«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям


«O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz o



Yüklə 2,89 Mb.
səhifə8/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

«O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz o Kitabı mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlət­məyəcəksiniz!”- deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir! Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar acılı-ağrılı bir əzab hazırlanmışdır».
Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (17-ci cild, səh. 123), Tirmizi «Sünən» əsərində (5-ci cild, səh. 233), Əhməd «Müs­nəd» əsərində (1-ci cild, səh. 298) və ibn Cərir «Təfsir»ində (4-cü cild, səh. 207) rəvayət etmişlər. Tirmizi bu hədisin «hə­sən, ğərib, səhih» olduğunu qeyd etmişdir.

İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 301) hər iki hədisi cəm edib demək olar ki, bu ayə hər iki dəstə barəsində nazil olub». Əbu Səidin (r.a) rəvayəti üstün ol­say­dı daha doğru sayı­lardı. Çünki ibn Abbasın (r.a) rəvayəti Buxari və Muslimə irad tutulan rəvayətlərdəndir. Bu İbn Həcərin «Fəthul-Bari» əsərinin müqəddiməsində (2-cu cild, səh. 132) qeyd olunub.

İbn Həcər həmçinin «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 302) demişdir: «Bu ayənin məhz kitab əhlinə aid edil­məsinin mənası yoxdur. Belə ki, ayənin ümumi mənası et­dikləri əməllərə görə se­vinən və görmə­dik­lə­ri işlərə görə tə­rif olunmağı sevən hər bir kimsəyə aid edilir».
Uca Allah buyurur:
ﭽ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﭼ
«Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında müka­fat­ları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir».
(199-cu ayə)
Əbu Bəkr Bəzzar «Müsnəd» əsərində (1-ci cild, səh. 392) demiş­dir­: «Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Pey­ğəmbər  səhabələrinə Nə­caşinin vəfat etdiyini xəbər ver­dikdən sonra onun üçün cənazə namazı qıldı. Səhabələrdən bəziləri ona dedilər: «Ey Allahın elçi­si! Həbəşinin cənazə namazını qılırsan?» Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮨ ﮩ ﮪ ﮫ ﭼ
«Həqiqətən, Kitab əhlindən elələri də var ki,….».

Hədisi bu isnadla həmçinin Nəsai «Təfsir» fəslində (1-ci cild, səh. 41) rəvayət etmişdir. Bu hədisin isnadında olan Humeyd «müdəllis»dir və onu «eşitdim» deməklə rəvayət et­məmişdir. De­məli o, bu hədisi iki isnadla, Həsəndən «mürsəl» və Ənəsdən (r.a) «məvsul» isnadla rəvayət etmiş­dir.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (3-cü cild, səh. 38) bu hədisi qeyd etdikdən sonra demişdir: «Bu hədisi Bəzzar «Müs­nəd» əsərində və Təbərani «Mucəmul-Əvsət» əsərində rəvayət et­mişlər». Təbəraninin rəvayət et­di­yi is­nadda olan ravilərin hamı­sı Buxari və Muslimin əsaslandığı ravilərdir.

Təbərani həmçinin bu hədisi Əbu Səid əl-Xudridən (r.a) rəva­yət olundu­ğu­nu da qeyd etmişdir. Lakin həmən isnadda olan Ab­durrəhman ibn Əbi Zi­nad «daif» ravidir. Təbə­rani­nin rəvayət etdiyi başqa isnadda Süleyman ibn Əbu Davud adlı ravi də «da­if»dir.

Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində rəva­yət et­miş və isnadının «səhih» olduğunu qeyd etmişdir. An­caq bu is­nadda olan Musab ibn Sabit «daif» ravidir. Lakin qeyd etmək la­zımdır ki, bu hədis yuxarıda qeyd olunan is­nadlarla birlikdə mö­təbər sayılır. Daha doğ­ru­su­nu isə Allah bilir.
Ən-Nisa surəsi
Uca Allah buyurur:
ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﭼ
«Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qor­xursunuzsa, onda xoşunuza gələn halal qadınlardan iki­si, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınız­dan qorxursunuzsa, onda onlardan bi­ri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızdıq et­məməyə daha yaxındır».

(3-cü ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 307) demiş­dir­: «Aişə (r.a) rəvayət edir ki, bir kişi hi­mayəsində saxladığı, xurma ağacına (yaxud xurmalığa) sahib ye­tim bir qızla evləndi. Bu kişinin könlündə qıza istək olmadığı hal­da, onu məhz xurma ağacına görə saxlayırdı. Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﭼ الآية
«Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qor­xursunuzsa ….»

Elə hesab edirəm ki, qız həm xurma ağacında, həm də kişinin başqa malında onunla şərik idi.77

Bu hədisi həmçinin İbn Cərir «Təfsir»ində (4-cü cild, səh. 232) və Muslim «Səhih» əsərində (18-ci cild, səh. 155) rəvayət etmişlər.
Uca Allah buyurur:
ﭽ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸﯹ ﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊﰋ ﰌ ﰍ ﰎ ﰏ ﭼ
«Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israf­çılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytar­dığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər»

(6-cı ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 309) demiş­dir­: «Aişə (r.a) rəvayət edir ki, bu ayə
ﭽ ﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃﰄ ﭼ الآية
«Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin» yetimi himayə edən şəxsin kasıb olması təqdirdə, çəkdiyi əziyyətin müqabilində onun malından ehtiyacı olduğu qədər istifadə edə biləcəyini bəyan etmək üçün na­zil ol­muşdur».

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (18-ci cild, səh. 165,166) rəva­yət etmişdir.


Uca Allah buyurur:
ﭽ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﭼ
«Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; ki­şiyə, iki qadının payı qədər pay düşür. Əgər övladların hamısı ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qo­yub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər tək­cə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideyn­lərinin hər birinə qoyub get­diyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun ana­sı­na mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qar­daş­ları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yeti­ril­dikdən və ya borcu ödənil­dikdən sonra aparılır. Vali­deynlərinizdən və övladlarınızdan hansının fayda baxı­mından sizə daha yaxın olduğunu siz bilmir­siniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müd­rikdir. Əgər vəfat etmiş zövcə­ləri­ni­zin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetiril­dik­dən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yeti­rildik­dən və ya borcunuz ödənildikdən sonra, qoyub getdi­yi­niz malın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın səkkizdə bir hissəsi onlara çatır. Əgər vəfat etmiş kişinin və ya qa­dının valideyni və övladı yoxdursa, eyni anadan bir qar­daşı və ya bir bacısı varsa, onda onların hər birinə mi­ra­sın altıda bir hissəsi düşür. Əgər onlar sayca bun­dan ar­tıq olsalar, mirasın üçdə birinə şərikdirlər. Bu bölgü, və­rəsələrə zərər yetirməmək şərti ilə vəsiyyətin yerinə ye­ti­rilməsindən və ya borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir töv­siyədir. Allah Biləndir, Həlimdir».

(11-12-ci ayələr)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 311) demiş­dir­: «Cabir (r.a) rəvayət edir ki, Peyğəm­bər  və Əbu Bəkr (r.a) məni ziyarət etmək üçün Bənu Sələmə qəbiləsinə gəldilər. Peyğəmbər  məni halsız, heç nəyi dərk etmədiyim bir hal­da görüb su gətirməyi tələb etdi. O, dəstəmaz alıb onun su­yunu üzərimə səpdikdən son­ra mən ayıldım. Bu zaman (Pey­ğəmbəri  qar­şımda görüb) ondan malımı necə sərf edəcəyim barədə soruşdum. Uca Allah da bu ayələri nazil etdi:

ﭽ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﭼ الآيات


«Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; kişiyə, iki qadının payı qədər pay düşür …»

Bu hədisi həmçinin Buxari (1-ci cild, səh. 313; 12-ci cild, səh. 218; 15-ci cild, səh. 4), Muslim «Səhih» əsərində (11-ci cild, səh. 55, 56), Tirmizi «Sünən» əsərində (3-cü cild, səh. 179; 4-cü cild, səh. 86), ibn Carud «Müntəqa» əsərində (səh. 319) və İbn Cərir «Təfsir»ində (14-cü cild, səh. 276) rəvayət etmişlər.

Tirmizi «Sünən» əsərində (3-cü cild, səh. 179) demiş­dir­: «Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Sə'd ibn ər-Ra­bi­nin (r.a) həyat yoldaşı iki qızını Peyğəm­bərin  yanına gə­ti­rib dedi: «Ey Allahın elçisi! Sə'd (r.a) səninlə birlikdə Uhud döyüşündə iştirak edib şə­hid ol­muş və iki qızı yetim qal­mış­dır. Uşaqların əmisi onların payına düşən malları götürüb on­lara heç nə saxlamamışdır. Onlar yalnız mal-dövlətləri ol­duqları halda ərə gedə bilərlər. Bu haqda nə deyə bilərsən?» Peyğəmbər  : «Bunun hökmünü Allah verəcək» dedikdən sonra «miras» ayəsi nazil oldu.

Sonra Peyğəmbər  səhabələrdən biri ilə qı­zların əmi­si­nə xəbər göndərdi ki: «Mirasın üçdə iki hissəsini Sə'din (r.a.) qızlarına, səkkizdə bir hissəsini onların anasına versin! Yer­də qalan hissəsini isə özünə götürsün!»

Bu hədis «həsən-səhih»dir.

Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 80), ibn Macə «Sünən» əsərində (2720-ci hədis), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 352), ibn Sə'd «Təbəqat» əsə­rində (3-cü cild, səh. 78) və Hakim «Mustədrək» əsərində (4-cü cild, səh. 370) rəvayət etmişlər.

Hakim bu hədisin isnadının «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiq etmişdir.

Cabir ibn Abdullahın özü barəsində rəvayət etdiyi (r.a) hədisi Buxari və Muslim rəvayət etmişdir. Həmçinin Sə'd ibn ər-Rabinin (r.a) qızları barəsində rəvayət etdiyi hədisin isnadında olan Ab­dullah ibn Məhəmməd hafizəsi zəif olan «səduq» ravidir. Odur ki, birinci rəvayət ikincisindən daha etbarlı sayılır. Lakin qeyd et­mək lazımdır ki, ayənin hər iki səbəbə görə nazil olduğu ehtimal olunur.



Uca Allah buyurur:
ﭽ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﭼ
«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, on­lara verdiklərinizin bir hissəsini geri al­maq üçün onları sıxışdır­mayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşla­ma­dı­ğınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun».

(19-cu ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 314) demiş­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, ca­hiliyyə dövründə bir kişi öldükdə, qohumları zorla onun həyat yoldaşına varis çıxaraq ya özlərindən biri onunla evlənir, ya istə­diklərinə ərə verir, ya da ona istədiyinə ərə getməkdə mane olur­du­lar. Bu məsələdə kişinin qohumları qadının qohumlarından da­ha çox hüquqlara malik idilər. Uca Allah da bu ayəni nazil etdi.
ﭽ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﭼ الآية

«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, on­lara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdır­mayın».

Bu hədisi həmçinin Buxari «İkrah» fəslində (15-ci cild, səh. 353), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 193) və İbn Cərir «Təfsir»ində (4-cü cild, səh. 305) rəvayət et­mişlər.

İbn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 465) demiş­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, cahiliy­yə dövründə qa­dı­nın əri öldükdən sonra bir nəfər (ərinin qohum­larından) gə­lib onun üzərinə paltar atmaqla ona sahib çıxardı. Buna görə də bu ayə nazil oldu».

Əli ibn Bəziymədən başqa hədisin isnadında olan ra­vi­lə­rin ha­mısı Bu­xa­ri və Muslimin istinad etdiyi ravilərdir. Əli ibn Bəziymə­yə gəlincə, «Sünən» əsərinin müəllifləri (Əbu Davud, Tirmizi, Nə­sai və İbn Macə) ondan hədis rəvayət etmişlər və bu ravi «siqa» ravi hesab olunur.

İbn Cərir Təbəri «Təfsir»ində (4-cü cild, səh. 305) de­miş­dir­: «Əbu Umamə (r.a) rəvayət edir ki, Əbu Qeys ibnul Əslət vəfat etdikdən sonra oğlu onun ar­vadı ilə evlənmək is­tədi. Cahiliyyə dövründə bu cür evlənmə adi hal idi və ona görə də bu ayə nazil oldu».

İbn Həcər «Fəthul Bari» əsərində (9-cu cild, səh. 305) və Suyuti «Lübabun-Nüqul» əsərində bu hədisin isnadının «həsən» olduğunu qeyd etmişlər.



Uca Allah buyurur:
ﭽ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﭼ
«Olub-keçənlər istisna olmaqla bundan sonra ata­la­rı­nı­zın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqi­qətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yol­dur»

(22-ci ayə)

İbn Cərir «Təfsir»ində (4-cü cild, səh. 318) demiş­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, İslam şəriətində evlənməsi haram olan qa­dın­lar İslamaqədərki ərəb cəmiyyətində də yasaq edilmişdilər. Lakin bu «hökm­də» ata­nın həyat yoldaşı və iki bacı ilə birlikdə evlənmə istisna idi. Uca Allah da bu ayəni nazil etdi.

ﭽ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ إلى قوله ﭽ ﮬ ﮭ ﮮ ﮯ ﭼ
«Olub-keçənlər istisna olmaqla bundan sonra ata­ları­nı­zın evlənmiş olduğu qadınlarla evlənməyin …» ayə­sin­dən «…iki bacını birlikdə almaq haram edildi» ayə­sinə qədər.78

Məhəmməd ibn Abdullah Məx­rə­midən başqa hədisin is­nadın­da olan ravilərin hamısı Buxari və Muslimin istinad et­diyi ravilər­dir. Həm­çi­­nin o da «siqa» ravidir.


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﭼ
«Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadın­ları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belə­dir. Bunlardan başqaları ilə, öz malınızla, nikah et­mək­lə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldı­ğı­nı­za görə onlara, vacib buyurulmuş mehrləri­ni verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaş­dı­ğı­nız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müd­rikdir»

(24-cü ayə)
Muslim «Səhih» əsərində (10-cu cild, səh. 35) demiş­dir­: «Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər  Huneyn döyüşündə qoşun ha­zırlayıb Əvtasa göndərdi. Onlar düşmənə qalib gəldikdən sonra cariyələrə sahib oldular. Lakin səhabələrdən bir qismi elə zənn et­di ki, ərləri müşrik olan cariyələrlə evlənməklə günah qazana­caq­lar. Uca Allah da bu ayəni nazil etdi»:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭼ
«Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadın­ları almaq da sizə haram edildi». Yəni gözləmə müddəti bitdikdən sonra həmin cariyə­lərlə evlənmək sizə halal buyuruldu.

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 86), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 213), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 91), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 72, 84) və İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 2) rəvayət etmişlər. Tirmizi bu hədisin «həsən-səhih» olduğunu qeyd etmişdir.


Uca Allah buyurur:
ﭽ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭼ

«Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”- deyirlər. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan»

(51-52-ci ayələr)
İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 133) demiş­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Kə'b ibn əl-Əşrəf Məkkəyə gəldikdə Qüreyş­li­lər ona belə dedi: «Sən Mədinə əhlinin arasında ən xeyirli və ən şərəfli şəxsiyyətsən! Qövmün­dən ayrılıb özünü bizdən də artıq sayan bu sənbur79 (Peyğəmbər ) barəsində nə deyə bilərsən? Bax­mayaraq ki, biz ziyarətgahda qulluq edirik, oranı ziyarət etməyə gələnləri su ilə təmin edirik və onlara digər xidmətlər göstə­ri­rik». O dedi: «Siz ondan da artıq xeyirxahsınız!» Uca Allah bu ayəni nazil et­di»:
ﭽ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﭼ
«Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur».80 Daha sonra Uca Allah bu ayələri nazil etdi:
ﭽ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﭼ إلى قوله ﭽ ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭼ
«Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”- deyirlər. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan» ayəsinə qədər.

Bu hədisi ibn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 513) qeyd et­dikdən sonra demişdir ki, bu hədisi həmçinin İmam Əhməd «Müsnəd» əsərində və ibn Hibban «Məvariduz-Zaman» əsərində (səh. 428) rəvayət etmişlər.

İsnadda olan ravilərin hamısı Buxari və Muslimin istinad et­diyi ravilər­­dir, lakin bu isnad «mürsəl»dir.

Uca Allah buyurur:
ﭽ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﭼ
«Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə et­səniz, Allaha və Axirət gününə inanır­sınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır».

(59-cu ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 322) demiş­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, bu ayə Abdullah ibn Huza­fə ibn Qeys (r.a) barəsində nazil olmuş­dur. Peyğəmbər  Abdullah ibn Huzafə ibn Qeysi (r.a) bir dəstə üçün başçı tə­yin edib göndərən zaman onun barəsində bu ayə nazil oldu».
Hədisin izahı
İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 121) de­miş­­dir­: «Əli ibn Əbi Talib (r.a) rəva­yət edir ki, Peyğəmbər  ənsarlardan olan bir nəfəri dəstəyə başçı təyin etdi və ona itaət etməyi onlara əmr etdi. O, səfərdə ikən qəzəbləndi və onların üstünə qışqırıb dedi: «Mə­gər Peyğəmbər  mənə itaət etməyi sizə əmr etmə­yib?» Onlar: «Əksinə! (İtaət et­məyi bizə əmr edib.)» - deyə cavab verdilər. O, odun top­la­yıb tonqal qalamağı əmr et­di. Onlar da buna əməl etdilər. Sonra onlara odun içinə girməyi əmr etdi. Onlar əvvəl oda girmək istədilər, sonra isə öz aralarında dedilər: «Biz cə­hən­nəm oduna düşməmək üçün Peyğəmbərə  iman gətir­mi­şik!» Bu hal od sönənə və onun (əmirin) qəzəbi sakitləşənə qədər davam etdi. Bu xəbər Peyğəmbərə  gəlib çatdıqda o dedi: «Əgər onlar odun içərisinə daxil ol­saydılar, qiyamətə qədər oradan çıxmayacaqdılar. Allah və Pey­ğəmbərinin bu­yuruqlarına zidd olan heç bir əmələ itaət olun­mur!»

İbn Kəsir «Təfsir»ində qeyd edir ki, bu hədisi İbn Ma­cə­dən başqa «Altı kitab»ın müəlliflərinin (Buxari, Muslim, Əbu Davud, Tirmizi və Nə­sai) hamısı rəvayət etmişlər. Bundan başqa hədisi həmçinin Əhməd «Müsnəd» əsə­rin­də (1-ci cild, səh. 337), İbn Ca­rud «Müntəqa» əsərində (səh. 346) və İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 147-148) rə­vayət etmişlər.


Uca Allah buyurur:
ﭽﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﭼ

«Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətir­diklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istə­yirlər. Halbuki onlara tağuta inanmamaq əmr olun­muş­dur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir. Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”- deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevir­diklə­ri­ni görürsən. Öz əlləri ilə törətdikləri əməllərə görə onla­ra müsibət üz verdikdən son­ra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istədik!”- deyə Allaha and içdikdə onla­rın halı necə ola­caq?»

(60, 61, 62-ci ayələr)

İbn Kəsir «Təfsir»ində ( 1-ci cild, səh. 519) qeyd edir ki, Təbə­rani «Mucəm» əsərində de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, yəhudilər öz araların­da baş vermiş mübahi­sə­lə­ri həll etmək üçün kahin olan əbu Bərzə əl-Əs­ləmiyə müraciət edirdilər. Müşriklərdən olan bir dəstə də öz ara­larında baş vermiş mübahi­sə­ni həll etmək üçün ona müraciət et­dikdə Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭼ إلى قوله ﭽ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﭼ

«Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətir­diklərini iddia edənləri görmədinmi ayə­sin­dən «Öz əlləri ilə törətdikləri əməllərə görə onlara mü­si­bət üz verdikdən son­ra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istə­dik!”- deyə Allaha and içdikdə onla­rın halı necə ola­caq?» ayəsi­nə qədər.

Hədisi bu sənədlə Vahidi «Əsbabun-Nuzul» əsərində qeyd et­mişdir. Heysə­mi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 6) Təbəraninin bu rəva­yə­tini qeyd etdikdən sonra demişdir: «Bu hədisin isnadında olan ravilərin hamısı Bu­xari və Muslimin əsas­landıqları ravilərdir.


Uca Allah buyurur:
ﭽ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﭼ
«Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz arala­rın­da baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim ol­mayınca iman gətirmiş ol­maz­lar».

(65-ci ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 323 və 5-ci cild, səh. 431, 438) de­miş­­dir­: «Abdullah ibn əz-Zubeyr (r.a) rə­vayət edir ki, ənsar­lar­dan olan bir kişi Pey­ğəmbərin  ya­nında Zubeyr (r.a) ilə xurma ağaclarının suvarılması üçün istifadə olunan arx barəsində mü­ba­hisə etdi. Peyğəmbər  isə dedi: «Ey Zubeyir! Öz ağac­la­rı­nı suladıqdan sonra suyu burax qonşunun bağına axsın! Bunu eşidən ənsar qəzəblənib dedi: «Ey Allahın elçisi o sə­nin əmin oğlu ol­du­ğu üçün belə hökm verdin?» Peyğəmbərin  (qəzə­bin­dən) rəngi dəyişdi və dedi: «Ey Zu­beyr, su divarın dibinə çatana qədər öz ağaclarını sula, yalnız sonra suyu qonşunun bağına burax!» Zubeyr (r.a) deyir ki, Alla­ha and olsun ki, bu ayə həmin hadi­sə­yə görə nazil olub.
ﭽ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﭼ الآية
«Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz arala­rın­da baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim ol­mayınca iman gətirmiş olmaz­lar».

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (15-ci cild, səh. 107), Tirmizi «Sünən» əsərində (2-ci cild, səh. 289; 4-cü cild, səh. 89), Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 352), İbn Macə «Sünən» əsərində (15 və 2480-cı hədis), Əh­məd «Müsnəd» əsərin­də (4-cü cild, səh. 5), İbn Cərir «Təfsir»ində (5-ci cild səh. 158) və ibn Ca­rud «Müntəqa» əsərində (səh. 339) rəvayət et­mişlər.

Tirmizi bu hədisin «həsən» olduğunu demişdir.
Uca Allah buyurur:
ﭽ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﭼ
«Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə ola­caqlar. Onlar necə də gözəl dostlardır»

(69-cu ayə)
Təbərani «Mucəmus-Səğir» əsərində (1-ci cild, səh. 26) de­miş­­dir­: «Aişə (r.a) rəvayət edir ki, səhabələrdən biri Pey­ğəmbərin  yanına gəlib dedi: «Ey Allahın elçisi! Həqiqə­tən, sən mənim üçün özümdən, ailəmdən, övladımdan və var-dövlətimdən də sevimli­sən. Mən evimdə olarkən səni xatırlayıram və səni görməyənə qədər qəlbim rahatlıq tap­mır. Hər ikimizin öləcəyini xatırlayanda isə düşünü­rəm ki, sən Cənnətə daxil olduqda peyğəmbərlərə xas olan ən yük­sək mərtəbədə olacaqsan. Mən isə ora daxil olsam qorxuram bir daha səni görməyim». Cəbrail  Uca Allahın
ﭽ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﭼ الآية


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə