Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə4/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   2   3   4   5   6   7   8   9   ...   77

N1(6) mart 2013
10
Elə bil muncuq
üzüldü sapından
topasına biçdilər xocalıları –
topunan…
Xocalı!
qətlinə fərman verənlər –
cani!
bu zülmü görənlər –
cani!
görüb-götürənlər –
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…
 Qeyd: Görəsən Azərbaycan dilində bu səviyyədə 
Xocalıya həsr olunmuş  şeirimiz var? Əgər varsa (bu 
səviyyədə!) gəndərin, gələn sayımızda elə bu yerdə 
çap etməyə hazırıq.
MKM-nın onluğu açıqlandı
Milli Kitab Mükafatının (MKM) Ekspert Şurası 
qısa siyahını açıqlayıb: 
1. Azad Qaradərəli. “Kuma-Manıç çökəkliyi”
2. Qan Turalı. “Mustafa”
3. Pərvin Nurəliyeva. “Balerina”
4. Sayman Aruz. “Yüz il inqilab”
5. Şəhriyar Del Gerani. “İntihar hörükləri”
6. Vahid Qazı. “Çamayra. Kuba dəftəri”
7. Zakir Sadatlı. “Əfqanıstan uçurumu”
8. Zahid Sarıtorpaq. “Əlifba bayramında qətl”
 
Rus dilində əsərlər
 9. Гюльнара Караева. "Две жизни"
10. Малик Дурсунов. "Кара дайы"
 
Ekspert Şurasına Tehran Əlişanoğlu, Mahir Qara-
yev, Yaşar, Zahir Əzəmət və Elnarə Tofiqqızı daxildir. 
Rus dilində  təqdim olunmuş  əsərləri isə bu il rusdil-
li ekspertlər - Bella Zakirova və Vyaçeslav Sapunov 
dəyərləndirib.
 Aprelin 1-də 10 əsərdən ibarət “shortlist” (qısa si-
yahı) qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim 
olunacaq. İyun ayının 4-də isə mükafatın qalibləri elan 
olunacaq. Xatırladırıq ki, 1-ci yerin üç min, 2-ci yerin 
iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı 
ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız, həm 
elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı 
uşaq nağılının müəllifinə, 
ən yaxşı  gənc yazara və 
ən yaxşı  şeirə görə 300 
manat məbləğində mü-
kafat veriləcək.
MKM Azərbaycanın 
ədəbiyyat sahəsində  ən 
böyük layihədir. MKM 
2009-cu ildə  “Əli və 
Nino” Nəşriyyat evi tərə-
fin dən təsis edilib və qısa 
müddət ərzində media və 
cəmiyyətdə geniş rezonans doğurub. Mükafatın  əsas 
məqsədi ictimai diqqətin Azərbaycan  ədəbiyyatına 
cəlb edilməsi,  ədəbi  əsərlərin üzə  çıxarılması  və sti-
mullaşdırılmasıdır.
”Yazı”  Slavyan Universitetinin 
Yaradıcılıq  fakültəsinin qonağıdır 
Slavyan Universitetinin Yaradıcılıq fakültəsində 
“Yazı” dərgisinin yaradıcı qrupu ilə müəllimllərin və 
tələbələrin görüşü keçirilib. Bunu əslində dərginin Ya-
radıcılıq fakültəsində  təqdimatı da adlandırmaq olar-
dı. Tədbiri giriş sözü ilə fakültənin dekanı, tanınmış  
tənqidçi Elnarə  Tofiqqızı açıb. 
Sonra söz “Yazı” dərgisinin baş redaktoru Azad 
Qaradərəliyə verilib. O, ədəbiyyat haqda fikir və 
düşüncələrini, dərginin nəşrinin hansı zərurətdən doğ-
duğunu auditoriya ilə bölüşüb. Tələbələrdən Seyid 
Ramin, Günel Eyvazlı, Səxavət Sahil, Elmar Şahmar, 
Gülbala Dadaş, Səbinə Rzayeva, Sara  Dəmirova və 
başqaları  çıxış edərək “Yazı” dərgisi barədə arzu və 
təkliflərini  bildirmişlər. Sonda Azad Qaradərəli audi-
toriyanın çoxsaylı suallarını cavablandırmışdır. Qərara 
alınmışdır ki, dərginin hər nömrəsində Slavyan Uni-
versitetinin Yaradıcılıq fakültəsinin tələbələrinin yara-
dıcılığına da yer ayrılsın.


Rüblük ädäbiyyat därgisi
11
Qapısı daldan bağlı olan bir otağın içində dörd nəfər 
hökumət çörəyi yeməyə məhkum olmuşlar əyləşmişdilər. 
Biri N. qəzasının afət və bəlası, sabiq prokuror İvanov idi. 
İkincisi, haman qəzanın pristavı  Əzrayıl bəy idi 
ki, onun adıyla analar uşaqlarını qorxudurdular. 
İki nəfər bazarda dalaşanda bir-birinə deyirdi. 
- Qardaşım, mənim canıma Əzrayıl bəy olmamı-
san? Nə istəyirsən məndən?
İki yerdə qalanlar da neçə illərlə eli dəhşətdə sax-
layan iki qardaş quldurlar idilər. 
Şəhərdə pristavdan savay keç kəsin əqrəbası yox 
idi. O idi ki onun evindən hər gün xörək gəlirdi. Pris-
tav - xörəyinin çox olduğundan prokuroru da qonaq 
eləyirdi. Bəzi vaxtlar quldurlara da az-maz çatırdı. 
Bir gün nahar vaxtı pristav üzünü yoldaşlarına tu-
tub dedi: 
- Həzərat, sizə bir qəribə nağıl eləyim. Bu prokuror ki 
görürsünüz, bir vaxt N. qəzasının bəlayi-nagəhanı idi.
Nə etməli ki, indi təqdiri-qəzadan mənim boz-
başıma möhtac olub. Mən bunun başına, osmanlılar 
demişkən “tam mənası ilə” bir it oyunu gətirdim. Onun 
indiyədək mənim o kələyimdən xəbəri yoxdur. Qoyun 
indi bilsin: Mən N. qəzasında pristav idim. Qılıncımın 
dalı da kəsirdi, qabağı da. Bir gün adam döydürməsə 
idim, gecə yata bilmirdim.
Əvvələn bu yerin camaatına qılınc müsəlmanları 
deyərlər. Bunların ki bellərindən bir gün dəyənək əskik 
oldu, qudurub yollarından çıxırlar. 
İkincisi, adam döydürməyən pristavın camaat arasın-
da qədri-qiyməti olmaz. Deyərlər: “Ağzı yava pristavdı”.
Söhbətin şirin yerində Moltanı gəldi, - “Allah sax-
lasın”. Bir də gördüm hardansa, bu zalım oğlu proku-
ror təyin olub. Gəldi, çıxdı, bir-iki gündən sonra məni 
çağırıb dedi: 
-  Əzrayıl bəy, mənə  xəbər verdilər ki, siz burada 
adam döydürürsünüz, təvəqqe edirəm belə işləri qoyasınız 
bir yana. Yoxsa, bir də eşitsəm ki, adam döydürmüsünüz, 
məndən inciməyin! Sizi məhkəməyə verəcəyəm.
Əlim, ayağım kəsildi. Pristav olub adam döydür-
məmək dənsə, gedib əkinçilik etmək yaxşıdır. Qardaş-
lar, öz başınıza gəlib. Azından hər biriniz yüz oğurluq 
etmisiniz. İndi insafla deyin, belinizə ağac dəyməyincə
boynunuza alırdınız, ya yox? 
Quldurlar ikisi də pristavın sözünü təsdiq etdilər. 
Birisi dedi: 
- Papağını qoltuğuna vurub, çəpər altından oğur-
luğa gedən binamusun atasına gərək od vurula. 
Pristav nağılına davam elədi:
- Bəli, əlim-ayağım kəsildi, arvad kimi oldum. İstədim 
istefa verim. Sonra qəza özü mənim qolumdan tutdu. 
Bu prokurorun bir yaxşı ov tulası var idi. Yasavul-
ları öyrətdim, tulanı oğurlayıb gizlətdilər. 
Prokuror bir gün, iki gün iti axtardı, tapa bilmədi. 
Axır məni çağırıb yalvardı ki, onun itini tapım. Dedim: 
“Baş üstə axtararam!” Bir on gün keçdi. 
İt tövlədə əyləşib istirahətlə hər gün, ətdən, çörək-
dən yeyirdi. 
Bir gün məyus bir halda prokurorun yanına gəlib 
xəbər verdim ki, bəs iti oğurlayan tapılıb. Yəqindir ki, 
iti aparan odur. Amma əldə rəsmi dəlil yoxdur. Hərçi 
təkid edirəm, boynuna almır. And içir ki, itdən xəbəri 
yoxdur. Amma iti aparmağı yəqindir. 
Prokuror qeyzə gəlib birdən dedi:
- Belə, bas o kafir oğlu kafiri ağacın altına sal, o qədər 
vur, bir qat qabığı getsin! Onda boynuna götürər. 
Dedim: “Baş üstə!”
Sabahdan prokurorun itini göndərdim və o gündən 
bunun izninə görə başladım: “Babam mənə kor deyib, 
gəlib-gedəni vur deyib!” Başladım sağdan sola, soldan 
sağa dəyənək çırpmağa.
Prokuror qulaq asıb soruşdu:
- Əzrayıl bəy, həqiqət iti sən oğurlatmışdın?
- Bəli.
- Ax tı maşennik!
 
 
     
SÖZÜMÜZÜN YİYƏLƏRİ
 
 
      ƏBDÜRRƏHİM  BƏY HAQVERDİYEV
“İT OYUNU”
 (Hekayə)


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə