Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə2/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   2   3   4   5   6   7   8   9   ...   77

Rüblük ädäbiyyat därgisi
5
Yazıçı kimdir? 
Sosialist realizminə görə yazıçı “formaca mil-
li, məzmunca sosialist” ədəbiyyatın yaradıcısı  və 
ölkəsinin ideologiyasına xidmət edən bir şəxs idi. Bun-
dan kənara çıxan xalq düşməniydi. Soljinitsin kimi
Pasternak kimi, Brodski kimi... İndi bu çevrəni yara 
bildikləri üçün əslində yazıçı da onlar hesab olunur. 
Bizdə bu nümunə yox kimidi, demək... Daha bunun 
deməyi, filanı yox ki. (Hər zaman olduğu kimi istisna 
var: Cavid Əfəndimim timsalında. İstisna isə zülmətin 
boğa bildiyi ulduz axınına bənzər.)
Ruslar bizə  işğalçı kimi gəlmişdilər, fəqət özləri 
də bilmədən Şimali Azərbaycanda   maarif, elm qapı-
sına düşən açar salıb getdilər. M.F.Axundovun onlara 
sədaqətlə xidmət etməsinin səbəbini biz bax bu yöndən 
görəndə başa düşürük. Sənin totpağını  işğal edən 
səndən yüz il qabaqdadırsa, demək səni özü ilə yüz il 
irəli sürüyəcəkdir. Bu gün Güney Azərbaycana bax-
maq kifayətdir ki, sözümüzün doğruluğunu anlayaq. 
(Əlbəttə, bunun yüz cürə pislikləri, mənfilikləri də var, 
amma tərəqqinin qabağında onlar xırda məsələdir.)
Böyük Nerudanın  söz haqqında yazısı var. Həmin 
yazıdan kiçik bir sitat  fikrimizi  isbatlayır: “...Barbar-
lar isə çəkmələrindən, saqqallarından, dəbilqələrindən, 
atlarının nallarından bərq vuran sözlər töküb gedirdilər
onlar bizdə qalır və işarırdı… Bu dil idi… Biz məğlub 
olduq… Biz qələbə çaldıq… Onlar bizdən qızıl alıb 
apardılar, amma elə  qızıl da qoyub getdilər… Onlar 
bizim hər şeyimizi aldılar, ancaq elə hər şey də qoyub 
getdilər. Onlar bizə sözləri qoyub getdilər...”
Əslində yazıçının heç kim qarşısında heç bir 
öhdəliyi-filanı yoxdur. O bir özünə, bir allahına (əgər 
onunçün o da varsa), bir də qələminə (indi kompüterinə) 
cavabdehdir. Ona görə yazıçı öz hücrəsinə çəkilib yaz-
mağa başlayanda heç kimlə məsləhətləşmir, heç kimdən 
icazə almır, demək sonda bu azad adamdan nəsə um-
maq absurddur. Ah-ha. Demək yazıçı hər mənada azad 
adamdır, nədən ki, onun heç hansı ölkənin vətəndaşı 
olduğu da bəlli olmaz. Əgər onun əsərindəki ölkənin 
adı tamam ayrı bir yerdirsə, qəhrəmanı tamam başqa 
bir fərddirsə, təbir caizsə yazıçının milliyyəti də bəlli 
olmaz. (Orası da var ki, yeri gələndə yazıçı  qədər 
milli, yazıçı qədər bəşəri ikinci birisini tapmaq qeyri-
mümkündür. Ortada Sabir, Mirzə Cəlil nümunəsi var!) 
Bu palitranı bir az da tündləşdirmək olardı, nə demək 
istədiyimi bilənlər bildi. Amma ki bir məsələ açıq qa-
lır: biz şərqlilər hər mənada yazıçıdan öz umduğumuz 
əsəri ala bilməyəndə onu ya oxumuruq, bu cəhənnəmə, 
onu ya söyürük, ya da linc edirik. Dərisinin soyulub 
soyulmamasından asılı olmayaraq ortada  “soyun ey 
murdar sallaxlar Nəsiminin tənini” deyən bir Nəsimi 
nümunəsi var. M.F.Axundovun, Sabirin başına açdıq-
larımızı allah heç bir qələm sahibinə göstərməsin.
Burası da var ki, yazıçılar (bura digər yaradıcı 
adamları da əlavə edə bilərik) bəzən özü öz azadlığı-
nı məhdudlaşdıran addımlar atır. Buna daxili senzura 
deyirlər ki, belədə onun iç dünyasının  tələbatı kimi bu 
da qəbul ediləndir – hər mənada riyakarlıq faktı ortada 
olsa da.   
Amma o da var ki, bəzən HÜCRƏ-nin qanunlarıy-
la sənətkarın yaşadığı MÜHİT  baş-başa gələndə anla-
şılmazlıqlar, hətta katostrafik nəsnələr baş verir.Necə? 
Gətirdiyimiz nümunələr bunu yaxşı  əks etdirəcək, 
etdirməyəcək, bilmirəm. Bir onu bilirəm ki, yazı adamın-
dan olduğundan artıq şey ummaq hər mənada zor işidir.
Sartr haqqında bir yazı oxumuşdum çox-çox illər 
əvvəl. Onun məşhur humanizm məktəbinin müdavimi 
olan amerikan tələbəsi bir gün böyük humanistin yanı-
na gəlib deyir:
 -Atam vəfat edib, mən icazə verin, gedim okeanın 
o tayına, atamın dəfnində iştirak edim.
 Böyük filosof təəssüflə deyir:
 -Gedin və bir daha qayıtmayın.
Tələbə təəccüblə filosofa baxır. Onda Sartr deyir:
-Siz neçə ildir humanizm məktəbinin müdavi-
misiniz. Amma başa düşməmisiniz ki, atanın dəfninə 
getmək üçün icazə almaq humanizm prinsiplərinə yad-
dır. Sizdən humanist çıxmaz.
Baş redaktordan
YAZIЧI AZADLIĞI, ƏDƏBİ HƏRİSLİK,
 SƏNƏTKAR RAHATLIĞI VƏ ANTİ-HUMANİZM


N1(6) mart 2013
6
***
 L.N.Tolstoy xəstə yatan Çexova baş  çəkməyə 
gəlir. Bu o zamandır ki, yazıçı çan verir. Yazıçı marağı 
insani duyğulara üstün gəlir. Oturub insanın necə öl-
düyünü, ölümqabağı hansı əzablar çəkdiyini müşahidə 
etməyə başlayır. Qarşısında can verənin bir həkim, bir 
yazıçı olduğunu unudur, ona sadəcə obyekt kimi ba-
xır.
                                                         
***
Mirzə Cəlil yazı yazanda, əsər üzərində düşünəndə 
heç nə eşitmək istəmirmiş. Hətta doğma balasının da 
səsi yazıçıya mane olduğundan  az qala körpəni quyu-
ya atmaq istəyib.
                                                        
***
Saytlarda getmiş bir şəkilli xəbər bütün oxucular-
da şok  effekti yaratmışdı.
Gördüyünüz  fotonu çəkən insan, foto sərgisində 
birinci yerə  çıxıb və külli miqdarda pul əldə edib. 
Üstündən bir müddət sonra o intihar edib və ölümündən 
öncə yazdığı  məktubda belə yazılıb: "O zənсi uşaq 
ac və susuz, köməksiz vəziyyətdə idi. Mən bunu gö-
rürdüm və anbaan bu mənzərəninşəklini çəkirdim, 
mənimlə yanaşı bir quzğun da onu izləyirdi. BMT-nin 
kampına 100 metr qalmışuşaq taqətdən düşdü və canı-
nı tapşırdı. Quzgun isə onun cansız bədənini parçaladı. 
Mən onu kampa çatdıra bilərdim, amma insanlığımı 
sənətimə qurban verdim. Vicdanım imkan vermir ya-
şayım. Buna görə insanlardan üzr istəyirəm...."
                               
***
Və  Əkrəm  Əylisli “Daş yuxular”ı yazdı. Düzmü 
elədi, ya səhvmi, bu barədə başı  çıxan da, başı  çıx-
mayan da yazıb, mən yazıb bir az da köhnə palan içi 
tökməyəcəyəm. Sadəcə Əkrəm Əylisli bir şeyi qarış-
dırmışdı: boynuna xalq yazıçısı adını götürən  şəxs, 
özünün bir sıra hüquq və azadlıqlarından imtina etməli 
olduğunu bilməliydi. Bax, bu çox vacib şərtdir.


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə