Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə14/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   10   11   12   13   14   15   16   17   ...   77

N1(6) mart 2013
36
(əvvəli ötən saylarımızda)
Rus çölü  soyuq və səssiz, bizim çöllər kimi qüssəli 
olur. Geniş və intəhasızdı, adama elə gəlir bu çöllərin 
sonu yoxdu.
Bizdə çöllər səslərlə doludu, çöllərdə balaca ço-
banların, qaz otaran qızların, toy müğənnilərinin mah-
nıları dolaşır, külək bu mahnıları qabağına qatıb bütün 
dünya çöllərinə, yollarına səpələyir. Rus çölü isə sükut 
içində boğulur, sükut adamın qulaqlarını dəlir.
Sən torpağın səsini eşitdiyini demişdin, amma 
mən sənə inanmamışdım.
Erkən yazda rus meşəsinin kənarında ağcaqayın 
kötüyünün üstündə oturmuşdum, öz çöllərimizi xatır-
layırdım. Gözlərimi yumdum və inanmazsan, birdən öz 
çöllərimizdə oxuyan balaca çobanın səsini eşitdim. Ay-
dınca eşidirdim, balaca çoban qəhərli səslə oxuyurdu.
Sonra azan səsi eşitdim.
Səslər başıma göydən ələnirdi. 
Mən hər şeyi başa düşdüm, bu səsləri külək qovub 
buralara qədər gətirmişdi, göyün, yerin, havanın donu 
açıldıqca, səslər də açılır, göydən ələnirdi.
Sonralar da darıxdımmı, yerə oturur, başımı qu-
caqlayır, gözlərimi yumur və   balaca çobanların mah-
nılarına qulaq asırdım.
Evlənəndən sonra da o mahnılara qulaq asanda  
arvadım heyrətlə neylədiyimi soruşdu:
- Balaca çobanların mahnısına qulaq asıram, - de-
dim.
- Burda oxuyan yoxdu axı?
- Burda yoxdu, - dedim, - bizim çöllərdə oxuyur.
- Sizin çöllərdə oxuyurlar, sən də burda eşidirsən?
- Hə, - dedim.
Arvadım  hirsləndi, dedi, burdan bura məni eşit-
mir sən, dünyanın o başındakı çölünüzdə oxuyan bala-
ca çobanın mahnısını eşidirsən? Dedi,  hamısı ondan-
dır ki, sizin  quruca bədəniniz burdadı, ruhunuz isə o 
torpaqlarda qalıb. 
***
Suvarmada tətbiq elədiyim yenilikdən sonra işimiz  
az olur, mən çayda çimir, çardaqda uzanıb yatıram. Ayı 
isə öz dediyi kimi ana təbiətin müalicəvi üsullarından 
yararlanır. Deyir, kazyol, mənim bədənim duz bağlayır, 
gicirtikan terapeya ilə məşğul olmalıyam. Deyirəm, ol, 
mənim üçün fərq eləməz, amma bilmək istəyirəm, gicirti-
kan səni gəbərdəndə  pulumu kimdən ala biləcəyəm. De-
yir, sən heç narahat olma, gicirtikan məni gəbərtməmiş, 
mən səni gəbərdəcəyəm, sən də kimdənsə pul istəmək  
kimi alçaq işlərlə məşğul olmayacaqsan.
Çayın sahilinə gedir, soyunur, bircə şortiki əynində 
qalır.  Cığırın qırağından bir topa gicirtikan dərib baş-
layır gicirtikanla bədənini döyəcləməyə. Sonrakı saat-
larda sahildə atılıb- düşüb mal kimi bağırır, məni  ən 
iyrənc, ədəbsiz söyüşlərlə söyür. Amma arada da xa-
tırladır, sən özünə alma, sənlik bir iş yoxdu, sadəcə 
ürəyim partlar söyməsəm, səni söyməklə  enerjimi    
boşaldıram. Indi onu söymək mənasızdı, ağrılar içində 
qıvrılır, söyüş təsir eləmyəcək,  amma vaxtı var, əlbəttə 
mənim də enerjimi boşaltmaq üçün fürsətim olacaq.
Üç gündən sonra isə  gəlib deyir, bədənimi piy 
basır, qanım yağlanır, qatılaşır,  zəli terapeya ilə məş-
ğul olacağam. Mən ona zəlilər onu gəbərdərsə pulu-
mu kimdən alacağımı xatırladıram, o da zəlilər onu 
gəbərtməmiş mütləq fürsət tapıb məni gəbərdəcəyini 
xatırlatmaqla kifayətlənir.
Başlayır zəli ilə müalicəyə, ya da özünün dediyi 
kimi terapeya ilə  məşğul olmağa. Çayın sahilindəki 
suyu qaraya çalan gölmədən balaca ağaca bənd elədiyi 
torla xeyli zəli tutub şüşə bankaya yığır, sonra yenə 
də soyunur, əynində bircə  şortik qalır. Zəliləri düzür 
bədəninə  və fıstıq ağacının kölgəsində oturur. Zəlilər 
onun qanının sorduqca şişir, qaralır, qorxunc görkəm 
NƏSR
ASLAN  QULİYEV
QIZILQUŞ  VƏ  MƏN  
                 
 
roman 


Rüblük ädäbiyyat därgisi
37
alırlar. Ayı ara-sıra ufuldayır, amma gicirtikandan fərqli 
olaraq zəlilər o qədər də  ağrı vermirlər, yəni ufulda-
maqla kifayətlənir, daha qışqırıb bağırmır.
Xeyli keçəndən sonra həddən artıq şişmiş zəlilər 
buraxılıb torpağa düşürlər, dişlədikləri yerdən qan 
axır. Ayı qanın üzərinə pambıq basır, zəlilər düşdükcə 
də ayının bədəni qandan qızarır, pambıq qanı saxlamır. 
Hirslənən ayı da pambıqları qopardıb tullayır, sığır-
quyruğu yarpaqlarını  xırda-xırda doğrayıb  yaraların 
üzərinə basır və bu daha yaxşı effekt verir. Qan daya-
nır. Bəzi zəlilər nə qədər qan sorub şişsələr də, ayının 
bədənindən qopmurlar, ayı onların üzərinə düz səpir, 
yaşıl çalarlı  zərif dəriləri qıcıqlanır, qıvrılır, torpağa 
düşürlər. 
Daha iki  gün zəlilərə qanını sordurur. 
Bir qədər fasilə verir və yenə də sahəyə gələndə 
bu dəfə çamur terapeya ilə  məşğul olacağını deyir. 
Bədənimdə yel var, ağrı var, hamısını  çıxartmalıyam 
və başlayır çıxartmağa. Soyunub özünü şappıltı ilə   ça-
yın qabağını kəsib yaratdığım gölə atır, elə bil balina 
havaya qalxıb özünü okeanın sularına çırpır, su yarılır, 
ətrafa  sıçrayır və ayı gölün ortasında qərar tutur. Ax-
şama kimi sudan çıxmır, bədənini çay qumu və suyun 
qırağındakı çamurla ovur, sonra sudan çıxıb günün al-
tında uzanır, təzədən özünü şappıltı ilə gölə çırpır. 
Ayı bu terapeyedan da üç gün istifadə eləyir və 
təntənə ilə deyir:
- Daha mənim heç problemim yoxdu, buz baltası 
kimiyəm!
- Demək, öhdəsindən gələ bilirsən?
- Nəyin?
- Nəyin yox, kimin.
- Kazyol, kimin? – şübhə ilə soruşur.
- Arvadının.
- Kazyol,  xeyir ola,   arvadımın öhdəsindən gəlib 
gəlməməyimlə niyə belə maraqlanırsan?
- Necə  yəni niyə,  əyər gələ bilmirsənsə, öz 
xidmətimi təklif eləmək istəyirəm. Mənim yardımım-
dan istifadə eləyə bilərsən.
Məni qabağına qatıb qovur, amma tuta bilmir, 
söyməklə kifayətlənir. 
Mən də cavabını verirəm, bu dəfə isə ən çox ba-
cısını söyürəm, nə  qədər görməmişdim, tanımırdım, 
ayının özü kimi bacısının da eybəcər, yastı-yapalaq 
birisi olacağını güman eləyirdim, görəndən sonra isə 
unuda bilmirəm, duyğularıma hakim kəsilib. Beləsini 
söyməkdən, heç olmaya sözdə də elə eləməkdən zövq 
alıram.
Ayı söyməyinə ara verir, əliylə məni yaxına çağırır:
- Kazyol, bura gəl.
- Gəlmərəm.
- Qorxma, döyməyəcəyəm.
- İnanmıram, - başımı yırğalayıram.
- Söz, çırtma da vurmayacağam!
- Çırtma da vurmayacaqsan, amma kayf verdirə-
cək sən.
- Dedim axı, toxunmayacağam. Söz soruşacağam.
Ayı  məndən nə soruşa  bilər, özümə  də maraqlı 
gəlir, ayıya yaxınlaşır, amma lazım olanda qaçıb ara-
dan çıxa bilməyə  kifayət eləyəcək qədər məsafə saxla-
yıram. Deyir, sən axı mənim bacımı söyməzdin,   xeyir 
ola, nə dilinin əzbəri oldu? Deyirəm, mən hardan bilim 
sənin elə gözəl bacın  olduğunu?   
Mənə tərəf bir-iki addım atır, amma daha gəlmir, 
hədələyib gedir.
  
***
Mən düşünürəm.
Qəmzə  uşaqlığımı xatırladandan sonra tez-tez o 
günləri xatırlayır, yaddaşımda silinməz izlər buraxmış 
anları təzədən yaşayıram. 
Babam  ölkənin qərbindən didərgin düşənlərdən 
idi, Stalin Irandan və Türkiyədən köçürülən erməniləri 
yerləşdirmək üçün onları köçürtmüşdü.  Babam öm-
rünün sonuna kimi o torpaqların həsrəti ilə yaşadı, 
qış axşamlarında bizi başına yığar, öz torpaqların-
dan, dağlarından, yurd yerlərindən danışardı. Öləndə 
də oğlanlarına vəsiyyət elədi: “Məni dağ rayonlarının 
birinə aparıb,  orda dəfn eləyin.  İşdir, o yerlərin adam-
ları yad birisinin qəbirstanlıqlarında dəfn edilməsinə 
razı olmasalar, dağ  yollarının birinin kənarında dəfn 
elərsiz”. Atam razılaşmırdı, bu istidə meyiti hara apara 
bilərik, deyirdi, qoxuyar. Sonrası da dağ rayonlarında 
hər kəndin öz qəbirstanlığı var, kənar adamın orda dəfn 
edilməsinə heç vaxt razı olmazlar. Əmilərim   razılaş-
madılar, dedilər kişi yeddi oğul böyüdüb,  boya-başa 
çatdırıb, ev-eşik eləyib, ömründə bizdən bir    xahiş 
eləyib, nə deyib yerinə yetirmərik? Necə  vəsiyyət 
eləyibsə, elə də olacaq. Əyər orda adamlar razılaşma-
salar, nə qədər istəsələr pul verər, bir təhər razı salarıq. 
Heç razılaşmazlar, atamız deyən kimi, dağ yollarının 
birinin kənarında dəfn elərik.
Qadınlar xəmir yoğurdular, sac asdılar, lavaş bişi-
rib hazırlıq gördülər. 
Tayfanın kişiləri babamı maşına qoyub, üz tutdu-
lar cənub rayonlarına. Qayıdandan sonra atam danı-
şırdı ki, bizi orda yaxşı qarşıladılar, niyə  gəldiyimizi 
dedik,  əyər razı olmasanız biz çıxıb gedəcək, atamızı 
dağ yollarından birinin kənarında basdıracağıq. Bunun 
üçün nə qədər lazımsa, pul da verməyə hazırıq.


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə