«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям


«Siz­lər­dən xəstələnən və ya başındakı xəstəlikdən əziy­yət çəkən varsa…»



Yüklə 2,89 Mb.
səhifə5/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   2   3   4   5   6   7   8   9   ...   27

«Siz­lər­dən xəstələnən və ya başındakı xəstəlikdən əziy­yət çəkən varsa…»

Sonra Peyğəmbər  dedi: «Ya üç gün oruc tut, ya altı kası­ba xırda-xuruşdan sə­dəqə ver, ya da imkanın çatan qurbanı kəs!»

Bu hədisi həmçinin İmam Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 252), «Məğazi» fəslində (8-ci cild səh. 451, 463), Muslim «Sə­hih» əsərində (8-ci cild, səh. 119, 120), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 73), əbu Davud «Sü­nən» əsərində (2-ci cild, səh. 111), İbn Macə «Sünən» əsərində (3079-cu hədis), Əhməd «Müs­nəd» əsərində (4-cü cild, səh. 231, 242, 243), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 13), Daraqutni «Sünən» əsərində (2-ci cild, səh. 298), və ibn Cərir «Təfsir»ində rəvayət etmişlər. Tirmizi deyir ki, bu hədis «həsən-sə­hih­»dir.
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭼ
«Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həc­ci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsna­sın­da qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqla­rı Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!»

(197-ci ayə)
İmam Buxari «Səhih» əsərində (4-cü cild, səh. 127) de­mişdir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Yəmən əhli həccə gedərkən özləri ilə yol azuqəsi götür­məz­dilər və belə de­yər­di­lər: «Biz Allaha təvəkkül edirik». Mədi­nə­yə gəlib çatdıq­dan sonra isə dilənərdilər. Uca Allah da bu ayəni nazil et­di:
ﭽ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭼ
«Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!»

Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 75) və ibn Cərir «Təfsir»ində (2-ci cild, səh. 279) rəvayət et­mişlər. İbn Kəsir və Şəvkani demişdir ki, bu hədisi Abd ibn Hu­meyd və Nəsai rəvayət etmişdir.


Uca Allah buyurur:
ﭽ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﭼ
«Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) si­zə günah deyildir. Ərəfatdan axışıb gəldikdə Məşərulha­ram­da Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmış­lardan idiniz».

(198-ci ayə)

İmam Buxari «Səhih» əsərində (5-ci cild, səh. 224) de­mişdir­: «İbn Abbas (r.a) rəvayət edir ki, cahiliyyə dövründə Ukaz, Məcənnə və Zül-Məcaz ticarət mərkəzləri idi. İslam gəldikdən sonra isə günah qazanma­maq üçün tövbə edib o yerlərdə ticarət etməkdən əl çəkdilər və Uca Allah bu ayəni nazil et­di:


ﭽ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭼ
«Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir …».

Bu hədisi həmçinin İmam Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 252), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 75), Ha­kim «Mustədrək» əsərində (1-ci cild, səh. 449 və 2-ci cild, səh. 277) və ibn Cərir «Təfsir»ində (2-ci cild, səh. 273) rəvayət etmiş­lər.

Hakim bu hədisin Buxari və Muslimin şərtinə görə «səhih» ol­du­ğunu demiş, Zəhəbi də bunu təsdiq etmişdir.

Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh.75) demiş­dir­: «Əbu Umamə ət-Teymi deyir ki, mən, həcc mövsü­mündə muzdla pul qazanırdım. Camaat isə bu əməlimə görə həccimin qəbul olmayacağını deyir­di­lər. Mən ibn Öməri (r.a) görüb dedim: «Ey Əbu Abdurrəhman! Mən həcc möv­sümündə muzdla pul qazanıram. Camaat isə bu əməlimə gö­rə həccimin qəbul olmayacağını deyir­?» İbn Ömər (r.a) de­di: «Sən ihram geyirsən? Təlbiyə edirsən? Kəbəni təvaf edirsən? Ərə­fadan (Müzdəlifəyə) yollanırsan? Şeytana daş atırsan?» Mən onun bütün suallarına: «bəli» - deyə cavab verdikdə o dedi: «Həc­cin doğrudur. Belə ki, bir kişi Pey­ğəmbərin  yanına gəldi və sənin mənə verdiyin bu sualı ona verdikdə o susdu və Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭼ
«Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir …».

Sonra Peyğəmbər  bu ayəni ona bildirmək üçün bir nəfəri onun yanına göndərdi və həccinin qəbul olduğunu ona bildirdi».

Bu hədis «səhih»dir.

Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (2-ci cild, səh. 155), Daraqutni «Sünən» əsərində (2-ci cild, səh. 292) və ibn Cərir «Təfsir»ində (2-ci cild, səh. 282) rəvayət etmişlər.


Uca Allah buyurur:
ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﭼ
«Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı dilə­yin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhm­lidir».

(199-cu ayə)
İmam Buxari «Səhih» əsərində (3-cü cild, səh. 515) de­mişdir­: «Urva (r.a) deyir ki, cahiliy­yə dövründə Humsdən – Qüreyş tayfası və onun törəmələ­rindən - başqa hamı Kəbənin ətrafını lüt təvaf edirdi. Humslular savab qazanmaq məqsədilə təvaf edən insanlara paltar verirdilər. Onla­rın kişiləri kişilərə, qadınları da qadınlara paltar verir və bu pal­tarda da təvaf edirdilər. Humslular kimə paltar verməsəydi o şəxs lüt təvaf edirdi. O zaman camaat Ərəfadan, Humslular isə Müz­dəlifədən dönürdü. Aişə (r.a) deyir ki, Humsa görə bu ayə nazil oldu:
ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﭼ
«Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin və onlar da Ərə­fa­dan dön­məyə başladılar.

Buxari «Səhih» əsərində (8-ci cild, səh. 186) demişdir­: «Aişə (r.a) rəvayət edir ki, o zaman­lar Qüreyş və onların dinindən olanlar Müzdəlifədə daya­nardılar. Onları «Hums» adlandırırdılar. Digər ərəb­lər isə Ərəfa­da daya­nardılar. İs­lam dini gəldikdən sonra isə Allah pey­ğəmbərinə  Ərəfaya gəlib orada dayanmağı, sonra oradan dönməyi əmr etdi. Uca Allah bu ayədə belə buyu­rur:


ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﭼ
«Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin!»

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (8-ci cild, səh. 197), Əbu Da­vud «Sünən» əsərində (2-ci cild, səh. 132), Tirmizi «Sünən» əsərində (3-cü cild, səh. 625), Nəsai «Sünən» əsərində (5-ci cild, səh. 255), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 13), ibn Hibban «Məvaridiz-Zə­man» əsərində (səh. 425) və ibn Cərir «Təfsir»ində (2-ci cild, səh. 291) rəvayət etmişlər. Lakin ibn Cərir «Təf­sir»ində (2-ci cild, səh. 292) istinad edərək ibn Abbasdan (r.a) rəvayət etdiyi hədis «daif»dir, çünki hədi­sin silsilə­sin­də olan ravilərdən biri - Hüseyn ibn Abdullah «daif» ravidir.



Uca Allah buyurur:
ﭽ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫﭼ
«İnsanların eləsi də var ki, Allahın razılığını qazan­maq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir».

(207-ci ayə)
İmam Əbu Abdullah Hakim «Mustədrək» əsərində (3-cü cild, səh. 398) demişdir­: «İkrimə rəvayət edir ki, Süheyb (r.a) Məkkə­dən Mədinəyə hicrət64 etdikdə Məkkə əhli onu təqib etməyə başladı. O, ox qa­bı­nı götürüb içəri­sindən qırx ədəd ox çıxardı və dedi: «Mənə yaxın gəlsəniz, hər bi­rinizə bir ox vuraram, sonra qılıncımı çıxarıb vuruşaram və mə­nim mərd oldu­ğu­mu görərsiniz. Artıq mən, Məkkədə iki kölə qa­dın tərk etmişəm, qoy onlar sizin olsun!» Peyğəmbərə  bu ayə nazil oldu.
ﭽﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫﭼ
«İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir». Peyğəmbər  Sü­heybi (r.a) gördükdə: «Əbu Yəhya ti­ca­rət­də (canını fəda etməklə) qazanc əldə etdi!»- deyib bu ayəni ona oxudu.

Hakim bu hədisi həmçinin istinadla Ənəsdən (r.a) də rəvayət et­miş və demişdir: «Bu hədis Muslimin şərtinə görə «səhih»dir.

Bu hədisin əksər isnadlarının «mürsəl» olması ibn Hə­cərin «İsa­bə» əsərində ibn Sə'din «Təbəqat» əsərində qeyd olun­muşdur. Bu isnadların hamısı bir-birini qüvvətlən­di­rə­rək hə­disin sabit olmasına dəlalət edir.
Uca Allah buyurur:
ﭽ ﯢ ﯣ ﯤ ﯥ ﯦﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﭼ
«Səndən sərxoşedici içki və qumar barəsində soruşur­lar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət var­dır. Amma günahları mənfəətlərindən daha böyükdür”».

(219-cu ayə)
Bu ayənin nazil olma səbəbinə dair hədis «əl-Maidə» surəsin­də, 90-91-ci ayələrin nazil olma səbəbində qeyd olunacaq. Bu ayə­nin nazil olma səbəbinə dair Əbu Meysərə Amr ibn Şərəhbilin Ömər­dən (r.a) rəvayət etdiyi hədisə rast gəldim, lakin onun bu hədisi Ömərdən (r.a) eşitmədiyini Əbu Zuranın xəbər verməsi ilə təsdiq etdik­dən sonra burada qeyd etmədim.
Uca Allah buyurur:
ﭽ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﭼ

«Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziy­yət­verici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da».

(222-ci ayə)
Muslim «Səhih» əsərində (3-cü cild, səh. 203) demişdir­: «Ənəs (r.a) rəvayət edir ki, yəhudi­lər, qadınları heyz olduqda on­lar­la bir yerdə çörək yeməz və cinsi əlaqəyə girməzdilər. Səhabələr bu haqda Peyğəmbərdən  soruşduqda Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﭼ
«Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziy­yət­verici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”».

Peyğəmbər  dedi: «Qadınlarınızla cinsi əla­qədən baş­qa is­tədiyinizi edin!» Bu xəbər yəhudilərə çatdıqda on­lar dedi­lər: «Bu adam hər bir işdə bi­zim etdiklərimizin əksini edir!». Useyd ibn Hudeyr (r.a) və Abbad ibn Bişr (r.a) onların de­diklərini peyğəmbərə  xəbər verib dedilər: «Bəs cinsi əla­qəyə girməkdə onlara müxalif olmayaq?» Peyğəmbərin  sifəti dəyişdi və biz elə zənn etdik ki, o, bu iki nəfərə qə­zəb­ləndi. Sonra onlar çıxıb getdilər. Bu vaxt onlar üçün hədiy­yə olaraq Peyğəmbərin  yanına bir qab süd gətirdilər. O da bu südü onların ardınca göndərdi. Onlar da Peyğəmbərin  onlara acığı tutmadığını başa düşdülər».

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 74), əbu Davud «Sünən» əsərində (1-ci cild, səh. 107), Nəsai «Sü­nən» əsərində (1-ci cild, səh. 125; 135), ibn Macə «Sünən» əsə­rində (644-cü hədis), Əhməd «Müsnəd» əsərin­də (3-cü cild, səh. 246) və Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 14) rəvayət et­mişlər. Tirmizi demişdir ki, bu hədis «həsən-səhih»dir.

Uca Allah buyurur:
ﭽ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﭼ
«Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər is­təyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaq­sınız. Möminləri müjdələ».

(223-cü ayə)
İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 257) demişdir­: «Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, yəhudilər belə deyirdilər: «Qadına arxa tərəfdən yaxınlaşıb (Allahın buyurduğu yerdən) cinsi əlaqədə olduqda, do­ğulan uşaq çəpgöz olur. Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﭼ
«Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər is­təyirsinizsə, yaxınlaşın».

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (10-cu cild, səh. 6-7)65, Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 75), əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 215), ibn Macə «Sünən» əsərində (1925-ci hədis) və Humeydi «Müsnəd» əsərində (2 ci cild, səh. 532) rəvayət etmişlər.

Tirmizi demişdir ki, bu hədis «həsən-səhih»dir.

İmam Əhməd «Müsnəd» əsərində (6-ci cild, səh. 305) demişdir­: «Abdurrəhman ibn Sabit rə­vayət edir ki, mən, Həfsə bint Abdurrəhmanın yanına gəlib de­dim: «Mən sən­dən bir məsələ barəsində soruş­maq istəyirəm, an­caq utanı­ram». O dedi: «Ey qardaşım oğlu, utanma soruş!» Mən on­dan arxa tərəfdən (Allahın halal buyurduğu yerdən) qadın­la­ra yaxınlaşmaq barədə soruşduqda o de­di: «Ummu Sələmə (r.a) mə­nə rəvayət edib ki, ənsarlar öz qadınlarına arxa tə­rəfdən yaxınla­şıb cinsi əlaqədə olmazdılar. Yəhudilər də be­lə deyərdilər: «Arxa tərəfdən qadına yaxınlaşdıqda doğulan uşaq çəpgöz olur». Mu­hacirlər Mədinəyə gəl­dik­dən sonra onlardan ənsar qadınlarıyla evlənənlər oldu. Onlar qadın­la­rına ar­xa tərəfdən yaxınlaşmaq istədikdə ənsar qadınları buna yol verməyib dedilər: «Peyğəmbər­dən  soruşmayana qədər bunu etməyəcək­siniz!». Qadınlardan biri Ummu Sələ­mənin (r.a) yanına gəlib bu barədə ondan soruşdu. O dedi: «Otur gözlə! Peyğəmbər  gələndə ondan soruşarsan». Pey­ğəmbər  gələndə qadın bu sualı ona verməyə utandı və bayıra çıxdı. Ummu Sələmə (r.a) özü bu barədə Peyğəm­bərdən  soruşduqda o, əmr etdi ki, həmin qadını çağır­sın­lar. Sonra o bu ayəni ona oxudu;


ﭽ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﭼ
«Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər is­təyirsinizsə, yaxınlaşın». Allahın buyurduğu yerdən.

Ummu Sələmənin (r.a) hədisinin zahiri mənası Cabir ibn Ab­dullahın (r.a) hədisinə ziddir. Hər iki hədisin «səhih» olmasına baxmayaraq, Cabirin (r.a) hədisi Buxari və Muslimin «Səhih» əsərlərində rəvayət olunduğuna görə daha mötəbər sayılır. Həm­çinin Həfsə bint Abdurrəhmanın «siqa» ravi olduğunu yalnız İcli və ibn Hibban qeyd etmişlər. Onlar isə «mütəsahil»dir­lər.

Qaldı ki, «Fəthul-Bari» əsərində (9 cu cild, səh. 255-256) ibn Ömərdən (r.a) bu ayənin nazil olma səbəbinin qadınlarla arxa tərəfdən yaxınlıq etməklə əlaqəli olmasına dair rəvayət olunan hədisə, başda ibn Abbas (r.a) olmaqla, alimlər bu səbəbi inkar et­mişlər.

İbn Cərir Təbəri də «Təfsir»ində (2-ci cild, səh. 398) Cabir (r.a) və ibn Abbasın (r.a) rəvayət­lə­rini qeyd edərək bu ayənin yə­hudilərə cavab olaraq nazil olduğunu de­miş­dir.

Şəvkani bu ayənin «Təfsir»ində arxadan (Allahın haram bu­yurduğu yerdən) yaxınlıq etməyə rüxsət verənlərin dediklərini qeyd etdikdən sonra de­miş­dir: «Onların dediklərində heç bir əsas yoxdur və bu əməli onların dediklərini əsas götürərək etmək ha­ram­dır. Çünki onlar bu əməlin caiz olduğunu heç bir dəlillə əsas­landır­ma­mış­lar. Bu ayənin qadınla arxadan yaxınlıq etməyə rüx­sət verdiyini iddia edən şəxs kim­­liyindən asılı olmayaraq xəta et­miş olur. Həmçinin onlardan hər kimsə iddia etsə ki, bu ayə kişi­nin öz qadını ilə arxa tərəfdən (Allahın haram buyurduğu yerdən) yaxınlıq etməsinə görə nazil olub o kimsə bilməlidir ki, ayənin na­zil olma səbəbi heç də ayənin bu əməli halal etməsinə dəlalət et­mir. Bunu iddia edən şəxs də xəta etmiş sayılır. Əksinə, ayə bu əməlin haram olmasına dəlalət edir. Ümumiyyətlə ayələrin hər hansı bir səbəbə görə nazil olması o demək deyil ki, ayə məhz bu əməli halal etmək üçün nazil olub. Çünki ayələr hərdən əməli ha­lal etmək, hərdən də onu haram etmək üçün nazil olurdu».

İbn Kəsir «Təfsir»ində ibn Ömərdən (r.a) bu ayənin nazil olma səbəbi haqqında rəvayət olunan rəyi qeyd etdikdən sonra demiş­dir: «İbn Ömərin (r.a) dediyi, əvvəldə qeyd etdiyimiz kimi qadınla arxa tərəfdən, Allahın buyurduğu yerdən, yaxınlıq et­mə­yə aiddir. Çünki Nəsainin «Sünən» əsərində istinadla rəvayət etdiyi hədisdə Nafidən: «sən, qadınlarla arxadan (Allahın haram buyurduğu yerdən) yaxınlıq etməyin caiz olduğu barədə ibn Ömərin (r.a) fətva verdiyini iddia edirsən?!» soruşduqda o dedi: «Yalan deyir­lər. Həqiqət belədir ki, bir gün ibn Ömər (r.a) Quran oxuyub


ﭽ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﭼ
«Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər is­təyirsinizsə, yaxınlaşın» ayəsinə gəlib çat­dıqda, mənə dedi: «Ey Nafi! Bu ayənin nəyə görə nazil olduğunu bilirsənmi?» Mən: «Xeyr!»- deyə cavab verdim. O dedi: «Biz Qü­reyşlilər qadınlarımıza arxa tərəfdən yaxınlaşıb, Allahın izn ver­diyi yerdən cinsi əla­qə­də olardıq. Mədinəyə gəldikdə ənsar qadın­larla evləndik. Onlarla bu cür yaxınlıq etmək istədikdə, onlar bu­na icazə vermədilər və bunu böyük günah hesab etdilər. Çünki onlar yəhudilər kimi yanı üstə yaxınlıq edirdilər. Uca Allah da bu ayəni nazil etdi.

Bu hədisin isnadı «səhih»dir. İbn Kəsir qadınla arxadan (Alla­hın haram buyurduğu yerdən) əlaqədə olmağın haram olmasına dair bir neçə hədis qeyd etdikdən sonra demişdir: «İbn Məsud (r.a), Əbud-Dərda (r.a), Əbu Hüreyrə (r.a), ibn Abbas (r.a) və Abdullah ibn Amr (r.a) bunun haram olduğunu rəvayət etmişlər. Şübhəsiz ki, ibn Ömər də (r.a) bunun haram olduğunu təsdiq et­mişdir».

Darimi «Sünən» əsərində demişdir­: «Səid ibn Yəsar ibn Ömərdən (r.a) qadınla arxadan ya­xınlıq etmək barədə soruş­duqda o demişdir: «Heç müsəlman da belə şey edərmi?».

Bu ibn Ömərdən (r.a) açıq-aydın bu əməlin haram olmasına dair varid olan «səhih» isnadlı rəvayətdir. Odur ki, İbn Ömərdən (r.a) varid olmuş və bu əməlin halal və ya haram olmasına şübhə doğuran bütün rəvayətlər qeyd olunan «səhih» rəvayətə görə rədd edilir.


Uca Allah buyurur:
ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﭼ
«Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət günü­nə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz».

(232-ci ayə)

İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 258) demişdir­: «Həsən rəvayət edir ki, Mə'­qəl ibn Yəsarın bacısını əri boşamışdı. Onun gözləmə müddəti bitdikdən sonra əri təkrar onunla nigah etmək is­tə­dik­də Mə'qəl buna razı olmadı və Uca Allah bu ayəni nazil etdi:

ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﭼ
«Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın».

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (11-ci cild, səh. 91, 408), Tir­mi­zi «Sünən» əsərində (4-cü cild, səh. 76), əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 192), Təyalisi «Müsnəd» əsərində (1-ci cild, səh. 305), Daraqutni «Sünən» əsərində (3-cü cild, səh. 223, 224), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 174) və ibn Cərir «Təfsir»ində (2-ci cild, səh. 448) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu, Hakim isə onun Buxari və Muslimin şərtlərinə uyğun olduğunu demişdir.

Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭼ
«Namazları, xüsusən də günortadan sonrakı orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun».

(238-ci ayə)


İmam Əhməd «Müsnəd» əsərində (5-ci cild. səh. 183) demişdir­: «Zeyd ibn Sabit (r.a) rəvayət edir ki, Peyğəmbər  zöhr namazını günorta qılardı. Səhabələrə ən çətin gələn namaz bu namaz idi. Uca Allah bu ayəni nazil etdi:66

ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭼ الآية


«Namazları, xüsusən də günortadan sonrakı orta na­ma­zı qoruyun və Allah qarşısında mütiliklə durun». Belə ki, bu namazdan əvvəl də, sonra da iki namaz var.

Amr ibn Əbi Hukeym və Zəburqanidən başqa bu hədisin ravi­lərinin hamısı Buxari və Muslimin istinad etdiyi ravilər­dən­dir. Onlar da «siqa» ravilərdir.

Bu hədisi həmçinin əbu Davud «Sünən» əsərində (1-ci cild, səh. 159) Buxari «Tarixul-Kəbir» əsərində (3-cü cild, səh. 434) Tə­bə­ra­ni «Mucəmul Kəbir» əsərində (5-ci cild, səh. 131) rəvayət et­mişlər.

Orta namaz dedikdə Buxari və Muslimin «Səhih» əsərlərində qeyd edildiyi kimi əsr namazı nəzərdə tutulur.


Uca Allah buyurur:
ﭽ ﭖ ﭗ ﭘ ﭙ ﭼ
«Və Allah qarşısında mütiliklə durun».

(238-ci ayə)
İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 265) de­mişdir­: «Zeyd ibn Ərqam (r.a) rə­vayət edir ki, biz namaz qı­larkən, ehtiyac olduqda, bir-birimizlə danışırdıq. Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭼ
«Namazları, xüsusən də günortadan sonrakı orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun». Beləliklə də na­mazda susmaq (Allaha aid olma­yan sözlər danışmamaq) bizə əmr olundu.

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 77), əbu Da­vud «Sünən» əsərində (1-ci cild, səh. 358) və İmam Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 368) rəvayət etmişlər.

Təbərani «Məcməuz-Zəvaid» əsərində (6-cı cild, səh.320) demişdir­: «İbn Abbas (r.a) bu ayənin təfsirini belə vermişdir: «Səhabə­lər namaz qılarkən danı­şardılar. Onlardan birinin xidmətçisi gələrkən ona tap­şı­rıqlarını verər və namazda ikən danışardı. Sonra namazda danışmaq qa­dağan olundu». Bu hədisin isnadında olan ravilə­rin hamısı Buxa­ri və Muslimin istinad etdiyi ravilərdir.

Qeyd: İbn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 294) de­mişdir: «Bu hədis bir qisim alimlərdə anlaşılmazlıq yarat­mışdır. Çünki onlar namazda danışmağın qadağan olunma­sının sabit qaldığını hələ Məkkə şəhərində – səhabələr Mə­dinəyə hicrət etməmişdən əvvəl və Həbəşistana hicrət etdikdən sonra - Abdullah ibn Mə­suddan (r.a) Buxarinin «Səhih» əsərində rəvayət olunan səhih hə­dislə əsaslandırır­lar. O, rəvayət edir ki, biz Həbəşistana hicrət et­məmişdən əvvəl namaz qılarkən Peyğəmbərə  salam verər, o da bi­zim salamımızı alardı. Həbə­şis­tan­dan qayıt­dıqdan sonra mən, Peyğəmbərə  (o, namaz qı­larkən) salam verdim, an­caq o mənim salamımı almadı. Bu mənə hərtə­rəf­li təsir etdi. O, salam verdikdən sonra (yəni namazı bitir­dikdən sonra) dedi: «Mən namazda olduğum üçün sənin salamını alma­dım. Həqiqətən, Allah is­tə­di­yi zaman hökmlərini dəyişdirib yeni hökmlər verir. Bu hökmlərdən biri də namazda danış­ma­maqdır».

«İbn Məsud (r.a) İslamı ilk qəbul edənlərdən olmuş, Həbə­şis­tana hicrət etmiş, sonra Məkkəyə qayıdıb bir daha Mədi­nəyə hic­rət etmişdir. Bu ayənin Mədinə ayəsi olmasında heç bir ixtilaf yoxdur. Bəzi alimlər də deyirlər ki, Zeyd ibn Ər­qam (r.a) «biz na­maz qılarkən ehtiyac olduqda bir-birimizlə danışardıq» dedikdə, ümumən danışıq haqqında xəbər verir və bu ayəni özü başa düş­düyü kimi dəlil gətirir. Daha doğ­rusunu isə Allah bilir! Bəziləri də deyirlər ki, bu ayə Mə­di­nəyə hicrət etdikdən sonra nazil olmuş­dur. Beləliklə də na­mazda da­nış­maq iki dəfə icazə verilib, iki dəfə də qadağan olunmuşdur. Birinci rəy daha doğru hesab olunur, la­kin daha ən doğrusunu bilən yalnız Allahdır».

Mənim fikrimcə ibn Məsudun (r.a) hədisinə əsasən namazda danışmağı Peyğəmbər  Məkkədə qadağan etmiş, Mədinəyə hicrət etdikdən sonra isə namazda danışmağın qadağan olması barədə dəlil-sübut çatmayan Müaviyə ibn əl-Hə­kəm əs-Suləmi (r.a) kimi şəxslər namazda danışmağa başladı­lar və Uca Allah bu ayəni nazil etdi. Ən doğrusunu bilən isə Allah­dır.

Daha geniş məlumat üçün Şəvkaninin «Neylul-Əvtar» əsərinə (2-ci cild, səh. 329, 330) və ibn Həcərin «Fəthul-Bari» əsərinə (9-cu cild, səh. 265) baxa bilərsiniz.



Uca Allah buyurur:
ﭽ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕﰖ ﰗ ﰘ ﰙ ﰚ ﭼ
«Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğın­lıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstək­dən yapışmış olar. Allah Eşidəndir, Biləndir».

(256-cı ayə)
İmam əbu Cə'fər ibn Cərir Təbəri «Təfsir»ində (3-cü cild, səh. 24) demişdir­: «İbn Abbas (r.a) rəvayət edir ki, ca­hiliyyə dövründə uşaqları bir müddət yaşa­dıqdan sonra tələf olan bəzi ənsar qadınları özlərinə borc bilərək əhd edirdilər ki, (nəzir edirdilər) əgər uşaqları yaşasa, onları yəhu­di­ləş­di­rə­cəklər. Bənu-Nadir (yəhudi qəbiləsi) Mədinədən köçüb ge­dərkən, onların arasında ənsar uşaqları da var idi. Odur ki, on­lar dedilər: «Biz övladlarımızı burada tərk edə bilmərik!». Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈﰉ ﭼ الآية
«Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıq­dan aydın fərqlənir».67

Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad edərək əsaslan­dığı ravilərdir.

Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 11) və ibn Hibban «Məvariduz-Zaman» əsərində (səh. 427) rəvayət etmişlər. Suyuti «Lü­­­babun-Nüqul» əsə­rində Nəsainin də bu hədisi rəvayət etdiyini qeyd et­miş­dir.
Uca Allah buyurur:
ﭽ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﭼ


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə