«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə9/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

«Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə ola­caqlar ….» ayəsini nazil edənə qədər Peyğəmbər  ona bir cavab vermədi.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 7) bu rə­vayəti qeyd etdikdən sonra demişdir: «Abdullah İbn İmrandan başqa hədisin isnadında olan ravilərin hamısı Buxari və Mislimin istinad etdiyi ravilərdir. Abdullah İbn İmrana gəlincə, o da «siqa» ravidir».

Bu hədisi həmçinin Əbu Nueym «Hilyə» əsərində (4-cü cild, səh. 240 və 8-ci cild, səh. 125) və Vahidi «Əsbabun-Nuzul» əsərin­də rəvayət etmişlər.

Şəvkani deyir ki, Məqdisi bu hədisi «həsən» hesab etmişdir.

İbn Kəsirin «Təfsir»ində (1-ci cild, səh. 523) bu hədisi güclən­dirən bir çox rəvayətlər vardır.

Uca Allah buyurur:
ﭽﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑﮒﮓ ﮔﮕﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﭼ

«Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”- deyilən kəsləri görmədinmi? On­lara vuruşmaq va­cib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorx­duqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruş­mağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”- dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz”»

(77-ci ayə)


Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 3) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Abdur­rəhman İbn Auf (r.a) və onun yoldaş­ları Məkkəyə, Peyğəmbərin  yanına gəlib dedilər: «Ey Allahın elçisi! Müşrik ol­du­ğumuz zaman hör­mət, izzət içində idik. İman gətirdikdən sonra isə zəlil, hör­mətsiz olduq». Peyğəmbər  dedi: «Artıq (onları) əfv etmək mənə əmr olundu, elə isə mühari­bədən əl çəkin!»

Mədinəyə hicrət etdikdən sonra müharibə etmək bizə əmr olundu, mühari­bə­dən yayındıqda isə Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﭼ  الآية
«Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”- deyilən kəsləri görmədinmi ….»

Bu hədisi Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 66; 307) rə­vayət etdikdən sonra onun Buxarinin şərtinə uy­ğun olduğunu qeyd etmiş, Zə­həbi də bunu təsdiq etmişdir.

Lakin qeyd etmək lazımdır ki, Hüseyn İbn Vaqid Buxa­ri­nin istinad etdiyi ravilərdən deyildir. Hüseynə gəlincə o, Muslimin is­tinad etdiyi ravilərdəndir.

Bu hədisi Həmçinin ibn Cərir «Təfsir»ində (5-ci cild, səh. 171)



Uca Allah buyurur:
ﭽ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﭼ
«Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayar­lar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız».

(83-cü ayə)
Muslim «Səhih» əsərində (10-cu cild, səh. 82) de­miş­­dir­: «Ömər ibn əl-Xəttab (r.a) rəvayət edir ki, Peyğəmbər  zövcələrini müvəqqəti olaraq tərk etmişdi. Mən məscidə da­xil olduqda orada olanların kədərlə: «Allahın elçisi zövcə­lə­rini boşayıb!»- dediklərini eşitdim. Bu zaman hələ qadınlara hicab geyinmək əmr olunmamışdı. Mən öz-özümə dedim: «Bu gün mən bu məsələni mütləq öyrənəcə­yəm!» Sonra Aişənin (r.a) yanına gə­lib dedim: «Ey Əbu Bəkrin qızı! Sən o həddə çatmısan ki, Allahın elçisinə  əziy­yət verirsən?» O dedi: «Mənim etdiklərimin sənə heç bir aidiy­yatı yoxdur. Yax­şı olar ki, sən öz qızına nəsihət verəsən». Mən Həfsənin (r.a) yanına gəlib dedim: «Ey Həfsə, sən o həddə çat­misan ki, Allahın el­çisinə  əziyyət verirsən? Allaha and olsun ki, Pey­ğəm­bə­rin  səni sevmə­diyini bilirsən və mən olmasay­dım o səni boşayardı!» Həfsə (r.a) bunu eşitdikdə ağladı. Peyğəmbərin  harada olduğunu soruşduqda o dedi: «O öz eyvanın­dadır».

Mən içəri daxil olduqda Peyğəmbərin  balaca xid­mət­çi­si Rəbah (r.a) eyvanın astanasında oturub, ayaq­larını da Pey­ğəmbərin  söykənmək üçün isti­fadə etdiyi kötüyün üzərinə uzatmışdı. Mən onu çağırıb dedim: «Ey Rəbah, Allahın el­çi­sindən  izn istə onun yanına daxil olum. O əvvəl eyvana, sonra da mənə ba­xıb heç nə demədi. Mən yenə onu çağırıb dedim: «Ey Rəbah, Allahın elçi­sindən  izn istə onun yanı­na daxil olum». O əvvəl eyvana, sonra da mənə ba­xıb heç nə demədi. Mən onu uca səslə çağırıb dedim: «Ey Rəbah, Allahın elçisindən  izn istə onun yanına daxil olum. Mən zənn edirəm ki, Allahın elçisi mənim Həfsəni (r.a) müdafiə etmək üçün gəldiyimi güman edir. Allaha and ol­sun ki, o mənə əmr etsəydi, Həfsənin (r.a) boynunu vurardım». Bu dəfə Rəbah (r.a) başı ilə işarə edib Peyğəmbərin  yanına daxil olmağa izn verdi. Mən Peyğəmbərin  yanına da­xil olduqda, o, həsirin üzərində uzanmışdı. Sonra o qalxıb otur­du və onun əy­­nin­də izardan81 başqa heç nə yox idi. Həsirin izi onun çiynində və böyründə qal­mışdı. Mən onun ey­va­nı­na nəzər salıb gördüm ki, orada təqribən bir «saa»82 ar­pa, bir o qədər akasiya ağacının qa­bığı və bir də aşılanmış dəri­dən başqa heç bir şey yoxdur. Bu halı gördükdə mənim göz­lərim yaşla doldu. Peyğəmbər  dedi: «Ey ibn əl-Xəttab, sə­ni ağladan nədir?» Mən de­dim: «Ey Allahın elçisi! Nə üçün də ağlamayım. Mən görürəm ki, həsir sənin bə­də­nini bu hala salıb, eyvanında da gördüklərimdən başqa bir şey yox­dur. Qey­sər (Rum İmperatoru) və Xosrov (Fars İm­peratoru) isə cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahın elçisi və sevimlisi, bu da sənin eyvanın!» O dedi: «Ey ibn əl-Xəttab, istəmirsən ki, dünya onlara, axirət isə bi­zə nəsib olsun?» Mən: «Əksinə! (İstəyirəm)» deyə cavab verdim. Sonra mən onun qəzəb­lən­mə­sinin səbəbini soruşub dedim: «Zövcələrin nəyə görə nara­zılıq edir? Əğər sən onları boşasan, həqiqətən Uca Allah, onun mələkləri, Cəbrail , Mi­ka­il , mən, Əbu Bəkr (r.a) və bütün möminlər səninləyik!» Mən çox na­dir hallarda dediklərimin Allah tərəfindən təsdiq olunmasını Ondan istəyir­dim. Uca Allah da bu barədə ayə nazil etdi:


ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﭼ
«Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versə­niz, bilin ki, Allah, Cəbrail və əməli­saleh möminlər onun dostu və yardımçısıdır. Bun­lardan başqa mələklər də onun yardımçılarıdır. Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr - müsəlman, mömin, itaətkar, tövbə edən, iba­dət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər»83

Aişə (r.a.) və Həfsə (r.a.) Peyğəmbərin  di­ğər zöv­cə­lərini də ona qarşı çıxmağa sövq etməkdə bir-birinə kö­mək edirdilər. Mən dedim: «Ey Allahın elçisi, sən onları boşamı­san?» O: «Xeyr»- deyə cavab verdi. Mən de­dim: «Ey Alla­hın el­çisi! Mən məscidə daxil olduqda orada olanların kə­dərlə: «Alla­hın elçisi zövcələrini boşayıb!»- dediklərini eşit­dim. Bunun doğru olma­dı­ğını onlara xəbər verimmi?» O dedi: «İstəyirsən xəbər ver!» Peyğəmbərin  qəzəbi soyu­yub, üzündə təbəs­süm hiss olunana qədər mən onunla söh­bət etdim. O, oturduğu kötüyün üstündən qalxıb getdikdə mən dedim: «Ey Allahın elçisi, iyirmi doqquz gündür ki, otağındasan». O dedi: «Ay da iyirmi doqquz gündən ibarət olur». Mən məscid qapısının önündə da­yanıb uca səslə car çə­kib dedim: «Allahın elçisi zövcələrini boşa­mayıb!» Uca Allahda bu ayəni nazil etdi:


ﭽ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﭼ الآية
«Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayar­lar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər…..»

Mən də o xəbərin mahiyyətinə varan şəxslərdən idim».
Uca Allah buyurur:
ﭽ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭼ

«Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ay­rıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə ge­riyə (küfrə) qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi is­təyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bil­məzsən».

(88-ci ayə)
İmam Buxari «Səhih» əsərində (8-ci cild, səh. 359) de­miş­­dir­: «Zeyd İbn Sabit (r.a) rəva­yət edir ki, Peyğəmbər  Uhud döyüşünə get­dikdə onunla olanların bir qismi (Ab­dul­lah ibn Ubey ibn Səlul və onun tərəfdarları) geri qayıtdı. Beləliklə Peyğəmbərin  səhabələri iki dəstəyə bölündülər. Bir dəstə kafirlərlə vu­ruşmağı, digəri isə vuruşmamağı təklif etdikdə Uca Allah bu ayə­ni nazil etdi:
ﭽ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ ﭼ الآية

«Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə (küfrə) qaytarmışdır ….»

Peyğəmbər  dedi: «Həqiqətən Mədinə «Tey­bə»dir84 və od dəmirin pasını təmizlədiyi kimi o da günahları tə­mizləyir».85

Bu hədisi həmçinin Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 325), Muslim «Səhih» əsərində (17- ci cild, səh. 123), Tirmizi «Sü­nən» əsərində (4-cü cild, səh. 89), Əhməd «Müsnəd» əsərində (5-ci cild, səh. 184, 187, 188), İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 192) və Təbərani «Mucəmul Kəbir» əsərində (5-ci cild, səh. 129) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.



Uca Allah buyurur:
ﭽ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﭼ

«Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən­fəətinə can ataraq: “Sən mömin deyil­sən!”- deməyin. Allah yanında çox qə­nimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yə­qin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbər­dar­dır.»

(94-cü ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 327) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edirdi ki, bir kişi bir dəstə mü­səl­manla qarşılaşdı və salam verdi. Onlar isə onu öldürdülər və əlində olan qənimətini götür­dü­lər. Uca Allah da bu ayəni nazil etdi.
ﭽ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﭼ

«Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən­fəətinə can ataraq: “Sən mömin deyil­sən!”- deməyin. Allah yanında çox qə­nimətlər vardır.

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (18-ci cild, səh. 161), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 90), Əhməd «Müs­nəd» əsərində (1-ci cild, səh. 229, 324), Hakim «Mustədrək» əsə­rində (2-ci cild, səh. 235) və İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 223) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən» olduğunu demişdir. Hakim bu hədisin isnadının Buxari və Muslimin şərtlərinə uyğun olduğunu demiş, Zəhəbi isə bu barədə susmuşdur. Sus­ma­ğı­nın səbəbi isna­dın Buxari və Muslimin şərtlərinə uyğun ol­maması olmuşdur.

Tirmizi, Əhməd, Hakim və İbn Cəririn rəvayətlərində öldürü­lən şəxsin Bənu Sələmə qəbiləsindən olduğu qeyd olunmuşdur.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 9) Bəzza­rın istinad etdiyi sənədin «ceyyid» olduğunu de­miş­dir. Bu rəva­yətdə qatilin Miqdad86 olduğu qeyd olunmuşdur (Əh­mə­­­din rəva­yətində isə qatilin Mihləm İbn Cusəmə ol­du­ğu qeyd olunmuş­dur).

İmam Əhməd «Müsnəd» əsərində (6-cı cild, səh. 11) de­­miş­­dir­: «Abdullah ibn Əbi Hədrəd (r.a) rəvayət edir ki, Pey­ğəmbər  məni, Əbu Qətadə Haris İbn Rib'ini (r.a), Milhəm İbn Cusəmə ibn Qeysi (r.a) və digər müsəlmanları İdəmə87 göndərdi. Biz ora­da olarkən Amir əl-Əşcəi bizim yanı­mız­dan keçdi və bizə salam verdi. Onun əlin­də bir tuluq süd və başqa şeylər var idi. Biz onu saxladıq və Milhəm İbn Cü­sə­mə (r.a) aralarında baş vermiş narazıçılığa görə onu öldürüb dəvəsini və digər əş­ya­la­rını götürdü. Biz Peyğəmbə­rin  yanına gəldikdən sonra bu barədə ona xəbər verdik və Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﭼ

«Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam ve­rən şəxsə, dünya həyatının fani mən­fəətinə can ataraq: “Sən mömin deyil­sən!”- deməyin. Allah yanında çox qə­ni­mətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yə­qin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbər­dar­dır.»

Bu hədisi həmçinin ibn Carud «Müntəqa» əsərində (səh. 263) rəvayət et­miş­dir.

Bu hədis «həsən li-ğeyrihi»dir. Qa'qa ibn Əbi Hədrədın necə ravi olduğu müəmmalıdır. Buxari «Tarix» əsərində onun səhabə olduğu ehtimalını vur­ğulamış lakin bunu əsas­landırmaq üçün heç bir dəlil gətirməmişdir. İbn Əsakir isə «Tə'ci­lul Mənfəə» əsərində onun səhabə olduğunu inkar et­miş­dir. De­mə­li o «məsturul-hal» qisminə aid olan ravidir. Çünki iki ravi ona istinad etmiş, mö­təbər alimlərdən isə heç biri öz əsərin­də onun «siqa» ravi olduğu­nu qə­tiy­yət­lə qeyd etməmişdir. Yuxarıda deyilənlərdən belə nəticə çı­xarmaq olar ki, onun rəvayətləri digər rəvayətləri qüvvətləndirə bi­lər.

İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 327) deyir ki, məna eti­ba­ri­lə hər iki rəvayəti cəm edib demək olar ki, bu ayə hər iki hadisəyə şamil edilir.


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭼ

«Möminlərdən – üzürlülər istisna olmaqla – evdə otu­ranlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə ci­had edənləri evdə oturanlardan dərəcə etibarilə üstün et­di. Allah on­ların hamısı­na ən gözəl nemət vəd etmişdir. Allah müca­hidləri evdə oturan­lardan böyük bir müka­fatla üstün etmişdir».

(95-ci ayə)

Buxari «Səhih» əsərində (9-cu cild, səh. 329) de­miş­­dir­: «Bəra İbn Azib deyir ki,


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭼ
«Möminlərdən evdə oturanlarla…..» ayəsi nazil ol­duq­da Pey­ğəmbər  Zeyd İbn Sabiti (r.a) ça­­­­ğı­­rıb bu ayəni ona yazdırdı. Bu vaxt ibn Ummu Məktum (r.a) gəlib Peyğəm­bərə  kor olduğu və vuruşmağa qadir olmadığı barədə şi­kayət etdikdə Uca Allah bu ayəni nazil etdi:

ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭼ


«Möminlərdən – üzürlülər istisna olmaqla – evdə oturanlarla...»

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (13-cü cild, səh. 16), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 91), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 10), Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 282, 284, 290, 299, 300), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 17), Darimi «Sünən» əsərində (2-ci cild, səh. 209), ibn Sə'd «Təbəqat» əsərində (4-cü cild, səh. 154), İbn Cərir «Təf­sir»ində (5-ci cild, səh. 228) və Beyhəqi «Sünən» əsərində (9-cu cild, səh. 23) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

Buxari «Səhih» əsərində (6-cı cild, səh. 385) de­miş­­dir­: «Zeyd İbn Sabit (r.a) rəvayət edir ki, Peyğəmbər  ona bu ayəni:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭙ ﭚ ﭛ ﭜ ﭼ الآية
«Möminlərdən – üzürlülər istisna olmaqla – evdə otu­ranlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar ….» - diktə edib yazdırdı. Bu vaxt İbn Ummu Məktub (r.a) gəlib dedi: «Ey Allahın elçisi! Əgər vuruşa bilsəydim, mən də vuruşardım». İbn Ummu Məktub (r.a) kor olduğu üçün belə dedi. Bu zaman Uca Allah bu ayəni nazil etdi:

ﭽ ﭖ ﭗ ﭘ ﭼ


«Üzürlülər istisna olmaqla ….» Bu ayə nazil olarkən Peyğəmbərin  ayağı mənim ayağımın üstündə idi və onun ağırlığından az qaldı ki, ayağım sın­sın».

Bu hədisi həmçinin Buxari (9-cu cild, səh. 328), Tirmizi «Sü­nən» əsərində (4-cü cild, səh. 92), Əbu David «Sünən» əsərində (2-ci cild, səh. 319), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 9), Əh­məd «Müsnəd» əsərində (5-ci cild, səh. 184, 191), ibn Carud «Müntəqa» əsərində (səh. 344) Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 82), ibn Sə'd «Təbəqat» əsərində (4-cü cild, səh. 155), İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 329), Beyhəqi «Sünən» əsərində (9-cu cild, səh. 23) və Təbərani «Mucəmul-Kəbir» əsə­rində (5-ci cild, səh. 144) rəvayət etmişlər.

İbn Hibban «Səhih» əsərində (Heysəminin «Məvariduz-Za­man» əsərində (səh. 329) qeyd olunduğu kimi) de­miş­­dir­: «Fəltan İbn Asim (r.a) rəvayət edir ki, biz Peyğəmbərin  yanında olar­kən ona ayə nazil oldu. Biz ayənin nazil ol­ma­sı­nı onun halının dəyişməsindən bildik. Çünki o bu zaman gözlərini, qulaqlarını və qəlbini yalnız Allahdan na­zil olana doğru yönəldər, kənar şeylərə diqqət yetir­məzdi. O, katibinə ayəni yazmağı əmr etdi. Bu vaxt kor bir kişi ayağa qalxıb dedi: «Ey Allahın elçisi, bəs mənim günahım nədir?» Bu za­man Peyğəmbərə  yenə ayə nazil oldu və biz o kişiyə: «Allahın elçisinə ayə nazil olur»- deyə səbr et­mə­yi tövsiyə etdik. O öz növbəsində ayaq üstə dayanıb belə dedi: «Alla­hın elçisini qəzəbləndirməkdən Allaha sığınıram!» Sonra Peyğəmbər  katibinə bu ayəni yazmağı əmr etdi.
ﭽ ﭖ ﭗ ﭘ ﭼ
«Üzürlülər istisna olmaqla ….»

Bu hədisi Bəzzar «Kəşful Əstar» əsərində (3-cü cild, səh. 54) qeyd etdikdən sonra onun isnadının «həsən» olduğunu demişdir.

Bu hədisi həmçinin ibn Əbi Şeybə «Müsənnəf» əsərində (ibn Həcərin «Mətalibul-Aliyə» əsərində (3-cü cild, səh. 117) qeyd olunduğu kimi) və Heysəmi «Məvariduz-Zaman» əsərində (5-ci cild, səh. 28) rəvayət etmişlər.

Heysəmi bu hədisin isnadında olan ravilərin hamısının «siqa» ravilər ol­du­ğunu demişdir.

Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 91) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Bədr döyüşünə gedənlərin fəziləti barəsində ayə nazil olduqda Abdullah ibn Cəhş (r.a) və ibn Ummu Məktum (r.a) dedi­lər: «Ey Allahın elçisi! Bizim kor olmağımız döyüşdə iştirak etməməyimi­zə rüxsət verirmi?» Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭼ الآية

«Möminlərdən – üzürlülər istisna olmaqla – evdə otu­ranlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar ….»

Tirmizi bu hədisin «həsən, ğərib» olduğunu demişdir.

Bu hədisi həmçinin Təbərani rəvayət etmiş və Heysəmi (7-ci cild, səh. 9) onun isnadında olan ravilərin «siqa» ravilər olduğunu təsdiqləmişdir.
Uca Allah buyurur:
ﭽ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﭼ
«Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”- deyəcəklər. Mələklər də onlara: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”- deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir. Ancaq zülmə qarşı çarə tapmağa qadir olmayan və hicrət etməyə yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır».

(97-98-ci ayələr)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 331) de­miş­­dir­: «Əbul Əsvəd rəvayət edir ki, Mədinə əhli Şam əhlinə qarşı döyüşə çıxmağa məcbur edilən zaman88 mən İkrimənin yanına gəlib ondan nəsihət istədim və o, təkid edərək mə­nə bu döyüşdə iştirak etməməyimi tövsiyə edib dedi: «İbn Abbas (r.a) mənə rə­vayət etmişdir ki, bir zamanlar (Məkkədə olan bəzi) müsəlmanlar (məcbur olunduqlarına görə) müşriklərlə birgə Peyğəmbərə  qarşı döyüşürdülər. O vaxt onlar (müsəlmanlar tərəfindən) ox və qılıncla vurulub öldürüldü və Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﭼ الآية
«Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər?..»

Bu hədisi həmçinin ibn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 542), Təhavi «Muş­­kilul-Əsar» əsərində (4-cü cild, səh. 327) və Təbəri «Təfsir»ində (5-ci cild, səh. 234-235) rəvayət etmişlər.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 10) hədi­sin isnadında olan ravilərin hamısının - Məhəmməd ibn Şu­rey­k­dən başqa - Buxari və Muslimin istinad etdiyi ravilər olduğunu, Məhəm­məd ibn Şureykin də «siqa» ravi olduğunu qeyd etmişdir.
Uca Allah buyurur:
ﭽﯚﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﭼ
«Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sı­ğı­nacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tə­rəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağış­la­yandır, Rəhmlidir».

(100-cü ayə)
İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 240) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, bu ayə
ﭽ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﭼ الآية
«Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər?..»89 - nazil olduqdan sonra Məkkədə yaşayan Bənu Bəkr qəbiləsindən olan Damra adlı bir şəxs xəstə olduğuna baxmayaraq öz əhli-əyalına belə dedi: «Məni Məkkədən çıxarın! Bədənimə istilik gəlir». On­lar dedilər: «Səni hara aparaq?» O, əli ilə Mədinəyə tərəf işarə etdi və bu ayə nail oldu:

ﭽ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﭼ إلى آخر الآية


«Kim evindən çıxıb Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etsə…..»

Şureyk ibn Abdullahdan başqa hədisin isnadında olan ravilə­rin hamısı «siqa» ravilərdir. Şureyk ibn Abdullaha gəlincə, onun hafizəsində zəiflik var, lakin bu hədisi qüvvətləndirən digər hədis­lər də mövcuddur.

Bax: İbn Həcərin «Mətalibul Aliyə» əsəri (səh. 433), Heysəmi­nin «Məc­məu-z-Zəvaid» əsəri (7-ci cild, səh.10) və ibn Kəsirin «Təfsir»i (1-ci cild, səh.543)
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭼ
«Sən səhabələrinin arasında olub onlara namaz qıl­dır­dığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da özləri ilə götürsünlər. Bunlar səc­də etdikləri zaman (birinci rükəti tamamlayanadək o bi­ri dəstə) arxanızda olsun. Sonra namazını qılmamış di­gər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyat­la­rı­nı tutsunlar və silahlarını da özləri ilə götürsünlər. Kafir­lər istərdilər ki, siz silahlarınızdan və əşyalarınızdan xə­bərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hü­cum etsinlər (bir həmlədə sizi məğlub etsinlər)».

(102-ci ayə)
Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 59) de­miş­­dir­: «Əbu Ayyaş əz-Zərqi (r.a) belə rə­vayət edir: «Biz Asfən adlı yerdə Xalid ibn Validin (r.a) başçılıq etdiyi bir dəstə müşriklə rastlaşdıq. Onlar bizimlə qiblə arasında idilər. Pey­ğəmbər  bu vaxt bizə zöhr nama­zı­nı qıldırırdı. Müşriklər təəssüf edərək dedilər: «Müsəlmanlar elə vəziyyətdə idi­lər ki, biz onlara hücum edə bilərdik». Sonra arxayınlıqla belə dedilər: «İndi isə onları özlərindən də, övladla­rından da çox sevdikləri əsr namazı gözləyir». Uca Allah da bu ayəni nazil etdi:

ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭼ الآية


«Sən səhabələrinin arasında olub onlara namaz qıl­dır­dığın zaman….»

Əsr namazının vaxtı gəlib çatdıqda Peyğəmbər  sə­ha­bələrə silahlarını götürməyi əmr etdi. Sonra biz onun arxa­sında iki cərgəyə düzəldik və hamımız əsr namazını qıldıq».

Bu hədisi həmçinin Abdurrəzaq «Müsənnəf» əsərində (2-ci cild, səh. 505), Təyalisi «Müsnəd» əsərində (1-ci cild, səh. 150), Hakim «Mustədrək» əsərində (3-cü cild, səh. 337; 1-ci cild, səh. 30), Əbu Davud «Sünən» əsərində (1-ci cild, səh. 477), Nəsai «Sü­nən» əsərində (3-cü cild, səh. 145), Daraqutni «Sünən» əsərində (2-ci cild, səh. 59) və ibn Cərir «Təfsir»ində (5-ci cild, səh. 246, 256, 257) rəvayət etmişlər.

Hakim bu hədisin isnadının Buxari və Muslimin şərt­lə­ri­nə uy­ğun olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. Həmçinin Daragutni də bu hədisin «sə­hih» olduğunu demiş­dir.


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə