir yadlıq sezmişdi. Bacısı 
Mənzər görmüşdü ki, qardaşının gözü-qaşı  dəyişmiş 
təkidi. Oğlanda onların hələ yovuşa bilmədikləri əla-
mətlər sezilmişdi. Ona alışmışdılar. Güllə-boran, top-
tüfəng, yad ölkələr adamı dəyişdirib.
Amma oğlanın söküb yenidən tikdiyi evin  bu 
sayaq bambaşqa cildə girməyi ana-qızı  mat-məəttəl 
qoymuşdu. Ana çıxırdı eşiyə, aralanırdı həyət qapısına 
sarı, dönüb ürkə-ürkə baxırdı ev-eşiyə. Divarın biri ala, 
biri qara, taxtapuş da o yöndə. Bu mənzili onun doğ-
ma övladı öz  əliylə qurmuşdu. Di gəl arvad doğmaca 
yurdundan üşənirdi. Ananın elə bil altına su çıxmışdı, 
dədə-baba qaydasınca bardaş qurub palaz-kilim üstdə 
otura bilmirdi. Oğlan otaqların içini də suvamış, ağart-
mışdı. Divarlar arvada gözünü ağardırdı.
Qurban təpəsində bir bənna kişi vardı. Bu yerin bi-
rinci özül qoyanı, ev tikəni o idi. Bax  haman o ustanın 
yolu bunların evinin qabağından keçirdi. Bir gün Meh-
man, anası  gördü ki, bənna Bəndalı onların həyət qa-
pısından girdi. Gəldi, əyləşib bir stəkan çay içdi, evin 
içərisinə tamaşa elədi. Oğlan onun ev sarıdan rəyini 
soruşmadı. Kişi özü söz açdı:
- Dədəm balası, - dedi, - Sənin bu tikdiyin ev ona 
oxşayır ki, adamın paltarını soyundurub tərsini, astarı-
nı geyindirmisən.
Mehmanın anasının, bacısının və hələ gəlin kimi 
yox, qonşu kimi onlarda oturub, istiqanlılıq göstərən 
qızın gözü çıxdı  kəlləsinə. Vədələşdilər ki, qış  çıxan 
təki  evi söküb yenidən sahmana salsınlar.  İndi yox, 
havalar qızanda.                                    
 1985-ci il.              


Rüblük ädäbiyyat därgisi
15
Səni öldürəcəklər
 
sənə uca boy verdilər
alçaq tavan 
başını çırpa-çırpa keçdin
evinin qapılarından
“bura daş qoyanın...” deyib
başladın amma
dilin gəlmədi ki atanı söyə...
qabarlı əllərlə oxşadın üzün
“əlində tikan var” dedi
hiyləgər qızın
qurtardıqca yağın,
 çörəyin, duzun
səni sevmədilər
üz döndərdilər
dizinə döydün
divarı vurdun
səksəndi divarda ananın şəkli
əlin gəlmədi arvadı döyə...
ordudan qayıtdın
ailə qurdun
necə sevinirdin sağ qalmağına…
hər gün cəbhədəsən
hər gün döyüşdə
bilmədin yenə
səni öldürəcəklər günün birində
öz əcəlinlə...
barı orda  bilirdin düşmənin kimdi
atəşkəs olsa da…
arabir cavab atəşiylə
 susdururdun düşməni
boşaldırdın hirsini…
qəhrəmanlıq da göstərmədin
bəxtin gətirmədi
qəhrəman adı vermirlər
düşməni 
cavab atəşiylə susduranlara…
burda
arxa cəbhədə vallah
vəziyyət pisdən pis 
ağırdan ağır
orda arxalanmağa səngərin vardı
burda söykənəcəyin divarı
söküb aparıb şəhərin meri...
təzə ev tikməli
bağ salmalı
arvada dəbli bir don almalısan
qış gəlir
oğlunun paltosu yoxdu
qonşunun toyuna pul salmalısan
götürüb gücünün yetdiyi daşı
bəlkə də başına 
daş salmalısan.
hər  an üz-üzəsən mənfur ölümlə
səni öldürə bilərlər
öz əcəlinlə...
hər axşam
üstünə yorğun uzandığın
divan da narazı səndən
soncuxlanır
cırıldayır arvadın kimi 
onun da beynini doldurub arvad
televizor qanını qaraldır elə
yenə öldürürlər adamları
yenə ağladırlar uşaqları
bir başqa kanalda şıllaq atırlar
        
Bir  kitab  şeir
  SEVİNC  ELSEVƏR


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə