«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям


Mərhəmətli və Rəhmli Allahın adı ilə!



Yüklə 2,89 Mb.
səhifə2/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   2   3   4   5   6   7   8   9   ...   27

Mərhəmətli və Rəhmli Allahın adı ilə!




MÜQƏDDİMƏ

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsus­dur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlan­ma və bizi haqq yoluna yönəltməyi diləyirik, nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yo­lu­na yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisi­dir.


ﭽ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭼ
«Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!»14
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭼ
«Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özün­dən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cür­bəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələri­ni kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.»15
ﭽ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﭼ
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.»16

«Əs-Səhihul-Müsnəd min əsbabin-Nuzul»17- əsərini yaz­mağı mənim üçün asanlaşdıran və mənə kömək olan Uca Allaha həmd edirəm. Artıq Uca Allah bu əsəri faydalı əsər­lərdən etdi və o bu sahədə elm mənbələrindən birinə çev­ril­di. Həm tədris edərkən, həm əsər yazarkən və həm də araşdırma apa­rar­­kən bu əsərə nə qədər çox müraciət etmi­şəm! Bundan əvvəlki nəşrlərdə mən yal­nız mövzuya aid olan əsas hədislərin və onlara oxşar bəzi hədislə­rin sə­­­­­­­nəd­­­­­­­­­­lərini qeyd etmişdim. Bu nəşrdə isə bacardığım qədər bütün hə­dis­lə­ri sə­nəd­­­lə qeyd etməyi qərara aldım. Həmçinin əv­vəlki nəşrlərdə bəzi hə­­dis­­lərin yal­­­nız mövzuya aid olan his­səsini qeyd etmişdim. Lakin bu nə­şr­­də həmin hə­­dis­­ləri tam şəkildə qeyd etmək qərarına gəldim. Çünki hə­di­­si tam şəkil­də qeyd et­­­­mə­klə çoxlu faydalar əldə etmək mümkündür. Sənədi qeyd etməyə gəl­dikdə isə, alimlərimiz hədisi yalnız sənədlə qəbul edər­­­dilər.

Əlainin «Camiut-Təhsil» əsərində (səh. 58), Muslimin də «Sə­hih» əsərində ibn Si­­­­rin demişdir: «Müsəlmanlar iğtişaş (hərc-mərclik) döv­rü­nə qədər hə­­di­­sin sənədi barəsində so­ruşmazdılar. Fitnə baş verdikdən sonra isə, müsəlmanlar: «Hədisi Pey­ğəm­­­bər­­­dən  eşidib bir-birinə ötürən ravilərini­zin18 ad­larını bizə deyin!»- deyərdilər. Ravilər sünnə əhlin­dən olduğu təqdirdə onlardan hədis qə­­bul olunar, bidət19 əh­lindən olduqda isə rəva­yət­­ləri rədd olunardı».

Süfyan ibn Uyeynə demişdir: «Bir gün Zuhri hədis danışarkən mən ona dedim: «Hədisi isnadsız rəvayət et!»20 O dedi: «Dama nərdivansız qalxım? »

Bəqiyyə rəvayət edir ki, Ütbə ibn əbu Hukeym və Zuhri, İshaq ibn əbi Fərvanın yanında olarkən əbu Fərva rəvayət edib dedi: «Peyğəmbər  demişdir.» Zuhri onun sözünü kə­sib dedi: «Vay halına! Sən nə cürətlə isnadsız hədis rəvayət edirsən. Sən bizə cilovsuz və noxtasız hədis danışırsan?»

Abdus-Səməd ibn Həssan rəvayət edir ki, Süfyan əs-Səvri de­mişdir: «İs­nad möminin silahıdır. Əgər silah olmaz­sa, o nə ilə dö­yüşər?»

Şu'bə demişdir: «Hər bir «bizə rəvayət etdi», «bizə xəbər ver­di» ifadəsi ol­ma­­dan rəvayət edilən hədis (yəni sənədi ol­mayan hədis) yanlış və qüsurludur».

Həmçinin Muslimin «Səhih» əsərində rəvayət olunur ki, Ab­dan belə demişdir: «Ab­dul­lah ibn əl-Mübarəkin belə de­diyini eşit­dim: «Mənim üçün isnad dinin tərkibindən hesab olunur. İsnad olmasaydı hər kəs istədiyini danışardı».

Abbas ibn əbi Ruzmə deyir ki, Abdullah ibn əl-Mübarə­kin be­lə dediyini eşitdim: «Bizimlə bizdən əvvəlkilər ara­sında olan əlaqə isnaddır».

İbrahim ibn İsa ət-Taliqani demişdir: «Mən Abdullah ibn Mübarəkə dedim: «Ey Əbu Abdurrəhman! Bu hədis ba­rəsində nə deyə bilərsən? «Həqi­qə­tən valideynlərə göstə­ril­miş ən gözəl qayğı, namaz qıldıqda onların da ye­ri­­­nə na­maz qılmaq, oruc tutduqda onların da yerinə oruc tutmaq­dır». Abdul­lah ibn Mübarək de­di: «Bu hədisi kim rəvayət edib?» Mən dedim: «Bu hədisi Şihab ibn Xərraşdan eşit­dim». O buyurdu: «O «siqa» ravidir. Bəs o kim­dən rəvayət edib?» Mən dedim: «Həccac ibn Dinardan». O de­di: «O da «siqa» ravidir. Bəs o kimdən rəvayət edib?» Mən de­dim: «O da Peyğəmbər­dən  rəvayət etmişdir». O dedi: «Ey Əbu İshaq! Həqi­qə­­tən, Həccac ibn Dinar ilə Peyğəmbərin  ara­sın­da, minik heyvanlarının boynunu qıran səhralar vardır!21»

Şo'bə ibn əl-Həccac öz şeyxi Əbu İshaq Amr ibn Abdul­lah əs-Səbiidən, Ab­dullah ibn Ətanın Uqbə ibn Amirdən rəvayət etdiyi dəstəmazı kamil almağın fəziləti barəsində hədisi eşitdikdə ondan soruşdu: «Məgər Abdullah ibn Əta onu Uqbə ibn Amirdən eşi­dib?»- Əbu İshaq ona qəzəbləndi. Misar ibn Kəd­dam Şu'bəyə, Abdullah ibn Ətanın Məkkə şəhərində olması barədə xəbər ver­dik­dən sonra o Məkkəyə yola düşdü. Şo'bə belə rəvayət edir: «Mən Mək­kə­yə həcc etmək üçün yox, hədisi araşdırmaq üçün yola düşdüm. Orada Ab­dullah ibn Əta ilə görüşdüm və ondan bu hədisi kimdən eşitdiyi barədə soruşduqda o de­di: «Bu hədisi mənə Sə'd ibn İbrahim rəvayət etmişdir». Ma­lik ibn Ənəs Sə'd ibn İbra­himin Mədinə şəhərində olduğunu və bu il həcc ziya­rə­tinə gəlmə­diyini mənə xəbər verdikdən sonra onunla görüş­mək üçün Mədi­nəyə yola düşdüm. Mən onunla görüşüb bu hədisi kimdən eşit­diyini soruşduqda o dedi: «Hədisi sizlər­dən Ziyad ibn Mixraq­dan eşitmişəm. Mən Ziyadın adını eşitdikdə dedim: «Bu necə hə­disdir ki, Kufəli (yəni Abdul­lah ibn Əta) Mədinəlidən (yəni Sə'd ibn İbrahimdən), o da Bəsrəlidən (yəni Zi­yad ibn Mixraq­dan) rə­vayət edir». Sonra mən Bəsrə şəhərinə yola düşdüm. Ora­da Ziyad ibn Mixraqla görüşüb ondan bu hədisin kim tərəfindən rəvayət olun­duğu barədə soruşduqda o dedi: «Onun sənə heç bir dəxli yox­dur!» Mən yenə ondan bu hədisi mənə rəvayət etmə­sini tələb et­dikdə o dedi: «Bu hədis barəsində heç nə soruşma!» Mən yenə israr edib bu hədisi mənə rəvayət etməsini ondan tələb etdik­də o dedi: «Bu hədisi mənə Şəhr ibn Həuşəb rə­vayət edib. O, bu hədisi əbu Reyhanədən, o da Uqbə ibn Amirdən, o da Peyğəm­bər­dən  eşitmişdir». Şu'bə, Şəhr ibn Həvşəbin adını eşidən kimi dedi: «Şəhrin adı hədisi «daif» dərəcəsinə saldı. Lakin belə bir hədis Peyğəmbər­dən  «səhih» isnadla varid olsaydı, o mənim üçün var-döv­lə­tim­dən, ailəmdən və bütün insanlardan daha sevimli olardı».

Əbu Abdurrəhman demişdir: «Yazılmış əsərlər­dən isnad­la rə­vayət olunmuş hədislərin isnadlarını ləğv edən və onları isnadsız formada qeyd edənlər elmə və hər bir hədisin isna­dını araşdır­maq üçün böyük səylər göstərərək ömürlərini sə­fərdə keçirən əməli­saleh keçmiş nəslin hədis alim­lə­ri­nə xə­yanət et­miş hesab olunur­lar».

Elə buna görə də din qardaşlarımız hədisləri isnadla rə­vayət etməyə səy göstərirlər. Aləmlərin Rəbbi olan Allaha həmd olsun ki, elmi təhqiq və tədqiq edən­lər bunu qəbul edirlər!


Bu mövzunu seçməyə məni təhrik edən səbəblər
Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məx­sus­dur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlan­ma və bizi haqq yoluna yönəltməyi diləyirik, nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yo­lu­na yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisi­dir.
ﭽ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭼ
«Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərz­də qorxun və ancaq müsəlman olduğunuz halda ölün!»22
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭼ
«Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cür­bəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələri­ni kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir!»23
ﭽ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﭼ
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, bö­yük bir uğur qazanar.»24

İslam Universitetinə təqdim etdiyim “Səhih Müs­nəd min Əs­babin-Nuzul”25 əsərini aşağıdakı səbəblərə görə yazmı­şam.

1. Bu əsərin, dinin əsası olan iki əzəmətli elmlə - Quranin təfsi­ri26 və Peyğəm­bə­rin  sünnəsi ilə - əlaqəli olması;

2. Ayələrin nazil olma səbəblərini öyrənməklə onların mənası­nın daha yaxşı başa düşülməsi;

Doğrudan da bəzi ayələrin nazil olma səbəbləri aydın olana qə­dər, həmin ayələrin düzgün başa düşülməsi sə­ha­bə­lərdə27 və onla­rın ardıcıllarında anla­şılmazlıq­lar yaratmışdır. Buna aşağıdakı ayələri misal çəkmək olar.

Uca Allah buyurur:


ﭽ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﭼ
«Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünü­zü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir».28

Əbu Əyyub əl-Ənsari (r.a) bu ayənin nə səbəbdən nazil olduğu­nu səhabələ­rə bəyan edənə qədər onlarda anlaşıl­maz­lıq olmuş və yalnız bəyan etdikdən sonra ayənin mənası onlara aydın olmuş­dur. («əl-Bəqərə» surəsi, 195-ci ayə­nin nazil olma səbəbinə bax!) Həmçinin,


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭼ
«İman gətirdikdən sonra imanlarına zülm bulaşdır­mayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəl­miş­lər də məhz onlardır»29 ayəsi də səha­bələri (r.a) sıxıntıya sal­mış və Uca Allah,
ﭽ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭼ
«Həqiqətən, Allaha şərik qoşmaq böyük zülm­dür!»30 ayə­sini nazil etdikdən sonra onlara həqiqət bəlli olmuşdur. («Loğ­man» surəsi, 13-cü ayənin nazil olma səbəbinə bax!)

Həmçinin Aişə (r.a)


ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﭼ
«Həqiqətən, Səfa və Mərva Allahın qoyduğu nişanə­lər­dəndir»31– ayəsinin nazil olma səbəbini Urvaya (r.a) xə­bər verənə qədər bu ayə onda anlaşılmazlıq yaratmışdır. («əl-Bəqərə» surəsi, 158-ci ayənin nazil olma səbəbinə bax!)

3. Məni bu əsəri yazmağa sövq edən amillərdən biri də, digər el­mi sahələrə olduğu kimi, bu sahəyə də elmi səriştəsi olmayanla­rın müdaxilə etməsidir.

Vahidi «Əsbabun-Nuzul» əsərinin müqəddiməsində (səh. 5) yazır ki, Ubeydə əs-Səl­ma­ni Qurandakı bir ayə barəsində soruşul­duqda demişdir: «Allahdan qorxun və düz danışın! Ayələrin nazil olma səbəblərini bilənlər ar­­tıq dünya­dan köçüb getmişlər».

Vahidi onun bu sözlərini xüsusən qeyd etdikdən son­ra belə de­yir: «Günümüzə gəlincə isə bir çoxları ayələrin nazil olma səbəb­lə­rindən qafil ol­duq­ları halda özlərini cəhalətə ataraq bu sahədə yeni ixtiralar etməyə çalı­şır­­­­lar böhtanlar və yalanlar uydururlar. Buna görə də ayələrin nazil olma sə­bəb­lərini özündə cəm edən bu əsəri yazdım ki, bu işlə məşğul olan elm əhli və Quranın nazil ol­ma səbəbləri barəsində danışanlar, bu əsərə müraciət etməklə doğ­ru olanı bilsinlər, yalan və azğınlıqdan uzaq olsunlar və onu oxuyub son­ra mühafizə etməyə səy göstərsinlər».

Suyuti «İtqan» əsərində (2-ci cild, səh. 190) təfsirləri istinad­la rəvayət edən ibn Cə­rir, ibn əbi Hatim və bu kimi alimləri xatır­ladıqdan sonra demişdir: «Bir çox­ları təfsir el­mində əsərlər yazıb­lar ki, bu əsərlərdə çoxlu sayda sənədsiz rə­va­yətlər və müxtəlif rəylər nəql ediblər. Elə buradan da bu elmə kənar şeylər daxil ol­du, mötəbər və qeyri mötəbər hədislər bir-birinə qarışdı. Sonra isə hər kəs ağlı­na gələni nəql edib ona etimad etmiş, ondan sonra gələnlər isə nə sələfin dedik­lə­rinə, nə də təfsir elmində mötəbər sa­yılan alimlərin dediklərinə məhəl qoymadan bu rəvayətlərin mö­təbər olduğunu zənn edərək özlərin­dən sonra gələnlərə nəql et­mişlər. Hətta mən Uca Allahın
ﭽ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭼ
«Qəzəbə uğramışların və az­mışların yoluna deyil!»32- kəla­mının təfsirində ona yaxın33 rəy nəql edən gördüm lakin, bunlardan yalnız biri - yəni «onlar yəhudilər və nəsrani­lər­dir» təf­siri Pey­ğəm­­bə­r­dən  və onun bütün ardıcılların­dan varid oldu­ğu mə­nə mə­lum olmuşdur.

Hətta ibn Əbi Hatim deyir ki, bu rəyin mötəbər olması ba­rə­sində təfsir alimlərinin ixtilaf etməsi mənə məlum deyil».

Elə bu səbəbdən, çətin olsa da belə hədisləri isnadla gə­tirməyi qərara al­dım. Bu işin nə qədər çətin olduğu yalnız hədis elmilə məşğul olanlara məlum­dur.

Təfsir əsərlərındə diqqətsizlik nəticəsində sübuta yetiril­məmiş rəylərin varid edilməsi barədə yuxarıda danışılan iki alimin dedik­lərini aşağıda qeyd olunan misal təsdiq edir. Bu, Sə'ləbə ibn Hati­bin (r.a) hekayəsidir ki, bir çox təfsir alimləri aşağıdakı ayəni təf­sir edərkən bu hekayəni həmin ayənin nazil olma səbəbi ki­mi nəql etmişlər. Allah buyu­rur:


ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
«Onlardan: “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”- deyə Allaha əhd edənləri də vardır».34

Bu rəvayətdə Peyğəmbər  Sə'ləbəyə (r.a) de­miş­dir: «Az nemətə malik olub ona şükr etmək, çox nemətə malik olub onun mə­su­liy­yətini daşıya bilməməkdən daha xeyirli­dir».

Demək olar ki, əksər təfsir alimləri həmin ayənin nazil olma səbəbi kimi bu hekayəni gətirirlər, lakin onun mötəbər olmaması­na bəziləri diqqət yetir­mişlər. Böyük hədis alimləri və tənqidçilərə gəlincə, onların bu hekayə haqqında dediklərinə diqqət yetirək. Bu alim­lərdən biri, Əbu Muhamməd ibn Həzm bu hekayəni Mis­kin ibn Bukeyrdən, o da Məan ibn Rifaə əs-Suləmi­dən, o da Əli ibn Yeziddən, o da Qasim ibn Abdurrəhmandan, o da Əbu Üma­mədən rəvayət edib demişdir: «Sə'ləbə ibn Hatib (r.a) zəkat ver­mək üçün Ömər ibn əl-Xəttabın (r.a) yanına gəldi və Ömər (r.a) bu zəka­tı­ on­­dan qəbul etməyib dedi: Nə peyğəmbər  nə də Əbu Bəkr (r.a) sənin verdiyin zəkatı qəbul etməmişlər. Mən də onu qə­bul etmi­rəm».

Əbu Muhamməd ibn Həzm «Muhəllə» əsərində (11-ci cild, səh. 208) belə deyir: «Şüb­­həsiz ki, bu rəvayət batildir, çün­ki Uca Allah müsəlmanların zəkatını qə­bul etməyi əmr etmişdir. Habelə Pey­ğəmbər  ölüm anın­da Ərəbistan yarı­madasında İslam­dan başqa bir dinin qalmamasını əmr et­mişdir. Həqiqətən, Sə'ləbə (r.a) müsəlman idi və Əbu Bəkrlə (r.a) Ömərin (r.a) ondan zəkat qəbul etməsi va­cib idi. Əgər Sə'ləbə (r.a) kafir olsa idi, Ərəb­istan yarımadasında qal­ma­malı idi. Elə bu «illə»yə görə də rəvayət etibarsız sa­yı­lır. Həmçinin hədisin mətni­ni bir-birinə xəbər verən ravi­lərdən olan Məan ibn Rifaə, Qasim ibn Abdurrəhman və Əli ibn Yezid - Əbu Abdul-Malik Əlhani - «daif» ravilərdir. Miskin ibn Bukeyr isə hədis elmində «leysə bil-qəvi» ravidir.

Suyuti «Lübabin-Nüqul» əsərində demişdir: «Bu hədisin sənə­di «daif»­dir. Hafiz ibn Həcər «Kəşşaf» əsərinin təhqi­qində bu hə­disin sənədində olan Əli ibn Yezidin «vahin» ravi olduğunu qeyd etmişdir. O, «Fəthul-Bari» əsə­rin­­­də (3-cü cild, səh. 8) bu he­kayəni xatırlatdıqdan sonra onun «da­if» olduğunu və ona əsas­lan­ma­ğın düzgün olmadığını qeyd etmişdir. Heysəmi «Məcməuz-Zəvaid» əsə­rində (7-ci cild, səh. 32) demişdir: «Təbəraninin rəva­yət etdiyi bu hədisin sənədin­dəki Əli ibn Yezid əl-Əlhaninin hə­disləri hədis alimləri tərəfindən «mətruk» hesab olunur.

Zəhəbi «Təcridu əsmais-səhabə» əsərində qətiyyətlə bu hədi­sin «münkər» oldu­ğu­nu qeyd etmişdir.

Mənavi «Feydul-qadir» əsərində (4-cü cild, səh. 527) de­miş­dir: «Beyhə­qi deyir ki, bu hədisin sənədinin mötəbər ol­ması şübhəli­dir, lakin buna bax­mayaraq bu hədis təfsir alimləri arasında çox məşhurdur. İbn Həcər isə «İsabə» əsə­rində Sə'ləbənin tərcü­meyi-halında bu hədisi qeyd etmiş və onun mötəbər olmamasına işarə edib demişdir: «Bu hədisdə xatırla­nan səhabənin (Sə'ləbə ibn Ha­tibin) Bədr döyüşündə iştirak edənlərdən olması dəqiq məlum de­yildir».

İraqi təhqiq və tədqiq etdiyi «İhya» əsərində (3-cü cild, səh. 338) demiş­dir: «Bu hədisin sə­nə­di «daif»dir, lakin təf­sir əsərlə­rındə məşhurlaşdığına görə bunu misal35 gətir­dim. Çünki dəvətlə məşğul olan bir çox qardaşlarımız - Allah mə­ni və onları doğru yola müvəffəq etsin! - bu hekayəni məqbul hesab edir və sənə­di­nin mötəbər olmadığına diqqət yetirmədən camaata danışırlar. Halbuki bu he­­­kayə heç məna etibarı ilə də mötəbər deyildir, çünki o, dinin əsaslarından bi­rinə ziddir. Belə ki, tövbə edənin günahları yerdən göyə qədər olsa belə, töv­bə etdiyi zaman Allah onu bağışlayır».

4. Məni bu əsəri yazmağa sövq edən amillərdən biri də, bu əzə­mətli dinin sir­lərini, ayələrin nazil olma səbəblərindəki ibrətləri və ilahi təskinlik gələnə qədər insanları çətinliyə salan anlaşılmaz­lıqların həllini bilmək rəğ­­bəti­­­dir.

Buna misal olaraq döyüşdən yayınan üç nəfərin heka­yə­sini36, həmçinin Aişə­­­­yə (r.a) atılan böhtanları gətirmək olar. O böhtan ki, həm Peyğəmbərə  həm də Aişəyə (r.a) çox əziyyətlər verdi. O böhran ki, mö­­minlərin anası Aişəni (r.a) çox ağlatdı və ata-anası (r.a) onun ağlamaq­dan ci­yə­rinin parça-parça olacaqını zənn etdilər. Lakin bu çətinlikdən sonra asan­lıq gəldi.37 Həmçinin buna misal Hilal ibn Ümey­yənin (r.a) hekayəsini gə­tirmək olar. O zaman ki, o, öz hə­yat yoldaşının zina etdiyini iddia etdi Pey­ğəm­bər  ona de­di: «Ya şahid gətir, ya da şallaqla cəza­lan­dırılacaq­san!» Hi­lal ibn Ümeyyə (r.a) dedi: «Səni haqla göndərənə and ol­sun ki, mən doğru deyirəm. Allah məni cəzadan qurtarmaq üçün ayə nazil edə­cək». Peyğəmbər  onu cəzalandırmaq istə­dik­də Allah lənət haqqında ayə nazil edərək38 onun andı­nı doğ­rult­du və məsələ gər­ginləşdikdən sonra ona aydınlıq gətirdi.

Bu cür hikmətli dinsiz keçinməyin mümkün olduğunu zənn edən şəxs ziyana uğradı və bədbəxt oldu!

5. Məni bu əsəri yazmağa sövq edən amillərdən biri də, dinin mərhələ­lə­rin­dən lazımi şəkildə istifadə etmək istəyi­dir. Həqiqətən biz özümüzü ilk dəvət əh­li kimi hesab etməli və dəvətə yenidən başlamalıyıq.

Ayələrin nazil olma səbəblərində dəvətin mərhələlərini bəyan edən bir çox gözəl amillər və ilahi istiqamətlən­dir­mə­lər mövcud­dur. Buna misal olaraq ci­had ayəsini, həmçinin digər Məkkə və Mədinə ayələrinin arasında olan fərqi gös­tərmək olar. Həqiqətən bu cihad ayəsi Allah tərəfindən yal­nız müsəlman­lar ci­had etməyə qadir olduqdan sonra nazil olmuşdur.

Qeyd etmək istəyirəm ki, bu əsəri yazdıqda bacardığım qədər səy göstər­mi­şəm ki, müxtəlif sənədlərlə varid olmuş hədisləri cəm edim və beləliklə də, hə­dis­­lərin tam və yarım­çıq isnadla rəvayət olunduğu və həmçinin mötəbər və ya qey­ri mötəbər olanı məlum olsun.39 Ola bilsin ki, hədisin is­nadı bir əsərdə mö­tə­bər, digərində isə qeyri mötəbər sayıl­sın.

İbnus-Səlah «Ülumul-Hədis» əsərində (səh. 82) demiş­dir: «Əli ibn əl-Mədinidən rəvayət olunur ki, o, belə dedi: «Hər hansı bir fəslin tərkibində olan hədisin isnadları cəm olunmazsa, ehtimal olunan xəta bəyan olunmaz.»

Buna misal olaraq Hakimin «Mustədrək» əsərində (3-cü cild, səh. 324) olan rəvayəti gətirmək olar. O,  demişdir: «Aişə (r.a) rəva­yət edir ki; «Məkkə əhli, müsəlmanlar tərə­findən girov götürülmüş əsirlərini fid­yə40 ve­rib azad etmək üçün Peyğəmbərin  yanına gəl­dilər. Onların gətir­diklərinin arasında Xədicənin (r.a) toy günü qızı Zeynəbə (r.a) verdiyi boyunbağı da var idi. O, bu boyunba­ğını həyat yoldaşı əbul-Ası (r.a) azad etmək üçün göndərmişdi. Peyğəmbər  bo­yun­ba­ğı­nı gördükdə qızının halına acıdı və dedi: «Əgər eti­razınız yoxdursa, qızım Zey­­­nə­bin (r.a) əsir düşmüş ərini azad edin və göndərdiyi bər-bəzəyi də özünə qay­­­tarın!». Səhabələr «Razıyıq, ey Allahın elçisi!» dedilər və Zeynəbə (r.a) məxsus olanı özünə qaytardılar. Peyğəmbərin  əsir düş­müş əmisi Abbas (r.a) dedi: «Ey Allahın elçisi! Mən mü­səlman idim». Pey­ğəm­­bər  isə, ona belə dedi: «Sənin mü­səlman olub-olmadığını Allah daha yaxşı bilir. Əgər doğru deyirsənsə, onun savabını Allah sənə verəcək. Lakin özünü, qardaşlarının oğlanlarını - Nofəl ibn əl-Haris ibn Abdulmüt­təlibi və Uqeyl ibn Əbi Talib ibn Abdulmüt­təllibi - və müt­təfiqin olan - Bənul-Haris ibn Fəhrin qardaşı Uq­bə ibn Amr ibn Cəhdəmi azad et­mək üçün fidyə ver!»

O dedi: «Ey Allahın elçisi! Axı mənim sənə verə biləcək bir şe­yim yoxdur!» Peyğəmbər  dedi: «Bəs ummu-l-Fadl ilə birlikdə basdırdığın mal necə oldu? Axı sən onu basdır­dıqdan sonra ummul-Fadla belə demişdin: «Əgər mənə bir şey olsa bu, oğlan­larım Fadla, Abdullaha və Qəsəmə çata­caq». Ab­bas (r.a) dedi: «Ya Rəsulallah! Allaha and ol­sun mən şəhadət gə­tirirəm ki, sən, həqiqətən Allahın elçisi­sən! Çünki bu hadisəni mə­nimlə ummul-Fadldan savayı heç kəs bilmirdi. Ey Allahın elçisi! Bizi azad et­mək üçün mə­nim malımdan iyirmi əvqi­ya41 götürün!» Peyğəmbər  onunla razılaşdı. Beləliklə Abbas (r.a) özünü, qardaşlarının oğ­­lan­larını və müttəfiqini azad etdikdə Allah bu ayəni nazil et­di:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭼ
«Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağış­layandır, Rəhmlidir”».42

Abbas (r.a) deyir ki, mən, İslam dinini qəbul etdikdən sonra Allah bu iyirmi əvqiyanın əvəzinə mənə hamısının əlində gə­lir gətirən malı olan iyirmi işgüzar qul verdi və bu­nunla belə məni bağış­ladı. Hakim demişdir: «Bu hədis Mus­limin şərtinə görə «səhih»dir la­kin, Buxari və Muslim öz ki­tablarında bu hədisi yazmayıblar. Bu­nu Zəhəbi də təsdiqlə­miş­dir.

Heysəmi «Məcməuz-zəvaid» əsərində (7-ci cild, səh. 28) demiş­dir: «Təbarani bu hədisi «Mucəmu-l-kəbir» və «Mu­cəmul-əvsat» əsərlərındə rəvayət etmiş­dir. «Mucəmul-əvs­at» əsərindəki hədisin ravilərinin hamısı, ibn İshaqdan baş­qa, Buxari və Muslimin ravi­ləri hesab olunurlar. Lakin ibn İshaq da, artıq bu hədisi eşitdiyini açıq-aydın bəyan etmiş­dir.

Beyhəqinin «Sünən» əsərinə (6-cı cild, səh. 322) nəzər saldıq­dan sonra mənə bə­yan oldu ki, bu sənəd Abbasın (r.a) hekayəsinə əlavə olunmuşdur «müdrəc­»dır. O, öz əsərində deyir ki; «Abba­sın (r.a) hekayəsini bu sənədlə şeyximiz əbu Ab­dullah «Mustədrək» əsə­rin­də rəvayət etmişdir.» Sonra Beyhəqi daha doğru olanı­nı bə­yan etmiş və Abbasın (r.a) hekayəsinin başqa «mürsəl» is­nadla varid olduğunu bil­dir­mişdir.

İbn Həcər bu hekayəni «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 382) qeyd etdikdən sonra demişdir: «Əta ibn Əbi Rabəhə qə­dər hədisin mətnini bir-birinə xə­bər verən ravi­lər­dən biri Məhəm­məd ibn İshaq bu hadisəni tam isnadla rəva­yət etməmiş, əksinə «mu'dəl» isnadla rəvayət etmişdir. İshaq ibn Rahaveyh ondan sonra da Təbərani və ibn Mər­də­veyh bu sənədin «məvsul» oldu­ğunu dəstək­lə­yir­lər. Hə­qi­qəti bilən isə yalnız Allahdır!

İbn Həcər «Mətalibul-Aliyə» əsərində (3-cü cild, səh. 337) de­mişdir: «Baxmayaraq ki, hədisin sənədinin zahiri ilk baxışdan «müsnəd» sayılır, lakin zənnimcə bu, ibn İshaqın hədisə etdiyi əlavəsidir - «müdrəc»dır və buna görə də Abbasdan (r.a) varid olan xəbərin is­na­dı «mu'dəl» sayılır».

Bu əsəri yazarkən bəzi müəlliflərin və bəzi kitabların adlarını qeyd etmə­mə­yimin əsas səbəbi, vaxt məhdudiyyəti olmuşdur. Bə­zi hallarda, hədis itib-batmış kitablarda və ya nadir tapılan kitab­larda olduğundan onun isnadını əldə etmək mənim üçün çətin ol­muşdur. Elə buna görə də mən bu cür hədislə­ri mötəbər sayan inanılmış imamların və alimlərin dediklərinə əsaslanıb onu sənəd­siz qeyd etmişəm. Əks halda isə Uca Allah əsərin sənədini əldə et­məyi mənim üçün asanlaşdırana qədər o hədisin hökmü barədə sus­mu­şam. Allahdan istəyirəm ki, mənim bu əməlimi ix­lasla, yal­nız Ona layiq üzünü görmək və Onun rizasını qazanmaq üçün edilən əməllərdən etsin, bu əsərlə İslama və müsəl­manlara fayda versin.


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə